Elçin Məmmədov: Koreyalılların yaşayışı sosial durumdan tutmuş ta qanunlarına kimi, bəlkə də analoqu yoxdu həyatda. Çox fərq edir, onların yaşayışı nəinki SNQ, hətta Avropa ölkələrindən deyərdim ki yüksəkdi. Nəyi yoxdu? İnterneti? Hə, nəyinə lazımdı ki? Camaatın başı işə-gücə, istirahətə qarışır. Hər şeyi də realdı. Bəli, tam olaraq demək olmaz ki super dövlətdi, amma məsələn, bizim gözəl və dəqiq olan hökumətlə, həyat səviyyəsilə müqayisədə biz mantiyada yaşayırıq, onlar Everestdə. Məmnuniyyətlə o ölkənin vətəndaşı olardım. Ev havayı, iş doludu, rüşvət yoxdu! Başa düşmədim mənə daha nə lazımdı? Bəlkə kiməsə daha nəsə lazimdı? Bir çeçələ barmağını qatlasın görək.
Həmzə Hüseyn Səfəvi: Azərbaycanda ən güclü təhsil babalarımız demişkən, rusun vaxtında olub. O sistem ən güclü sistem idi. Avropa sistemi ancaq zombi, gey lezbiyan yetişdirir.
Ceyhun Salahov: Camaat burda dəridən qabıqdan çıxıb uşaqlarını məktəbə rus bölməsinə qoymağa çalışır, lap irəli gedənlər ingilis dilində oxudurlar, sonra da bir guruh çıxıb deyir o tayda azərbaycan dilində niyə məktəb yoxdu.
Fariz Miriyev: Əlikərimli və isa qambala ilə yan-yana getmək netyanaxuyun əlini öpmək kimi bir şeydir.
İbrahim Quliyev: Türkiyənin ŞOU kanalında türk demokratiyası uğrunda mücadilə aparan Kılıcdaroğlu çıxış edir.
İlkin Najafov: Belə başa düşdüm ki, məscid geriqalmışlıq, “kəndçilik” hesab olunduğundan şəhərimizin modern simasına kölgə salır. Mərkəzdə ancaq və ancaq qapısında mühafizə polisi ilə sinaqoq olmalıdır. Məscidi sökən polis sinaqoqu qoruyur. Buna bizim dildə tolerantlıq və multikulturalizm deyirlər.
Hüsnü Məhəlli: Putin 4-5 il gözlədi. Qərb və ərəblərlə münasibətlərində onlara daim xəbərdarlıqlar etdi. Ən iyrənc örnəyi verim: Səudiyyə Ərəbistan kəşfiyyatının şefi Bəndər bin-Sultan 2014-cü ildə Soçidə Putinə 30 milyard dollar aparıb, “Bu pulu al, Əsəddən vaz keç”- səviyyəsinə düşdüyünü xatırlasaq, Putinin nə qədər səbirli olduğu ortaya çıxır. Xarici işlər naziri də “birbaşa investisiyalar” adı altında Moskvaya 50 milyard dollar təklif etdi. Kəşfiyyat şefi birbaşa pul təklif etdi, xarici işlər nazirininki bir az fərqlidir. O nazirin də başı çatmır. Rusiya səbirlə gözləyərkən, təbii ki, Əsədə silah-sursat verdi, müdafiəsini dəstəklədi. Ancaq Suriya xalqının və ordusunun da müəyyən dərəcəyə qədər müqavimət gücü var. 100 ölkəylə savaşırsan, 50 min əsgərin ölüb, 50 min könüllü savaşçın həlak olub, ölkənin gücü azalıb. Suriya dövlətinin çökməyə yaxınlaşdığı vaxtda Rusiya köməyə getdi.
Fərhad Həsənzadə: Bizim indi heç nəyimiz yoxdur, büdcəni oğurlamaq üçün dələduz Türkiyə cəsuslarına “müstəqillik” lazım oldu. Onlara lazım olan müstəqillik, xalqa qətiyyən lazım deyildi. İndi də lazım deyil.
