Arzu Abdulla
Ötən bazar günü Bakının məşhur Park Bulvar ticarət mərkəzində gördüklərim çoxdan yazmaq istədiyim bu yazının ərsəyə gəlməsinə səbəb oldu. Burada al-əlvan, od qiymətinə olan yaylıqlar mənə çox doğma gəldi. Paltarların üzərindəki buta təsvirləri, tikmələr, muncuqla işləmələr qədim mədəniyyətimizin incilərindən olsa da, bu məmulatların istehsalçısı tamam başqa ölkələr idi.
Vaxtilə nənələrimizin baş örtüyü olan tirmə şallara, kəlağayılara çox bənzəyirdi bunlar. Daha çox diqqətimi çəkən isə Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri-buta oldu.
Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğunu, yəqin ki, bilirsiniz. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilib. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılıb. Butanı çoxları Şərq ornamenti adlandırsa da, bəzi tarixçilər bu naxışı sırf atəşpərəstliklə bağlayırlar. Sanki ağzı bağlanmış, sirlə dolu bağlamanı xatırladan buta eyni zamanda ocaqdan qalxan və parçalara ayrılan od dilimlərinə çox bənzəyir.
Butalar forma etibarı ilə 4 qrupa bölünür:
1. Xalça bəzəyində işlədilən butalar ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta");
2. Ailə həyatını təmsil edən butalar ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.);
3. Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.);
4. Bu qrupa müxtəlif formalı butalar daxildir: "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s.
Rəmzi məna daşıyan butalar zaman keçdikcə tədricən müxtəlif məzmunlu və formalı motivlərlə zənginləşib. Biz qədim kəlağayılarımızın ətəklərini bəzəyən butalara da çox rast gəlirik.
Hamı bizə oxşasın, bəs biz kimə oxşayaq?
Bu gün dünyanın inkişaf etmiş dövlətlərinin və dünyanın ən məşhur moda firmalarının istehsal etdiyi geyimlərdə öz butamızı görəndə qədim mədəniyyəti olan bir xalq olduğumuz bəlli olur. Amma təkcə özümüzə bəlli olur bu vacib tarixi fakt. Çünki biz öz qədim mədəniyyətimizi çox az şəkildə təmsil edirik. Bu gün paytaxtımızda, eləcə də bölgələrimizdə milli geyimlərimizi, demək olar ki, görmürük. Milli ornamentlərimizə isə "Romantic", "Mango", "Miss Bahar" kimi geyim brendlərində rast gəlirik. Biz həm geyimimizə, həm də xarakterimizlə nəyə görə, bizdən mədəniyyət əxz edən avropalıya bənzəməyə can aıtırıq? Niyə özümüz ola bilmirik?
Təbii, bütün xalqların qədim, milli geyimləri olub. İndi heç kim gündəlik həyatda bu geyimlərə üz tutmur. Amma gündəlik geyimlərdə müxtəlif aksesuarlarla milliliyimizi qoruya bilərik. Bu gün Hollandiyaya səfər edənlər suvenir kimi mütləq bu inkişafın pik həddində olan, demokratik, azad ölkədən taxta ayaqqabılar alır. Artıq Hollandiyanın simvoluna çevrilmiş bu ayaqqabıları heç də müasir hollandlar geymir. Amma onların ulu nənə-babaları bu taxta ayaqqabılarda gəzib. Və ya İtaliyanın məşhur parfum və geyim brendi olan "VERSACE"nin naxışları. Bu, ölməzlik simvoludur. İndi hər yerdə, hətta adi mağazalarda da "Versace naxışı" deyilən ornament məhz qədim türklərə məxsusdur. Bu naxışlara diqqətlə baxanda əsəblərin sakitləşir, bir anlığa güclü, olduğunu düşünürsən. Bilirsiniz, niyə? Naxışlar sonsuza qədərdir. Bitib-tükənmir, geriyə dönür, özü-özlüyünə qayıdır sanki. Bəzi tarixçilər faşist Almaniyasının gerbinin də bu işarədən qaynaqlandığını iddia edir. Biz isə qədim türklər olaraq bu ornamentə sahibliyimizi sözün əsl mənasında itirdik. Bu çox da kiçik itki deyil. Su dama-dama böyük bir dağı, daşı oyur və məhv edir. Buna erroziya deyirlər. Babalarımız isə "dama-dama göl olar" deyirdi.
Yaraşır əndamına yaşılı, alı gözəlin
Aşığın yaradıcılığına nəzər salanda milli geyimimizin nə qədər zəngin olduğunu duyuruq. "Al nimtənə", "zər arxalıq", "kəlağayı", "həmayil" və ya:
Ayaqda sağrı başmaq, başında şalı gözəlin
Yaraşır əndamına yaşılı, alı gözəlin...
Bu gün dünya ulduzlarının sinəsini bəzəyən boyunbağılarda qədimdə nənələrimizin taxdığı o gərdənliklərin, həmayillərin, hillərin aksesuarlarını görürük. Bizdə isə, demək olar ki, yoxdur bu bənzərliklər.
