21.02.2014

Tofiq Həsənli - Yoxun yaddan çıxıb qalıb


Çıxıb getdin, ürəyimdə,
Oxun yaddan çıxıb qalıb.
Yığıb apardın azını-
Çoxun yaddan çıxıb qalıb.

Dağı yığılıb dağ olan,
Həsrəti məndən doğulan.
Yastığın üstə dağılan,
Qoxun yaddan çıxıb qalıb.

Gözüm yoluna dikilən!
Ümidi mil-mil sökülən!
Mənə, gözündən tökülən,
Yuxun yaddan çıxıb qalıb.


Ömrü çəkən avar onun,
İndi yoxluğu var onun.
Götürüb getdin varını,
Yoxun yaddan çıxıb qalıb.

Комментариев нет:

Отправить комментарий