05.06.2021

Valeri Korovin,
“KONTİNENTAL AVRASİYA İMPERİYASI QURACAYIQ”:

Hindistanla alyans qurmaqla biz, birincisi, tam mənada kontinental imperiyaya çevrilmək üçün vacib olan potensialımızı, o cümlədən maddi-texniki və hərbi potensialımızı artırardıq. İkincisi, bu bizə isti dənizlərə çıxış imkanı verəcək ki, bunun üçün bir neçə nəsil rus insanı mübarizə aparmışdı, lakin buna nail olmamışdı... Hindistan – atlantistlərin ən böyük arzularından biridir. Onlar Hindistanı sahilboyu zonaya- Rimləndə daxil etmək üçün yüz illərlə mübarizə aparsalar da, bütün cəhdləri boşa getmişdir. Hindistan yenə də kontinental dövlət olaraq qalır. Elə məhz buna görə də Rusiya hələ də Hindistanı öz geopolitik orbitinə daxil etmək üçün böyük şanslara malikdir... Hindistanla əlaqələrin əhəmiyyəti barədə daha da irəli gedərək demək olar ki, Rusiyanın dünyadakı mövqeyi bizim Hindistanı öz tərəfimizə çəkə bilib-bilməyəcəyimizdən asılı olacaq. Rusiya Federasiyanı indiki vəziyyətində yalnız regional dövlət kimi xarakterizə etmək olar, baxmayaraq ki, nəhəng əraziyə, nüvə silahına və kolossal enerji resurlarına malikdir. Tam mənada imperiyaya çevrilmək üçün bizim kontinental kütləyə və strateji məkana ehtiyacımız var. Söhbət Kontinental Avrasiya İmperiyasından gedir. Kontinental Avrasiya İmperiyası - tarixi, iqtisadi və siyasi maraqları ilə bir məkanda birləşmiş xalqların və dövlətlərin strateji ittifaqıdır.

Комментариев нет:

Отправить комментарий