“YazarKlub” yenidən fəaliyyətini bərpa edəndən bəri qalmaqallı yazıları ilə tanınmış Şəms İllalahın kimliyi hamı üçün marqlı idi. Çoxları bu imzanın mənə (Zaur Qəriboğlu), Oktay Hacımusalıya aid olduğunu düşünürdülər. Amma mən deyə bilərəm ki, həyatım boyu qadın imzası arxasında gizlənib, yazı yazmamışam. Bu müddət ərzində müxtəlif imzalarla (Zaur, Zaur Məlikzadə, Zaur Qərib və nəhayət Zaur Qəriboğlu) yazsam da, özüm olmuşam. Heç kimə qarşı da qərəzli mövqeyim olmayıb, bu gün də yoxdu.Bunun isbatı üçün Şəms İllalahla razılığa gəldik ki, kimliyini açıqlasın. Zatən, o, özü də ilkin başlanğıcdan bir müddətdən sonra kimliyini açıqlayacağını demişdi. Onunla çox qısa olan söhbətimizi oxuculara təqdim edirik.
Şəms İllallah kimdi?
Bir zamanlar Şəbnəm Bəkirzadə, indi isə Şəbnəm Karslı…
Səbəb nə idi ki, gizli imza ilə yazırdınız?
Bu sadəcə gənclərin yaratdığı yeni bir sayta dəstək üçün düşünülmüş və qısa müddət üçün yaradılmış bir imza idi. Həyatımda heç vaxt başqa ad, imza istifadə etməmişdim.
19 yaşımdan müxtəlif KİV-lərdə həm bədii, həm də publisistik yazılarla çıxış etmişəm. Heç təxəllüs də istifadə etməmişəm. Sevmirəm özümündən nəyisə qondarmağı. Ilk dəfə cəhd etmim, peşman elədilər, təbii ki, zarafat edirəm. Peşman olmadım, lakin çox yaxşı tanıdığım və ya heç tanımadığım insanların tənqidə münasibətini gördüm. Yazdıqlarımda səmimi idim. Bəziləri düşünürdülər ki, bunlar sifarişli yazılardır. Yəqin ki, Şəms İllallah imzasının mənə məxsus olduğunu bilərkən yanıldıqlarını anlayarlar.

Şəms İllallahın yazılarını qərəzlilikdə suçlayırdılar, siz necə düşünürsünüz?
Qərəzli olmaq mənim nəyimə lazımdır axı? Yazdığım beş yazıda adıçəkilən insanların demək olar ki, hamısını tanıyır və sevirəm. Rəşad Məcid xaric. Onunla heç vaxt şəxsi tanışlığım olmayıb. Amma şerləri yazmağa məcbur etdi məni. Ən kəskin yazım Qan Turalının Mustafası haqqında oldu. Köşə yazılarının az qala hamısını oxuyub yüksək qiymət verdiyim birisindən belə roman gözləmirdim. Turalın özünə də dedim, səmimi idim yazılarımda. Qərəzli olmaq üçün isə heç bir səbəbim yoxdur.
Son olaraq qeyd etmək istərdim ki, ədəbi tənqidlə heç vaxt məşğul olmamışam, yazılarımdakı çiyliyi özüm də hiss edirdim. Adətən sosial – siyasi mövzularda yazıram, bir də arada şer-filan “guppuldadıram”. Ancaq nə zamansa ədəbi tənqidlə məşğul olmağa qərar versəm bu imzanı istifadə edəcəm, düşünürəm ki, saytınız və bu imza mənə uğur gətirdi. Təşəkkür edirəm.
Söhbətləşdi: Zaur Qəriboğlu
Комментариев нет:
Отправить комментарий