Nəticədə bir tək kondinsaner istehsalının dayanması ölkə iqtisadiyatına son 20 ildə birbaşa surətdə 6 milyard manat,iyirmi illik potensial artımlarda nəzərə alınarsa dolayısı yolla 15 milyard manat məbləğində böyük bir iqtisadi ziyan vurmuşdur.
Hesablamalar göstərir ki,əgər Azərbaycan son 20 ildə Sovet dövründə ki,inkişaf tenpini saxlamış olsaydı,bu gün təkcə bu sektordan illik gəlirimiz ən azı 2 milyard manat təşkil edə bilərdi.
Müqaisə ücün deyək ki, Azərbaycanın son 20 ildə təkcə kondinsoner istehsalının dayanmasından itirdiyi toplam vəsaitin məbləği hazır ki valyuta ehtiyatımızla müqaisə edilə biləcək qədər böyük məbləğdir.
P.S. Dünya siyasi xəritəsində Malaziya adlı bir dövlət var,hansıki 1976-cı ildə Azərbaycan öz dövrünün ən müasir kondinsonerlərini istehsal edəndə,malazyalılar kondinsonerin ,soyducunun nə olduğunu bilmirdilər.Lakin sən dünyanın işinə bax ki,bu gün Malaziya kondinsoner ixracına görə dünyada birinci yeri tutduğu halda,Azərbaycanda sözügedən sahə tamamş ilə tənəzzülə uğrayıb.
Bu qəbildən faktların təhlili bir daha kapitalizmə kecidin Azərbaycan iqtisadiyatını necə cökdürdüyünü,onu sənaye ixracatcısından,adi idxalcıya cevirdiyini göstərir.
Комментариев нет:
Отправить комментарий