Azərbaycanlı məşhur şairə və qiraətçi Nazilə Səfərli aparıcı Xoşqədəm Hidayətqızına görə Prezident İlham Əliyeva müraciət edib.
Yeniavaz.com xəbər verir ki, şairə bu barədə sosial şəbəkədə paylaşım edib.
O, aparıcı X.Hidayətqızının oğlunu izlətdiyini və onun təhlükəsizliyindən narahat olduğunu bildirib: “Ölkəmizin prezidenti İlham Əliyev cənabları və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın insanlara qarşı qayğılarını nəzərə alsaq və islahatları gözümüzün önündə canlandırsaq görərik ki, həqiqətən də xalqın yanındadırlar. Mən bir şairə, xalqın qızı, vətəndaşı olaraq sizə müraciət edirəm. Bildiyiniz kimi məni Xoşqədəm Hidayətqızı artıq 2 ildən çoxdur ki, rahat buraxmır. Səbəbini bilməsəm də bu insanın məndə öcü (qısas almaq istəyir – red.) var. Amma hal-hazırda Xoşqədəm, sən tamamilə ağ elədin! Sən yolunu o qədər azdın ki, artıq buna ad vermək olmur! Buna görə də mən məcbur olub övladlarımın təhlükəsizliyi və həyatı üçün Cənab Prezidentə müraciət edim”.
Şairə bu barədə oğlunun zəng edib məlumat verdiyini bildirdi: “Bir az bundan öncə oğlum mənə zəng edib dedi ki, Xoşqədəm Hidayətqızı mənim haqqımda məlumatlar toplatdırır. Kiməm? Nəçiyəm? Saat neçədə dərsə gəlirəm? Oxuya-oxuya necə işləyə bilirəm? Hansı avtomobili sürürəm? Oğlum, BDU-da oxuyur və onu orada hamı tanıyır. Xoşqədəm sənin problemin mənimlədirsə, cəsarətin yoxdurmu qarşıma çıxmağa? Heç bir söhbətin həll olunmasında ailə və uşaqlar qarışmır. Mən hələ ölməmişəm ki, mənim uşaqlarımın həyatını sən həll edəsən. Qarşıma çıxa bilmirsənsə, artıq uşağımın həyati təhlükəsini üstələdin. Əvvəl mən inanmadım, dedim Xoşqədəm bunu necə edə bilər. Amma mənə dekanlıqdan dedilər ki, belə bir məlumat var və biz uşağı xəbərdar etmişik ki, ehtiyatlı olsun.
Xoşqədəm sən bu ölkənin islahatlarına daxil olmalısan. Başqa seçim yoxdur. Kiminsə uşağını izlətmək nə deməkdir? Bu nə çirkli oyundur, oynayırsan? Sənin övladın yoxdur ki, camaatın övladını izlətdirirsən? Hörmətli Prezident, sizdən son dərəcə xahiş edirəm Xoşqədəm Hidayətqızının mənim övladlarımı izlətməsi məsələsinə birbaşa nəzarət edəsiniz. Mənim övladlarım bu ölkənin vətəndaşlarıdır. Hər ikisi ali təhsil almağa çalışır və onların həyatı təhlükədədir. Bunun əlimdə sübutu da var”.

Комментариев нет:
Отправить комментарий