Rüstəm Hüseynov: Sovet hökumətinin “'imperiya” qanunları xalqımızın milli-mənəvi dəyərlərini əzib məhv etdiyi üçündür ki, əmi öz qardaşı qızını qaçırıb, onunla evlənə bilmirdi...)))
Tural Həmid: 2-3 ay öncə İŞİD-in çəkdiyi deyilən videoların Amerikanın maliyyəsi ilə Holivudda çəkilməsi ortaya çıxanda bizim liboşlar tənqidlər yazmışdılar. Sonra həmin adamlar hadisədən xəbəri olmadan yenə eyni şeyə inanıb Rusiya və Suriyanı söyürlər. Hadisəni də Vhite Helmets çəkib. Hansı ki youtube-da necə aktyorluq etmələri ilə bağlı videoları doludu.
Elxan Zaman: Azərbaycanın müasir və son tarixində üç tip “siyasətçi” var: xalqa qarşı cinayət törətmiş, xalqa qarşı cinayət törədənlərə bilavasitə şərait yaradanlar və dəstək olanlar, xalqa qarşı cinayət törədənlərə bilməyərək dəstək olub şərait yaradanlar, yəni dolayısı ilə... Özünü siyasətçi hesab edən dostlar, siz hansındansınız?
Müşfiq Heybətov: Deyir azərbaycanlı aktrisa türk serialına dəvət alıb. Adətən türk seriallarında azərbaycanlıları xidmətçi, satqın və s. rollara dəvət edirdilər, bu dəfə də fahişə roluna dəvət ediblər. Sözüm onda deyil, özləri bilər, amma bir vaxt varıydı “Təhminə və Zaur” filmində çəkilməyə Türkiyədən aktrisa dəvət edirdilər. Əşşi, nə isə, əsas odur ki, sabah Sahil metrosunda əyinlərinə dar retuz geyinən qızlarla çipsi yeyən gədələr öpüş flaşmobu keçirəçəklər.
Yaşar Qarayev: Dualarımızla Suriya xalqının yanındayıq. Allah bu ölkəyə hiylə quranlara, təcavüzə məruz qoyanlara, terrorçulara dəstək verənlərə lənət edib zəlalətə uğratsın, öz aşkar və qeybi yardımları ilə bu xalqa səbr və qüdrət əta edib qələbə nəsib etsin.
Gamlo Asadullah: Türkiyə İslam aləminə böyük zərbə vurub. Necə? İraqda ABŞ siyasətini dəstəkləməklə və Suriyanın dağıdılmasında birbaşa rolu ilə.
Rəhim Həsənli: Messengerə baxıram, təxminən 500-ə yaxın milli və milsiz fırtınalar məni bloka atıbdır. Məni qara siyahıya salan şəxslər çayın ortasında qazılan su quyusu qədər maraqsızdır. Lakin bir həqiqəti də gizlətməyək ki, onların bu maraqsızlığı əslində maraqdan irəli gəlir...
Sadiq Cəfəri: Farsi bu gün düşmən qərar verənlər görəsən görmürlər ki, başqalari bizə zülm edir, amma fars-fars deyə bu milləti pis günə qoyurlar?!
İlqar Ağayev: Moskvada yolları polis əməkdaşları bağlayıb ki, müsəlmanlar məscidə namaz qılmaqa gedəcək, bizdə polislər də məscid dağıdırlar. Sonra deyirlər Ruslar pisdi.
İlqar Əlifoğlu: Mən bilirsiniz nə vaxt şoka düşdüm? Türkiyənin mədəniyyət üzrə ateşşesi xatirə kitabında yazdığı sözləri oxuyanda: “Əgər biz siyasətimizi düzgün aparsaydıq, indi Baki nefti bizim əlimizdə olacaqdı”.
