06.01.2018

Əbdürrəhman Vəzirov - Ramiz Mehdiyev qarşıdurması

Heydər Əliyevin himayəsi ilə vəzifə başına gələn MK katibi onu necə satır? “Boz Kardinal” haqda şok ittihamlar.

Azərbaycan siyasi sistemində hər zaman müəmma və sirlərlə bağlı olan Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı hər bir məlumat maraqla qarşılanır. Daha çox kölgədə qalaraq prosesləri öz idarəçiliyi altında saxlamağı sevdiyinə görə “Boz Kardinal” kimi tanınan R.Mehdiyevlə bağlı cumhuriyyət.az-a ilginc məlumatlar daxil olub. Rəsmi sənədlərlə təsdiq olunan həmin məlumatlara keçməzdən öncə cənab Mehdiyevin siyasi keçmişi ilə bağlı bir məqamı xatırlatmaq istərdik.
Sovet partiya sistemində vəzifə alan Ramiz Mehdiyev 1983 -cü ildə Azərbaycan KP MK-nin katibi vəzifəsinə təyin olunub. Onun bu vəzifəyə gətirilməsində isə sözsüz ki, Heydər Əliyevin müstəsna xidməti olmuşdur. Heydər Əliyev Ramiz Mehdiyevin xarakterində xüsusi əhəmiyyət kəsb edən intriqantlığını, soyuqqanlı qəddarlılığını gördüyünə və nəhayət naxçıvanlı olduğuna görə ona çox kömək edib. Bir sözlə onu məmur Ramiz Mehdiyev edən Heydər Əliyev idi.
Lakin zaman sürətlə dəyişdi. Kecmiş SSRİ-də və o cümlədən Azərbaycanda fırtınadan qabaqkı zaman – Qorbaçov zamanı başladı. Sözsüz ki, Heydər Əliyevi neytrallaşdıran Qorbaçov onun kadrlarını da təmizləməyi qarşıya məqsəd qoymuşdu. Növbə Ramiz Mehdiyevə çatanda o İsa peyğəmbərin 13-cü həvarisinin yolunu tutdu. Yəni Əbdürrəhman Vəzirov hakimiyyətə gələn kimi ilk plenumda Heydər Əliyevə qarşı çıxanlardan biri təəccüblü olsa da Ramiz Mehdiyev oldu.
Heydər Əliyevin bunca yaxşılıqlarına rəğmən həmin tarixi plenumda Ramiz Mehdiyev “Mən Heydər Əliyevin adamı olmamışam” fikirlərini işlətməkdən belə çəkinmədi. Amma Moskva hər şeyi əlinin içi kimi bilirdi və 1988-ci ildə Ramiz Mehdiyev KP MK-nin katibi vəzifəsindən çıxarıldı. Lakin Heydər Əliyevə qarşı dönüklüyü də nəzərə alındı və Mehdiyev 1988-ci ilin 1 iyun tarixində Azərbaycan Elmlər Akademiyasının ictimai-siyasi tədqiqatlar və informasiya institutuna şöbə müdiri təyin edildi.
Cumhuriyyət.az-a daxil olan sənəd də məhz həmin məşhur plenumla bağlıdır. Beləliklə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin  30-31 may 1988-ci il tarixində keçirilən plenumunun 12 və 15 saylı protokollarından müəyyən hissələri diqqətinizə çatdırırıq (onu da bildirək ki, protokollar rus dilində yazılıb və biz burda onların qısa məzmunun təqdim edirik).
1988-ci il mayın 30-da Azərbaycan KP MK-nın I katibi Əbdürrəhman Vəzirov Azərbaycan KP MK-nın katibi, Büro üzvü Ramiz Mehdiyevin məsələsini plenumda müzakirəyə çıxarır…

Ramiz Mehdiyev:
-Mənbaşa düşürəm ki indi deyəcəyim sözləri eşitmək sizin üçün çətindir. Amma inanın ki bunları demək mənim üçün də çox ağırdır. Çünki heç vaxt güman etməzdim ki, mənim taleyim belə həll olunacaq  və Mərkəzi Komitəsinin plenumunda mənim Azərbaycan KP MK tərkibindən çıxarılması məsələsi duracaq. Mən yeni katib məsələsi müzakirə olunarkən söylədiyim fikirlərin üzərində bu gün də qalıram: Ölkəmizə, partiyamıza dərindən minnətdaram ki, məni adi fəhləni yüksək partiya işinə irəli şəkib və mən Azərbaycan KP Mk-nın ideologiya üzrə katibi seçilmişəm. Mərkəzi Komitənin plenumunda mən bir qrup üzvü kimi qələmə verildim.

