Cavanşir Yusifli
Əkrəm Əylislinin rusca çap edilmiş (əslində bizim auditoriyaya ünvanlanmamış) “Daş yuxular” romanı ətrafında hərə bir söz deyir, ancaq bu sözü birinci və bütün sanbalı ilə deyəcək ədəbiyyat adamları (filoloqlar...) susurlar. Başqa vaxt hər hansı əsər haqqında söz demək üçün növbəyə düzülən insanlar susur. Bir maddə özündən o yana sıxıldıqda dağılır və qəlpələri hara gəldi səpələnir.
Hörmətli Sərdar Cəlaloğlunun Əkrəm Əylisliyə ünvanladığı məktub bu mənada istisnadır və bu əsər və ümumən ədəbi mətnlər haqqında daha dolğun və mükəmməl yazıların yazılması yönündə ciddi bir addımdır. Deyə bilərik ki, Sərdar bəyin məktubunda Qademar, Berqson, Fuko və digər ünlü filosoflardan gətirdiyi sitatların tərcüməsi heç də tam aydın deyil, nə olar, bizdə fəlsəfi əsərlərin tərcüməsi sahəsində böyük bir təcrübə yoxdur.
Ancaq Sərdar bəyin nə demək istəməsi aydındır və bir məqam - hər bir bədii mətnin - “müəllif (ədib) - şərhçi (filoloq və ya ədəbi tənqidçi) - oxucu (siravi vətəndaş) üçlüyünün münasibətlərini” özündə cəmləməsi fikrinin vurğulanması böyük önəm daşıyır.
Bu yazıda mən adı çəkilən məqalədə ortaya qoyulan məlum (bizim ədəbiyyatşünaslıq üçün bir balaca yad) mülahizəni bir başqa yöndən araşdırmaq istərdim.
Fikrimcə, Əkrəm Əylislinin romanının məhz bədii forması mükəmməl deyil və buna görə də kəskin və haqlı reaksiya doğurur. Mənə məlum səbəbləri aşağıdakı şəkildə sıralamaq istərdim: 1. Əkrəm özü bu əsəri mükəmməl bədii mətn kimi yarada bilməyib. Heç kəs bu fakta fikir vermir - hekayələrindən fərqli olaraq, Əkrəm romanda həmişə uduzur (“Ətirşah Masan”ı yada salın, o qədər səs-küy yarandı, ancaq bu əsər oxucu yaddaşında heç bir önəmli iz buraxmadı, - burada bir cəhəti də qeyd edim, 2) Əkrəm Əylisli romanları, onların ideyası, poetik sistemi haqqında çox gözəl danışır, ancaq onları oxuyub başa vurduqda bu fikrilərin, bu mükəmməlliyin əsərdə ifadə edilmədiyinin şahidi olursan) və bu roman(lar) qarşıya çıxan onlarla sualı cavabsız qoyur. İndiki halda romanda nə var: insanları təlatümə gətirən onun üst qatıdır, yəni fakturasıdır. Altında, müəllif demişkən, lap güman eləyək ki, çox yaxşı bir şey gizlənir (bu gizlənən şey aqil oxucu ilə təmasda hökmən üzə çıxmalıdır, çıxmırsa, demək müəllif yaxasını oxucunun əlindən qurtara bilməyəcək -!), ancaq bu ilğım formasındadır, bədiyyat, üslub... poetika yetərincə mükəmməl deyil. Bu - Əkrəmin ən dəhşətli məğlubiyyəti və yazıçı kimi iflasıdır. İnsanları dəhşətə gətirən fakturanı elə şəkildə işləmək, yaxud təqdim etmək olardı ki, onların şüuraltında - dünənə qədər “qapı arxasında” qalan, lap belə deyək: eşitmək istəmədiyi sözlərlə üz-üzə qalsın, daxilində dərin təbəddülat yaransın. Bədii formanın mükəmməl olmaması görün nələrə səbəb oldu: Əkrəm Əylislinin düşmən obrazı, xəyanətkar olması, düşmən qüvvələrin dəyirmanına su tökməsi (dəyirmanın suya bu qədər həsrət olduğu bir məqamda - !), Azərbaycan xalqını alçaltması və sair və ilaxır. Müəllifsə bunların əksini sübuta çalışır: xeyr, mən xalqımı çox sevirəm, Saday Sadıxlı əslində xalqının Məcnunudur, özünü fəda edib, Eçmiədzinə qədər gedib hamının əvəzində tövbə etmək istəyir....Ən əsas budur: mətn bədii deyil, publisistika ilə felyetonçuluğun sintezidir. Əsər hər bir hüceyrəsi ilə bədii mətn quruluşundan qaçır, işarələr birləşmir, yanıb-sönür, bir yönlü olması ilə oxucunun şüuraltını oyatmır, ona qarşı aqressiv şəkildə hücuma keçir (tarix və yaralı yaddaşa şər atılır...).
