17.06.2011

Hitlerin son anları

O gün Hitler öyrəndi ki, Mussolini öz qadını ilə öldürülüb. Ən çox sevdiyi iti Biondi`ni zəhərləyib , digər ikisinidə güllələyib öldürdü.  Rusların əlinə düşmə təhlükəsi olan  katibələrinə zəhər payladı.  Ancaq, həmin saatlarda intihar eləmək istəməyən bəzi insanlara öz həyatlarını davam etmək üçün getmələrinə icazə verdi. Həmin gecə heç kimin yatmaması tapşırılımışdı. 
Fürer  vəda edəcəkdi...
30 Aprel idi... Saat gecə 3 olardı...
Təxminən 20 nəfər insan, yemək salonunda sıra ilə düzülmüşdü. Çoxusu da qadın idi. Hitler dodaqlarının altında nəsə mızılıdanaraq , bir-bir insanların əlini sıxıb sağollaşırdı. Sonra öz otağına qayıtdı.  
Yeva zəhəri , Hitler isə tapançanı seçmişdi.  Artıq, şef yox idi. Ortam birdən-birə qarışmağa başladı. Hətta bəziləri rəqs etməyə başlamışdı.  Goebbels`in arvadı   beş uşağını  öldürdükdən sonra, özü də intihar elədi.  Həmçinin , Goebbels, Krebs və Burgdorf da ölümü seçdilər.
1945-ci ilin 20 Aprel idi. Hitlerin 56 yaşı tamam olurdu.  Ad günü sığınacaqda qeyd olunurdu. Tamam yıxılmış bir Berlin, rus qoşunlarının toplarının səsi, Amerika qırıcılarının bombalarının uğultusu , bu doğum  gününün fonunu formalaşdırırdı. 

Hitler, hər ad günündə olduğu kimi , o gündə günorta zamanı yuxudan oyanmışdı. Biraz yüngül yemək yedikdən sonra, yaxınlarından təbrikləri bir-bir qəbul eləməyə başladı.  Həmin gün orada olan general Kollar öz xatirələrində vurğulayırdı ki, Goebbels, Himmler və Ribbentrop həmin an cəbhədə idilər. 
Kiçik ad günü mərasimindən sonra Hitler sığınacağı tərk edərək,  Berlinin müdafiyəsi üçün hazırlanan birlikləri yoxlamağa getdi.  
İki birlik var idi. Bunlardan biri könüllü olaraq , öz istəklərinə görə dəniz donammasından olan bir qrup əsgərlər idi.  Digəri isə, Hitlerin gənclik təşkilatlarından gələn bir qrup az yaşlı gənclər. 

ƏLLƏRİ  TİTRƏYƏN  HİTLER
20 İyun 1944-cü ildə Hitlərə qarşı bombalı suiqəst təşkil olunmuşdu. O gündən bəri , Hitlerin əlləri titrəməyə başlamışdı. Ancaq, buna baxmayaraq o bir-bir əsgərlərin əllərini sıxaraq , onlara Berlinin əhatəsində olan rus qoşunlarının məhv edəcəyini əminliklə söylədi. 
 Rus toplarının səslərinin gəldiyi an, Hitlerin bu cür əminliklə danışması, özünə olan güvəni inanılmaz bir şey idi. O bir daha  rusları Berlinin ətrafındə məhv edəcəyini söylədi. Təbii ki, Hitlerin yanından olan generallar məsələnin mahiyyətindən xəbərdar idilər.  Hitlerdən şərqə doğru getməsini xahiş elədilər. Bir neçə saata, ən uzağı bir gün içində Berlin tamam ilə boşalmalı idi. Lakin, Hitler bunu qəbul eləmək istəmirdi. Getdikcə Hitler həqiqətlərdən uzaqlaşmış, sanki öz dünyasında yaşamağa başlamışdı.
“BÖYÜK QAÇIŞ”  
20 Aprel gecəsi Berlindən böyük qaçış başlamışdı.  Hitlerin ən yaxın dostu Goering , Avropanın dörd tərəfindən çırpışdırdığı xəzinəsi ilə şərqə doğru qaçdı. O , Hitler öldükdən sonra , onun yerinə keçməyi planlaşdırırdı. Eyni düşüncədə olan Himmler də getdi. Hər ikisi də Berlinin boşaldıldığı gün , 20 Aprel zamanı öndə olmaq, başa keçmək istəyirdilər. Hitler, bu iki insanı xain olaraq elan etdi. Amerikalılar tərəfindən həbs olunan Goering , Nurnberg şəhərində asılacağı gecə, Himmler isə ingilislər tərəfindən həbs olunduğu gecə, zəhər içərək intihar elədilər. 
HÜCÜM  ƏMRİ
21 Aprel tarixi idi, Hitler hələ də mübarizəsini davam etdirirdi. Berlinin şərq tərəfinə daxil olmaq istəyən ruslara qarşı general Feliks  Steiner `ə öz hücüm taktikalarını verdi.  Berlin üçün bütün hər kəs ölməli idi. Bu yoldan kim vaz keçib, geri dönmək istəsə , ən geci 5 saata onu edam edilməsi tapşırılmışdı. Hitlerin qərarı qəti idi.  Daha sonra o telefonun arxasına keçərək, öz təlimatlarından sonra gələcək nəticəni gözləməyə başladı.  Ancaq, heç kəsdən , heç bir xəbər gəlmirdi. 
23 Aprel günü, Hitler təlimat verdiyi generalların ona xəyanət etdiyini anladı. Və hər iki generalı xain elan elədi. Buna baxmayaraq, Hitlerin özünə , iqtidarına olan əminlik hissi  hər kəsi heyran etmişdi. 
24 Aprel  günü Hitler bütün sənədləri yandırmağa başladı. 
Amerikan və rus güclərinin müttəfiq olduğunu , ancaq, bəzi ərazilərə görə anlaşa bilməmədiklərini eşidən Hitlerin gözləri işıldamağa başladı. 
Adolf Hitler : “Dostlar, bu iki müttəfiq hər an bir-birilərinə qarşı çıxa bilərlər. Bu an bizim sülh haqqında danışmağımız özümüzə qarşı bir xəyanətdir. ”
Hitler Amerika generalı  Wenck ilə ən qısa zamanda  əlaqə saxlayıb, rusların şərq tərəfdən vurmaq haqqında düşünməyə başladı.