Zaur Musayev: Vahhabilərin tarixi ləqəblərindən biri də qəbirsökənlərdir. 18-ci əsrdən, İbn Əbdülvahhab lənətliyin dönəmindən bu yana vahhabilər hücum etdikləri yerlərdə ilk olaraq qəbirləri dağıdıb yerlə bir etdikləri üçün camaat nifrətlə onları qəbirsökənlər adlandırırdı. Bu gedişlə deyəsən biz də məscidsökənlər adıyla tarixə düşəcəyik.
Tural Əmmar: Biri deyir “meymundan əmələ gəlmişik”, biri deyir “boz qurddan əmələ gəlmişik”. Qaqa,onda siz adam balası deyilsiz?)))
Kərbəlayi Tofik Səfərzadə: Türkiyəli jurnalist Elçibəyə sual verdi “Türkiyədən nə istəyirsiniz?” Elçibəy cavab verdi: “Bundan sonra nə istəyəcəm- heç nə! Türkiyədən dörd ədəd helikopter istədim insanları döyüs bölgəsindən köçürtməyə- vermədilər!”.
İradə Cəlil: Bir tanış həkim var, deyir: “İra, bir həkim var, əvvəl stomatoloq işləyirdi, getdi Türkiyəyə, 9 ay sonra qayıdıb hepatoloq işləməyə başladı”).
İlkin Xəlilov: İran bizə sağlamlıq, Rusiya isə çörək verir. Qədəh qaldıranda səbəbkara ən birinci can sağlığı və ruzi arzulayırıq. Elə bu iki amil İran və Rusiyadan gəlir.
Zühur Üçün Hər Şey: Bu yaxınlarda bir nəfəri həkimlər müalicə edirdilər ki guya bu xəstənin ağ qanı yoxdur. İrana gedib, məlum olub əksinə ağ qanı çox imiş... Əks mülaicə edirlərmiş. Başqa bir fakt. Birini böyrəkdən əməliyyat edirdilər ki böyrəyində daş var. Elə oldu ki, xəstə İrana getməli oldu. İranda bir dərmanla bir neçə həftəyə ayağa qaldırdılar. Əməliyyata ehtiyac olmadı. Bu da mənim şahidi olduqlarımdır. Bizim həkimlər hamısı apteklərlə müqavilə bağlayıb, nə gəldi yazırlar- istəyir sağalsın, istəyir ölsün, veclərinə də deyil.
Şəbnəm Əzizova: Türkiyə mədəniyyət adına bəşəriyyətə heç bir tövhə verməmiş böyük bir pox bardağıdır.
Elxan Xəlilov: İndi hamı yazır ki, İsvecde belə, Norveçdə elə... Halbuki SSRİ-də tamamilə hər şey pulsuz idi. Qəndin qiyməti burda da məsəlçün 60 qəpik idi, dünyanın o başında Vladovostokda da 60 qəpik idi. Qlobusda baxsan, SSRİ-nin hər iki ucu dünyanın yumru halında birləşib bir-birinə dəyirdi. Belə bir ölkə necə qayda-qanun, saat mexanizmi ilə idarə olunurdu! Bir balaca torpağımıza sahib ola bilmirik, ay kişi...
Ayan Camalova: Kapitalist bazar iqtisadiyyatı sistemi yalnız az bir qism mülkiyyətçinin mənfəətinə hesablanmış bir sistem olduğundan ondan milli səviyyədə sosial rifah gözləmək sadəlöhvlükdür.
Zərdüşt Əlizadə: Təsəvvür edin, xalq Azadlıq meydanına yığılıb. Bir möcüzə də baş verib ki, Elçibəy dirilib, gəlib tribunaya çıxıb. O, xalqa bilirsiniz nə deyəcək? Ay camaat, bilin və agah olun, 20-ci əsr türk əsridir, Baykal gölündən başlamış Aralıq dənizinə qədər böyük bir türk dövləti yaranacaq və s. Elçibəyin xalqa deməyə başqa sözü yox idi. Bəs xalq deməz ki, nə Baykal gölü, nə Aralıq dənizi?
