29.11.2010

Demək yazar olmaq istəyirsən?

Çarlz Bukovski

Demək yazar olmaq istəyirsən?
Hər şeyə rəğmən,
o, daxilindən vulkan kimi püskürüb özünə yol açmasa,
yazma.
Çağrılmadan gəlməzsə ürəyindən
düşüncəndən, ağzından və canından,
yazma.
Söz axtararaq,
saatlarla oturub
zilləməlisənsə gözünü bilgisayarın ekranına
və ya yazı makinasının üzərində belini bükməlisənsə,
yazma.
Pul və ya
şöhrət üçün yazırsansa,
yazma.
Yatağında qadınlar istədiyindən yazırsansa,
yazma.
Ağır işdirsə eləcə yazmağı keçirmək ağlından,
yazma.
Əyləşib təkrar-təkrar,
yenidən yazmalısansa,
yazma.
Başqa birisi kimi yazmağa çalışırsansa,
çıxart bunu yadından.
Onun içindən
gurultuyla çıxmasını gözləməlisənsə,
o halda səbrlə gözlə.
O, heç vaxt gurultuyla çıxmazsa,
məşğul ol başqa işlə.
Onu ilk öncə həyat yoldaşına,
və ya qız dostuna, oğlan dostuna,
və ya valideynlərinə və yaxud ümumiyyətlə oxumalısansa kiməsə,
sən hazır deyilsən.
çoxsaylı yazarlardan olma,
özünü yazar adlandıran
minlərlə insandan olma,
maraqsız, bezikdirici və lovğa olma,
xudbinlik hissi səni boğmasın.
Dünya kitabxanaları
Sənin kimilər ucbatından
əsnəyə-əsnəyə dalıb yuxuya.
Bunların sayını artırma.
Yazma.
O, ruhundan raket kimi
fırlamazsa çölə,
Sakit durmaq
məcbur etməzsə səni dəliliyə
və ya özünə sui-qəsdə və ya
qətlə-
yazma.
Gerçək zamanı çatarkən
və seçilmişsənsə sən,
o, bunu özü edəcək.
Və o, bunu sən və ya
o, sənin içində ölənə kimi
etməkdə davam edəcək.
Bunun başqa yolu yoxdur.
Və heç vaxt da olmayıb.

Televiziya və terror

Aygün Aslanlı
aygun-kino@mail.ru

 
«III Dünya Müharibəsi ideya, fikir müharibəsidi»
             Jak Bodriyyar 

 

TELEVİZİYA…
91-ci ildə Körfəz müharibəsi ərəfəsində Jak Bodriyyar ən məşhur fərziyyələrindən birini söylədi: «Müharibə nəinki olmayacaq, onun baş verməsi, ümumiyyətlə, qeyri-mümkündür. Niyə? Çünki bu gün müharibənin özü ciddi böhran keçirir. III Dünya müharibəsinə başlamaq üçün həddindən artıq gecdir». Maraqlı burasıdır ki, Körfəz müharibəsi oldu da, bitdi də, amma Bodriyyar öz iddiasından əl çəkmədi. O, imkan düşən kimi müharibənin əslində olmadığını sübut eləməyə çalışırdı. Əgər müharibə yox idisə, onda nə olmuşdu? Olan sadəcə müharibənin televiziya ekranlarındakı hiperreal obrazı idi. «Elə təəssürat yaranırdı ki, baş verənlərin nəticələri hansısa naməlum virus (tarixin retrovirusu) tərəfindən əvvəlcə yeyilib və sonra yenidən yazılıb. Müharibənin əslində baş vermədiyi haqqında fərziyyə, məhz, bu səbəbdən yarana bilərdi. İndi, o bitdikdən sonra əvvəlkindən də qəti inamla demək mümkündür ki, müharibə olmayıb» (J. Bodriyyar «Tanış olun: Postmodernizm» kitabından)

Həmin dövrdən keçən zaman ərzində nə dəyişib? Bəyəm biz yenə də başqa müharibələrin carçısına çevrilmiş kütləvi informasiya vasitələrinin əsiri deyilik? Bodriyyar deyirdi: «Bu müharibənin daha bir formasıdır. Onunla üzbəsurət dayanmaq üçün xüsusi hazırlığa ehtiyac yoxdu. Onu kresloda oturaraq izləmək mümkündür».
Hədsiz nihilizminə görə Bodriyyarı o vaxt da tənqid eləmişdilər, indi də eləyirlər. Görəsən, dövrümüzün ən məşhur filosoflarından biri olan fransız Jak Bodriyyar niyə kvadrat qutuya belə ciddi əhəmiyyət vermişdi? Doğrudanmı, televiziya Bodriyyarın dediyi qədər böyük təsir gücünə sahibdir?
Şübhəsiz ki, televizor adlı qara çərçivə yuxarıda sadalananları bacaracaq qüdrətə malik deyil. O, mənzilimizdəki yüzlərlə adi, cansız əşyalardan biridir. Əminəm ki, bu kvadrat qutunu kəşf edən alim də ixtirasının nə vaxtsa «dünyalar savaşına» yol açacağını ağlına belə, gətirməyib. Çünki o da, atomu, termal bombaları yaradan digərləri də icadlarına uşaq kimi yanaşırdılar - onlar üçün nə tapdıqlarının heç bir əhəmiyyəti yoxdur, vacib olan odur ki, bunu onlar tapıblar və hər kəs onlarla fəxr etməlidir. Lap balaca uşaqlar kimi. Necə ki, vaxtilə Lümyer qardaşları kinematoqrafı yaratdılar. Lenin isə onu gördü və aktiv, təsirli təbliğat maşını kimi qiymətləndirdi. Bu baxımdan televiziya kinonu xeyli geridə qoyub. Televiziyanı əhəmiyyətli edən, ayağına yazdığımız şeytani qüdrəti ona verən onda göstərilənlərdir. Qəzetdən, kinodan, teatrdan fərqli olaraq televiziya daha operativdir. O, kütləyə ani informasiyanı, məhz, bir saniyədə baş verənləri çatdıra bilir. Televiziya həm də interaktivdir - burda tamaşaçı ilə canlı ünsiyyət qurulur, mavi ekranın qarşısındakı şəxs hadisələrin gedişatına qoşula, hətta iştirakçısı ola bilir. Amma… amma bunun nə vaxt, necə və hansı şəraitdə baş verəcəyini televiziya müəyyənləşdirir. Yəni situasiyaya o nəzarət edir. Problemin düyün nöqtəsi də elə burda gözə dəyməyə başlayır.