Berqsonun Nobel mükafatı alan “Psixoloji vəziyyətin intensivliyi haqqında” əsərində də məncə bu fikir vurğulanır və Mirzə Ələkbər Sabirin “Hophopnaməsi” də elə bu baxımdan çox böyük önəm daşıyır. O dövrdə Mirzə Cəlilə, Sabirə, Axundova, daha kimlərə bu metodla yazılan əsərlərinə görə daş yağdırıblar, çünki bu, hər şeydən öncə yeni söz və daha acı həqiqətləri üzə çıxaran yeni yaradıcılıq metodu idi. Bizdə yeni dövr ədəbiyyatının əsaslarını yaradan Axundovla millətin artıq heç bir işi olmasa da, ədəbiyyatşünaslıq cəbhəsində hələ də ara-sıra top atəşləri eşidilir, o ədəbiyyatşünaslığın ki, əsas anlayışları hərbi terminologiyadan o yana adlamır: qamçıladı, top atəşinə tutdu (az qala - təpik altına saldı), yaxud klassik qəzəl mətnlərinin şərhində: ... aşiq gözəlin qəmzə oxunun süzdüyü trayektoriyanı cızmaqla onun psixolojini durumunu şəkilləndirir... Bu sistemsiz tənqidlərin nəticəsinə baxırsan, gülməkdən uğunub gedirsən: Axundov Füzulini bəyənməyib, ona görə ki, ona paxıllıq edib! Yeri gəlmişkən “Daş yuxular”da da bu müstəvidə qeyri-müəyyən və yaxşı dərk edilməmiş səhvlər var. Qayınatası Saday Sadıxlının hərəkətləri haqqında qızına şərh verərkən deyir ki, bu nəsə dəhşətli bir eşqdir. Mətndə Füzulidən iqtibas (Məcnunun birdən düşmən cəbhəsinə yardım etməsi) əsərin poetik sistemində nonsensdir. İşarə var, kontekst yoxdur, yaxud bərbad vəziyyətdədir - sözlər var, mətn yoxdur. Əsl faciə əsərin susub müəllifin danışdığı məqamda baş verir. Bu gün bizdə də belə bir hadisə baş verib və güman edirəm ki, bunun nəticələrindən dərs almamış ötüşməyəcəyik.
Müəllif məlum faktları, tarixi fakturanı təkcə səhv yöndən təqdim etməyib (müəllif tənqidçilərindən anlaşılanın əksinin sübutunu tələb edir, özü isə təqdim etdiyi anlayışın naqisliyini sübuta çalışmır, susan mətnin əvəzində danışmağın nə qədər ağrılı olduğunu da unudur).
Əkrəm Əylislinin bir hekayəsi var. “Ceviz ağacının kölgəsi”. Vaxtilə onun yaradıcılığından bəhs edən məqalədə bu barədə yazmış, Əkrəm Əylislinin poetikasının özümlü cəhətlərini üzə çıxarmaq istəmişəm. “...Əkrəm Əylislinin özü də müxtəlif təsvir momentlərində həm də «kənar müşahidəçilərdir» və onun nasir kimi əldə etdiyi uğurları şərtləndirən cəhətlərdən biri də məhz bu cəhətləridir. Əkrəm Əylisli poetikasında «kənar müşahidəçilik» təsvir momentinin müəyyən anlarında, hiss edilmədən üzə çıxır və belə deyək, məhz bu momentdə onun sözünün poetik enerjisi maksimum gucü ilə təsir göstərir, sirayət edir. ..... Hadisə danışılır və çözülür, birdən-birə mətnin, təhkiyə mətninin daxili strukturunda baş verən nəsnə indiyə kimi nəql edilənləri «ötüb» keçir, təhkiyənin səthi strukturundan daha dərinlərdə yerləşən olaylar üzə çıxır («Ceviz gölgəsinin nağılı»nda Nəsir müəllimin qonşunun ceviz ağacını tələsmədən, yavaş-yavaş budaması həm adi təsvir momentidir, həm də əsərin bədii strukturunda çevriliş yaradan struktur elemntidir və məhz bunun sayəsində - əvvəlcə ceviz ağacının gölgəsinin, sonra isə özünün yoxa çıxması insanların bütün sirlərini faş edir - gölgə yoxa çıxandan sonra əvvəlki Ay da, Gün də - bir sözlə, hər şey əsaslı şəkildə dəyişir...) və bu hadisələr Əkrəm Əylislinin süjet qurma prinsiplərinə ciddi münasibətini göstərən əlamətlərdir. «Ceviz gölgəsinin nağılı»nda nasir kimi Əkrəm Əylislinin nəfəsinin genişləndiyinin, təhkiyə strategiyasının mürəkkəbləşdiyinin şahidi oluruq.
