Qəfildən peyda olmağı sevir. Özündən burulan tozlu kənd yolunda birdən - birə elə görünür ki, hənirini belə duymursan, bir də görürsən ki, qarşındadır. Əynində həmişəki kimi, beli toqqa ilə bağlanmış enli paltar, ayağında dabanları əzilmiş ayaqqabılar, üzündə də heç vaxt silinməyən gülüşü... Heç göz qırpmağa da imkan vermir.
Məsim görən kimi ilişir ona:
- Dünən Dilbər sizin tərəfə gəlmişdi, çəpərinizdən boylanırdı.
O, üzünə yayılmış gülüşü boğur, əlindəki ağacla inəyin yanından ilişdirir, hirsini səhər-səhər örüşə apardığı malqaradan çıxmağa çalışır.
- Bilirəm, gələr, xəbər tutub evdə yoxam. Bizim kişiylə arası yaxşıdır.
- Kişini çox qısqanırsan? - Məsim soruşur.
- Kişini qısqanmaq gərəkdir yoxsa əldən gedər...
O, əyilmiş ayaqqabılarının ucu ilə yeri eşə-eşə Məsimə baxır. Öyrənmək istəyir görək onun fikri nədir, ələ salmır ki?
Məsim özünü yığışdırıb, ciddiləşməyə, bir qədər də sadəlövh görünməyə çalışır. Onu xeyli danışdırdıqdan sonra əlni-əlinə vurub gülür.Elə bu məqamda istəyir Məsimə hirslənsin. Amma alınmır. O, başqalarından fərqli olaraq, əməlli-başlı hirslənməyi də bacarmır. Bilir ki, hirslənəndə sevinmək olmur, adamın qanı qaralır. O isə elə hey sevinmək istəyir. Həm də, başqa qadınlar kimi ərinə sahib olmağı, əzizlənməyi arzulayır. Nə olsun ki, əri yaşlı və deyingəndir. Hər halda ərdir, onun qadın olduğunu təsdiq edəndir.
Ərini kəndin ən gözəl gəlini, gənc vaxtdan dul qalmış gözəl Dilbərə qısqanır.
Məsim deyir ki, nəyə istəyirsiniz and içim, buna kişidən və kənddəki toylardan qiymətli heç nə yoxdur.
- Mənə qırmızı lak, kəpənəkli sancaq, boyunbağı al - deyə israr edir hər dəfə. Mən də gülə-gülə söz verirəm ki, alacam, sevinir. Deyir gətirib verəndə xəlvət ver, heç kim görməsin. Başımla razılığımı bildirəm. Xəbərdarlığı bir daha möhkəmləndirir: “Suğra arvad bilməsin”. Başımı yelləyirəm.
- Dəli köpəyin qızı, balaca deyilsən, - deyir Suğra arvad, - uşaqları özünə güldürmə! Onların yanında az fırlan. Gəl arvadlara qoşul. Dünyagörmüş, ağsaqqal bir kişinin arvadısan, o kişinin yaşından utan, barı.
O da çiynini qısıb özünü yığışdırır, öz bildiyi şəkildə “utanır”. Uşaqlar hərəsi bir tərəfə çəkilib pıqqıldaşırlar. Dərhal üzündəki gülüşü yığışdıraraq ciddiləşmək istəyir, ancaq alınmır. Bir kənara çəkilib gülməkdən uğunan Məsimi tapiır, barmağıyla hədələyir, sonra özünü yığışdırır “gedirəm” deyərək cəld aradan çıxır.
Suğra arvad deyingəndir. O gedəndən sonra qarşısına çıxanın kim olmasının fərqinə varmadan ürəyini boşaldır, onun qarasınca deyinir: “General kimi arvadın yerinə gətirmişik bunu. Gətirdik ki, həm kişiyə baxsın, həm dəarvad olub bir tikə çörəyini yesin. Kişi, xəstə, yaşlı adamdır, qadın lazımdır qulluğunda dursun. Bu da ki, uşaqları görən kimi sevinir, qoşulur onlara, uşaq ağlındadır. Kişinin böyük qızı da bu gün sabah şəhərdən gələcək. Ögeydir nə qədər olmasa, bununla arası yoxdur.Yenə danlayacaqlar hamısı. Gərək mən qahmar çıxam.Yetimdir də, günü qara gəlmiş...” Suğra xala gözlərindən cin çıxan Məsimin ətrafda fırlandığına yalnız indi fikir verir, ona təpinir: “cəhənnəm ol,danışılanları yığma, köpək oğlu. Gedib ələ salırsan. Görürüsən yüngüldür” . Məsim Suğra arvadı heç vecinə də almır, şəbədə axtarır qoşub kənddə danışmağa. Adamları güldürmək elə bil boyuna biçilib. Bir adam ki, çənəsini altına düşdü allah saxlasın, şitini çıxardana kimi əl çəkən deyil. İndi də bunu hədəfə götürüb.
