07.01.2023

“Kabinetdə Qorbaçov və Yeltsin bir-birini söyürdü” – Nazarbayev SSRİ-nin dağıldığı günü baş verənləri açıqladı

1991-ci ildə Belovejsk sazişi imzalandıqdan sonra Kremldə SSRİ prezidenti Mixail Qorbaçovla Boris Yeltsin arasında qarşılıqlı təhqirlə müşayiət olunan mübahisə olub.
azpost info bildirir ki, bu barədə Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev “Rossiya” telekanlında Sovet İttifaqının süqutu barədə danışarkən deyib.
Onun sözlərinə görə, Yeltsin SSRİ-nin ləğvi ilə bağlı müqaviləni imzalamaq üçün onu Belovejskiyə çağırdığını etiraf edib. Nazarbayev bu dəvəti rədd edib. Səhəri gün Nazarbayev Moskvaya gəlib və Kremlə, Qorbaçovla görüşüb. Kabinetdə SSRİ prezidenti ilə Yeltsinin bu mübahisəsinin şahidi olub.
“Oturub söhbət edirdik. Bir müddət sonra Yeltsin kabinetə daxil oldu. Qorbaçov dedi: “Siz neylədiniz? Nə istəyirsiniz? Nüvə silahı ilə bağlı məsələ necə olacaq? Vahid silahlı qüvvələrin taleyi necə olacaq?” Yeltsin yerindən qalxdı və dedi: “Bu nədir, siz məni istintaq edirsiniz?” “Mən sual verirəm, siz cavab verin”. Yeltsin qışqırdı ki, “Mən sizə cavab verməyə hazırlaşmıram” - deyə Nazarbayev həmin mübahisənin detallarını xatırladıb.
Bundan sonra Qorbaçov Yeltsinə deyib ki, “o hələ ki SSRİ-nin prezidenti olaraq qalır”. Bundan sonra Yeltsin Qorbaçovun kreslosuna yaxınlaşıb və deyib ki, “bu kresloda mən oturacağam”.
“Daha sonra yüksək tonda mübahisə, söyüşmə başlandı” - deyə Nazarbayev bildirib.
SSRİ 25 dekabr 1991-ci ildə süqut edib. Rusiya, Ukrayna və Belarus liderləri Yeltsin, Kravçuk və Şuşkeviç Belovejsk sazişini imzalayaraq Sovet İttifaqını tarixin arxivinə göndərdib.

Комментариев нет:

Отправить комментарий