… VƏ TERROR
Terror XX əsrin bəşəriyyətə daha bir hədiyyəsidir. Terror müasir dünyanın ən dəhşətli kabusudur, mənbəyinə, məqsədinə, mexanizminə, nəticəsinə görə müharibənin yeni formasıdır və kütləvi şüurun iflic edilməsinə hesablanıb. 11 sentyabr hadisələrindən sonra hamı, bütün Amerika sanki, vakuuma düşmüşdü. Nəhəng dövlətin iki əsrə yaxın öz vətəndaşlarına və dünyaya yedirtdiyi mütləq təhlükəsizlik haqqındakı mif bir anın içində əkiz qüllələrlə birlikdə çökmüşdü. Çünki terror təhlükəsizlik hissini sarsıtmaq məqsədilə aparılan müharibədir. Və bu müharibənin ən qrotesk cəhəti odur ki, onun effekt verməsi üçün televiziya gərəkdir. Televiziya terrorun mexanizmi, onun ayrılmaz hissəsidir. Terror televiziyasız, mənzilimizdəki yüzlərlə cansız əşyadan heç nə ilə fərqlənməyən bu balaca, qara qutusuz mövcud deyil. Kimsə tarixi faktlar əsasında sübut edə bilər ki, ilk terror aktları həyata keçiriləndə nəinki televiziya, heç onu yaradan şəxs belə, dünyada yox idi. Məsələn, elə rus imperatorlarının bir neçəsi belə aktlara məruz qalıb və ümumiyyətlə, terror anarxistlərin əsas mübarizə vasitəsi olub. Doğrudur. Amma bu da həqiqətdir ki, terror yalnız televiziya yaranandan, məişətimizin və yaşamımızın mühüm parçasına çevriləndən sonra kütləvi xarakter alıb. İnformasiyanın effekti, efirin canlı olub-olmaması, KİV-in həqiqəti deyib-deməməsi hələ problemin bir hissəsidir. Televiziya ilk növbədə terror haqqında ən etibarlı və operativ informasiya deməkdir. Əgər hadisə zamanı terrorçular girov götürüblərsə (Nord-Ost) və əgər bu girovların əksəriyyəti uşaqlardısa (Beslan), onda televiziyanın rolu, əhəmiyyəti birəbeş artır. O, xəbərin ən əsas mənbəyinə və deməli, terrorun mexanizminə çevrilir. Hollivudda istehsal olunmuş «Mühasirə» filmində Nyu-Yorkun müxtəlif yerlərində - teatrda, məktəbdə, FTB-nin binasında, avtobusda partlayıcı quraşdırmış ərəb terrorçuları bombaları televiziya kameraları gələndən sonra işə salırdılar. Bəzən də özləri kamera tələb edirdilər. Televiziya hadisənin mərkəzində olmağa, tamaşaçını ekrana pərçimləməyə can atır. Terrorçuya isə tamaşaçı lazımdır. Tamaşaçısız kamikadzenin özünü qurban verməyinin heç bir anlamı qalmayacaq. Yəqin elə bu səbəbdən 80 yaşlı alman bəstəkarı Ştokhauzen 11 sentyabr hadisəsini fantastik instalyasiya, müasir incəsənətin ən unudulmaz əsəri adlandırmışdı. (Və Avropanın bütün konsert salonlarının qapıları onun üzünə bağlanmışdı). Çünki terror aktının sifarişçisini - istər ərəblər olsun, istərsə də, Qərbin gizli kəşfiyyat idarələri - bombanı kimin hazırlayacağı və düyməyə kimin basacağı maraqlandırmır. O, əsl kimliyi heç kimə məlum olmayan adsız kamikadzenin bədəninə də sarınmış ola bilər. Heç bir əhəmiyyəti yoxdur. Məqsəd tamamilə başqadır: dövlətin etibarını, müdafiə sistemini, stabilliyini sarsıtmaq, acizliyini vurğulamaq. Cəmiyyətdəki qadağalar, dövlətlə vətəndaşları arasındakı münasibətlər, cəmiyyətin xəstə psixologiyası terrorçular tərəfindən sonuna qədər istifadə olunur, az qala ayrı-ayrılıqda hər bir insanın şəxsi təhlükəsizlik hissinə çox effektiv zərbə vurulur. Terroru sifariş edənlər və həyata keçirənlər yaxşı bilirlər ki, adamların bütün həyəcanları, hadisəyə reaksiyaları sırf mənəvi-əxlaqi, humanist xarakter daşıyacaq. Adi, sıravi vətəndaş - tamaşaçıya elə gəlir ki, televizorda göstərilənlərin heç birinin ona dəxli yoxdur. O, həmişəki kimi sevimli yerində oturub və mavi ekranda baş verənləri izləyir. Bəli, o, ekranda çox dəhşətli bir hadisənin şahidi olur, lakin gördüklərini özünə aid eləmir. Əhalinin əksər hissəsi üçün bu, seriala baxmaq kimidir. Sadəcə ölənlərin sayı «bir qədər» çoxdur. Biri neçə il əvvəl «İskusstvo kino» jurnalında aparılan polemikada opponentlərdən biri aşağıdakı faktı göstərmişdi: «Nord-Ost» hadisəsi zamanı cəmiyyətin aşağı təbəqəsindən olan bəzi ruslar «bu varlılara əcəb olur, bahalı həzz axtarmayaydılar»- deyirmişlər. 11 sentyabr hadisələri baş verəndə də, təxminən, eynitipli fikirlər birbaşa Amerikanın ünvanına səslənmişdi. Kütlə adətən, özünün və ailəsinin rifahını böyük və vahid dövlət ideyasından üstün tutur. Azərbaycan kimi ölkədə isə sıravi vətəndaş çox nadir hallarda özünü dövlətin ayrılmaz parçası kimi hiss eləyir. Burda daha çox tayfaçılığa, qohumluq münasibətlərinə üstünlük verilir. Biz «azərbaycanlı» kəlməsindən istifadə edirik, lakin onun mahiyyətinə varmırıq. Başa düşmürük ki, əgər Bakıda doğulmuş azərbaycanlı hər hansı bir bölgəmizin, məsələn, Füzulinin və ya Laçının işğalında Füzulidə, Laçında doğulmuş azərbaycanlını müqəssir bilirsə, deməli, azərbaycanlı deyilən məfhum mövcud deyil. Cəmiyyətdəki mənəvi münasibətlər, xəstə psixologiya, məhz, budur. Terrorçu da məhz, bundan yararlanır. Bəli, televiziya operativdir, etibarlıdır. Lakin bu etibarlılıq, operativlik, obyektivlik televiziyanın göstərməyə məcbur olduğu mövqenin çərçivəsində baş verir. Bütün problem ondadır ki, televiziyadan istifadə eləməzdən əvvəl onun əsl mövqeyini, məqsədini bilmək lazımdır. Aydın Dadaşovun təbirincə desək, nəzəriyyəni bilmək vacibdir.