25 Aprel günü bütün Berlinə bir xəbər yayılmağa başladı : “Möhkəm olun, Berlinin müdafiyəsinə general Steiner`in  və general  Wenck`in qoşunları gəlir”.
Şərq cəbhəsinə başçılıq edən Heinrici isə həqiqəti bilirdi. 
IX ordu tamam ilə yox olmuşdu.  Wenck`in qoşunları isə yavaş-yavaş öz mövqelərini itirirdilər. Bu iki ordunun birləşib, şimala irəlləməsi və oradan da Steiner ilə birləşmələri imkansız idi. Heinrici  Steiner`ə zəng elədi : “Nə üçün hücüm eləmirsən ?! , sən Fuhrer üçün hücüm etməlisən!”  deyərkən , dəstəyin o tərəfində olan  Steiner`dən qısa və acı bir cavab gəldi : “O sənin Führerindir !”
QƏZƏB  ANI 
O zaman bu anı görən hər bir kəs Hitlerin çox qəzəbli olması haqqında həm fikir idilər.
Rəngi dəyişir, səsi çox əcaib şəkildə çıxır, yüksək səslə bağırırdı. Hər kəs onu tərk etmişdi. Ətrafında xəyanət, yalan , çürümə və qorxaqlıqdan başqa heç nə qalmamışdı. İtəyən hər kəc çıxıb gedə bilərdi. O özü isə Berlində qalacaqdı və paytaxtın müdafiəysini tam olaraq öz üzərinə götürəcəkdi. Bu onun son böyük qərarı idi. O gün Geobbels və ailəsini sığınacağa dəvət elədi. Bu fanatik müridin  heç vaxt onu tərk etməyəcəyini Hitler tam olaraq əmin idi. 
AXŞAM  QONAQLAR
26 Aprel günü Almaniya torpaqlarında sonsuz bir insan qarşıdurması  baş verirdi. 10 milyon əsgər , 10 milyon didərgin, 10 milyon əsir düşümüş əsgər və fəhlələr. Almanların bəziləri təslim olur, bəzilər isə təslim olanları öldürməklə məşğul idilər. Ancaq, ümumən götürüldükdə, hər biri  Qızıl Ordudan öz canlarını qurtarmaq üçün qərbə axın edirdi. Qırıclardan atəşlər açılırdı, əsir düşmüş əsgərlər öldürüldü. Rus topları Berlinin bütün bölgələrini  atəş altına salmışdı. Axşam vaxtı Hitleri ziyarət üçün iki insan gəldi. Məhşur  pilot Hana Reitsch böyük yanğınlara baxmayaraq Berlinə sonuncu enişini etmişdi. Yanında olan general Von Grein  rus qırıcılarının atəşlərindən dolayı yaralanmışdı. Bu ikin insan Hitleri görmək üçün sığınacağa girdiyi zaman, ilk rus mərmiləri sığınacağın baxçasına düşməyə başladı.  
Bir neçə saatdan sonra isə ,  Qızıl Ordu almanların son iki hava limanını da ələ keçirmişdi. 