Elçin Bayramlı: Şimali Koreya haqda mediada yayılanların azı 99 faizi yalandır, hər xəbərdən bir az sonra yalan olduğu ortaya çıxır. Xalqının heç bir narazılığı yoxdu- o xalqın əvəzindən siz niyə qərar verirsiniz ki? Düzdü tam blokadaya salındıqlarından bir az kasıb yaşayırlar, amma onlara belə xoşdu- təhsil, səhiyyə pulsuz, hamının işi var, evi var. Cənubi Koreyadakı vəhşi istismar və yaşamaq, iş uğrunda dəhşətli rəqabət şərtləri ilə yaşamırlar ki.
Doktor Əli Şəriəti: Bu burjuaziya cənnəti, bu istehlak həyatı, qapıdan və divardan Avropanın üzünə yağan bu nemət bolluğu havadan gəlməmişdir. Bir yarım, iki milyard insanın aclığının əvəzi ilə meydana gətirilmişdir.
Fərid Cəfərov: Türkiyənin bizə ziyanlarından çox danışmaq olar- danışdın nə fayda?!
Məhərrəməlli İsmayılov: Nə vaxtsa belə bir kəlməni işlətmişdim: Ətrafda 500-dən çox türkiyəli tanıyıram, bunlardan bircəsinə belə “dost” demirəm, heç olmasa yoldaş və ya həm dil kimi qəbul etmək olmur. 5 rus tanıyıramsa, bunların 3-4-ü yoldalığa, tanışlığa dəyər verirlər!
Rusfer Eynullah: Bir yaxınım deyir, 40 il bundan öncə ucqar rus kəndində işləyirdim, bu kəndə də hər gün süd maşını gəlib qapılardan südü yığırdı. Babuşkaya dedim ki, sənə baxıram hər gun 10 litrlik qabda 9 litr süd verirsən, 1 litr su qat, qoy qab dolu olsun. Babuşka qısa və net deyib: Tı durak çto li, mne ne nada!
Müşfiq Heybətov: 2001-ci ildən bu yana Əli Kərimlinin sədrlik etdiyi partiyanın “bəy”lərindən biri dünən mənə deyir ki, Bəşər Əsəd diktatordur, çünki 2000-ci ildən hakimiyyətdədir və ona görə də Amerika düz eləyir Suriyanı bombalayır. Deyir ABŞ həmişə diktaturanın əleyhinə olub. Dedim 102 ildi hakimyətdə olan Səud ailəsini nə əcəb bombalamır? Nəsə demək istəyirdi, adboy verdim. Sözümün canı odur ki, AXCP-nin 70-80%-i Amerikaya atası kimi inanır.
Nadir Qocabəyli: 90-cı illərin əvvəllində təsadüfən Ərdəbildən gələn üç nəfər qonağım oldu. İkisi bekara adam idi, amma Mustafa adlı üçüncüsü çox ağıllı və məlumatlıydı. Onunla çoxlu söhbətimiz oldu. Bir dəfə soruşdum ki, Mustafa, farslardan qız alırsız? Dedi, baba, çoox. Soruşdum niyə? Dedi, baba, farsın xanımları çox yaxçi olur. Nəyi yaxşı olur, Mustafa? Cavab verdi ki, baba, evə gələndə səni qapıda qarşılar, kefini xəbər alar, su qoyar, ayağını yuyar, başını yuyar. Şirin danışar, yaxçi yemək bişirər, çay dəmlər... Dedim, yaxşı bəs farslara qız verirsiz? Dedi, almazlar ki, baba. Niyə? Ona görə ki, baba, türk arvadlar içəri girən kimi, səni sorğu-suala tutar. Hardaydın, niyə gec gəldin, niyə əliboş gəldin?.. Sənnən acı danışar, yeməyi yandırar, çayı qəynədərlər...
Комментариев нет:
Отправить комментарий