02.09.2021

“Bu vaxta qədər bütün güclərini Kabildəki səfirliklərində transgender və digər pozğunların həftəsini qeyd etməyə sərf edən amerikalıların Kabili qoyub qaçması onu göstərir ki, amerikanların liberal ideologiyasına əsaslanan dominantlığı və hegemonluğu məhv oldu. Bu sonun başlanğıcıdır. Ola bilər ki, bu, Amerikanın özünün sonu deyil - çox güman elədir, lakin birqütblü dünyanın, liberal qlobalizasiyanın, NATO bazaları ilə LGBT və onun ideologiyasının patoloji alyansının sonudur. Bu dəqiq belədir. Bu artıq baş verdi... Gey-paradın hipnozu, demokratiyanın daha da dərinləşməsi və insan hüquqları, vətəndaş cəmiyyəti və azlıqların müdafiəsi haqqında uydurulmuş nağıllar artıq işləmir. Qlobal miqyasda. Hər kəs öz ənənəsini qorumağa çalışır. Biz də özümüzkünü. Ənənəsi olmayanlar və ya ənənəsini unudanlar məhvə məhkumdurlar. Qərbin sonu çatıb. Bugün. Biz postqərb dövrünə qədəm qoyuruq. Qərb sivilizasiyası başını itirib. O sanki strateji, mənəvi, intellektual cəhətdən fəaliyyət qabiliyyəti olmayan bir varlıq halına gəlib. Reallıq amerikanlara çox yumşaq şəkildə deyir: Rədd olun! Və onlar göy qurşağı təsvir olunan bayraqlarını, pornoqrafik posterlərini götürüb qaçırlar, uçurlar, gizlənməyə siçan deşiyi axtarırlar”.

Tanınmış rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqin

Комментариев нет:

Отправить комментарий