Azərbaycanlı ilə ingilisin 5 qızıl fərqi

Nihat Tur

Bu avropalılar adam kimi yaşamağı bacarmırlar, amma gəlib bizə ağıl öyrədirlər... 
Bir müddət əvvəl rayonumuza iki Britaniya vətəndaşı gəlməliydi. Biri kişi, digəri qadın olan bu ingilislər xüsusi təyinat əsasında bir neçə ay ərzində bəzi məktəblərdə təlim keçəcəkdilər. Gəliş xəbəri rayona çatan kimi beyinlərdə intizar və aramsız suallar başladı: “Görəsən necə paltar geyəcəklər”, “Pulları nə qədərdir?” “Qadın hansı kosmetikadan vuracaq”, “Neçə növ dikdaban ayaqqabısı var?”, “Saçlarını hansı dəbə uyğun ukladka edib?”, “Hansı son model telefon işlədirlər?”, “Avtomobillərinin qiyməti nə qədərdir?” və sair. Hamı ingilislərin gəlişini gözləyirdi.
Günlərin bir günü xəbər yayıldı ki, ledilər gəlib şəhər parkında dolaşırlar. Camaat axışdı, nə axışdı. Dəstə-dəstə əcnəbilərin görüşünə tələsən rayon əhli nəhayət beyinləri parçalayan suallara cavab tapmaq ümidindəydi. Amma ilk qarşılaşmada ümidlər şüşə kimi sınıb töküldü, təsəvvürlər alt-üst oldu, xəyallar puça çıxdı, daha nə bilim nələr yaşandı. Bu ingilislərin heç Allahı-Billahı yoxuymuş ki! Dünyaya hökm etdiklərini iddia edirlər, amma dünyanın zövq-səfasını dadmağı bacarmırlar. Rayon camaatını dərd götürmüşdü ki, əgər varlı yaşamaq belədirsə, biz varlı yaşamaq istəmirik.
Təsəvvür edirsiniz, bu iki ingilisin el basa-basa geyib gəldiyi paltarı bizim rayon camaatı həyətdə geyməyi özünə ayıb sayır. Onların göründüyü kosmetikasız, ukladkasız, traşsız formada bizimkilər yatağa belə girmirlər. Ciblərindəki milçəkqıran “Motorolla”nı Azərbaycanda dilənçiyə versən, qaldırıb başına çırpar. Hələ də o boyda Böyük Britaniyanın vətəndaşı olasan, ayda 5-10 min dollar əməkhaqqı alasan, amma marşurutla gəzəsən. Belə də insan olar? Bunlar həyatın ləzzətini tuta bilmirlərmiş ki. Amma öyrənəcəklər. Bir az bizimlə ünsiyyətdə olandan sonra “əsl insan” kimi yaşamağın nəbzini tutacaqlar. Amma əvvəlcə, bu “qaragünlü” ingilislərə həyatın 5 qızıl qaydasını başa salmaq lazımdır:
Qayda 1.
Damında 2-3 inəyin, 8-10 qoyunun, 45-50 toyuq-cücən var. O heyvanların arxasında bir neçə il it zülümü çəkirsən, səhərdən axşamadək ömrünü çürüdürsən, gündüz naxırda, gecə axurda əlləşirsən və nəhayət mal-qara kökəlib özünü tutur. Sonra mal-qaralı, toyuq-cücəli bütün var-yoxunu çıxarırsan bazara və 4-5 min manat pul qazanırsan. Dərhal həmin pulun üstünə 2-3 min də borc tapıb qoyursan və özünə yağlı bir avtomobil alırsan. Bir həftə maşının anasını ağlatdıqdan sonra pulun da qurtarır, yanacağın da. Sonra da fikrini dağıtmaq üçün nisyə bir araq alıb çəkirsən başına və avtomobili aparıb dəyər-dəyməzinə satırsan. Bax bu yerdə ləzzət gəlir.
Qayda 2.
Ev-eşiyindən baş götürüb gəlirsən Londona. Şəhərin yaxşı binalarından qəşəng qiymətə kirayə ev tutursan və tikinti sahələrindən birində fəhlə işləməyə başlayırsan. İlk maaşını almamışdan qabaq kreditlə iki ədəd sputnik antena alıb hərəsinə bir istiqamətə quraşdırırsan kirayə evin təpəsinə. Dalınca 72 ekran LCD televizor, video və audio maqnitofon, habelə DVD və CD aparatı alıb qoyursan qaldığın evə. Beləcə bir il kölə kimi beton töküb, dəmir əyib, divar hörürsən və qazandığın pulu verirsən kreditə. Axşam da evə gələndə dizlərinin göynərtisindən, qarnının qurultusan televizora baxmağa taqətin olmur ha, bax o zaman həyatın ləzzətini tutursan.
Qayda 3.
Tikintidən qovulduqdan sonra ev əşyalarını 5 qat ucuzuna satıb gedirsən Şotlandiyanın, Uelsin ucqar kəndlərinə. Bir yük maşını meyvə-tərəvəzi vurub qayıdırsan paytaxta və şəhərin gözəl küçələrindən birində başlayırsan “ticarətə”. Yağışda-çovğunda titrəyə-titrəyə göy-göyərtinin bir hissəsini satıb qurtaran kimi qaçırsan “Fashion Biznes Center”ə. Harda bahalı, ayaqqabı, kostyum, kəmər varsa, onları alırsan. Ardınca ağırlığından biləyin qopan qızıl suyuna salınmış yekə dəmir saat və üzük götürürsən. Bu stildə göyərti satmağın yeri var ha. Elə ki, qabağından keçən qızlar bir satdığına, bir geyiminə baxıb gülüşdülər, bircə həftədən sonra 250 dollarlıq ayaqqabın qaloşa döndü, meyvə yeşiklərini qucağında daşımaqdan 500 dollarlıq kostyumun cırıq-cırıq oldu və elə ki, saatla üzüyü hansısa küçə davasında salıb itirdin, bax onda sözlə ifadə edilməyən mənəvi zövq duyursan.
Qayda 4.
Bu işini də “uğurla” başa vurduqdan sonra bir litr işlənmiş motor yağı, bir ədəd də “maçalka” alıb çıxırsan maşın bazarına. Rastına çıxan bütün maşınların qabağına qaçıb yalvar-yaxar təkərlərini qaraldırsan. Yemirsən-içmirsən və gün ərzində qazandığın 3-5 manat pulu başlayırsan üst-üstə yığmağa. Bir də baxırsan ki, artıq 500-600 dolların var. Tez cumursan bərkgedən telekomlardan birinə. Öncə bir “zerkalni” nömrə, arxasınca ağına-bozuna baxmadan ən son model və ən bahalı telefonu alırsan. Üstəlik ekranı zədələnməsin deyə bir ədəd polietilin örtük, bir ədəd də cırt-cırtlı kabra alıb taxırsan kəmərinin görünən tərəfinə. Yaddaş kartına İngiltərənin toy müğənnilərinin 20-30 mahnısı da yüklədinmi, kim tutar səni? Yüksək səs verib düşürsən küçələrin canına. Bir müddətdən sonra balansın boşluğundan nömrən bağlanmadısa, telefon 3-4 dəfə əlindən suya-palçığa düşüb sistemi yanmadısa, betona dəyib klaviaturası çatlamadısa, axırda aparıb aldığın qiymətdən 5 qat ucuzuna dükana satmadınsa, elə bil heç yaşamamısan.
Qayda 5.
Axırda məmləkətində almadığın ləzzət qalmır. Cib də boş. Rayondakı torpağını satırsan, 1 ədəd “xarici pasport”, və təyyarə bileti alandan sonra üz tutursan İslandiya Respublikasına. Bir müddət veyil-veyil iş axtardıqdan sonra bir qoca xalaya rast gəlirsən. Qadının başını bişirib, onu “Miss İsland”a bənzətdikdən sonra onunla nigah bağlayırsan. Aha, bundan sonra xalanın evi də, maşını da, pulu da sənin ixtiyarındadır. Evinizə verdiyin telefon nömrəsini də dəyişirsən ki, bundan sonra səni itirib-axtaran olmasın. Başlayırsan yeyib-içib şellənməyə. Yurduna qayıtmağı da düşünmə. Günlərin birində barda qəşəng keflənirsən və oradakı həmvətənlərindən birinin “sevgilisinə” sataşırsan. Nəticədə həmin həmvətənin səni yad əlində ölməyə qoymur və bütün əziyyətini özü çəkir. Pəh-pəh. Yad məmləkətdə öz həmyerlin tərəfindən güllələnib, yuyulub, kəfənlənib tabutla evinə göndərilməkdən gözəl ləzzətmi olar?
Bax, belə əziz avropalılar. Bu qızıl qaydaları yaxşı qavrayın ki, ağ günə çıxasınız. Qavramağın da ən asan yolu lətifədir. Bir gün Molla Nəsrəddin bazarda gəzərkən qarşısına yağ, bal, doşab, qaymaq, qoz-fındıq ləpəsi və kişmiş qoyub satan bir nəfərlə rastlaşır. Mollanı fikir götürür. Kənardan dayanıb satıcını müşahidə etməyə başlayır. Xeyli vaxt keçəndən sonra bir tanışı oradan keçirkən Mollanı dərin fikirlər içində görür. Narahat olub yaxınlaşır.
- Ay Molla, nə olub, niyə fikirlisən?
- Bu adamın hərəkətini anlamıram.
- Hansı hərəkətini?
- Qabağına qoyub satdıqlarına bax. Mənə maraqlıdır ki, bu adam o gözəl nemətləri satıb, əvəzində nə alıb yeyəcək?

Karo Derderyan

Iran ermənisi olan Karo fars dilində bir neçə kitab yazmışdır. Karonun əsərlərində toplumsal sorunlar və sinfi zülmlər üzərinə özəlliklə vurqu yapılmaqdadır. Modern üslubda şeirlər və hekayələr yazan karo Amerika Biləşik Dövlətlərində müalicə olunduğunda ölmüşdür.
 
Get, itil!
Mən səni sevməm daha, artıq sevəməm.
Get, itil eşqi omuzlarda şələ.
Gözünü gözlərimə zilləyərək,
Bir daha da naaz eləmə!
Bezmişəm, bezginəm alçaqca sənin hiylələrindən, bezgin.
Lənət olsun səni dünyaya doğurmuş olan alçaq anaya.
Məni yoxsulluq üzündən bu qədər sorğulama!
Səni altun köləsi sayqısız alçaq qadın, alçaq!
Vəhşilik, fahişəlik ruhunu sarmış ancaq!
Məndə altun və para yoxsa da, var mərd olmaq.
Mən əzabdan doğulan
Sevgidən yoğrulanam.
Mən, əvət yoxsulam, ancaq ürəyim,
Nə qədər xəstə və sönmüş ürəyə oldu dayaq.
Ruhu sönmüşlərə daim ürəyim oldu çıraq.
Gözlərin sürtülərək,
Sənin alçaq ürəyin,
Həp də dəlqəklərə olmuşdu yuva.
Bir də bax, sevmədiyin qəlbimi seyr et.
Ürəyim, yaxşı güvənlik yurdu.
Ki, əzilmişləri, düşmüşləri hayqırmada çırpıntıları.
Qəlbimin vurquları,
Sona ərməkdə olan türlü qaranlıq gecəni müjdələyir.
Ey həyasızlığı bir ülkü bilən pəst qadın!
Ürəyim dağlara meydan oxuyan Fərhaddır.
Çox yazıq qəlbimə, ey vay yazıq.
Qəlbimi sən kimi bir cındıra qurban etdim
Çox yazıq ömrümə, ey vaah yazıq!
Böylə sürtük qadının uğruna bərbad etdim.
Sən nə etdin mənə qancıq balası?
Sən ürək verdinmi?
Sus, saqın, səndə ürək varmı idi?
Bu ki, şəhvət və bataqlıqdı tamam.
Vardım artıq bu batlıqdan uzaqlaşdım mən.
Al bu şəhvət yuvasın, dəf ol get!
Get də ömrün boyu qancıqlıq et.

