06.06.2014

Rusiya FTX rəhbərindən sensasiyalı bəyanat

Aleksandr Bortnikov MDB ölkələrində anti-inqilab tədbirləri gördüklərini açıqladı

MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərinin Minskdə keçirilən toplantısında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri, general Aleksandr Bortnikov sensasion sayıla biləcək bəyanatla çıxış edib. (virtualaz.org)
Belarus KİV-lərinininməlumatına görə xüsusi xidmət orqanlarının MDB respublikalarında hakimiyyətlərin ələ keçirilməsi cəhdlərinin qarşısının alınmasındakı xüsusi rolu haqda danışan general Bortnikov deyib ki, FTX “bu ölkələrdə hakimiyyətləri devirmək niyyətində olan qüvvələrin ola biləcəyini” nəzərə alır və bu məqsədlə xüsusi xidmət orqanları sərt hərəkət edəcək.
“Destruktiv qüvvələrin MDB ölkələrində vəziyyəti qarışdırmağa yönələn səyləri yolverilməzdir. Biz bu səylərin qarşısını almaq üçün qanun çərçivəsində, ancaq olduqca sərt hərəkət edəcəyik ki, destruktiv qüvvələrin bizim ölkələrimizdəi vəziyyətə təsir etməsinə imkan verməyək” - deyə Bortnikov bildirib.
FTX rəhbəri əlavə edib ki, onlar bu istiqamətdə real niyyətlərin şahidi olurlar və mövud informasiya xüsusi xidmət orqanlarını reaksiya verməyə, səyləri birləşdirməyə, o cümlədən informasiya mübadiləsinə məcbur edir.
A.Bortnikov bildirib ki, bu cür qüvvələr qeyri-leqal fəaliyyət göstərirlər, müvafiq Qərb qeyri-hökumət təşkilatlarından maliyyələşirlər və bu təşkilatlar o cümlədən MDB ölkələrinin ərazisində də mövcuddur. Bortnikovun sözlərinə görə, xüsusi xidmət orqanlarının səyləri “bu cür qanun pozuntularının profilaktikasına” yönəlib və məqsəd “leqal müxalifətçilik fəaliyyətinin radikal zəminə keçməsinin” qarşısını almaqdır. /bizimyol.info/

Комментариев нет:

Отправить комментарий