10.12.2017

Əhməd Kazimi:
-Sionist rejimin Azərbaycanda media strategiyasının məqsədi İsrailə münasibətdə ictimai fikri müsbətə yönəltmək, Fələstinin işğalından dolayı sionist rejim haqqında yaranmış işğalçı imicini aradan qaldırmaqdır. Bakı ilə Tel-Əviv arasında ilk rabitələr yaranan illərdə “Ayna” və “Zerkalo” kimi qəzetlər iki ölkə arasında media körpüsü rolunu oynayıb. Bu mətbuat orqanları mətbuat katibliyi missiyasını üzərinə götürüb. Amma hal-hazırda Azərbaycanda sionist rejimi ciddi şəkildə təbliğ edən, işğal olunmuş Fələstinlə bağlı xəbərlərə yolu bağlayan multimedia şəbəkəsi formalaşıb. Maraqlıdır ki, bu media qurumları öz fəaliyyətlərində reallıqları təhrif etməklə Azərbaycanla İsrailin oxşar tale yaşaması təsəvvürü yaradır. Məsələn, Qarabağ müharibəsində faciəli Xocalı soyqırımını yəhudilərin şişirtmə xolokost soyqırımına bənzətməyə cəhd göstərilir. Oxucuya belə bir hiss təlqin olunur ki, Azərbaycan vətəndaşları ilə işğal olunmuş Fələstin torpaqlarındakı yəhudilər arasında heç bir fərq yoxdur.

Комментариев нет:

Отправить комментарий