 
                                                           Çevirdi: G.G

Mən Azərbaycanda titulu olmayan yeganə yazıçıyam

Yazıçı Rafiq Tağı ilə Nərmin Hüseynzadənin söhbəti


 “Günəşim altında AYB üzvü olmadan da xoşbəxt yaşamaq olar”

- Sizin haqqınızda belə oxumuşam: lakonik və tutumluluğu ilə seçilən mahir hekayə ustası, 3 kitab müəllifi, şair, həkim. Əlavəniz varmı bu təqdimata?

- Kiçik bir düzəliş: 6 kitab… Ancaq mən kitablarımın sayı ilə öyünmək qüdrətində deyiləm. Ümumiyyətlə, əsərlərinin statistikası yaradıcı insanı xarakterizə edə bilməz. Qaldı ki… nə yaxşı, siz mənim ancaq yaradıcılıq areallarımı sadaladınız. Əlavəm budur: mən Azərbaycanda titulları olmayan yeganə yazıçıyam.

- Yazılarınız sizə daha çox qazanc verib, yoxsa itki?

- Qazancım Azərbaycanda Rafiq Tağı obrazının yaranmasıdır. Məncə, bu obraz şou xarakterli deyil və bəlkə haçansa millətə gərək oldu. Millətə gərəklilikdən böyük səadət ola bilməz. Yox, itkim olmayıb. Həbsə atılmağımı da itki saymıram. Ədəbiyyatda maddi itki mümkün deyil. Bircə mən tutularkən məktəbli qızımın qəlbinə düşmüş zədə məni ağrıdır. Bu olmasaydı, nə vardı ki.

- Bir qrup yazıçı Rafiq Tağının həbsdən azad olunması xahişi ilə Prezidentə müraciət etmişdi. O “bir qrup”un içərisində çox gözlədiyiniz və gözləmədiyiniz, yəni sizi təəccübləndirən imzalar oldumu?

- Həmin “bir qrup” bunlar idi: Elçin Hüseynbəyli, İlqar Fəhmi, Elxan Zal, Ədalət Əsgəroğlu, Əyyub Qiyas. Onlara bir daha təşəkkürümü bildirirəm. Gözlədiyim bir tək Elçin Hüseynbəyli idi. Onunla yaxın dostuq. Özü də dostluğumuza görə demirəm, iraq olsun, düşmən olsaydıq belə, deyərdim ki, talantlı nasirdir.
AYO-çuları bir-bir sadalamayacağam: onların məni müdafiəmdə rolu əvəzsizdir. Xüsusən Rasim Qaracanın.
Bu yaxınlarda Taleh Şahsuvarlının müsahibəsində bir fikir xoşuma gəldi: həmin prosesdə Rafiq Tağı ona görə sağ qaldı ki, Azərbaycanda demokratik ziyalılalar yaşayır. Doğrudan da, Azərbaycan hələ bütün qüsurları ilə dünyəvi dövlət istiqamətində dönməz inkişafdadır. Demokratik dəyərlərin daşıyıcısı olan insanlar Azərbaycanın dayağıdır.
Yeri gəlmişkən, bir vaxt dost bildiyim yazıçı Elçin, Orxan Fikrətoğlu və sizin tanımadığınız bir çox insanın mən azadlığa çıxandan sonra quru təbriklərini də eşitmədim. Öldümlə gecdi, barı qaldımla maraqlanalar. Bəlkə onların mənimlə maraqlanması üçün yüksək vəzifəyə keçim? Ya maraqlanmayacaqdılarsa, niyə mənə dost demişdilər? Neynək, hələ sağam, onsuz onların qəlbimdə yerini başqaları çoxdan tutub. Barı onlar da Nəriman Əbdülrəhmanlı kimi mobilimə çağrı ataydılar ki, mən özüm onlara zəng çalım, onlar da mənə “həmişə azadlıqda” desin. Di neynək, təbrik etmiş kimi vardılar – birdən adlarına söz gələr.

- Rafiq Tağının AYO və AYB qarşıdurmasına fikri? Sizcə, bu qarşıdurmadan ədəbiyyatımız nə qazanır, nə itirir?

- Ədəbiyyatımız heç nə itirmir, əksinə, çox şey qazanır. Hərdən keçmişdə dediyim fikirlər karıma gəlir, indi yenə biri yadıma düşdü: qoy ədəbi müharibələr olsun, təki vətəndaş müharibəsi olmasın. Yəni əslində ədəbi müharibələr total vətəndaş qarşıdurmasının qarşısını alır. Biz özümüz də bilmədən ölkə içində sülhə xidmət edirik. AYO-AYB qarşıdurmasına fəlakət kimi baxmaq düzgün deyil. Bircə yaradıcı insanlarımız hər sözü kinə çevirib öz təhtəlşüurlarını zibilləməyələr. Mən bəzi AYO-çularımızın da kimisə infarkta çatdırmaq istəyini, kiməsə ölüm arzulamasını heç cür başa düşmür və qəti xoşlamıram. Ümumiyyətlə, kiməsə ölüm arzulamaq naqislikdir. Şəxsən mən bütün opponentlərimə Allahdan can sağlığı diləyirəm. Onlar olmasa, tək qalaram, ağzım yumular, depressiyaya düşərəm. Dialektik əksliklər və onların vəhdəti olmasa, ölkə tərəqqidən qalar.

- Müasir gənclik “köhnə kişilər”dən fərqlidir: davranışı, dünyagörüşü və mədəniyyətinə görə. Modernist yazıçı kimi, yuxarıda sadaladığım keyfiyyətlərə görə, müasir gənclik sizi qane edirmi?

- Deyim ki, gənclərlə oturub-durmağı sevirəm. Onların fikirləri həmişə spontan və yeni olur. Əfsus, gənclərdəki yenilik təkcə təbiətdəndir. Onlarda təhsillə-elmlə bağlı az yenilik görərsən. Təhsilimiz gəncləri kor qoymaqdadır. Mən belə deyərdim: bu saat Azərbaycandakı təhsil sistemi xalqın canında qara yaradır. İmtahanlarda 600-dən çox bal toplamış əksər abituriyenti mən heç orta məktəbi qurtarmağa layiq görməzdim. Dörd fəndən 600-dən çox bal toplamış elə gənclər görmüşəm ki, suyun kimyəvi formulunu yaza bilmir. İndi universitetlərimizdə belə tendensiya yaranıb: müəllim tələbəyə deyir – sən özün üçün oxuyursan, bunun mənə nə dəxli (get pul gətir). Stalin bu cür adamları “xalq düşməni” adlandırardı. Bəzən diktatorların sözüylə razılaşmamaq olmur.

- Sizcə, Azərbaycan ədəbiyyatı irəli getmək üçün klassiklərimizə söykənə bilərmi?

- XIX əsrdən üzü bəri Avropa tipli maarifçi klassiklərimiz özlü Şərq palçıqlarında ədəbiyyatımızı daim qabağa itələyib. Təkcə ədəbiyyat deyil ki. Üstəlik, məqsəd heç də bir tək bu deyil. Maarifçi klassik ədəbiyyatımız Azərbaycan insanında iyerarxik və qəddar Şərq rejimlərinə, dini xurafata immunitet formalaşdırmışdır. Bu ədəbiyyat çağdaş həyatımızda işlək rejimdədir. Bunu bıkdırıcı hikmətlərlə dolu “xəmsə”lərimiz haqqında deyə bilmərəm. Düzdü, Nizami də bizimdir, Füzuli də. Ancaq onların bütün söz oyunbazlıqları artıq tarixi əhəmiyyət kəsb edir. Açığı, klassik poeziyamızdan mən həmişə cəhalət qoxusu duymuşam.

- Yaradıcılıq həmişə sizi intihardan qoruyubmu?

- Həmişə. Daha doğrusu, daim yaradıcı ruhda olduğumdan, intihar heç vaxt xəyalıma gəlməyib. Yaradıcılıq sevincləri təmiz intihar dərmanıdır. Yaradıcı ruh həyatdakı absurdu rədd edir. Yaradıcı insan hətta cənnətə də yox deyir və bu dünyanı üstün tutur.
Əlbəttə, Allah yaradan olduğundan, onun nə vaxtsa intiharı da ağla sığmaz.