Əbdürrəhman Vəzirov:
-Avqust plenumunda gedən müzakirələrdə bildirildi ki, respublikada belə bir vəziyyətin yaranmasında kadr siyasətində olan boşluq, MK-nın keçmiş birinci katibləri, şöbə müdirləri, eləcə də ki, yoldaş Bağırov və yoldaş Əliyev məsuliyyət daşıyırlar. O cümlədən siz də tutduğunuz vəzifəyə görə bu rəhbərliyə daxilsiniz. Söhbət sizin ideologiya məsələləri üzrə katib kimi daşıdığınız məsuliyyətdən gedir. “Qrup” sözü isə ümumiyyətlə işlənməyib. Bakı Partiya Konfransında bir neçə nümayəndə bəyan ediblər ki, respublikanın Kommunist Partiyasının növbədənkənar qurultayı çağırmaq lazımdır və partiyanın Mərkəzi Komitəsinin tərkibi yeniləşməlidir. Hesab edirik ki, Mərkəzi Komitənin hər bir üzvü yaxşı işləməli, ona göstərilən etimadı doğrultmalıdır. MK Bürosunun üzvləri adıçəkilən yoldaşların MK tərkibindən çıxarılması üçün yekdilliklə səs vermişdir. Çünki onlar buna mənəvi haqq itirib. Bizə yüksək partiya etimad göstərilib, amma hər kəs bu etimada layiq olmayıb. Siz deyirdiniz ki, yoldaş Bağırov sizə işləməyə imkan verməyib. Ancaq biz sizə bir şans verdik. Özünüzdə cəsarət tapıb etiraf edin ki, noyabr ayında baş verən hadisələrdə siz də məsuliyyət daşıyırsınız. Respublikada baş verənlərə görə hər kəs məsuliyyət daşıyır. Bunu etiraf etməyə cəsarət lazımdır. Respublikada nə baş verdiyini bilirsiniz. Çoxları məsuliyyət daşıyır, qapıda durub insanları işə buraxmayanlar, tətilləri təşkil edənlər də, mitinqlərin təşkilatçıları üçün pul yığanlar da.

R.Mehdiyev: Burda mənəvi məsuliyyət məsələsi səslənməsəydi mən çıxış etməyəcəkdim. Bu, məni narahat edir və təhqir edir. Çünki bütün ömrüm boyu ədalətli olmağa çalışırdım. Mən 3 ilə yaxın bir vaxtda təşkilat şöbəsində işləmişəm, bunu bütün yoldaşlar bilirlər. Mən demək istəmirəm ki, məndə səhvlər olmayıb. İş olan yerdə, səhv və nöqsanlar var. Siz doğru dediniz ki, biz rentgen deyilik bütün insanların içini görə bilək. Mən MK Bürosundan və MK-dan xahiş edirəm ki mənim məsələmə diqqətlə yanaşsınlar. Mən işlədiyim vəzifədə xeyir verə bilərəm. Mən partiyaya sədaqətliyəm, bunu plenumda da çıxış edib demişəm və yoldaş Vəzirovun qəbunlda da demişəm. Və əgər yoldaş Vəzirov xatırlayırsa, bizim aramızda konstruktiv, yoldaşlıq söhbəti oldu. Mənin üçün birinci katibdən mənim haqqımda kifayət qədər informasiyası olduğunu eşitmək xoş idi. O ki qaldı yoldaş Bağırovun mənə işləməyə imkan verməməsinə, demək istəyirəm ki, bir çox kadr məsələlərində mənim fikirlərim nəzərə alınmırdı. Ali təhsil naziri, partiya komitələrinin katibləri təyin olunarkən mənim rəyim nəzərə alınmırdı. Axı MK katibinin fikrni dinləmək lazımdır, ya lazım deyildi? Əlbəttə, biz Büroda məsələni kollegial şəkildə həll edək ki, hamı səs versin. Mən yoldaşlardan acizanə dərəcədə xahiş edirəm ki, mənim məsələmə diqqətlə yanaşsınlar.

Beləliklə, Mehdiyevin Azərbaycan KP MK Büro üzvülüyündən çıxarılması müzakirəsi ertəsi gün, mayın 31-də keçirilən iclasda da davam edir və Vəzirovla onun arasında maraqlı dialoq baş verir.

