19.04.2011

PAKİSTAN ABŞ-a "DUR" DEDİ

Pakistanın baş naziri Yusif Rza Gilani həmçinin bildirib ki, ABŞ-ın təşkil etdiyi hava hücumları terroçuları yox etmir, əksinə onlara dəstəyi artırır



FaktXeber.com-un verdiyi məlumata görə, Pakistanın baş naziri Yusif Rza Gilani, ABŞ-dan ölkə ərazisində həyata keçirdiyi icazəsiz hava hücumlarını dayadırmağı tələb edib. Paytaxt İslamabad şəhərində səfərdə olan ABŞ Nümayəndələr Palatasının rəhbəri Con Boehner ilə görüşü zamanı, terrorla mübarizə sahəsində ən yaxın müttəfiqi ABŞ-a ciddi xəbərdarlıq edən baş nazir Gilani, Vaşinqton rəhbərliyindən raket hücumlarına son qoymasını istəyib.

Qeyd edək ki, Pakistanın baş naziri Yusif Rza Gilani həmçinin bildirib ki, ABŞ-ın təşkil etdiyi hava hücumları terroçuları yox etmir, əksinə onlara dəstəyi artırır.

Комментариев нет:

Отправить комментарий