- Son zamanlar mətbuatda bir-birinin ardınca sizin əleyhinizə müsahibələr, yazılar dərc olunur. Bunu əvvəlcədən Rafiq Tağıya qarşı hazırlanmış kampaniya hesab etmək olarmı?

- Mənə qarşı belə kampaniyalar haçan olmayıb ki. Axır Rafiq Tağını vurub öldürəcəklər – onda o adamlar boşluğa düşmüş kimi olacaq. Sevimli əleyhdarlarımın düşəcəkləri bədbəxtlik məndən sonraya qalıb.

- Uzun müddət AYB üzvü olmuş Rafiq Tağı üçün birdən-birə AZAD olmaq çətin gəlmədi ki?

- Təki problemlərimiz AYB üzvü olub-olmamaqla məhdudlaşsın. Günəşin altında AYB üzvü olmadan da xoşbəxt yaşamaq mümkündür.

- AYO-nun başqanı olmaq çətindi, yoxsa həkim olmaq?

- Bu saat AYO-nun başqanı Seymur Baycandır. Həm də müqayisə bir qədər anlaşılmazdır. Əlbəttə, yumoru başa düşürəm. Çox talantlı AYO-çularla administrativ dillə danışmaq müşkül məsələdir. AYO içində hamının başa düşdüyü fərqli tənzimləyici mexanizmlər işləyir. Məsələn, bizdə nifrət heç vaxt əbədi olmur və tez də neytrallaşır.

- Ən yeni dövr Azərbaycan ədəbiyyatı seriyasından nəşr olunan kitablar sırasında ən çox bəyəndiyiniz hansıdır?

- Yalnız birini soruşursunuzsa: Aqşin Yeniseyin “Cənnətdə terror aksiyası” kitabı. Amma çıxan bütün kitablar gözəldir. Bu yaxınlarda Kəramət Böyükçölün “Çöl” romanını oxuyb heyran qalmışam – dost məsləhətimlə “Ən yeni ədəbiyyat” seriyasından çapı üçün Şahbaz Xuduoğluna təqdim etdim. Pəl vurmasalar, tezliklə oxuyarsınız. Görək.

- Bildiyimizə görə, “Alma”nın daimi oxucularındansınız. Sizcə, qəzetimizin digərlərindən fərqi nədir?

- “Alma” dar ayaqda mənə dayaq olub. Mən bunu unutmaram. Amma böyük mənada söhbət məndən getmir, ölkədəki demokratik proseslərdən gedir. “Alma” Avropa kimi bir yerdir. Burda azad sözə köndələn baxmırlar. İnsanın fundamental hüquqlarına geniş yer ayrılır. Qeybətçilikdən uzaqdır. Bu qəzetdə hər yazının ictimai əhəmiyyəti var. Qəzetin ətrafına fikir adamları özü toplaşır. Nəhayət, “Alma”da baş redaktorla korrektor, ya xadimə bir süfrədə oturub çörək yeyə bilir. Hamı bir-biriylə qışqıra-qışqıra danışırsa da, bundan heç kəsin xəncərinin qaşı yerə düşmür. Baş redaktor bəzi qəzetlərdəki kimi cangüdənlər tərəfindən namus kimi qorunmur.

- Oxuculara son sözünüz?

- “Son söz” – axır vaxtlar hamı məndən bunu soruşur. Allah axırını xeyir eləsin. Oxucularıma deyərdim: sivilizasiyanı azad insanlar yaradıb və yalnız azad insan əxlaqlıdır. Qoy nəticəni özləri çıxarsın.

Söhbətləşdi: Nərmin HÜSEYNZADƏ

Oliqarxla toqquşma

Murad Köhnəqala
Azad Yazarlar Ocağı

Şəhərin mərkəzinə, “Tarqovı” tərəfdə toz-təmir işlərinə baxmağa gedirdim. Küçəni keçərkən yekə bir xarici maşın üstümə elə gəldi, az qala məni vursun, kənara tullanıb qəzadan güclə yayındım. Baxdım ki, maşının uzunluğu beş metr olar. Şüşələri gülləkeçirməz, dəmiri tankadavamlıdı. Ancaq markasından başım çıxmadı. Sükan ardında bir axmaq adam oturub saqqız çeynəyə-çeynəyə mənə baxırdı. Dedim, a kişi, zibilini o tərəfdən sür dəə, başına yol qəhətdi?
Maşını bir az yana verib başını aynadan çölə çıxartdı: “Zibil sənin ayağındakı ayaqqabılarındı!” Məni od götürdü, demək o, mənim piyada olmağıma gülürdü. Dedim, arzum budu, sənin də maşınının təkərı yeyilib mənim ayaqqabımın gününə düşsün.
Gördüm, söz onu möhkəm tutdu. Dedi, mənim də arzum budu ki, sənin villalarından biri yol çəkilişi proyektinə düşsün və sökülsün, sən də heç nə eləyə bilməyəsən.
Baxdım ki, ədə, bu mənə əməllicə qarğış eləyir, dedim:”Allah eləsin evinin üstü damsın, qırlamağa pulun olmasın.”
Bu da qabağından yeyən adam deyilmiş haa, qayıtdı ki, allah eləsin Londonda oxuyan oğlun qumarda yarım milyon pul uduzsun və zəng eləyib kirimişcə anasına desin. Sən də eşidib dəli olasan ki, a kopayoğlu, səni oxumağa göndərmişəm, yoxsa qumara?
Gördüm, geri durmaq kişilikdən deyil. Dedim:”Arzu eləyirəm işıqpulu-qazpulun yığılıb 300 manatı keçsin, verə bilməyəsən, pulyığan gələndə qaçıb gizlənəsən. Qışda işığınızı da, qazınızı da kəsələr.”
Gördüm, bunu od götürdü: “Görüm sənin, standartlara uyğun gəlmir bəhanəsi ilə, şadlıq sarayının birini əlindən alsınlar, sonra da özləri işlətsinlər, di get!!!”
Ayağımın birini irəli, birini geri qoyub dedim:”Görüm, hər gün səhər tezdən duranda görəsən ki, qapınızın ağzındakı zibillik aşıb-daşır, yığıb aparan yoxdu, içindəki siçovulları görüb əsəbləşəsən, necədi, ha-ha-ha!!!”
Bədbəxt gördü ki, onu əməlli-başlı üstələmişəm, başını biraz qaşıyıb fikirləşdi və sevinmiş belə dedi:”Arzu eləyirəm səni səhər-səhər nazirlikdən çağırsınlar və desinlər ki, indən belə verdiyindən iki dəfə çox verməlisən, iqtisadi krizisdi. Sənin də şəkərin qalxa, halın pisləşə, həyat yoldaşın evə güclü həkim çağıra. Yesss!!!”
Açığını deyim ki, onun bu dəfəki qarğışı mənim yeddi qatımdan keçdi. Hirsimdən cavabını dərhal qaytardım:”Allah eləsin, sən də öz yaxın dostunla varlı bir kişinin qapısında işləyəsən, onun evini başdan-ayağa təmir eləyəsən, axırda zəhməthaqqını verməyə. Ondan alacağın pula ümidli olub qonşu mağazadan çoxlu borc eləyəsən. Mağazaya olan borcu qaytara bilmədiyinə görə mağazaçının arvadı sənin arvadınla hər gün pul üstə dalaşa. Aldın payını?! Di get!!!”
Gördüm ki, onu xeyli üstələmişəm, özgə nə deyə bilər ee, bu mənə? Yox, deyəsən bu da yenilmək istəmirdi. Qəfildən güllə kimi açıldı: ”Allah eləsin sevdiyin katibənin ad günündə ona brilyant qaşlı üzük, sırğa, boyunbağı, bir də 60 minlik maşın bağışlayasan. Bir həftədən sonra kimsə qapalı nömrə ilə zəng eləyib bu məsələni həyat yoldaşına deyə.Ondan sonra evinizdə hər gün böyük skandal ola və həyat yoldaşın səndən boşanmaq istəyə.”
Baxdım ki, yox ee, belə xırda şeylərnən bunun öhtəsindən gələ bilməyəcəm, keçdim içkiyə. Dedim, əmoğlu, allah eləsin, bayaq dediyim o varlı adamın qapısına əməkhaqqı istəməyə gedəndə səni və səninlə işləyən o dostunu hər dəfə qapıdan qova. Deyə ki, sizə verdiyim yemək əməkhaqqınızı artıqlamasıyla ödəyir. Siz də kor-peşman geri qayıdasınız. Yolda dostun öz barmağındakı üzüyü dəyər-dəyməzinə sata və sənə deyə ki, vurmaq istəyirəm. Ucuz bir kafeyə girəsiniz, baş verən kədərə görə qayğanaqlı sosiska ilə çoxlu ucuz araq içəsiniz. Gecə evə çatan kimi qusmaq tuta səni, arvad-uşaqın yanında bir vanna qusasan. Arvadın da vəziyyətdən istifadə eləyib uşaqları sənin üstünə üsyana qaldıra. Sabah da sizə gələn qayınınla dalaşasan.”
Gördüm, əmoğlu udqunur, danışmağa söz tapmır, məğlub olmaq da istəmir. Axırda birini də tapıb dedi: ”Görüm, villada gecəyarı bir qızla kef elədiyin yerdə sevimli pişiyin mətbəxtdə tullanıb, viski butulkasını salıb sındırsın. Sən də məcburən maşını sürüb şəhərin o başına viski dalınca gedəsən. Gələndə görəsən ki, canan evdəki 24 min dolları da götürüb aradan çıxıb. Hə, necədi? Beləcə yanıb töküləsən!!!”
Baxdım ki, əmoğlu məndən əl çəkmir. Dedim, ayə, sür, çıx get, yazıxsan, iynə-dərman-aptek söhbətinə keçərəm, biabır olarsan. O qədər deyiləsi dərdim var, səni burdan ağladıb buraxaram…
Ancaq sağ olsun, sözümü yerə salmadı, sürüb “vızırıt!” getdi…

