Neft maqnatı, bankir, milyarder Devid Rokfeller 102 yaşında vəfat edib.
Deyilənə görə, o bu yaşa genləri sayəsində yox, milyonları sayəsində çatıb. Belə ki, qeyri-rəsmi məlumatlara görə 65 yaşından sonra milyarder 7 dəfə ürəyini, 2 dəfə isə böyrəklərini transplantasiya ilə dəyişib. Halbuki Amerikada orqan almaq üçün insanlar illərlə növbə gözləyir və ölürlər.
Rokfeller milyonları hesabına ölümlə oynamaq qərarına gəlmişdi.
turkustan.info xəbər verir ki, bütün əməliyyatları cəmiyyətdən və pressadan gizlədilən Rokfeller insanların qəzəbindən qorxurdu.
İlk dəfə bu barədə Bob Flanaqan "News Daily Report" qəzetində məlumat verib. O Rokfellerin 99 yaşında 6-cı dəfə ürək köçürülməsi əməliyyatı keçirdiyini yazıb.
Maraqlıdır ki, bu yazını qəzet buraxdı və elə hesab etdi ki, ciddi qəbul olunmayacaq. Rokfellerin şəxsi həkimi və katibi də bu barədə açıqlama vermədi.
Rokfellerin ilk ürək dəyişmə əməliyyatının 1976-cı ildə olduğu deyilir.
Anonim bir müəllif 101 yaşlı Rokfellerə 7-ci ürəyin köçürülməsi barədə məqalə yazıb.
Dünya mətbuatı bu dəfə də bu xəbərə reaksiya vermədi.
Rolfellerin ölümündən sonra da, nekroloqunda da onun neçə dəfə hansı əməliyyatları etməsi barədə qeyd olunmamışdı.
1976-cı ildə avtoqəzadan sonra ürək infarktı keçirən milyarderə ilk dəfə donor ürəyi köçürülüb. 7 gündən sonra bankir artıq işə çıxırdı.
Əməliyyatların bir çoxu şəhərdən uzaqda xüsusi malikanələrdə keçirilirdi və müasir əməliyyatxana təşkil edilmişdi.
6-cı ürək köçürmə də uğurlu olmuşdu, 36 saat sonra Rokfeller artıq danışırdı.
O deyirdi ki, hər yeni ürək ona ikinci nəfəs açır. Milyarder bu metodlarla ölümdən möhlət alıb, 200 il yaşamağı qarşısına məqsəd qoymuşdu. Bunun üçün kifayət qədər imkanları var idi.
Lakin getdikcə qoyulan ürəkləri orqanizm qəbul etmirdi. Həkimlər bilirdi ki, 2 il fasilə ilə belə sürətlə ürək dəyişmənin sonu uğurlu olmayacaq. 7-ci dəfədə xəstəni xilas etmək mümkün olmadı və o ayılmadan öldü.
Deyilənə görə, ürək üzrə rekordsmen özünə böyrək də köçürdüb.
Bu məlumatı da ilk dəfə Bob verib. Böyrək transplantasiyası əməliyyatı 1988 və 2004-cü illərdə aparılıb.
Комментариев нет:
Отправить комментарий