50 səhifəlik hesabat “Diktatorun ölümü: Sirtdə qanlı intiqam” adlanır
“Human Rights Watch” təşkilatı hazırladığı hesabatda sabiq Liviya lideri Muammər Qəddafinin sonunun bilinəndən daha faciəvi olduğunu açıqlayıb.
“Diktatorun ölümü: Sirtdə qanlı intiqam” başlığı ilə hazırlanan 50 səhifəlik hesabata görə, Misratadan gələn müxalif qüvvələri Qəddafi ilə yanaşı onun bir çox tərəfdaşını Sirtdə canlı ələ keçirib. Yaxalanan bu insanların Qəddafi ilə birlikdə işkəncə ilə öldürüldüyü bildirilib.
Hesabatda, yaxalanaraq öldürülənlər arasında Qəddafinin oğlu Mutəsimin olduğu da qeyd edilib. Yaralı olaraq ələ keçirilən Mutəsim Qəddafi Misrataya aparılaraq burda öldürülüb. Hesabata görə, son anlarda Qəddafinin kortecində olan 66 nəfər yaxınlıqda olan “Mahari” otelinə aparılaraq burda qətlə yetirilib. Qeyd edək ki, hesabata otel yaxınlığında mobil telefonla çəkilmiş bəzi görüntülər də daxil edilib.
Görüntülərdə müxaliflər tərəfindən təhqirə məruz qalan Qəddafi tərəfdarları nümayiş olunur.
Video çarxın irəli dəqiqələrində isə otelin həyətində çəkilmiş Qəddafi tərəfdarları ilə morqda olan bəzi cəsədlər eyni vaxtda nümayiş olunur və onların öldürülmüş olduğu aydın olur. Video görüntülərdə olan daha bir maraqlı məqam isə, qətliamı həyata keçirən “Pələng taboru” adlı müxalif qrupun otel divarlarına ərəbcə imzalarını yazmalarıdır.
“Human Rights Watch” rəsmisi bu görüntüləri necə əldə etmələrinə dair məlumatı da qeyd edib. Məlumata görə, Qəddafinin öldürüldüyü 2011-ci il 20 oktyabr günü bir qrup təşkilat əməkdaşı hadisənin baş verdiyi yerə gedib və burda 100-ə yaxın insan cəsədi aşkarlayıb.
İki gü sonra isə “Mahari” otelinin həyətində cəsədlər olması barədə heyətə məlumat verilib və qrup burda 53 ədəd daha cəsəd aşkarlayıb. Məlumata görə, təşkilat rəsmiləri öyrəndikləri bilikləri və əldə etdikləri görüntüləri birləşdirərək hazırladığı hesabatı ictimaiyyətlşə paylaşıb.
Yeni ölkə rəhbərliyinə də hesabatın bir nüsxəsini göndərdiyini deyən “Human Rights Watch” rəsmiləri faktla bağlı hər hansı bir istintaq başladılmadığını açıqlayıb.
Комментариев нет:
Отправить комментарий