04.02.2019

 Rəhbərlik etdiyi partya Hitlerin öz partiyası deyildi, Hitler bu partiyaya soxulmaqla onu ələ keçirmiş və mahiyyətini dəyişdirmişdi. Doktor Paul Tafelin tövsiyyəsi ilə çilingər Anton Dreksler və jurnalist Karl Xarrer 5 yanvar 1919-cu ildə Alman Fəhlə Partiyası yaratmışdılar. Okkultist “Tule Cəmiyyəti”nin üzvü, “Pangerman İttifaqı”nın lideri, məşhur “MAN” avtomobil konserninin direktoru Paul Tafel Dreksler və Xarrerin müəllimi və yönləndiricisi idi. Yarandığı dövrdə partiya sıralarında Hitlerin izi-tozu da yox idi. Siyasi səhnəyə girməyə platforma axtaran Hitler seçimini bu partiyanın üzərində saxladı. O Drekslerin qılığına girərək onun etimadını qazandı, bu işdə Hitlerə natiqlik qabiliyyəti kömək etdi. Hitler partiyaya antisemit istiqamət gətirdi ki, bu partiya liderlərinin xoşuna gəlmirdi. Onlar açıq-aşkar bildirirdilər ki, antisemit diskurs partiyanı məhvə sürükləyəcək. Hitler partiyanın 555-ci üzvü idi, bu barədə ona üzvlük bileti verilmişdi, lakin hakimiyyətə gəldikdən sonra onun partiya bileti dəyişdirilərək 7-ci edildi ki, partiyanın yaradıcılarından biri kimi təqdim olunsun. Hitler özünün iudey genetikasına xas bir aqressivliklə əsas yaradıcıları kənara itələyərək partiyada rəhbər mövqe tutdu. O ilk əvvəl Karl Xarrerlə konfliktə girərək onu partiya rəhbərliyindən uzaqlaşdırmağa nail oldu. Xarrer 5 sentyabr 1926-ci ildə Münxendə ürək tutmasından öldü. Rəhbərlikdə tək qalan Anton Dreksler partiyanı Almaniyanın digər sağ partiyaları ilə birləşdirərək Hitlerdən yaxa qurtarmağa çalışdı. 25 iyul 1921-ci ilə Dreksler Hitlerin provokasion fəaliyyəti ilə bağlı polisə müraciət etmişdi. Lakin demoqogik və populist çıxışları ilə çoxluğun rəğbətini qazanmış Hitler onu kənara sıxışdırdı və partiyanın tək sahibinə çevrildi. Zəif xarakterli Anton Dreksler kimlərlə üzləşdiyinin fərqinə vardı və bundan sonra sakit qalmağa üstünlük verdi. O 24 fevral 1942-ci ildə Münxendə öldü. “Mayn kampf” kitabında Hitler onu “əsgərliyi bacarmayan”, “kifayət qədər həyat məktəbi keçməyən” biri kimi xarakterizə edir. Əsl liderləri sıradan çıxarıb tək liderə çevriləndən sonra Hitler partiyanın adını Avstriyanın Nasional Sosialist Partiyasına uyğun olaraq dəyişdirdi- partiya Nasional Sosialist Alman Fəhlə Partiyası (almanca qısaca NSDAP) adını daşımağa başladı.

Комментариев нет:

Отправить комментарий