03.06.2021

Rusiya "Pioner" avtobusu istehsal etdi

Rusiyanın "PK Transportnıe sistemı" istehsalat müəssisəsi 2021-ci ilin mayında "Pioner" adlı yeni, geniş avtobus istehsal edib. Avtobus yanacaqla yox, elektriklə işləyir.
Avtobusda birdəfəyə 140 sərnişin daşınması mümkündür.
200 kilometr məsafəyə kimi ehtiyat yol qət etmək gücünə malik "Pioner" elektrobusu gecələr 6 saat ərzində batareyalarına elektrik enerjisi ötürülməklə doldurulur.
Avtobusda yayda 3 kondisioner işləyəcək, qışda isə oturacaqlar altdan qızdırılacaq.

Комментариев нет:

Отправить комментарий