Siyasətin "ləzzəti" söyüb söyülməydədi
Debatın "keyfiyyəti" döyüb döyülməydədi
Səsləmisən meydana, çox demisən meyxana
Meyxananın "qüdrəti" əruz deyilməydədi
Qocalmısan kölgədə, olmusan daim gədə
Söyləmişdi Buş "Dədə", qrand yeyilməydədi
Qovulmusan qoruğdan, yaman çıxdın çarığdan
Aldın zədə "Balığdan", hardan iylənməydədi ?
Tutursan daim şeşə, çaqqala layiq meşə
Dü bir deyirsən şeşə rəqib cütləməydədi
Əl altdan çox almısan, xəlqi ələ salmısan
Baş ağardı çalmısan ? Günün bitləməydədi
Buraxmısan "zanosda", qeyd etmisən "donosda
"Mesaj verdin anonsda, yaşın süzülməydədi
Sərvəri verdin bada, yalman Meşdi İbada
A Rüstəm dur qabağa, Gülnaz deyinməyədədi
Səfirlərə savundun, dollarlarla ovundun
Balqabağdın, qovundun, xəlqdə deyilməydədi
Çoxdu...yazdım az sənə, naməm nataraz sənə
Laçın vurdu paz sənə, paza paz gəlməydədi
Şamaxı şəhərinin Bakı əyaləti 22 fevral 2012-ci il
Комментариев нет:
Отправить комментарий