Ögey qızın uşaqları ekizdirlər. Bir- birindən seçmək olmur. Kürən, gombul uşaqlardır, üzlərindən harınlıq yağır. Kəndə gələn kimi yola çıxırlar. Onu bizim yanımızda görüb irəli gəlirlər. Biri ona yaxınlaşır ki, gəl ayaqqbılarımı bağla. O, uşaq kimi əyilərək ayaqqabıları bağlayır. Ekizlərin o biri tayı da irəli gəlir, onun qarşısında dayanır: mənim ayaqqabılarımı da təzədən aç bağla.
Kənarda dayanmış ögey qız qonşu arvada danışır ki, atama yaxşı qulluq etmir, bu. Səliqəsi də bir şey deyil. Atam öləndən sonra kimdi onu burda saxlayan.
O, bunları eşidir. Üzünün gülüşü yoxa çıxır.. Sevinməyindən fərqli olaraq o, qəmlənməyinin səbəbini yaxşı dərk edir. Cəld vedrələrini götürüb gözdən itir.
Məni görərkən kənara çəkib pıçıldayır:
- Kənddə toy var. Hamıdan tez gedərik, bütün günü oturarıq. Elə sevinir ki, mən də ona qoşuluram. Elə bil əziz adamımızın toyudur.
- Çoxdandır görünmürsən, Məsim deyir. Adam darıxır səninçün. Üzündəki gülüş yenidən peyda olur. Arıq arğaz sifəti əyilir, özü bildiyi şəkildə gülür.
- Qız getdi, şükür allaha, - deyir.
Ona qoşulub biz də sevinirik. Sanki üstümüzdən ağır bir yük götürülür.
- Kişinin uşaqları burda olanda mənim günüm olmur-deyə şikayətlənir. Bilmirəm niyə elə hey məni buyururlar. Kişini də razı sala bilmirəm. Hamı məni danlayır...
Bizim uşaq olmağımızın onunçün fərqi yoxdur, kimə istəsə şikayət edə bilər. Əsas odur ki, onu dinləyən olsun.
Suğra arvad həm də idarəedəndir, “dünyanın altınıda bilir, üstünü də”. Qonşu qadınları ətrafına yığıb hər şeydən danışır. Kəndə təzə köçüb gəlmiş gənc ailədən, məktəbdəki hərc- mərclikdən, direktoru yerində oturtmağından. Qadınlar bir nəfər kimi susur, sonra xorla onun sözünü təsdiqləyir, heyrətlənir, müdaxilələr edirlər. O da həvəslə qadınlara qoşulur, amma hiss olunur ki, qadınlar danışanı başa düşmür, onun üçün maraqlı deyil bu söhbətlər. Qadınlar ağla gəlməyən şeylərdən bəhs edirlər. Adam əməlli- başlı sevinə bilmir belə şeylərdən. O, belə dərinliklərə baş vurmaq üçün yaranmayıb. Onun dünyası dayaz və aydındır. Ancaq ağlını işə salaraq dərk edir ki, qadınların yanıda dayanmaq lazımdır.
Əlini şənəsinə söykəyərək qadınlara qulaq asır.Üzündəki çiddilik, gözlərində qaynaşan gülüşü güclə ört-basdır edə bilir. Hamımız gözümüzü onun üzünə dikmişik, seyr edirik. Özünü saxlaya bilməyən Məsim pıqqıldayır. O da bizə qoşulub hündürdən gülür. Suğra arvad onu danlamaqdan özünü güclə saxlayır.
Qadınlardan kimsə deyir ki, bizim kişi deyirdi Dilbər dünən yenə aptekçinin öğlunun maşını ilə meşənin kənarındaymış. Özü də Dilbərin əynində bir paltar varmış ki, deyiləsi deyil...
