23.06.2012

BU MƏHƏBBƏT SƏNLIK DEYIL

Mirzə Sakit


Həyat güldü, elə bildin bu həyatı sənə verdim
Ağırlığı görən kimi uzaqlaşdın, güldü dərdim
Qürurlanib lovğa-lovğa mən də sənə eşq göndərdim,
Bir də gördüm göndərdiyim bu həyatım mənlik deyil
Baqışla ki, dərd əhliyəm, bu məhəbbət sənlik deyil


Bir baxişla gözlərində yüz baxişan gözə döndüm
Söz söylədin qulaq asdim, axırda da sözə döndüm
Məhəbbətin alovlandı, mən bədbəxt dəközə döndüm
Bu işığa nə gəlmisən, ay bəxtəvər, şənlik deyil
Bağişla ki, dərd əhliyəm, bu məhəbbət sənlik deyil

Zər axtaran zər gəzməsin, tapdiğim da öz zərimdir
Tapdiğmda özun tapsa, o kəs mənim dilbərimdir
Qəm içində şadliq tapsan, o il mənim illərimdir,
Sənin dərdin bircə günlük, mənim dərdim günlük deyil
Bağışla ki, dərd əhliyəm, bu məhəbbət sənlik deyil


Günah səndə - Dadmadım men ləblərindən o bal dadı
Bircə dəfə duymadin ki, mənim halım nə haldadı
Tanrın məndə, mən cənubda, qibləgahım şimaldadı,
Soyuqsa da o mənimçün, nə dumanlıq çənlik deyil
Bağışla ki, dərd əhliyəm, bu məhəbbət sənlik deyil

Комментариев нет:

Отправить комментарий