23.06.2012

“Belə şey yoxdu”

Emin Piri “TEZ BAZAR”da

-Özünüzü 2 sözlə təqdim edin.
-Emin Piri.

-Sizi necə təqdim edəndə razı qalırsınız?
-Ad, soyadımla, yəni Emin Piri.

-“Mən kiməm?” sualına necə cavab verirsiniz?
-Ənəlhəq...

-İlk sevginiz?
-6 yaşımda.

-Əsas ixtisasınız?
-Tarixçi.

-İstifadə etdiyiniz nəqliyyat növü?
-Ayaqlarım)))

-Sevdiyiniz maşın markası?
-Xüsusi biri yoxdu mənimçün.

-Sevdiyiniz brend?
-O da həmçinin.

-Sevdiyiniz saç düzümü?
-Nə yaraşırsa o.

-Sevdiyiniz rəng?
-Göy.

-Ən çox bəyəndiyiniz ölkə və şəhər?
-Cənubi avropa ölkələri və Sumqayıt.

-Sevdiyiniz yemək?
-Dolma.

-Ən çox istifadə etdiyiniz söz?
-Salam.

-Leksikologiyanıza yad olan söz?
-Bilmirəm.

-Sizi nə həyəcanlandıra bilər?
-Gözəl xanımlar və körpələr.

-Ən çox sevdiyiniz kitab?
-Səmavi kitablar (Quran və Tövrat).

-Ən çox sevdiyiniz yazar?
-Mopassan.

-Ən çox bəyəndiyiniz ifaçı?
-Barış Manço və Sezen Aksu.

-Ən çox bəyəndiyiniz musiqi janrı?
-Xüsusi yoxdu, amma daha çox lirik.

-Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
-Yaşaya bilməyim qeyri-adidi.

- Mənfi xüsusiyyətiniz?
-Çoxdu.

- İdeal insan necə olmalıdır?
-İdeal bir şey yoxdu.

Özünüzü ideal insan hesab edirsizmi?
-...

Sizi özünüzdən nə çıxarda bilər?
-Özüm.

-Siz xoşbəxtsinizmi?
-Xoşbəxt və bədbəxt anlayışları nisbidi, zaman və məkana görə dəyişir, onunçün də bu haqda düşünmürəm.

-Bədbəxtliyin xüsusi düsturu varmı?
-Özünü xoşbəxt hiss etmək bədbəxtlikdi bəlkə də.

-Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
-Belə lazım imiş.

-Ölüm niyə ölmür?
-Ğlüm ən böyük uydurmadı, belə şey yoxdu.

-Dinlərə münasibətiniz?
-Münasibətsizlik.

-Kimdən və nədən xilas olmaq istərdiniz?
-Fanatiklərdən.

-Falçıya inanırsızmı?
-Yox.

-Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
-Əvvəl nəsənsə o ol.

-Sevinciniz nə qədərdir?
-Korpənin arzuları qədər.

-İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
-Səmimiyyət və İntellektuallığına.

-Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
-Bəli.

-Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
-İkisi də.

-Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
-Gülməyi.

-Mənə sualınız.
-Sizin tez bazar nə qədər zaman deməkdir?

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий