06.07.2014

Qısa ətəkli qızın küçədən keçməsinə dair fəlsəfi məzmunlu esse

Tural SAHAB

 Bu gün Ayka M- ova nın həyatından, geyimindən və küçədən keçməsindən danışmaq istəyirəm, özü də fəlsəfi məzmunda.
 Aykanı yəqin ki, hər biriniz tanıyırsız. Hani, o facebookda profil şəkilinə lüt qız qoyub, 2 manatlıq sim kontur göndərən hər kəslə virtual sex edən qızı deyirəm. Bu Ayka necə oldu bu hala düşdü, qanındamı vardı yoxsa yaşadığı cəmiyyətmi korladı onu, bunu kimsə dəqiq şəkildə deyə bilməz.
Ancaq onu deyim ki, Ayka nə qədər yaramazdısa ona 2 manatlıq kontur göndərib, onunla virtual sex edən oğlanlar da o qədər yaramazdı. O oğlanların ailələri düşünməsinlər ki, Ayka pozğundu, bunların uşaqları mələk.
 Aykagilin ailəsi dörd nəfərdi bir zamanlar. Atası, anası, qardaşı və o. Atası bunlar uşaqkən urusetə pul qazanmağa getdi və geri qayıtmadı. Deyilənə görə orada evlənib, arvadı uşağı var.
Aykanın anası da onun acığına başladı gəzməyə. Məsələ o yerə çatmışdı ki, məhlənin arvadları pul yığıb kiralıq qatil tutdular ki, bu arvaddan canları xilas olsun, kişiləri də axşamları öz evlərinə gəlsin, lakin işin üstü açıldı . Polis bu arvadları yığıb apardı “dama”. Aykanın anasının bazarı qəşəngcə açıldı bundan sonra. Hətta polislərdən də gecə qonaq gələni olurdu. Polislərə pulsuz xidmət, qonşulara isə yaşlarından asılı olaraq on manatdan otuz manatacan dəyişirdi qiymət.
 Nəisə bir gün Aykanın qardaşı qeyrət üstə tutuldu, bunlar daha da qaldı öz başlarına. Qeyrət üstündə deyəndə ki, dostu gələr bunlara, anası ilə dərdləşəndən sonra deyər ki, bəs mən uşağam on manat verəcəm. Bundan qəzəblənən qardaş da vurub öldürür onu.
 Ayka da yavaş- yavaş olur – Ayka M-ova.
 İndi bir az da onun küçədən keçməsindən danışaq. Elə ki, o küçədən keçir yeddi yaşlıdan tutmuş, yetmiş yaşlı qocaya qədər hər kəs onun qısa ətəyinə, külək əsəndə görünən qırmızı alt paltarına baxır. 
Axı, yaxında anası təqaüdə çıxacaq. Onun əvəzinə bu qız...

Комментариев нет:

Отправить комментарий