O, üzündəki gülüşü donduraraq, söhbətə diqqət kəsilir. Birdən gözləri parlayır, ağzı köpüklənir, Suğra arvadın burda olduğunu unudur: “Bizim kişi də gəzir” - deyir. Qadınlar əvvəl duruxurlar, sonra gülüşürlər. Biz də gülüşürük., daha çəkinmirik. Hamı gülürsə, demək bizə də gülmək olar.
O, gülüşənlərə fikir vermir, öz dediyini sübuta yetirməyə çalışır: “ Gəzir, hiss etmişəm.gecələr, həyətdə görüşür Dilbərlə... İtlərin hürməsindən duyuq düşmüşəm”.
Suğra arvad qeyzlə ona baxır, imkanı olsa yerdən bir ağac götürüb çırpar bunu başına, amma sonda o da gülməkdən özünü saxlayanmır.
- Az, o cavan gəlindir, özü də gözəl- göyçək. Cavan, imkanlı oğlanla fırlanır. Sənin ərin onun atasından da böyükdür.
- Nə olsun q.... üçün nə fərqi var, kimdir. Hər gecə gəlir kişinin yanına....
-Nə ləzzət alır sənin qoca, xəstə kişindən.
O, duruxub gözlərini döyür, amma təslim olmur. Ağlına gələnləri israrla sübut etməyə çalışır.
- Puluna görə gəlir. Təqaüdünü alıb ötürür buna. Kişilərin hamısı belədir.
Arvadlar bir müddət dinmirlər. Bəlkə də, bu an hamısı eyni cür düşünürlər. Gözlərinin qarşısına gətirdikləri mənzərə də eynidir. Bahalı maşına söykənərək dayanmış aptekçinin idmançı oğlu, yanında da geyimli –gecimli gözəl Dilbər. Sonra birdən gülüşürlər. Suğra arvadın qımışa-qımışa: “Az, dəlisən də, dəlinin başında buynuzu olmur ki, ”sözünü təsdiqləməkdən başqa əlacları qalmır, qonşu qadınların.
Səhər yola düşməzdən əvvəl özünü mənə yetirir.
- Gedirsən?
Başımla təsdiqləyirəm.
- Görəsən, Bakı çox böyükdür? Cavab gözləmədən əlavə edir: böyük olar hər halda... Amma bura da yaman böyükdür. Gözlərini bic-bic qıyır - orada yəqin ərə gedəcəksən, ona görə şəhərə getməyə həvəslisən.
Sonra birdən - birə sevinir, gözləri parlayır:
- Kənddə üç dənə toy var.
Hiss edirəm ki, toydan danışan kimi əhvalı yüksəlir. İndidən bir necə gündən sonra gedəcəyi toya doğru uçur.
Əyilib iri vedrələrin qulpundan yapışır.
- Mən gedim, kişi xəstədir, məni görməyib hirslənər. Dediklərimi yadından çıxartma., yaxşı yol!
Şəhərdən qayıdarkan əlimdəki şeyləri ona verməyə tələsirəm. Tam o istədiklərini almışam. Qoy sevinsin. Kəndə çatan kimi onu axtarıram. Bir az dincələndən sonra Suğra arvaddan xəbər alıram. Suğra arvad qaşlarını çatır:
- Eşitmədin, kişi ölüb?!
- Eşitmişəm. Bəs, o nə oldu?.
Suğra arvad köksünü ötürür.
- Onu başqa kəndə, yaşlı bir kişiyə ərə veriblər. Neyləsinlər, qızı yola vermədi. Uşaqlar burda qalmağını istəmədilər. Qardaşı arvadı da yiyə durmadı. Bir təhər düzüb qoşduq. Gedib bir tikə çörəyini yesin. Hiss edirəm ki, Suğra arvad qəhərlənib.
Kəndin içi ilə burulan tozlu yol birdən birə kimsəsiz görünür mənə.Hər tərəfdə bir boşluq uzanır sanki. Kədərlənirəm.
Amma kim nə deyir-desin mənə elə gəlir ki, o bu dünyanı qırmızı rəngdə görürürdü. Qırmızı...

Комментариев нет:
Отправить комментарий