Professional Oxucu Liqası
Bir daha onların analoqsuz inkişafı barədə
Rayonlardan birində xeyriyyəçi oğlanlardan biri müharibə iştirakçılarının xatirəsinə vaxtilə ucaldılan, lakin indi bərbad günə qalan obyekti təmir etdirmək istəyir. Bunun üçün layihə də hazırlatdırır, bəzi işlər də görür. Bu vaxt icra başçısı onu otağına çağırtdırır. Həmin şəxs elə bilir ki, ona təşəkkür edəcəklər. Amma əksinə olur. İcra başçısı deyir, xeyriyyə işi görürsən, bəs mənim payım? 5 min qoy ortalığa, sonra o işləri görərsən. Həmin xeyriyyəçi də bütün işlərə tüpürüb, rayondan qaçır.
Elə, işçiləri də müdirlərinə baxıb nümunə götürürlər. Bir kəndin sakinlər qaz idarəsi işçiləri ilə razılığa gəlirlər ki, köhnə qaz borularını qaz işçilərinə verib, əvəzində kəndarası yolu təmir etsinlər. Elə işə başlayan kimi icra başçının adamları gəlirlər ki, başçının payımızı verməmiş, kənddə necə abadlıq işi apara bilərsiniz. Heç olmasa, bu köhnə borulardan bizə 50-60 ədəd verməlisiniz. Və sonra həmin boruları da alırlar. Budur bunların analoqsuz inkişafı!
Ona görə də deyirlər, kor atın kor nalbəndi olar. Elə buna görədir ki, çoxu xeyriyyəçilik etmək istəmir, xeyriyyəçilik edənlər də yalvar-yaxar edir ki, bizim yaxşı işimizi tərifləməyin, “sağ ol” əvəzinə haqq alacaqlar.
Bəlkə də gələcək tarixçilər ölkənin salnaməsini yaradanda keçmişdəki ərzaq sapalağı, kolxoz quruluşu kimi ünvanlı yardıma xüsusi səhifələr həsr edəcəklər. Bu ünvanlı yardım ayaq açanda daha hansı rüsvayçılığın şahidi olmadıq.
İndi deyirlər ki, ölkədə yoxsulluğun səviyyəsi 9 faizdən 6 faizə enib, ünvanlı yardım da az verilməlidir. Lakin rəsmilər açıqlamasında bildirilir ki əvvəllər bu iş üçün hər ay 250 müraciət edərdi, indi 500 nəfər müraciət edir.
Amma hər ərazi nümayəndəsinə plan qoyublar ki, hər ay misal üçün 5 nəfərdən artıq olmaz. İndi bu 5 nəfəri kim müəyyənləşdirəcək? “Əhməd haradadır” filmində Əhmədin atasının sözü olmasın, kasıbçılıq da planladır? Pambıq planı, üzüm planı eşitmişdik, bunu eşitməmişdik. Bu da şanlı yapokratiyadan çıxdı.

Комментариев нет:
Отправить комментарий