Ədalət Əsgəroğlu: “Anar namizədliyini irəli sürməsə...”
Yazıçı Afaq Məsud “Kaspi” qəzetinə verdiyi müsahibədə AYB-nin qurultayının baş tutmayacağını bildirib. Məsələ ilə bağlı AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu ilə əlaqə saxladıq.
- Ədalət müəllim AYB-nin qurultayı keçiriləcəkmi? AYB-nin qurultayının ümumiyyətlə keçirilməyəcəyini deyənlər var...
- Biz qərar qəbul eləmişik ki, AYB-nin qurultayı gələn ilin birinci yarısı keçirilsin. İl yarımdır ki, AYB-də təmir işləri getdiyi üçün biz qurultayın keçirilməsini ləngidirdik. Eyni zamanda, AYB-nin filiallarının məruzələri dinlənilməli, onlardan qurultaya nümayəndələr seçilməlidir. Gürcüstan və Moskva filialları, yerli filiallar bu məsələni tam olaraq həll eləmədiyi üçün bu da qurultayın gecikməsinə bir səbəbdir.

- Afaq Məsud müsahibəsində qurultayın ümumiyyətlə keçirilməyəcəyinə bildirib.
- Ona bizim böyük hörmətimiz var. Amma Afaq Məsudun hansı əsasla bu düşüncədə olması mənə məlum deyil. Qurultay mütləq keçiriləcək. Onun keçirilməməyi mümkün deyil. Sadəcə bəzi təşkilati problemlər var. Afaq Məsudun şübhələrinə heç bir əsas yoxdur. 2012-ci ilin may ayına qədər qurultay keçiriləcək.
- Ləngimənin səbəblərindən biri də, AYB daxilindəki qruplaşmalar, namizədliyini vermək istəyən şəxslərin arasındakı çəkişmələr ola bilərmi?
- AYB daxilində heç bir qruplaşma yoxdur. Sadəcə namizədliyini irəli sürmək istəyən yazıçılar Anar müəllimin qərarını gözləyirlər. Əgər Anar müəllim yenidən işləmək istəsə, məncə, başqa namizəd olmayacaq. Çünki namizədliyini vermək istəyənlərin hamısı bildirir ki, “Əgər Anar müəllim namizədliyini irəli sürməsə, mən namizədliyimi irəli sürəcəyəm. Düşünürəm ki, Anar müəllim işləmək istəyirsə, ona mane olmaq doğru deyil. Ancaq hər bir AYB üzvü sədrliyə namizəd ola bilər. Mən iddialılardan xahiş edirəm ki, bir az səmimi olsunlar. Anar müəllimin namizədliyini irəli sürüb-sürməyəcəyindən asılı olmayaraq ,istənilən şəxs AYB sədrliyinə namizədliyini irəli sürə bilər. Bundan çəkinmək lazım deyil. Anar müəllim sədr seçildiyi bütün qurultaylarda namizədliyini irəli sürüb, səsvermə ilə sədr seçilib. Alternativ namizəd də olmayıb. Yalnız son qurultayda rəhmətlik Akif Səməd namizədliyini irəli sürüb və səs çoxluğu yenə Anar müəllimin tərəfində olub.
- Rəşad Məcid, Qəşəm Nəcəfzadə və Elçin Hüseynbəylinin namizəd olacağını deyirlər.
- Mümkündür. Hər üçü istedadlı və peşəkar adamlardır. Ancaq nə isə yenilik etmək üçün, ədəbiyyata xidmət etmək üçün AYB sədri olmaq vacib deyil. Hər kəs olduğu postda da lazımlı işlər görə bilər.
- Sizin fikrinizdən belə çıxır ki, yazılmamış qanunlara görə Anara alternativ olmaq doğru deyil?
- Anar müəllim yenidən sədr postunda qalmaq istəsə, səs çoxluğunu qazanacağı məlumdur. Ancaq bu o demək deyil ki, başqası namizədliyini irəli sürə bilməz. Məncə, iddialı olan hər bir yazıçı səmimi olub, namizədliyini irəli sürməlidir. Tam demokratik şəraitdə qurultay və seçki keçiriləcək.
Cəlil CAVANŞİR kulis.az
Комментариев нет:
Отправить комментарий