Sənan Kazımoğlu
Azərbaycanın bir çox nöqsanlara baxmayaraq inkişaf etməsi və regionda güclü dövlətə, söz sahibinə çevrilməsi, görünür ki, bir çoxlarını narahat edir. Azərbaycanın bu inkişafının önünü kəsmək, Azərbaycandakı sabitliyi pozmaq üçün əllərindən gələni edirlər.
İlk əvvəl milli zəmində qarşıdurma çıxarmaq üçün çalışdılar və hələ də davam edirlər. Azərbaycandakı digər etnik ünsürləri qızışdırmaqla Azərbaycan dövlətinə qarşı qoymağa çalışdılar. Şimal tərəfdə Ləzgiləri, cənub tərəfdə isə Talışları qızışdırdılar. Sırf bu səbəbdən Azərbaycanın işğal olunmuş torpağı Şuşada Talış radiosu açdılar. Dəfələrlə İrəvanda, Moskvada konferanslar təşkil etdilər. Ancaq şükürlər olsun ki, min illərdir birlikdə yaşadığımız Talış və Ləzgi qardaşlarımız bu oyunlara gəlmədilər. Bunun üçün hələ də çalışsalar da artıq əvvəlki kimi ümidli deyillər. İndi də əl atiblar dinə. Son zamanlar görünməz bir əl Azərbaycanda dini qarşıdurma çıxarmaq üçün əlindən gələni edir.
Azərbaycanda din və etiqad azadlığı konstitusiya ilə tənzimlənir.
Buna görə hə kəs istədiyi dinə tək başına və başqalarıyla birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Buradan da görünür ki, dövlət əleyhinə olmayan, insan ləyaqətini alçatmayan və insanpərvərlik prinsiplərinə zidd olmamaq şərtilə Azərbaycanda bütün din və etiqad sərbəstdir. Lakin biriləri Azərbaycanı bu uçuruma itələyib İraqın, Suriyanın vəziyyətinə salmaq istəyir. Söz İraqdan açılmışkən, İŞİD terror qruplaşmasının İraqa soxulması da bunların "əppəyinə yağ sürtdü" sanki. İstər mətbuat, istərsə də ictimai rəy vasitəsilə Azərbaycanda bütün tərəflər arasında dini zəmində nifrət aşılanır. Təəssüflər olsun ki, bunu eləyən bir çox hallarda dövlətin bir bölgəyə təyin etdiyi və dini ayinlərin yerinə yetirlməsinə nəzarət edən qazisi, axundu, imamı və. s. olur. Üstəlik bir çox hallarda bunu dövlətin adıyla edirlər. Ən qorxulusu da odur ki, insanlar başına gələn hadisələri o adamdan deyil, dövlətdən bilir və bu da radikallığa zəmin hazırlayır. Bir ilahiyyatçı olaraq mənə dini məsələlərdə əngəl törədənlər məhz dindən uzaq “dindarlar” olub. Üstəlik də bunu həmişə dövlətin adıyla ediblər. Bu məsələnin nə qədər təhlükəli olduğu Sabirabad məsələsindən də görüldü. Azərbaycan zəif dövlət deyil və bunlarla bacaracaq kifayət qədər gücü var. Azərbaycanın aidiyyatı qurumları bu məsələyə mütləq diqqət yetirməli və bu məsələ daha da böyüməmiş tədbir görməlidir. Yoxsa belə getsə bizə düşmən lazım olmayacaq, elə özümüz özümüzə düşmən kəsiləcəyik. Allah o günlərdən dövlətimizi və millətimizi qorusun. Türkiyənin İstiqlal şairi Məhməd Akif Ərsoy nə gözəl söyləyib:
Girmədən təfriqə bir millətə düşmən girəməz,
Toplu vurduqca ürəklər onu top belə sindirəməz

Комментариев нет:
Отправить комментарий