13.06.2021

Konstantinopoldakı Müqəddəs Sofiya kilsəsinə məscid statusunun verilməsi Osmanlı İmperiyasının dirçəldilməsi və Atatürk ideologiyasından birdəfəlik imtina deməkdir. Əslində bu sadəcə türk millətində çoxdan yatmış “imperiya” genlərini oyatmağa çalışan siyasətçilərin gurultulu hay-küyüdür. Osmanlı İmperiyası 100 il qabaq canını tapşırdı və özündən sonra bircə Anadolu formasında qırıntı saxladı. Əgər Lenin özünün dünya inqilabı ideyası ilə olmasaydı, indi Türkiyə dövləti özü də tarixə qovuşacaqdı... Padakoks alınır: Türkiyə nə kifayət edəcək qədər təbii resurslara, nə insan resurslarına, nə əraziyə, nə siyasi nüfuza, nə hərbi qüdrətə, nə hərbi-sənaye kompleksinə malik olmadığı halda imperiya ambisiyaları nümayiş etdirir, amma Rusiya dünyanın ən böyük ölkəsi, təbii resurslar xəzinəsi, çoxsaylı əhalisi, nəhəng hərbi-sənaye kompleksi, super müasir ordusu, dünyanın ən nüfuzlu adamı sayılan Putin kimi qüdrətli rəhbəri ola-ola sakitcə oturur, siyasi məsumluq və beynəlxalq hüquqa bağlılıq nümayiş etdirir. O beynəlxalq hüquqa ki, 1991-ci ildən bəri artıq yoxdur, təkcə sözdə qalıb.
Müəmma yaranır ki, vaxtilə süqut etmiş imperiyanı yenidən qaytarmaq olarmı? Tarix göstərir ki, olar... Özünün geocoğrafi və geopolitik mövqeyinə, təbii şəraitinə və demoqrafik xüsusiyyətlərinə görə Rusiya ancaq imperiya kimi yaşaya bilər. İndiki qarışıq dövrə tezliklə son qoyulacaq. Ona görə ki, qarışıqlığın uzanması gələcəkdə Rusiyanın parçalanması və rus xalqının etnik birlik kimi yox olması ilə müşayiət oluna bilər.
İnanın ki, Allah buna yol verməyəcək. Ona görə ki, Allahın Rus xalqına və ölkəsinə tam fərqli baxışları var.
O ki qaldı Türkiyəyə və onun təzə ortalığa çıxmış “sultanına”, onların imperiyalıq şansı yoxdur. Onları gələcəkdə belə perspektiv gözləmir.
Çünki iki Avrasiya proyektinin eyni vaxtda mövcud olması mümkün deyil. Həm də Rusiya, yuxarıda dediyimiz kimi, müqayisə edilməz dərəcədə güclüdür.
Türkiyə dünyada milyonlarla məscid tikə və məktəb aça bilər, amma bu kömək etməyəcək.
Ona görə ki, Allah birdir və Rusiyanın tərəfindədir.

Aleksandr Krasnoqorski, “Ərdoğana imperiya yaratmaq olar, Putinə yox?”

Комментариев нет:

Отправить комментарий