Rəşad Məcid… Nə yalan deyim, ilk bu yazıya başlayanda cəsarət edə bilmirdim onun haqqında yazmağa (yaxşı şeylər yazacağımı planlamırdım, məndən elə şey gözləməyin). Düşündüm ki, adam o boyda qəzetin baş redaktorudur, o boyda təşkilatın katibidir, nüfuzlu ictimai xadimdir. Amma sonra özüm özümün qorxularını dəf edib yazmağa başladım.
Bu yazını mənə yazdıran böyük qüvvə isə Rəşad Məcidin saytların birində çap edilmiş şerləri oldu. Mən bir neçə gün gözlədim ki, bəlkə Rəşad müəllim anında məsələyə müdaxilə edib yazılan şerlərin müəllifliyinin ona məxsus olmadığını bildirər və ya təkzib edər. Lakin çifayda, məni sevindərəcək xəbər gəlmədi. Həqiqətən o şerlərin müəllifi Rəşad Məcid imiş.
Qayıdaq şerlərə… Şerlərin böyük qismi məhəbbət mövzusundadır. Oxumayanlar üçün bir nümunə göstərim:
Hey yoğurdun, kündələdin,
Bükdün əzik-əzik məni.
Yaydın, yaydın axır etdin
Yuxadan da nazik məni.
Bükdün əzik-əzik məni.
Yaydın, yaydın axır etdin
Yuxadan da nazik məni.
Böldü, kəsdi parça-parça,
Bıçaq tutan barmaqların.
Daşıdı qaynayan suya
Undan da ağ dırnaqların.
Bıçaq tutan barmaqların.
Daşıdı qaynayan suya
Undan da ağ dırnaqların.
Bəlkə qazı çox elədin,
Vaxtı ötürdün deyəsən.
İş işdən keçəndən sonra
Üstdən götürdün deyəsən.
Vaxtı ötürdün deyəsən.
İş işdən keçəndən sonra
Üstdən götürdün deyəsən.
Gətirib masaya qoydun,
Bir yekə sinidə məni.
Kim dadıma yüyürəcək,
Kim yeyəcək indi məni?
Bir yekə sinidə məni.
Kim dadıma yüyürəcək,
Kim yeyəcək indi məni?
Allah, biri məni belə sevəcəksə, heç sevməsin! İlk düşündüyüm bu oldu. Hələ “İş işdən keçəndən sonra, Üstdən götürdün deyəsən” misralarının nə xəngələ, nə də sevgiyə bir dəxli olmadığı üçün niyə bura yerləşdirilib, heç anlayammadım. Ya yarımçıq hamiləlik haqqında yazılıb, ya da ki, “türkün məsəli” şəklində… Izaha gərək yoxdur…
Bir şer də vardı ki, oxumaqdan əzbərlədim. Yalnış anlamayın, ona görə oxumurdum ki, bəyənmişdim. Oxuma səbəbim heç cürə şerin mənasını anlaya bilməməyimdir. Savadsız adam da deyiləm. Şükür Allaha, yüzlərlə kitab oxumuşam, amma bu şerin yazılma səbəni haqqında heç bir fikir yürüdə bilmədim. Buyurun siz də oxuyun, anlayan olsa mənə də başa salar:
Gözlə, hamı yığışsın,
Qurbanı kəsdir, saxla.
Səadət qazanında,
Payları isti saxla.
Qurbanı kəsdir, saxla.
Səadət qazanında,
Payları isti saxla.
Topala heyranları,
Düzləri, yalanları.
Az sına qurbanları,
Qurtar bu teşti saxla.
Düzləri, yalanları.
Az sına qurbanları,
Qurtar bu teşti saxla.
Üzünü işıq elə,
Dərddən bir qaşıq elə,
Bir az qarışıq elə,
Mən doydum, bəsdi, saxla.
Dərddən bir qaşıq elə,
Bir az qarışıq elə,
Mən doydum, bəsdi, saxla.
Üzünüzə qonan gülüşü buradan da görə bilirəm. Indi isə qısa-qısa nümunələr göstərəcəm. Bunlar ayrı-ayrı şerlərin hissələridir:
Yerit yaddaşıma antivirusu,
Qır bu qurd püskürən həşəratları.
Qır bu qurd püskürən həşəratları.
Bildin, bütün günahlar
İti qaçan vaxtdadı.
Əlacın kimyəvidi,
Sakit halın saxtadı.
İti qaçan vaxtdadı.
Əlacın kimyəvidi,
Sakit halın saxtadı.
Üzündəki sızaq kimi
Kislatanı tök, yandırsın.
Kislatanı tök, yandırsın.
Cadudan ayılmışam,
Gözümün dibi yanır!
Gözümün dibi yanır!
Hüceyrəmdən pinset ilə götürüb,
Ürəyimdən qaşıqlayıb çıxarım.
Ürəyimdən qaşıqlayıb çıxarım.
Uzun yazammayacam, “doza” məsələsi… Qısaca deyəcəyim bir fikir var. Rəşad müəllim, sizin şer yazmaq kimi bir öhdəçiliyiniz yoxdur, vallahi-billahi yazmaya da bilərsiniz. Onsuz da digər statuslarınızla kifayət qədər uğur qazana bilmisiz. Şair olmasaz bir yanınız əskik qalmaz.
P.S. Bu hissə isə mənə ünvanlanan suallar üçün. Mən professional ədəbi tənqidçi deyiləm, oxucuyam və subyektiv fikirlərimi yazıram. Özüm isə mükəmməl ədəbiyyat yaratmadığım üçün tənqid oluna bilmərəm. Axı yumurta haqqında fikir yürütmək üçün yumurtlamağa ehtiyac yoxdur…
shillallah@gmail.com http://yazarklub.org
Комментариев нет:
Отправить комментарий