07.11.2011

Adım həyəcandır - Adım Azərbaycandır

Səid Muğanlı

Adım heyecandır
Adım Azerbaycandır
Adım Tebrizin demir aşığının paslı dodağında
Musallada yandırılan saz çanağında
Bebekde menem beyreqde menem,
qanlı bayraqlı Babekde menem
Dedem qorqudun qopuzlu dili
Adım Tomrusun qanlı elidir
At üstünde yaşayan Atillayam
Döyüşde qara qaçqa, qır at, boz atilayam
Dünyanı ikiye bölen bir oxam, yanı oxtayam
Deli kürem, qalabaliqam, arazam yanı qarabalıqam
Gögde ses gelse müslim maqamayevin gümüşü sesi
Yerde üzeyir koroğlusunun otuz yedisi
Şah ismailin saz qılıncıyam
Muezzin emının azan şarqısı
Burlaxatunam çiçegem, yanı göyçeyem
Bülbülün neğmesiyem, xanın sesiyem
Tarix menden nefes alıb verir

Azıq mağarasında, Türkün qızıl kitabiyam
Qarabağ şikestesinde, hay hay ağlayan çeneyem

Qurd tek meleyen qarabağam, qarabaxtam
Qurd tek ulayan çeçenistan
Orxun yazıları ellerinde göyeren Türkistan
Qar kimi aydınam hava tek yayğın
(…)
Quldur allahların qudur şeytanların
Yalancı şahnamelerınde yazılan Türkem!
Toy düyünlü Turanam
Qara devde menem, qara evde menem
Kuruş şahın qatiliyem
Helede ki var öküz rüstemin saqqalından…
Deli dumrulam ey Oğuzdur babam
Seni nece başa salım men efrasyabam
Ergenekondan başlanan yazam
Ve eşhedı qarabağ şikestesinde oxunan namazam
Yanı Tebrizde namaz üste yandırılan sazam
Turanın ağ almasıyam
Uralam, Altayam, göy gölem yanı el gölüyem
Urmu gölünde asuvan yumruğu, üsyan yumruğu
Ve Türk dünyası kimi, bölük bölük bölünen xezerem
Türk tarixli toprağı at üstü gezerem
Dedim ki settarxanam, hemi üsyanam seferxanam xan kendinde xanam
Ağrı dağında Paşa sancı deresinde Pesyan
Eloğluyam, emoğluyam, koroğluyam
Çalanda orkstra veten oölu coban qara, reşid Behbudovam
Ve şaqqıldayanda klaşinkofla reşid Dostumam
Dilim qarabağ atlarının kışnertısıyle
Qaradağ Qurdlarının ulama sesi
Ve xan şuşıniskinin, qarabağ şikestesinin ortaq sesidir
Gürgenç’de Atsız Türbesi
Ereb çöllerınde berno tek atılan kerkükem,
Fars böyründe sancılan Qaşqay
Kürd alnında çiban sulduz, yer küresinde bir ulduz
Rus gözüne tir kamanam, hemi çeçenistanam hemi dağistanam
Ve donğuz gözetçisi qaban komnistlere Başqurdam
Ve Beşyüz milyon deli Türke anayurdam
Ve avrupa üreyinde qah qah gülen istanbulam
Her yazılı tarixlerin varaqında
Güneş kimi, hava kimi, qurşun kimi dolha dolam
Of ey .. Qardaş!
Sann verdiyim ögeylerin
Buğazlarında qalan bal bellesiyem
Ne ata bilirler ne uda bilirler !
Men Tanrını kaşılarında göyertmiş gög meçiden
Ve bir kerpiç arası Min döyüşçü eken erkem !
Büsbütün tarixem büsbütün Türk’em
Yanvarın 20 siyem, Azerin 21, behmenin 29 yanı qerib bir quzu
Adım Anacandır, can can diyenlere canım candır
Adım Heyecandır
Adım AZERBAYCANDIR
sevmək bir …
“sevmək “bir intihardır!
qar çiçəyi günəşə baxıb öldü!
“sevmək”bir ittihamdır!
“sevmək”təkcə sevək deyil ki
sənin , mənim , onun arasında
“sevmək bir inqilabdır”!
mən sevirəm…
və zindandayam!
…Və sonay yasaq öyküdür, vəlentayn deyil
yaşamalısan səni
yanı,  elə belə zornan haaaa
 sənə yaşamaq yaraşır
 mənə yazmaq!
Yaşamaq edit olunmalıdır
                         yaşama,      yaz!
 [...............................!]
“Mən yazmasam
sən yazmasan
biz yazmasaq”
ölüləri yumaq lazımdı…
(Yaz)da su çoxalar axı
yaz, qabaqdan bahar gəlir!
[...............................!]
“Mən ölməsəm
sən ölməsən
biz ölməsək”
yaz, yazda ölməyim gəlir…
Yaz
yaz, yuyundursun məni…
Yaz can! Naz…
Yaz  neynək  az…
[................................!]
Axı belə ziba aysan eeeee    ay
Azərı çıxsaq əlbəttə payızdan.
Birdə imamiyyədə yatır solmaz (ayıb olmasın)
bir də doymasın “baz” oğullar!
- (Axı qızbazlığın yeri deyil ki ora)
             birdə ki məmurnan doludur…
[...............................!]
Yazma!
Yayma!
“……….”
Qışma!
Bayramdan sora
                     yaz eeee  belə  yaz
                               bir də bağışlayın: [səid muğanlı…
(………………………………………………………….)
Açıqlama, ust-basdır eləməkdir:
riza bəraheni hər romanın əvvəlində yazır:
«romanda gedən adların hamısı xəyalıdır.
 onun həqiqi adlarla üst-üstə düşəməsi tam təsadufdir.»
İrza dayi axı bu boyda yalan olar?!
                                        Yaz…

Комментариев нет:

Отправить комментарий