Şəkildə gördüyünüz oglan bizim döyüş yoldaşımızdır. 11 il 052-də xidmət edib. Müharibə vaxtı isə mən oldugum Şəmkir həmlə-xüsusi əməliyyat taborunun giziri olub.
Murovda, Cəbrayılda, Füzulidə, Xocavənddə xüsusi əməliyyatlarda iştirak edib. Həmlə qruplarla hücuma keçsə də, Talıbov qrupdan 50-100 m qabaqda təkbaşına döyüşüb. Çox yaralımızı döyüş gedə-gedə təxliyə edib. Çoxlu minamyot, güllə zədələri alıb. Sifətinə, dizinə qəlpələr girib. Dəfələrlə minamyot vannasına düşüb. Hətta bir neçə dəfə düşmənim arxasına keçib. Çünki təcrübəsi çox idi. Gözündə qorxu yox idi.
İndiyə kimi müalicə alır. Əsəb sistemi korlanıb.
Amma indi pulsuzluqdan iş olanda 20 manata fəhlə işləyir. Hələ qrup da almayıb.
Bir neçə dəfə xahiş etmişəm, dostlar kömək edib.
Sizdən yeganə xahişim: əgər imkanı olan varsa hərəyə 5 manat, 10 manat, nə olsa onun kart hesabına atasınız.
İnanın ki ruziniz də bol olar.
Özü utanır deyə, mən yazdım.
Bakıda kirayə qalır. Onu da verə bilmir.
Normal iş olsa da, təklif edə bilərsiniz.
Təşəkkür edirəm, dostlar.
Ramin Musayev
Комментариев нет:
Отправить комментарий