Yeri gəlmişkən, bir məqama toxunmaq istəyirəm. Sovet dönəmində üzə çıxarılan milli geyimlərimizdə kasıblıq, maldar, köçmən həyatını əks etdirən bir səliqəsizlik, bir kasıblıq var idi. Doğrudur, hər bir xalqın kasıbı, varlısı, maldarı olur. Amma hətta bu kasıb maldar da adam içinə çıxanda ən yaxşı paltarını geyinir, daha yaxşı görünməyə çalışır. Xalqımızın həddindən artıq qonaqpərvər olduğunu nəzərə alanda bir daha əmin olursan ki, bizim qadınlarımız belə tör-töküntülü, uyuşmayan rənglərə heç vaxt qucaq açmazdı. Qadınlarımızın fantaziyasına, zövqünə, rəng seçiminə isə qədim xalçalarımız sübutdur.
Sövetlər birliyi dağılandan sonra isə o dövrkü incəsənət işçilərimiz günahı milli geyimlərimizə rəssamlıq edən ermənidə axtarırdı. Məgər bu xalqın bir rəssamı yox idi, erməniyə möhtac qalmışdı?
Çox maraqlıdır, sovet dönəmində ermənilər öz milli geyimlərini çox zəngin şəkildə təqdim edirdilər. Millilik, xalqa bağlılıq, sevgi insanın içində, daxilində olur. Bu sevgisizliyin səbəbini hansısa quruluşda, hansısa millətdə axtarmaq çox gülüncdür. 2009-ci ildə, müstəqiliyimiz dönəmində "Evrovision" mahnı yarışmasında Ermənistanı təmsil edən cüt bacılar milli geyimdə idilər. Guya ermənilərin milli geyimi idi bu. Həddindən artıq zənginliyi, gözqamaşdıran zərifliyi tanımayanlarda ermənilərin "böyük" keçmişlərinə sevgi yaradırdı. Bəs bizimkilər? Erməni qızlarının əynindəki milli geyim əslində Azərbaycanın milli geyimi idi. Başlarındakı isə türkmənlərin və Xəzəryanı bölgələrdə yaşayan türklərin baş geyimi idi. Xatirlayın, o zaman bizim təmsilçimiz hansı libasda idi? Bütün bunları düşünəndə itirdiklərimizin səbəbkarlarını kənarda deyil, içimizdə axtarmalı oluruq.
Çoban arvadı, yoxsa Səfurə Əlizadə?
Bəs indi nə oldu bizə? İndi kimdir milli geyimlərimizə qadağa qoyan? Novruz bayramlarında telekanallardakı aparıcıların milli geyimlərimizə üz tutması çox sevindiricidir. Modelyerlərimiz Fəxriyyə Xələfova və Gülnarə Xəlilovanın öz fəaliyyətləri zamanı daim milli ornamentlərimizi, milli geyimlərimizi sevdirmələri də alqışa layiqdir.
Ötən il "Evrovision" təmsilçimiz Səfurə Əlizadənin dünya arenasına qeyri-adilik sərgiləmək istəyi də çox gülünc idi əslində. Çünki Avropa insanını belə nəsnələrlə heyrətləndimrək olmaz. Avropa insanı Azərbaycana gələndə təndirimizə, çuvalımıza, qədim tarixi abidələrimizə heyrətlənir. Səfurə isə içində işıqları yanan paltarla guya hamını şoka salmaq istəyirdi. Nə oldu bəs? Heç kimin tükü də tərpənmədi. Bundan öncəki təmsilçimiz Aysel Teymurzadənin həddən artıq qısa paltarı da heç bir avropalını mat qoymadı. Amma maraqlısı odur ki, Səfurə Əlizadənin içində işıqları yanan donuna dövlət büdcəsindən filan qədər maliyyə vəsaiti ayrılmışdı. Kimə xeyir gətirir bu vəsait? Bəlkə sovet dönəmində kəniz, qulluqçu, maldar, çoban arvadının geyimi kimi dünyaya çıxarılan geyimlərimizə üz tutaq. Bax, biz Avropanı da bu geyimimizlə heyrətləndirə bilərik. Yəni saflığımızla, təbiiliyimizlə. Aysel Teymurzadə ilə eyni səhnəni bölüşən Türkiyə təmsilçisi Hadisənin qısa paltarı ölkəsində əsl tənqid obyektinə çevrildi. O zaman hətta Türkiyənin nüfuzlu qəzetlərindən biri çox maraqlı məqama toxunmuş və yazmışdı ki, "Evrovision" səhnəsində ən açıq-saçıq paltarı iki türk ölkəsinin təmsilçisi geymişdi. Məncə, bir ölkəni, qədimdən qədim bir mədəniyyəti olan bir məmləkəti, qədimdən qədim yaşı olan zəngin bir xalqı para tumanla deyil, mükəmməl əl işiylə təmsil etmək daha yaxşı olar.
movqe.az
Və ya əlimizdən aldığımız mədəniyyətimiz

Комментариев нет:
Отправить комментарий