payızın son günləri ayağımda rütubət
boş qalıb budaqlarda quşların yuvaları
məni cox uzaqlara çəkib aparar əlbət
qara qəhvətək acı köhnə cazz havaları
bir zamanlar gerçəkdən sevmişdim bu şəhəri
suda balıq kimiydim sevdalı gecələrdə
indi könül umudsuz boş ver qəmi kədəri
rüzgarlarla qolboyun dolaşdım küçələrdə
bir özləm acısı var küçə fənərlərində
divarlarda kölgəmə salam verib keçirəm
mən bir dərviş babayam qürbət səhərlərində
hərdən şeir yazıram hərdən şərab içirəm
xəyalımda bir ev var mənə könül bağlama
qapısında at nalı pəncərədə səməni
ah neçə yol intihar fikri gəlib ağlıma
ah neçə yol nə isə xilas eləyib məni
Комментариев нет:
Отправить комментарий