HƏYACAN  və TƏHLÜKƏ ARTIR
27 Aprel tarixində sığınacaqda Hitler ilə bir arada ölmək istəməyən insanlar arasında təşviş yaranmışdı .
Adolf çox yazıq bir duruma düşmüşdü. Hər kəs ona xəyənat edirdi. 
28 Aprel günü ruslar  Berlində qalan son dirənişçiləri də məhv etmək üçün küçə savaşlarına başladı. İçərdidə qalanlar, şəhərdə  baş verən olayları ancaq radio vasitəsiylə dinləyə bilirdilər. Artıq, tamami ilə ümüdlər kəsilmişdi.
SIĞINACAQDA   EVLİLİK
29 Aprel günü Hitler evləndi. Sevgilisinin xahişi ilə ona bu mükafatı hədiyyə edən Hitler, artıq evliliyin onun partiyasına və xalqına qarşı bir əngəl olmayacağını anlamışdı. 
“Cəmi 24 saat davam edəcək bu evliliyin nəyə ziyanı ola bilərdi ki ?!”
Goebbels,  sığınacaqdan bir neçə blok  sonra baş verən vuruşmada yaralanan,  fağır bir bələdiyyə üzvünü gətirmişdi. Onun müayyinəsi üçün ayrıca bir otaq ayrıldı. 
Gəlin və bəy toy ərəfəsində and içdilər. Daha sonra Hitler otağında şampanlı bir məclis  təşkil elədi. 
Hitler biraz  özünə gəlmişdi. Goebbels`in toyunda sağ diş olduğu günü xatırladı. Ancaq, sorda hüzün və kədər hər şeyə hakim oldu. İnsanlar göz yaşlarını tuta bilmədilər. Hər kəs bir-bir Hitlerin çevrəsindən kənarlaşmağa başladı. Hitler də başqa bir otağa keçərək, öz vəsiyyətnaməsini yazdırmağa başladı.
SON  SAATLAR
O gün Hitler öyrəndi ki, Mussolini öz qadını ilə öldürülüb. Ən çox sevdiyi iti Biondi`ni zəhərləyib , digər ikisinidə güllələyib öldürdü.  Rusların əlinə düşmə təhlükəsi olan  katibələrinə zəhər payladı. Ancaq, həmin saatlarda intihar eləmək istəməyən bəzi insanlara öz həyatlarını davam etmək üçün getmələrinə icazə verdi. Həmin gecə heç kimin yatmaması tapşırılımışdı. 
Führer vədə edəcəkdi...
30 Aprel idi... Saat gecə 3 olardı...
Təxminən 20 nəfər insan, yemək saolununda sıra ilə düzülmüşdü. Çoxusu da qadın idi. Hitler dodaqlarının altında nəsə mızılıdanaraq , bir-bir insanların əlini sıxaraq sağollaşırdı. Sonra öz otağına qayıtdı.  
Yeva zəhəri , Hitler isə tapançanı seçmişdi.  Artıq, şef yox idi. Ortam birdən-birə qarışmağa başlamışdı. Bəziləri rəqs etməyə başladılar. Goebbels`in arvadı   beş uşağını  öldürdükdən sonra, özdü də intihar elədi.  Həmçinin , Goebbels, Krebs və Burgdorf da ölümü seçdilər. Digər insanlar isə sığınacaqdan qaçaraq öz canları qurtarmaq qərarına gəlmişdilər. 
Müharibə  və Almaniyanın təslim olma günü mayın 7-ə kimi davam elədi.
SON  SÖZLƏRİ
Hitler, 29 Aprel 1945-ci lin sabahı yazdırdığı vəsiyyətnaməsində , müharibənin səbəb və məsuliyyətini ingilis və yəhudilərə aid eləmişdi. O alman əsgərlərinin təslim olmayaraq , sona qədər mübarizə aparmalarını gələcək nəsillər üçün örnək alınmasını deyirdi.  Hitler öz yerinə Doenitz`in keçməsini və həmçinin yəhudilərə qarşı olan münasibəti davam etdirməyi  qeyd eləmişdi. Bütün mirasını partiyaya, partiya yox olarsa, dövlətə buraxdığını  söyləyərək intihar edəcəyi qərarını verdi. Şahid olaraq, Geobbels, Bormann və bir neçə generalı otağına çağırdı. Goebbels`də intihar edəcəyini yazdırmağa başladı. 
Vəsiyyətnaməsinin kopyasını  üç gənc əsgərə həvalə elədilər. Hitler artıq tamamı ilə susmuşdu. Heç nə danışmırdı. Bir neçə il öncə Don, Volqa, Norveç, Liviya kimi bölgələrin sərhədlərində öz təlimatlarını verən Hitler və onun ətrafında olan generallar , indi kiçik bir sığınacaqda, rusların Berlinin hansı ərazilərində olmalarını öyrənməyə çalışırdırlar. 
Hitlerin son sözləri arasında, “xəyanət” və Alman xalqının şərqi bir gün yenə fəth etməsi barəsində olmuşdu.
M.Tanju Akad - 2001                                     Hazırladı : Azər Aydın

Комментариев нет:

Отправить комментарий