10.06.2021

Çingiz Qənizadə: Narıncı inqilabların arxasında Qərb və Soros Fondu dayanırdı

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Prezident İlham Əliyevin Bakıda Hərbi Qənimətlər Parkının açılışındakı çıxışını şərh edərkən deyib ki, Qərb Azərbaycan üçün həmişə təhlükə mənbəyi olub. Əliyev bildirib ki, xarici güclər 2005-ci ildə onu narıncı inqilabla devirmək istəyiblər. Qənizadə qeyd edib ki, narıncı inqilabların arxasında Qərb dövlətləri və Soros Fondu dayanırmış.
“Prezident faktsız danışmır və dediklərində həqiqət var. Çünki bir zamanlar dünyada “narıncı inqilab” prosesi başladılmışdı. Bunun arxasında bəzi Qərb dövlətləri və Soros Fondu dayanırdı. Xatırlayırsınızsa, Gürcüstanda, Ukraynada bu rəngli inqilablar reallaşdı, amma heç biri fayda götürə bilmədilər”, – deyə o, bildirib.

Комментариев нет:

Отправить комментарий