Başqa bir məqam: Əkrəm Əylislinin süjet qurma texnologiyası və kompozisiya quruluşunda müəllif mövqeyi həmişə aparıcı, bəzən isə diqtəedici plandadır. Bu cəhət elə həssas mexanizmə malikdir ki, müəllif mövqeyinin hətta «gizləndiyi» yerlərdə də onun bir azdan üzə çıxacaq «ləpirlərinin» yeri bilinir. «Kür qırağının meşələri»ndə bütün bu «batıb-çıxmalar» parlaq şəkildə ifadə edilmişdir. Bu povestdə belə deyək, əsərin lap ekspozisiya hisəssində hadisələrin gedişatı ilə bağlı oxucu intizarına kəskin şəkildə son qoyulur, bir andaca əsərin özünün taleyi üçün çox böyük təhlükə yaranır - bu şəkildə kəskin dönüş alan hadisələrin məntiqinin çıxmaza dirənə bilməsi, hər şeyin yanıb külə dönməsi ehtimalı böyüyür.
Bu axırıncı fikir - təhlükə məhz “Daş yuxular” romanında özünü bütün yönləri ilə göstərir. Bəli, təhkiyə, hadisələrin məntiqi çıxmaza dirənir və poetik sistemdə - bədii mətndə hər şey baş-ayaq olur, saxtalaşdırılır, saxtalıq libasına bürünür. Əsərdə işarə edilən şair real prototipinin əlinə su tökməyə belə layiq deyil. Həyatdakı şair ermənilərə yardım edir, onların xatasız-bəlasız şəhərdən çıxarılmasına çalışır, əsərdəki şair fitva verir, ara qarışdırır. Bir sözlə, əsərdəki obrazların həyatı o dərəcədə quru və sxematikdir, ara-sıra müəllifin “şuxluğu” - ironik qata enməsi, real gerçəkliyi tərs müstəvidə göstərmək cəhdi uğursuzluğa düçar olur. Müəllifin həm əsərdə, həm də danışığında klassikadan gətirdiyi nümunələr (Füzuli və Cavid) bədii mətnlə qaynayıb-qarışmır, onun ideyalarının daşıyıcısı kimi çıxış etmir, çünki bunlar ayrı-ayrı şeylərdir. Ayrı-ayrı və çox fərqli şeyləri bir-birinin içindən keçirib mükəmməl sistem yaratmaq, sözünü çox aydın və kəsərli şəkildə demək böyük ustalıq tələb edir. Bu olmadıqda isə əsər böyük əksəriyyətlə müəllif aqressiyasından başqa bir şey olmur.
Onu kərratla və açıq ürəklə müdafiə edənlər bir şeyi əməlli-başlı unudurlar: bu əsərin ortaya atılması sırf siyasi xarakter daşıyır və burada məsələ Azərbaycanın ərazi bütövlüyü və Azərbaycan dövlətinə edilən təhdidlərdir. Çox istərdim ki, ədəbiyyat adamları bu xətti unutmasınlar, bu barədə düşünsünlər. Əsərdəki uydurma tarix və ondan da qəlp mənbələr xalqlar dostluğuna xidmət etmir, nişangahda Azərbaycandır, Azərbaycan dövlətidir. Yazıçıdan siyasi alət kimi istifadə edilməsi bizim heç gözləmədiyimiz məqamlarla sonuclana bilər. Məhz elə buna görə, əsərin müəllifini nə qədər çətin də olsa qorumalı və ona qarşı hər cür aqressiyanın qabağını almalıyıq.
.... Yaxınlarda sufizmlə bağlı çap edilən məqalələrin birində pritçanın mənasını dəyişən və onu saxta yola yönləndirən bir məqam diqqətimi cəlb etmişdi. Uzun bir yol keçib yorulan dərviş, nəhayət bir şəhərə yetişir, bir dükana gəlib sahibindən allah rizası ilə yemək verməyini xahiş edir. Tacir xəsis olduğundan şübhəsiz ki, onu rədd edir. “Bu var-dövləti hansı gününə yığıb saxlayırsan, bir gün gələr ölərsən...”. Dərviş bu sözləri deyib qoynundakı kəşkülü çıxarır, onun içindəki dəmir parçanı başının altına qoyub gözlərini əbədi qapayır. Dərviş üçün ölüm də elə yol getməkdir. Tərcümədə isə dərvişin bütün daxili aləmi, fəlsəfəsi alt-üst edilirdi: dərviş kəşkülü çıxarır, dəmir parçasını başına çırpıb özünü öldürür. Və bu səhnəni görən sufi o qədər sarsılır ki, bütün dünyanın mədəni təfəkkür tarixində önəm daşıyan əsərlərini yazır. İsterika içində özünü öldürən adama baxıb hansı böyük əsəri yaratmaq olar?
Fikrimcə, bu pritçanı şərh etməyə ehtiyac yoxdur...
teleqraf.com

Комментариев нет:
Отправить комментарий