04.11.2011

PKK və din problemi


Dilqəm Əhməd

Cumhuriyyətin 88-ci ilində Türkiyə ağır günlərini yaşayır.
Vandakı zəlzələyə də baxmadan terrorist fəaliyyətlərini davam etdirən PKK ilə mübarizə uğurlu nəticə vermir.
Şəhid sayı çoxalır, öldürülən terroristlərin sayı çoxalır, şəhidlərin yerini yeni əsgərlər, terroristlərin yerini yeni pkk-lılar davam etdirir.
Birand kimsənin görüb də söyləyə bilmədiyi açıqlamanı etdi: bölgə xalqı bölünmüş durumdadır.
Öldürülən pkk-lılar dövlətin bütövlüyünü pozan terroristlər olsa da, bölgə xalqı üçün hansısa qonşusunun övladı olduğu üçün fikrən ayrılma prosesinə gətirib çıxarıb.

İdeologiyanı dəyişdirməklə heç bir çözüm əldə olunmur.
Türkçülük yerinə türkiyəçilik anlayışını gətirməklə dəyişiklik olmur. ”Nəfəs” filmindəki terroristin söyləyidi kimi: PKK-nın dərdi bayraqdakı ay-ulduz dərdidir.
Ay və ulduz türkün simvoludur.
PKK özünə bayraq yaradıb.
PKK özünə ideologiya formalaşdırıb.
PKK hətta Zərdüştün timsalında peyğəmbər də mənimsəyib.
PKK-nın istədiyi Türkiyənin böyüməsinin qarşısını almaqdır.
Türkiyənin artan nüfuzunun heçə endirməkdir.
PKK və onun arxasındakılarının istədikləri Türkiyə vətəndaşının qorxu içində yaşatmaqdır.
PKK-nın elitasının istədiyi silah, narkotika ticarəti edib Avropada meqapolislərdə zəngin həyat tərzi sürməkdir
Dağlarda çürüyənlər bölgə xalqının savadsız, çürük ideologiya ilə beyinləri yuyulmuş gəncləridir.
“Günəşi gördüm” filminə baxmısınız.
Eyni ailədən dağa çıxan da, türk ordusunda terroristlərə qarşı vuruşan gənclər də vardır.
Fatih Altaylının yazdığı kimi: Zamanında PKK ilə savaşanların indi uşaqları PKK ilə savaşır.
Məhz bu terrorun uzun zamandır mövcud olduğunu göstərir.
***
İxtisaslaşmış dini kitabxanalar

Qadağan olunmuş dini ədəbiyyat, missionerlərin çap etdiyi kitablar mövzusu bir neçə ildir gündəmdədir.
İnformasiya axınının sürətləndiyi bir məqamda hansısa dini ədəbiyyatın qadağan edilməsi mümkünlüyündən danışmaq məncə doğru deyildir.
Amma həmin insan yenə də öz televiziyasında Azərbaycan bayrağı altında xanım əməkdaşlarına qarşı sözlü seksual təcavüzdə bulunur, dövlət kitabxanalarında kitabları , dövlət köşklərində dərgiləri satılır.
Bunlar qadağan olunsa belə, rəsmi saytları fəaliyyət göstərəcəkdir.
Yəni indiki anda, istər dini, istərsə də digər mövzulardakı kitabları çərçivəyə salmaq, ona nəzarət etmək mümkünsüzdür.
Azərbaycanda ailələrdə nurçuların sayısız kitabları, diskləri dolaşır.
Liseylərdə, universitetlərdə şagird ikən beyinləri yuyulur.
Bunların qarşısı parlamentdə hansısa qanunla alınması proseduru işləməyəcəkdir, bu ideologiyalara qarşı alternativlər olmalıdır.
Mən öz alternativ təklifimi yazılarımın birində göstərmişdim.
Digər dövlətdən gələn dini ideologiyalarda dolayısı ilə politik çıxarlar dayandığı üçün, bunun qarşısını ancaq modernist millətçi baxışla almaq olar.
Modernist millətçi görüş həm qərbliləşməyi, həm də özümlülüyü qoruyub saxlayır.

Комментариев нет:

Отправить комментарий