Ramiz Mehdiyev:
-Mən taleyin bu ağır zərbəsini ləyaqətlə qəbul edirəm. Dünənki qərarı, mənim MK üzvlüyündən çıxarılmağımı yeganə düzgün yol hesab edirəm. Necə deyərlər, sonuncu ölən ümiddir, mən ümid edirəm ki, siz gələcəkdə mənim partiya taleyimə biganə qalmayacaqsız və mən partiyamız üçün faydalı ola biləcəm. Diqqətinizə görə təşəkkür edirəm.

Əbdürrəhman Vəzirov:
-Sualı olan var? Yox. Düzgün çıxış idi.Dünən də belə çıxış etsəydi, daha düzgün olardı. Amma heç olmamasındansa, gec olması məsləhətdir. Mən sizin bu bəyanatınızı alqışlayıram. Kimsə çıxış etmək istəyir? Yox? Təşkilat məsələnin müzakirəsinə keçirik. Mən sizə növbəti bəyanatı oxumaq istəyirəm (Azərbaycan KP MK katibi Ramiz Mehdiyevin bəyanatını oxunur). Azərbaycan KP MK bürosu bu bəyanatı müzakirə edərək Ramiz Mehdiyevin fəlsəfə elmləri namizədi olmasını da nəzərdən keçirdi. Elmlər Akademiyasının prezidenti Eldar Salayevlə ilə məsləhətləşib, ona vəzifə də təklif edilib. Yoldaş Mehdiyev bu vəzifəni məmnunluqla qəbul etmiş və və sabahdan Elmlər Akademiyasının tarix İnstitutunda 400 manat maaşla şöbə müdiri kimi işə başlayacaq. Bu məsələni sizin müzakirənizə buraxıram. Nə kimi suallar, təkliflər var? Razısınız? Plenumun növbəti qərarını səsverməyə çıxarıram. Yoldaş Mehdiyev Ramiz Ənvər oğlunun özünün ərizəsini və başqa işə keçməsini nəzərə alaraq o Azərbaycan KP MK-nın Büro üzvü və katibi vəzifəsindən azad edilsin. Kim razıdır xahiş edirəm, səs versin. Əleyhinə. Bitərəf olan? Yoxdur. Biz yoldaş Mehdiyevin bir az əvvəlki çıxışı haqda xoş sözlər dedik və mən düşünürəm ki, o alicənablıq və şücaət göstərən addım atdı.

R.Mehdiyev:
-Yoldaşlar, mən öz bəyanatımda istəyimi ifadə etmişəm, indi bəzi əlavə etmək istərdim. Artıq yeddi il yarımdır mən MK Bürosunun üzvüyəm. Bu müddət ərzində Azərbaycan KP MK-nın etimadını doğrultmağa çalışmışam. MK üzvləri, sona qədər səmimi olmaq istəyirəm, işlədiyim illər, Büro tərkibində olmaq mənim üçün böyük bir məktəb idi. Mən deyərdim ki, bu, əsl həyat akademiyası idi. Bu illər, məndə mənim siyasi əqidəmi möhkəmləndirmiş və bundan sonra vətəndaş kimi formalaşmağa, mənə kömək etmişdir. Bütün bunlara görə də, yoldaşlar, mən yoldaşlarıma, MK üzvlərinə bir daha öz səmimi təşəkkürümü bildirirəm. Doğrudan da respublikas qarşısında mürəkkəb vəzifələr durur və mən hamınızı əmin edirəm ki, həyatımızın bu çətin mühüm problemlərini həll etmək üçün bütün gücümü qoyaraq sizə kömək edəcəm.

Bütün sadalananlara əlavə olaraq, mediaforum.az saytında 10 oktyabr 2007-ci il tarixində dərc olunmuş (http://www.mediaforum.az/az/2007/10/10/ƏBDÜRRƏHMAN-VƏZİROV-İLHAM-ƏLİYEV-ÖZ-ATASINDAN-010748292c.html#.UwKT01k9CIU) məqaləsindən Ə.Vəzirovun sitatı:
-“İlham Əliyevə onun həndəvəri, Ramiz Mehdiyev, Artur Rasizadə və başqaları əngəldir. Ətrafı İlham Əliyevin təmiz bədənində çirkabdır, bu çirkab öz maraqlarını, arzularını həyata keçirməyə çalışır. Onlar problemi özlərinin çirkaba batmış reytinqlərinin sərhədləri dəqiq şəkildə cızılmış elektoral gettoları çərçivəsində yerində saymaqla həll
edirlər”.

Tacəddin Lətifov            cumhuriyyet.az

Комментариев нет:

Отправить комментарий