07.06.2021

Bir poxuist prezidentimiz vardı, nə vaxt müharibə başladı, Ağdam çaxırından vururdu, bütün qonşu dövlətlərə ərazi iddiaları qaldırırdı. Qarabağ müharibəsi vaxtı təkcə Ermənistanla deyil, Çindən tutmuş İrana kimi Avrasiya kontinentinin bütün böyük dövlətləri ilə müharibə vəziyyətində idik, çünki hamısının torpaqlarında gözümüz vardı (hətta uzaq Moldavanın Qaqauziya bölgəsində də). Bəyimiz arvaddan pultu ala bilmirdi, amma Böyük Turan eşqinə düşmüşdü. Rusiyadan Dərbəndi, İrandan Təbrizi, Çindən Uyğurıstanı alıb bizi ağ günlərə çıxardacaqdı, bədxahlar imkan vermədilər. Axırda da dərddən arağı pivəyə qarışdırdı vurdu qarışdırdı vurdu - bir də Kələkidə ayıldı.

Комментариев нет:

Отправить комментарий