01.06.2021

Rusiya Azərbaycanı amerikan-ingilis maşaları olan İsrail və Türkiyəyə yedirtməz

İsrail yenə də Azərbaycandan nüfuzun çıxartmadı, Putini aldatdı. Ki, Fələstini dayandır, biz çıxırıq. Hansı ki, İran və Misir quru qoşunları uje İsrailə girmək üçün "təşnə" idilər. Demək olar, hər yerə barmaq soxan, hər yerdə ara vuran, orta qızışdırıb dalda tamaşa edən Sionist ocağını bu səfər Putin ortaya atıb dünyaya tamaşa elətdirdi. 
Putin hal-hazırda Fələstində olan rusları karvan avtobuslarla Rusiyaya daşıyır. Bu isə o deməkdir ki, qan su yerinə axacaq. İsrail yaddan çıxarıb ki, tarixən rus bir dəfə stupka eləyir, aldanıb "net" dedisə paytaxtıva kimi gələcək. 
Qarabağ Azərbaycana havayı verilməyib. Avrasiyaya girməlidir, vəssalam! Azərbaycanı Rusiya İrandan 50 minə yaxın əsgər itirərək alıb. Azərbaycan İranın Qarabağıdır. Necə Qarabağ bizim 30 illik həsrətimizdir, Azərbaycan da İranın 200 illik həsrətidir. 
Azərbaycan müstəqil olmağını Rusiyaya borcludur. Rusiya isə onu amerikan-ingilis maşaları olan İsrail və Türkiyəyə yedirtməz.
Suriya onun olmaya-olmaya dünya güclərinə yedirtmədi, Bəşər Əsədi taxtında saxladı - daş daş üstə qalmadı, amma, Putin deyən oldu. O ki qala sərhədinə bitişik, 180 il ərazisi hesab olunan Azərbaycan ola. Azərbaycanı viran edər, amma İsrailə yedirtməz.
Qarabağda vəziyyətin gərginləşməsi, erməni-azərbaycanlı əsgərlərinin qarşıdurması, 30 illik filiz yataqlarının istismarı teması onu göstərir ki, Avrasiyaya qol çəkilməyib.
Yəni Dabroya görə qarşılıq verilməyib.
Bu isə heç yaxşı nəticə verməyəcək.
İsrail Fələstin və İran əliylə yox olacaq.
Bu inanmadığımız Quranda da var.
Cəhənnəmə ki, İsrailin yox oluşu. Qorxuram ki, belə getsə Azərbaycan Ermənistanla yerini dəyişəcək.
Siz saydığınızı sayın, görün Putin nə sayacaq.
Allah balaları qorusun. Allah bizə yeni şəhidlər qismət eləməsin!

Kommunist Koba

Комментариев нет:

Отправить комментарий