BURASI AZƏRBAYCAN

BƏXTİYAR HİDAYƏT

...Burası Heydərin dərin basdırdığı,
Kamalın kamına çəkdiyi,
Ramizin təhqiramiz hala saldığı
Quskanın qan qusdurduğu Azərbaycan
Burası Zakirin kirlətdiyi, Ramilin ram etdiyi
Səfərin səfini pozduğu,
Ziyanın min ziyan vurduğu
Misirin min sirə bələdiyi,
falçıların yuxusunu yozduğu Azərbaycan
Burası Hafizlərin haf-haf etdiyi,
şairlərin dürlü-dürlü şeirlər ithaf etdiyi Azərbaycan
Burda yuxarı tüpürürsən Əli yığıncağı
Aşağı tüpürürsən dəli yığıncağı
Burası Rusiyanın gəmirdiyi,
Amerikanın sümürdüyü,
İlxamın xamladığı Azərbaycan
Burası Avropanın oppalara apardığı,
İranın şamladığı Azərbaycan
Burası Murtuzun tuza döndüyü,
hökumətin paza döndüyü
Fahişələrin ulduza döndüyü Azərbaycan
Burda Aygünlərin lifçiyinin rəngini bilənlər
Bayrağın mənasını bilənlərdən daha çoxdu,
Burda polis bölmələri itxana,
əsgər bədənləri bitxana,və hər yer dolu bütxana
Burda qara qızıl qara gün,ağ qızıl ağ kəfən 
Neynəyək,bu da belə Vətən
Burda şalvar manşeti Qəzet manşetindən daha baş mövzu
Jirinovski lap yerində demişdi
əvvəl HƏ,HƏ deyənlər indi MƏ,MƏ deyirlər
burda əsas düşmən kimdi tap görüm Ermənimi? -Xeyr
Başdakıların birinin mayası erməni,birinin dayısı erməni,
Birinin dayəsi erməni və beşinin də arvadı erməni ,
ağ mayası erməni
BURASI AZƏRBAYCAN
Burda söyüş üstə adam öldürər
Iki kilo pesok alıb hökumətə səs verən Erkəklər
Rusetin çöllərində Dişilər Dubayın saraylarında 
Gəl indi de ki burda qadın haqları pozulur,
taleləri qara yazılır
Yalan deyirəmsə Allahşükürün dili dualı timsahları yesin məni
Misirin min sir itləri
Kamalın ağ canavarları həzmi-rabedən keçirtsin məni  
Heç Ziyanın delfini də köməyimə çatmasın
Və hətta İlxamın madyanı da dadıma yetməsin
Elzanın pişiyi qədər hörmətim olmasın
Aygünün Prinçessası qədər qiymətim olmasın
Onsuz da üzdüm gənclikdən əlimi
Düşmən yaxın oldu,dost iraq oldu
Nooldu bizim gəncliyin kumiri
HOST dönüb hosturaq oldu
Görən tapılarmı bu sözləri oxuyan repçi
Lənət sənə kor şeytan
Yenə tək səbirgəldi
HƏPÇİ,HƏPÇİ,HƏPÇİ

28.11.2010

Həcini güldür

Vitoşun yeni proyekti

                               Çuşka şeirləri- 2

Yaxdın içimi atəşə sən, gəl onu söndür
Etdin pərişan könlümü, oh, gəl məni mindir!

Divanələrə bənzədirəm ruhumu sənsiz,
Lütf eylə, gülüm, eşqimi gəl şaxəyə qaldır.

Sevda dilimin əzbəridir hər gecə-gündüz,
Sevdalı könül zövqü ilə gəl məni güldür.

Gül çöhrəni hərdən görürəm seyr edir əğyar,
Əğyara könül versən əgər, gəl məni sildir.

Aylar dolanıb, illər ötüb növbahar olsa,
Ruhum da deyər: «Gör necə görməli günündür!»

27.11.2010

Selin gətirdiyi divan

Baxıcı
 
Hüsamə bin Sərxan
«Filfak» Müstəqil Araşdırmalar Mərkəzi

          İbrahim Selin müsahibələri üstündə düşüncələr

  Səmimi olmaq- ədəbiyyat aləmində psixoloq olmaq, fikir və hisslərin təcəssüm bacarığına malik olmaq deməkdir. 

 Tanınmış ingilis ədibi Oldos Haksli ədəbiyyatın kommersiya tərəfindən bəhs edərək besteller haqda fikir söyləyir. Kitab necə olmalıdır ki, onu «ford»lar sabun, yaxud yulaf lopaları kimi alsınlar? Güman ki bu suala veriləcək cavab bizim hamımız üçün maraqlıdır. Əgər biz qiymətli bir sirrin sahibi olsaydıq, o saat da dəftərxana ləvazimatları satılan dükandan bir paçka kağız alar, sonra onu sehrli sözlərlə yazıb doldurar və beləcə satıb varlaşardıq. Kağızdan sərfəli material yoxdur. Saat mexanizminə çevrilmiş bir qırıq dəmir, bir neçə yüz, hərdən lap min dəfə bahalaşır. Populyar romana dönmüş bir paçka kağızı həqiqətən milyonlar gətirəcək qazancla satmaq olar. Bircə qalır kağızı populyar ədədiyyata çevirməyin reseptini biləsən. Əfsus o hətta İbrahim Selə də məlum deyil. Yoxsa İbrahim Sel, əlbəttə ki Çingiz Abdullayev kimi oturub gecə-gündüz roman yazardı, axı onun indiki kitab yaymaq işindən bu sərfəlidi. Əsər səmimi və informativ olmalıdır- Selin deyə bildiyi yalnız budur. Birinci hissənin- səmimi olmalıdır- üstündə dayanmaq istərdim. Bu fikir tamamilə doğrudur, söz yox, o qədər doğrudur ki faydası elə də çox deyil. Hər bir ədəbiyyat, hər bir incəsənət- yaxşı satılır, ya pis, fərqi yoxdur,- səmimi olmalıdır. Saxta əsər müəllifi kimi yamsılamasından- istər Dünyanın 1 nömrəli söz ustadı Viktor Hüqonu, istər də bizim gicdırnaq Seymur Baycanı,- asılı olmayaraq, uzun illər boyu çoxsaylı oxucu kütləsini aldada bilməz. Müəllif yalnız özü olduqda müvəffəqiyyət qazanır. Bu gün kimi aydındır. Yalnız 20 illik zindan həyatı yaşayan fiosof «Səfillər»i və yalnız Baycan ağıllılar «18,6 cm» yaza bilərlər. Saxta əsər müəllifi öz müasirlərini çətin ki aldada bilsin, varislərini isə heç aldada bilməz. Bunun bariz nümunəsi 70 illik Azərbaycan Sovet ədəbiyyatıdır.
 Doğrusu, ədəbiyyat tarixində düşünülmüş saxtalaşdırma nadir haldır. Orta əsrlər Azərbaycan ədəbiyyatı bu cür mutasiyalarla doludur. Xalqın Firdovsinin poemalarına olan rəğbətini qazanmaq ümidilə orta əsr şairləri kütləvi şəkildə Firdovsinin şeirlərinin üzünü köçürür, onun poetik üslubunu təkrarlayırdılar. Əfsəs ki indi də Azərbaycan poeziyasında Firdovsini yamsılayanlar var; açın «Ulduz», «Azərbaycan» jurnallarını, Leyli-Məcnun ruhunda şeir qoşan bir sürü şüəra görəcəksiniz.
 Seymur Baycan saxtalaşdırması isə bir az fərqli məsələdir. Ədəbi saxtalaşdırmada ad çıxarmış bu cavan oğlan ədəbiyyatımıza yeni bir ab-hava gətirdi. Onun şablonla calanıb-tikilmiş, ikrahedici dərəcədə düzgün əsərlərini oxuyarkən, onların bu qədər adamı aldada bildiyinə təəccüblənirsən. Baycan kimi adamlar nə ilə cəlb edə bilərlər? Onun yaratdıqları sənət baxımından heç nədir- demək olar ki heç nədir. Di gəl ki onun şəffaf təbiəti oxucunu ədəbiyyatın içinə çəkməyə və tədqiqatlara ilhamlandırmağa qadirdir. Oxucu düşünür ki, mən də bu cür- spesifikama uyğun mətnləri dəyişdirib öz adımdan dərc edə bilərdim. Berezovski deyirdi ki, mənə bir at və bir telekanal verin, atı Rusiya prezidenti edim. Baycanın bizə verdiyi düstur həmin telekanaldır. Axtardıqlarını müəyyənləşdir, tap, nizamla- sən artıq tanınmış, əsərləri yaxşı satılan yazıçısan!
 Amma əgər qeyri-səmimi incəsənət qəsdən yox, təsadüfən qeri-səmimidirsə, əgər o müəllifin səmimi olmaq arzusunun əksinə olaraq qeyri-səmimidirsə, bu zaman psixoloqun diqqətinə layiqdir.
 Adi həyatda səmimiyyət istəkdən asılıdır. Səmimi olmaq, ya yox- bunu biz həll edirik. Sənətdə isə başqa cürdür. Müəllifin səmimiliyə cəhd etmək istəyinin əksinə, incəsənət əsəri qeyri-səmimi ola bilər. Adama deyərlər ki, əgər o qeyri-səmimi olmaq istəyirsə, buyursun, burada ona öz bəd niyyətindən başqa heç nə mane olmayacaq. Amma bu belə deyil. Ədəbiyyatda səmimi olmaq üçün təkcə səmimi olmağa çalışmaq kifayət etmir.
 Əsərləri səmimi tam bir xeyli yazıçının adını çəkmək çətin deyil, halbuki onların müəllifləri həyatda səmimiyyət etalonları olmayıblar. Açaq AYB üzvü olan istənilən yazıçının əsərini, hamısı bizə həyatda necə yaşamığın nümunəsini göstərir, əxlaqdan və etikadan od püskürür, ancaq realda araşdırarkən görərik ki, çoxları əclafdan başqa bir şey deyil. Ədəbiyyata da məhz ona görə qatılıblar ki, dividend qazansınlar, şəxsi rifahlarını təmin etsinlər və öz bəd niyyətlərini daha geniş planda həyata keçirsinlər.
 Başqa bir qism yazarlar da var ki, əksinə əsərləri tam səmimidir, lakin onları kimdir çap edən? Məsələn, mən birisinin əsgər gündəliklərini oxumuşam, çox maraqlı sənət əsəridir. Torpaqları qoyub qaçanların qabırğasına gen-boluna döşəyir və bu bölgədən olan əhalinin müharibəyə qəribə münasibətindən yazır. Lakin kimdir onu çap edən? Belə əsərlər naşirlərin ehtiyatı üzündən heç vaxt işıq üzü görə bilməz. 90-cı illərdə Bakı mədəniyyətini özündə əks etdirən müxtəlif millətlərin nümayəndəri olan yazarların əsərləri yaranıb, oxuyun onları- əgər onları tapa bilsəniz! Bakını köçlər basandan sonra bu yazarlar ilim-ilim itdilər, yerini isə «Yaneyram, a dağlar!» tipində qoşmalar yazan kəndçilər tutdu. Böyüklük burada saxtadır, ehtiras soyuq, şərtidir, hiss- bəlağətlidir! Köçlər yenə böyük bir sivilizasiyanı məhv etdi. Bəli, məhz bu ifadə istəmədən ağla gəlir.
 İstedad da önəmli məsələlərdəndir. Sənətdə səmimilik- düzgünlük və yalançılıq arasındakı zövq seçimindən asılı deyil, o əsasən istedaddan asılıdır. İnsan bəzən bütün qəlbilə səmimi, dərin kitab yazmaq istəyir, amma buna istedadı çatmır. Onun niyyətinin əksinə olaraq kitab cansız, saxta alınır, şərtilik və şablonlarla dolu olur. Elə bil yenidən hind kinosuna baxırıq. Bütün bunları oxuyarkən oxucu əsnəyir və üz-gözünü turşudur. Bəziləri hətta söyüş yağdırırlar. Yumşaq formada desək, əsər qeyri-səmimidir. Düzgünlüyünü gözə soxan, mənəvi ləyaqətini qabardıb göstərmək istəyən yazıçı intellektual qabiliyyətini damğalamışdır. Zira səmimi olmaq- ədəbiyyat aləmində psixoloq olmaq, fikir və hisslərin təcəssüm bacarığına malik olmaq deməkdir.
 Bütün adamlar əsasən eyni hisslər keçirir, amma çox az adam bunu ifadə etməyi bacarır. Bizim azərbaycanlı isə nəinki ifadə etmək, heç nə hiss etdiyini də dəqiq bilmir. O, başqalarının hisslərini də başa düşmür. Az qism adam öz müşahidələrinə bədii don geyindirmək qabiliyyəti ilə doğulur. Adi bir misal. Çoxları- bəlkə də az qala hamı- nə vaxtsa həyatda dəlicəsinə aşiq olur, amma bununla bərabər adətən öz hisslərini başa düşməyi bacarmır. Yalnız bir-iki adam onları ifadə etməyə qadir olur. Tipik azərbaycanlı aləmində heç «sevmək» anlayışı da yoxdur, o nəyisə «istəyir», öz şəhvəti ilə ona can atdığını anlayır. Məhz onda təsirlənmək kara gəlir, qədim aşiqlərin köhnə sənəti- üzünü köçürmək burada yerinə düşür. Dəbdəbəli, şablon, çeynənmiş deyimlərdən, ölü sözcüklərdən uzaq olmaq ağıllarına da gəlmir.
 Əziz oxucular, hamınızı yazı-pozu aləminə dəvət edirəm. Yaxşı, ya pis, yazın yaradın. Özünüzlə olun, özünüzü yazın. Yamsılayanda da heç olmasa bizimkiləri yamsılamayın!

