03.12.2011

Demokratiyanın ABŞ variantı

Zaur Bayramlı

Demokratiya elə bir ideal sistemdir ki, qeyd-şərtsiz bütün toplumlar bu yolda son hədəf olaraq ağrılı-acılı yoldan dönmədən demokratiyaya doğru istiqamət götürüblər.
Bir tərəfdən qəbul edəndə ki, demokratiyaya elə-belə asanlıqla yetişmək olmur, bu keçiləsi uzun bir yolun sonucu kimi dəyərləndirilir. O zaman demokratiyanın dəyəri daha da qalxmış olur. Məsələ burasındadır ki, bütün mərhumiyyətlərə baxmayaraq demokratiya yolu o qədər cəzbedicidir ki, bunun yolundan sapdırmaq üçün tarix boyu tətbiq olunan ən sərt istibdad rejimləri belə uğur qazana bilmir.

Tarixə demokratiyanın klassik forması və daha təkmil olan müasir forması daxil olsa da, çağdaş dünyada daha çox bunun ABŞ variantı daha çox məşhurdur. Ona görə müasir demokratiya daha çox ABŞ variantı adı ilə tanınır ki, bir tərəfdən bu sistem ilk olaraq ABŞ-da təşəkkül tapmış, digər tərəfdən isə təxminən 70 il əvvəl ABŞ dünyada demokratiyanı himayə edəcək bir öhdəlik qəbul etməklə bu sistemin dünyada yayılmasının qarantına çevrilmişdir.
Bəlkə də keçən əsrdə demokratiyanın ABŞ variantı adı ona görə hallanırdı ki, doğrudan da ABŞ dünyada demokrtik dəyərlərin inkişafı üçün xeyli zəhmət çəkmişdir. Buna görə də ilkin mərhələdə demokratiya ilə bağlı ABŞ-ın adı çəkiləndə o sadəcə olaraq "demokratiyanın beşiyi" ünvanı kimi təqdim olunmuşdur. Lakin yaşanan tarix bütün gizli niyyətləri ortaya çıxardığı kimi ABŞ-ın demokratiya ilə bağlı "qayğılarına" da aydınlıq gətirdi. Məlum oldu ki, ABŞ-ın demokratiya naminə xidmətləri heç də təmənnasız deyil və birbaşa özünün strateji maraqlarına xidmət edir.
ABŞ-ın demokratiyaya bu yanaşımı da elə "demokratiyanın ABŞ variantı" ifadəsini ortaya çıxardı. Bunun mahiyyətində o dayanır ki, ABŞ demokratiyadan bir siyasi sistemin formalaşması kimi yox, daha çox bir siyasi alət olaraq istifadə edir. Nəticədə bütün toplumların son məqsəd olaraq hədəfə aldıqları demokratik rejim demokratiya oyunlarının fonunda elə ABŞ sayağı bir spesifikliyə məruz qalırlar.
Sivil siyasi sistem olan demokratiyanın ABŞ sayağı variantının tətbiq olunması üçün konkret şərtlərin mövcudluğu fonunda həyata keçirilə bilər. Bu şərtlərin ən önəmli tərəflərinə nəzər salaq.
Birincisi, ABŞ sayağı demokratiyanın sonadək təntənəsi üçün nəzərdə tutulmuş məkan xristianların yaşadığı bir ölkə olmalıdır. Çünki müasir Amerika düşüncəsi belə deməyə əsas verir ki, demokratiya xristianlar üçündür.
İkincisi, ABŞ-ın iradəsi ilə həyata keçirilən demokratiya onların heç sevmədiyi müsəlman ölkələrində də həyata keçirilə bilər. Ancaq bunun üçün xüsusi olaraq əlavə şərtlərə ehtiyac var. Belə ki, ilkin olaraq bu müsəlman ölkəsi neftlə zəngin olmalı və əlavə olaraq ABŞ-ın iradəsini qeyd-şərtsiz qəbul etməlidir. Belə müsəlman ölkələrinə ABŞ-ın gətirdiyi demokratiya da qeyrilərindən bəzi qüsurları ilə fərqlənir. Başlıca olaraq bu ölkələrdə demokratiya yarımçıq həyata keçirilir ki, bu da gələcəkdə ABŞ-ın maraqları tələb edəndə yeni demokratik inqilablar üçün istinad rolunu oynayır. Lap elə bu gün Ərəb ölkələrində olduğu kimi. Bu anlamdan yanaşdıqda isə ABŞ-ın müsəlman ölkələrinə gətirdiyi demokratiya səadətdən çox fəlakətə daha yaxın olur.
Üçüncüsü demokratiyanın ABŞ variantı milli və dini mənsubiyyətindən asılı olmayaraq o ölkədə həyata keçirilə bilər ki, o ABŞ-ı özünə dost hesab etsin, (birtərəfli qaydada olsa da belə) ABŞ-ın düşmənini isə öz düşməni olaraq qəbul etsin. Demokratiyanın bu şərtlər altında formalaşması da daha çox oyunların sınaqdan çıxarılmasına xidmət etdiyindən həmin ölkədə sürprizlərin yaşanacağını söyləmək olar. Bunun bariz nümunəsi isə Gürcüstanda yaşandı. Postsovet məkanında "kim-kimi" oyunu fonunda Gürcüstana verilən ABŞ sayağı "demokratiya" bu ölkəni Rusiyanın qurbanlığına çevirdi.
Demokratiya nə qədər cəzbedici olsa da, onun ABŞ variantı bir o qədər təhlükə vəd edir. Bu gerçəklik isə ABŞsayağı demokratiyanı tənəzzülə sürükləyir.

Комментариев нет:

Отправить комментарий