10.12.2017

Əhməd Kazimi:
-Sionist rejim enerji strategiyası çərçivəsində regionda enerji sahəsində həmkarlıqlara mane olmağa çalışır. Sionist rejim yaxşı bilir ki, İran, Azərbaycan və Rusiya arasında enerji sahəsində həmkarlıq üçün potensial imkanlar böyükdür. Elə buna görə də region ölkələri arasında həmkarlıqlara maneçilik törədir. Sionist rejimin enerji strategiyasının nəticəsi budur ki, Azərbaycan Bakı-Tiflis-Ceyhan xətti vasitəsi ilə sionist rejimin neft ehtiyacının 60 faizini təmin edir. Bu narahatedici mövzudur ki, bir müsəlman ölkəsi sionist rejimin enerji ehtiyacının böyük hissəsini təmin etsin. Sionist rejim bu strategiya çərçivəsində bütün imkanlarını işə salıb ki, Misir və başqa ölkələrdən enerji asılılığını azaltsın. İsrail öz enerji ehtiyaclarının Azərbaycan tərəfindən təmin olunmasına üstünlük verir. Şahid oluruq ki, Azərbaycan enerji mübadiləsində böyük potensial imkanlarını kənara qoyaraq neftin Tel-Əvivə ötürülməsi layihəsi üzərində dayanıb. Sionist rejim eyni zamanda planlaşdırır ki, işğal altında olan ərazilərdəki təbii qazı hazırda Azərbaycan Respublikasının hesabına tikilən Tanap (TANAP konsorsiumları, TAP layihəsi) qaz borusu ilə Avropaya ötürsün.

Комментариев нет:

Отправить комментарий