"Daş yuxular" Azərbaycan dilində nəşr olunsaydı, bəlkə də o qədər reaksiya verilməzdi. Çox insanlar Əkrəm Əylislini onda qınayır ki, niyə əsərini birinci Azərbaycanda və öz dilimizdə deyil, başqa ölkədə nəşr etdirib”.
Bu sözləri “Qanun” nəşriyyatının baş direktoru Şahbaz Xuduoğlu xalq yazıçısı Əkrəm Əylislinin Rusiyanın ədəbiyyat jurnalı olan “Drujba narodov”da dərc olunmuş “Daş yuxular” romanına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əsərin tərcüməsi yazıçının razılığı ilə olmalıdır: “Yayım hüquqları alınmalıdır, sonra tərcümə olunmalıdır. Əkrəm Əylisli bu əsəri Azərbaycan dilində yazıb. Əsərin Azərbaycan dilində olan variantı da var. Əsərinin başqa dilə çevrilməsinə etiraz etməsi onun hüququdur. Yəqin hesab edir ki, əsər onun arzuladığı səviyyədə tərcümə olunmaya bilər.
Bəlkə o təhlükə ilə bağlı icazə vermir. Əkrəm Əylisli özü də tərcüməçidir. O, tərcümənin özəlliklərini yaxşı bilir”.
Ş.Xuduoğlunun sözlərinə görə, əsəri ilə bağlı heç bir müəllif təqib oluna bilməz: “İnsan fikrini söyləməkdə azaddır, onun yaradıcılıq hüququ, düşüncə sərbəstliyi var və bundan yararlanmalıdır. İllər boyu hər bir yazıçı öz millətinə məhəbbətlə yazıb-yaratmayıb. Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Mirzə Cəlili götürək. Nədənsə bütün bu hadisələr fonunda Tomas Vulfun həyatı ağlıma gəldi. T.Vulf gənc yaşında həyatını dəyişdi, amma onun qəhrəmanları öz çevrəsi idi. Öz qohumlarını, ailəsini yazırdı, hər kəs də ona nifrət edirdi ki, niyə bizim fikrimizi kənara axıdırsan. Onun ölümündən sonra hər kəs heyfsləndi ki, niyə nəhəng və yaraşıqlı insana bu qədər nifrət edirdik. Yəni demək istəyirəm ki, yazılan əsərə görə insanı bu qədər təqib etməyə ehtiyac yoxdur. Əkrəm Əylisli Azərbaycan ədəbiyyatının ayrılmaz hissəsidir”.
Azərbaycanlıların ermənilərdən vəhşi təqdim olunmasına gəlincə, Ş.Xuduoğlu hesab edir ki, heç bir əsərə bir cümlənin gözü ilə baxmaq lazım deyil: “Əsərə bütövlükdə əsərin canlandırdığı mənzərənin pəncərəsindən baxmaq lazımdır. Bakıda kilsə yandırılanda mənə də eyni dərəcədə pis təsir etmişdi. Axı həmin ərəfədə heç nə baş vermirdi, niyə kilsə yandırıldı, o kilsənin nə günahı vardı? Öz də o provokasiya idi, adi insan onu etməzdi. Xalqlar düşmən deyil, düşmən olanlar rejimlərdir, hakimiyyət uğrunda mübarizə aparanlardır. Bu mənada heç kəs o binanı yandıra bilməzdi, hansısa təxribatçı qüvvələr bunu etdi. Bu mənada Əkrəm Əylisli həmin dövrdə gördüklərindən sanki bir insan olaraq özünü təmizləmək fikrinə düşüb və bu niyyətlə də əsəri yazıb. Bu cür əsərlərin yazılmasından ehtiyatlanmaq lazım deyil. Bu bir örnəkdir. Bizim rəsmilər deyir ki, Azərbaycan tolerant xalqdır. Çünki 30 min erməni yaşayır, çoxmillətli məmləkətimiz var. 30 min ermənini saxlayan məmləkət bir Əkrəm Əylislinin əsərinə dözmür? Niyə ona hücum edirsiniz, 30 min ermənini saxlayan sizsiniz. Bu elə Əkrəm Əylislinin yazdığı təxribatın davamıdır bu gün baş verənlər”.
”Qanun” nəşriyyatı əsəri tərcümə edib çap edə bilərmi” sualına cavabında Ş. Xuduoğlu deyib ki, onlar icazəsiz heç bir əsəri tərcümə etmir: “İcazə olmadan da heç bir kitab nəşr etmirik. İcazədən sonra yayımlayırıq. Əsəri yalnız maraq üçün çap etmək olmaz. Məsələ sakitləşib soyuyub gedəcək və bu cür əsərlər yazılıb ortalığa çıxacaq. Bu əsərin çap olunması tezdir”.
teleqraf.com

Комментариев нет:
Отправить комментарий