06.04.2013

Azərbaycanlı tələbə yanacaqsız işləyən təyyarə mühərriki icad edib


“Gələcəyin təyyarələri yanacaqsız işləyəcək”. Bu barədə lent.az-a Milli Aviasiya Akademiyasının  “Hava nəqliyyatının texniki istismarı” fakültəsinin  4-cü kurs tələbəsi Turan Məmmədli deyib. Onun sözlərinə görə, bu mühərriklər standart mühərriklərdən fərqli tamamilə yanacaqsız işləmə qabiliyyətinə malik olacaq.

T.Məmmədli bu mühərriklər böyük potensiala  və gələcəyi dəyişmək kimi böyük  gücə malik olacağını deyib: “Artıq Milli Aviasiya Akademiyasının təyyarə mühərriki mütəxəssisləri layihə ilə tanış olub, Elmi Tədqiqat İnstitutuna layihənin baxılması və sınaqların keçirilməsi haqqında məlumat verilib”.
Turan Məmmədli bu mühərriklərin ən yaxşı tərəflərindən birinin ekoloji cəhətdən təmiz olduğunu vurğulayıb: “Çünki atmosferə burdan yanacaqdan ayrılan heç bir qaz daxil olmur. Normal təyyarə mühərriklərində yanma kamerasında yanacağın yanmasından genişlənən hava mühərrikin soplosundan yüksək sürətlə çıxan hava şırnağı təyyarəni önə doğru itələyərək hərəkətə gətirir. Lakin mənim hazırladığım mühərriklərdə yanma kamerasında yanacaq yanmır, burda süni elektrik boşalması yaradaraq yüksək temperatur əldə edilir”.
T. Məmmədli həmçinin təyyarələrin görüntüsünün də dəyişəcəyini deyib: “Hazırda təyyarələrin çəkisinin böyük hissəsini yanacaq tutur. Məsələn, dünyanın ən böyük sərnişin təyyarəsi "Airbus A-380-800" 850 sərnişin tutumuna malikdi. Bu təyyarənin ümumi çəkisi 570.000 kiloqram olduğu halda, yanacaq tutumu  çəkisi 320.000 litr, yeni 256.960 kiloqramdır.  Ancaq mənim hazırladığım mühərriklər yanacaqsız işlədiyi üçün təyyarələr yanacaq götürməyəcək və əvəzində ölçüləri artacaq. Düşünürəm ki, təyyarənin uzunluğu təxminən 180 metr, qanad qolayı isə 150-200 metr arasında ola bilər. Bu qədər böyük olması da təyyarənin  sərnişin tutumunu 2500 nəfərə qədər artıracaq. Bununla yanaşı bu mühərriklər yanacaqla işləyən təyyarələrin sürətinə nisbətən daha sürətli olacaq. Bu da o deməkdir ki, gələcəyin təyyarələri “suoersonic” sürətlə, yəni səs sürəti ilə uçacaq. Onu da əlavə edim ki, mənim hazırladığım mühərriklərlə təyyarələr yanacaqla deyil hava ilə işlədiyi üçün daha uzun zaman havada qala biləcək”.
Turan artıq layihənin hazır olduğunu bildirdi: ”Bununla bağlı bir neçə xarici ölkələrlə danışıqlar apardım, amma mən Türkiyə üzərində dayandım. Türk Hava Yolları Pilotlar Assosiasiyasının prezidenti Gürcan Mantı əlindən gələn köməkliyi mənə göstərəcəyinə söz verib, amma şərtləri var. Şərtlərdən biri bu ixtira dövlət olaraq Türkiyə, şəxs olaraq mənim adımdan tanınacaq və şirkət yaratdığım halda vergilərin hamısının Türkiyə hökumətinə ödənəcək. Artıq bu şərtləri qəbul etmişəm”.

Комментариев нет:

Отправить комментарий