13.04.2011

ZÜLFÜQAR MİKAYILZADƏ AZADLIQDA

Nüfuzlu ilahiyyatçı Zülfüqar Mikayılzadə, səhhəti ilə əlaqədar Bakı şəhərinin mərkəzi xəstəxanalarından birinə müalicə və əməliyyat olunması üçün köçürülüb



FaktXeber.com-un "İslam-Azeri.az" saytına istinadən verdiyi məlumata görə, hakim Şəlalə Həsənova sədriyi ilə keçirilən məhkəmənin qərarına əsasən, Zülfüqar Mikayılzadə növbəti 4 aylıq istintaq müddətini azadlıqda keçirə bilər. Zülfüqar bəyin vəkili Rüstəm Zülfüqarov bildirib ki, istintaqın gedişində bir çox məqamlar aydın oldu və növbəti istintaq müddətində məsələnin tamamilə həll olunacağına ümid var.

Qeyd edək ki, vəkil Zülfüqar Mikayılzadənin qeyd olunan maddə ilə ittihamının ciddi əsaslara söykənmədiyini, ittiham olunan şəxsin əməlində heç bir cinayət tərkibinin olmadığını deyib. Hazırda Zülfüqar bəy səhhəti ilə əlaqədar Bakı şəhərinin mərkəzi xəstəxanalarından birinə müalicə və əməliyyat olunması üçün köçürülüb.

Комментариев нет:

Отправить комментарий