23.10.2012

Mənim Turan dövlətimi mənə verin!

Aida Eyvazova

Mən dünyanı addım-addım dolaşmışam,
Sabiriyyə, Yaqutiyyə çöllərində izim qalıb.
Neçə-neçə daş kitabə yazılarda, yazım qalıb,
sözüm qalıb.
Boz qurdlara yoldaş olub, yalquzağa qardaş olub,
Ulamışam göydə Aya, üz tutmuşam Göy Tanriya:
-Göy türklərim hardasınız?
Cavab verin harayıma,
Ulu tanrım, niyə göydən enib yerə gəlməyirsən?
Bumun xanın yaratdığı Tanq xanədanım dağılıb,
Oğulları Tardu Yaqbu, Tulu boyu, başımıza gələnlərdən
xəbərsizdir.
Dağılıbdı türk elləri,

Pərən düşüb igidləri,
Haqq istəyib, əvəzində nahaq tapan,
İgidlərin yeri yoxdu türk elində.
Ulayıram yalquzaqların dilində.
Dənizləri yarıb gəlsin,
Dənizləri ram eləyən Saka bəyim,
Bilgə xaqan sən hardasan?!
Yanardağdan qüvvət alan -
Gürşad babam sən hardasan?!
Göy türkümün ata yurdu Qazaxıstan çöllərində,
Monqolustan ellərində,
İzi qalan Gültəkinim.
Orxan çayı sahilində dəfn edilən Gültəkinim,
Qalx ayağa!!!!
O daşlara, kitablara, tariximi təzədən yaz!!!
Belə olmaz!!!
Yaz ki, viran olub, Turan Yurdum,
Başsız qalıb türk elləri, viran yurdum....
Azərbaycan tarixini tarixlərə yazan mərdim,
Ziya məllim, bir namərdin gülləsinə tüş gəlibdir,
Daha elə yazan yoxdur Azərbaycan tarixini,
Pozan pozur Azərbaycan tariximi.
Alp Arslanım, Çingiz xanim, Əmir Teymur,
İradəsi dəmir Teymur,
Əyilməyən igidlərin əyilibdir, sıraları seyrəlibdir....
Ulu Tanrim!!!
Göy ellərin hökmüdari göy türklərim!!!
Ulayıram yalquzaqların dilində,
Bəlkə göy tanrim eşidə?!
Şeyxim Şeyx ibrahimin,
Fərrux Yassar Şirvaninin
Yurdunda çaqqallar gəzir....
Namərdlər mərdləri əzir.
Köməyə gəl Səlcüq babam,
Bölük-bölük bölünmüş türk ellərini birləşdirin!!!
Ulu ruhlar, ulu turklər,
Harayıma bir hay verin!!!
Türk dünyaya hakim olsun,
Qazan xan haqqımı versin.
Qıpçaq elim, oğuz elim, türk ellərim,
Ayiq olun!!!
Mənim Turan dövlətimi,
Əmir Teymur babam quran dövlətimi,
Mənə verin!!!
Azərbaycan, Aran, Şirvan,
Gilan, İsfahan, Həmədan!
Yenə olsun BÖYUK TURAN!!!
Mənə verin ,
Əmir Teymur babam quran dövlətimi!!!
Mənə verin!!!,
Mənim Turan dövlətimi mənə verin!!!

22 oktyabr 2012. Daşkənd.

Комментариев нет:

Отправить комментарий