✳17 mart 1991-ci ildə SSRİ-nin saxlanması haqda referendum keçirilərkən Azərbaycan xalqının 93 faizi SSRİ-nin saxlanmasına, yəni Azərbaycanın SSRİ-nin tərkibində olmasına səs vermişdi. Odur ki, Azərbaycanın Rusiya ilə birləşməsi və Avrasiya Birliynin tərkibinə girməsi tam qanunidir. Yeri gəlmişkən, həmin referendumda Ermənistan əhalisinin 99 faizi bizdən fərqli olaraq Ermənistanın SSRİ-dən ayrılmasına və müstəqil olmasına səs vermişdi. Ermənilərdən bizim fərqimiz də bundadır: biz mentalitetcə avrasiyaçı, rusiyaçı, russevər, slavyanofil olsaq da, ermənilər mentalitetcə atlantist, NATO-çu, Qərbpərəst və antirusdurlar. Çünkü bizim tarixi kodlarımız rus sivilizasiyası ilə, onların tarixi kodları isə romano-german sivilizasiyası ilə bağlıdır.
✳Azərbaycanda Fətulla Gülənin gəlinlərindən dolanan, vaxtilə Sonanın balaları biabırçı adını fəxarətlə daşımaq uğrunda bir-birini yırtan jurnalistika 30 ildi xalqa təlqin etmək istəyir ki, rus – düşməndir. Nəticədə bəzi sadəlöhv gənclərimiz qatığa qara geyir, tapançanı kamança oxuyur, xeyiri şər kimi tanıyır. Mən həmin jurnalistləri tədricən, bala-bala diskursu dəyişməyə çağırıram. Hamı əməllərinə görə cavab verəcək. Heç kim unudulmur, heç nə yaddan çıxmır. Rus artıq burdadır. Siz özünüzü yırtıb dağıtsaz da, hacıleylək gələcək – eləməyin! Demədi demə.
✳Rusiya pis ola bilməz, çünki orda 7 milyon azərbaycanlı yaşayır. Bəli, bəli, düz eşitdiniz, 7 milyon! Orda doğulub boya-başa çatmış uşaqları ilə birlikdə hal-hazırda 7 milyondurlar. Və normal özləri üçün şərait qurublar, Azərbaycandakından 10 qat artıq yaxşı da yaşayırlar. Nəinki özləri dolanırlar, hətta burdakı qohum-əqrəbalarını da onlar dolandırırlar – hər il Rusiyadan Azərbaycana milyonlarla pul axır. Rayonlarımızın bir çoxunda sadə azərbaycanlıların tikdikləri dəbdəbəli evlərin çoxu məhz Rusiyadan göndərilmiş pullar hesabına tikilmişdir. Rusiyada yaşayan 7 milyon əhali Azərbaycanda reallıqda (statistika kitablarında yox, reallıqda!) yaşayan 6 milyon azərbaycanlının sayından çoxdur – bu sizə heç nə demir ki?
✳Azərbaycanlılar Rusiyaya ona görə gediblər ki, Rusiya azərbaycanlıların İkinci Vətəni, Böyük Vətəni, Tarixi Vətənidir.
✳Rusiya ilə birləşməyimizə qarşı yalnız o adamlar çıxırlar ki, onlar büdcəni yeyib doyublar, ABŞ, İngiltərə, İsrail və Qərb səfirliklərindən aldıqları qrantlar hesabına şişiblər, Londonda, Çexiyada, Bodrumda, ABŞ-da aldıqları mülklər və obyektlər hesabına qaçmağa yerləri var. Amma onlar “Bəlkə də qaytardılar” hesabı ilə ümid edirlər ki, bəlkə rus gəlmədi və onları qulaqlayıb Sibirə aparan olmadı. Sadə insanların isə rusun gəlişindən heç bir qorxusu yoxdur, əksinə buna sevinirlər.
✳Azərbaycanın iqtisadiyyatı, sosial təminatı, kənd təsərrüfatı, mədəniyyət və təhsil sistemi keçən əsrdən, yəni Sovet dövründə olduğundan qat-qat aşağıdır. Xalqın çox hissəsi ac-yalavacdır, bir tikə çörəyə möhtacdır, istədiyini ala, yeyə və geyə bilmir. İdarələrdəki rüşvət və gömrükdəki monopoliya xalqı taqətdən salıb. Ona görə də cavanların çox hissəsi imkan düşən kimi çörək qazanmaq üçün Rusiyaya gedir.
✳İŞİD Suriyada və İraqda şiələrin başını kəsəndə, şiə müqəddəslərinin qəbirlərini dağıdanda harayımıza İran və Rusiya gəldi. Türkiyə ordusunun İŞİD paltarı geyinmiş zabitləri Suriya və İraqda 10 min şiənin başını kəsdilər. Əgər Darbe baş tutsaydı, həmin şiə qətliamını Türkiyə ordusu Azərbaycanda da davam etdirəcəkdi. Darbenin də baş tutmaması Putin və Şoyqunun müdaxiləsinə görə oldu.
✳Əgər Rusiya müdaxilə etməsəydi, İkinci Qarabağ müharibəsi də keçən birinci müharibə kimi 5 il davam edəcəkdi, adam qalmayacaqdı qırılacaqdı. Rusiya sülhməramlıları vaxtında Qarabağa gəlməsəydi, bura ABŞ və Fransa sülhməramlıları gələcəkdi, onda da azərbaycanlıların halı necə olacaqdı, gözəl bilirsiniz.
✳Nəinki Azərbaycanın, Ermənistanın, Gürcüstanın, eləcə də bütün Orta Asiyanın çoxsaylı kasıb əhalisi evinə bir tikə çörəyi Rusiyadan qazanır, tərifli Türkiyədən, ABŞ-dan və İsraildən yox. Ruslara qarşı düşmən əhval-ruhiyyəsi yaratmağa çalışarkən bunları nəzərə almağınız lazımdır.
✳Rusiya ilə birləşməsək, axırımız yaxşı olmayacaq. Bunu artıq xalqımızın əksər hissəsi dəqiq anlamağa başlamışlar. Bunu sadəcə bəzi jurnalistlər və politoloqlar başa düşmür, daha doğrusu başa düşmək istəmirlər. Onları da başa salan salacaq, az qalıb.
Hamınıza işıqlı gələcək arzulayıram. Nağılları bir kənara qoyub, reallıqlarla hesablaşın.
Комментариев нет:
Отправить комментарий