09.07.2017

“Qafqaz dialoqu -2017” elmi maarifləndirmə forumu

3-7 iyul 2017-ci ildə Pyatiqorsk Dövlət Universitetində A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu və PDU Beynəlxalq Münasibətlər İnstitutunun birgə təşkilatçılığı ilə “Qafqaz dialoqu -2017” elmi maarifləndirmə forumu keçirilmişdir. Forumda Rusiya Federasiyasından və Qafqaz respublikalarından olan nümayəndələr regionun mövcud problemlərini müzakirə etmişlər.
“Biz əsas diqqəti ona yönəltmişik ki, elmi cəmiyyətin köməyi ilə gənc politoloqları müasir biliklərlə təmin edək və vacib bildiyimiz problemlərdən söz açaq” - A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun icraçı direktorunun müşaviri Valeri Kantorov forumun məqsədi barədə belə demişdir.
PDU Beynəlxalq Münasibətlər İnstitutunun direktoru, professor Viktor Panin tədbirdə çıxışı zamanı bildirmişdir: “Qafqazda təhlükəsizlik və əmin-amanlıq məsələsi ilk növbədə sizinlə bizim- burda yaşayan insanların məsələsidir. Qafqazın çiçəklənməsi və sabitliyində ilk növbədə biz maraqlıyıq. İstəyirik ki, balalarımız azad və təhlükəsiz hərəkət etsinlər və əmin-amanlıq içində yaşasınlar”.
Forumda “Müasir geopolitik proseslər və Qafqazda iqtisadi əməkdaşlıq”, “Qafqazda birgə mətbuat siyasətinin hazırlanması və koordinasiyası”, “Qafqazda ictimai diplomatiyanın rolu” mövzuları ilə bağlı iclaslar keçirilmiş, iştirakçılar maraqlı təkliflərlə çıxış etmişlər. İclaslarda gənc politoloqlar, yazarlar, jurnalistlər, alimlər, tələbələr və aspirantlar iqtisadiyyat, təhlükəsizlik, Qafqaz regionunda rol oynayan daxili və xarici faktorlarla bağlı fikirlərini söyləmiş və konstruktiv təkliflər irəli sürmüşlər.
Qızğın müzakirələrlə müşayiət olunan “Qafqaz dialoqu -2017” elmi maarifləndirmə forumunda Avrasiya Hərəkatı - Azərbaycan təşkilatının nümyəndələri də iştirak etmişlər.











Комментариев нет:

Отправить комментарий