Azərbaycanlı üçün "Mister Tum"

Hafiz Mirzə
mirzahafiz@mail.ru
 

"Bu semiçkadır, tumdur, dənədir-nədir – millətin axırına çıxacaq" 
                                     Efiopiya xalq deyimi

TİPİK OBRAZIN İNCƏ ŞTRİXLƏRİ

Rus yumoristləri qafqazlı obrazlarını yaratdıqda gürcülərin gülüş doğura biləcək qədər məğrur, ermənilərin hazırcavab, azərbaycanlıların isə gül alverçisi və ya arvad ölüsü olan kütbeyin simasını yaradırdılar. Çayxanalarda çay xortuldadan, böyük coşqu və həvəslə domino çırpan və ya başında yekə kepka, tində dayanıb təsbeh fırladan, damağında papiros oynadan və tum çırtlayan azərbaycanlı! Beləsini bizim qədər daha yaxşı tanıyan tapılmaz. Bakının kəndlərində, “Sovetski” məhəlləsində, İçərişəhərdə, əyalətlərimizin rayon mərkəzlərində, çayxanalarda, kino-teatrların qarşısında, bazarlarda, içəri məhəllələrdə hər gün belə tiplərdən o qədər görürük ki- gözlərimiz “mazol” olub! Onlar çoxluq təşkil etməsələr də rusun gözündə bizim əsas və tipik obrazımızı formalaşdırırmışlar. Bilmirəm bunu sizlərə demişəm, ya yox, Sovetlər dövründə “sort- sort” bayramlarımız vardı. Birini də mən təklif etdim. Söz idi də, ağzımdan çıxdı. Tutdular quyruğundan ki, əla fikirdir. İti kimə sürüdərlər – öldürənə! “Çay bayramı”nın ssenarisini yazmağı tapşırdılar elə mənim özümə. Rayona təzə gəlmiş qazlı məzun ola, ona bir ortaya çıxartmalı iş tapşırıla. Sökdüm-tökdüm arxivi və öz aləmimdə “bomba” bir ssenari yazdım. Amma ssenari tam uğurlu qəbul edilmədi. Çünki orada Lənkərana ilk çay kolunu gətirmiş Novoseltsov adlı bir urus balası bunun adının “çay” olduğunu bildirəndə yadına axar çay düşən yerli “kətçibala” əvvəlcə onu dəli adlandırmışdı. Ssenari olmur, nə olursa-olsun: heç rusa “dəli “ demək olar?! Xoşa gəlməyən də elə bu idi. Əgər kommunist olardımsa, partbletim “uje” getmişdi atdanmağının dalıyca. Xülasə, raykomda məni cavan canıma bağışladılar və urusla bağlı maraqlı hissələri ssenaridən çıxartdılar. Ondan sonra az qala buna əmin olacaqdım ki, həqiqətən də rus xalqından bir kimsə dəli, başıxarab, xəstə ola bilməz. Bizim “Parni iz Baku” KVN uşaqları fürsətdən istifadə edib ruslara bunun cavabını vermək əvəzinə Bəhram Bağırzadənin ifasında kepkalı, təsbeh fırladan, damağında papiros oynadan və ya tum çırtlayan azərbaycanlı obrazını bütün dünyaya təqdim etdilər. Yenə də sağ olsunlar, nəhayət ki, indilərdə Vanonun ifasında bir pyaniskə orus obrazını da yarada biliblər, yoxsa təkbaşına rüsvay olub getmişdik. Amma əsas o idi ki, bunu Sovetlər dövründə yarada biləydilər. Özümüz-özümüzə şəbədə qoşmağı, “torba tikməyi” daha yaxşı bacarırıq axı. Ona görə də Bəhramın ifasında “tipik azərbaycanlı” adını almış bu cür obraz öz tərəfimizdən daha çox sevildi. Əslində isə bu tip azərbaycanlı heç nahaqdan yaranmamışdı. Onu başa düşmək lazım idi. Saatlarla gün altında işsiz-gücsüz qalıb öz bəxtini gözləyən, iş axtaran, Bakı kəndlərində istirahət etməyə gələnlərə ən “bezdarnı” işlərlə xidmət göstərməyə hazır olan bu “qarabala” gərək öz başına iri “erodrom kepka” qoyaydı ki, onu gün vurmayaydı da. Təsbeh zikr üçündür. Onunla mömin müsəlmanlar Allahın adlarını və bir sıra duaları müəyyən say qədər zikr edirlər. Duaların da səslənmə sayının öz hikməti var – bunu metaıfiziklər daha yaxşı bilər. Bu Qarabala dua-flan bilməsə də avaraçılıqdan təsbeh dənələrəini barmaqları ilə bir-bir ötürməli idi ki, vaxtı keçsin, əsəbləri sakitləşsin. Elə papiros fısqırtmasını da onun bekarçılığına bağışlamaq, məsuliyyəti isə onu bu miskin hala salan Sovet cəmiyyətinin üzərinə yıxmaq olardı. Amma bu tum çırtlamağı isə!..

TUM ÇIRTLAYANDA ÇƏNƏ İŞLƏYİR, BEYİN TORMOZLANIR

Mən bu tum çırtlamaq şakərini heç dostuma da bağışlamaram. Bu “uje” zatən avaraçılığın simvoludur. İş-güc adamı, çalışan şəxs, məşğul adam tum çırtlamaz. Məncə tum- dənə çırtlayan adamın o anda beyni tormozlanır, ən yaxşı halda düşüncələri kiçilir, xırdalanır və o daha da miskinləşir. İşsiz-gücsüz adam tum çırtlayanda passivləşir, onun təşəbbüskarlığı azalır, onu ətalət basır. İnanmayanlar bir “meşok” tum alıb “prob” edə bilər. Onun adına rəsmi ədəbiyyatda “günəbaxan tumu”, Bakıda “semiçka”, Muğanda “tum”, Lənkəranda isə “dənə” deyirlər. Onu daha çox bulvarın, stadionun, parkın, əyalətlərdə “palatka” toylarının girişində, kino-teatra yaxın ərazilərdə və yaşlı adamlar satırlar, yəni ağsaqqal, ağbirçək sayıla biləcək şəxslər. Millətin ki ağsaqqalı, ağbirçəyi camaata tum satırsa, bu halda gərək öz təpəni qaşıyıb bir anlıq “çorta” gedəsən. Mənim zənnimcə bu uşağa siqaret və ya spirtli içki satmaq qədər səhv hərəkətdir. Çünki tum çırtlamaq boş-bekarçılıq və zır avaraçılıq əlamətlərindəndir. Onun biznesi o qədər xırdadır ki, alıcının nəzərində həmin ağsaqqal və ya ağbirçəyi də kiçildir. Tum çırtlamağa daha çox qadınlar meyl göstərirlər. Açmasını vermirəm – çənə məsələsi! Yazıq çənə; həm danışır, həm də tum çırtlayır. Bu zaman o ağızdan ağıllı və fundamental hansısa fikirlərin çıxacağına əsla inanmağa dəyməz. Başqa millətlər təbiətin qoynuna baxışları ilə zövq almaq üçün gedər. Bizimkilər isə özləri ilə bir-iki kiloqram ağ və ya qara tum götürər ki, orada darıxmasın, hər şeyə tum çırtlaya-çırtlaya tamaşa edə bilsin deyə. Bəzən parkda və ya hər hansı bağda oturmuş qadın yığnaqları ilə qarşılaşdıqda adam hövl edir. Onlar qalxıb getdikdən sonra həmin əraziyə nəzər salan adam burada az qala bir polk əskərin tum çırtladığını zənn edər. Tumun qabığı da ki, hökmən yerə səpilməlidir. Bu hal bizimkilər üçün sanki tumu çırtlamaq instruksiyası kimi qəbul olunur. Hətta qarşılarında bir neçə zibil qabı qoyulsa belə bizimkilər hökmən tumu çırtlayıb yerə tökməlidir. Bunsuz sanki tum ləzzət vermir. Uzun illər Almaniyada yaşayan bir dostum Vətənə “qonaq” gəlmişdi. Onunla söhbətin bir məqamında soruşdum ki, oralarda heç azərbaycanlılarla rastlaşırmı və ya qarşılaşdığı şəxsin azərbaycanlı olduğunu necə müəyyənləşdirir. Əvvəlcə “Qarşılaşdığım şəxs təsbeh fırladırsa, deməli, azərbaycanlıdır” dedi. Sonra isə... Dedi ki, Frankfurtda ikən metronun qarşısında bir nəfərin işıq fənərinə söykənərək tum çırtladığını görüb. Heç də bizimkilər kimi qaraşın deyilmiş. Amma onun hökmən azərbaycanlı olacağına əminliklə yaxınlaşıb və “Yerlim, salam!” deyərək əl uzadıb. Zənni onu aldatmayıbmış. Bilirsiniz nə üçün? Çünki azərbaycanlıdan qeyri kimsə fənərə söykənərək tum çırtlamaz və qabığını yerə tökməz.
Konsertə, teatra, futbola gedərkən özü ilə tum götürənlər, özlərini orada ala biləcəkləri mənəvi zövqdən ən azı 50% məhrum edirlər. Vallah bu tum şoğəribi çırtlayan şəxsin həmin məqamda beyni xumarlanır və onun düşüncə aparatının fəaliyyəti zəifləyir.Bu zaman adronalin ifrazı başlayır və adam ən yaxşı halda özü üçün əylənir. Əyləncə halında tamaşanın və ya mahnının hansı estetikasından, fəlsəfəsindən danışmaq olar?
Deyəsən bizimkilərin tuma olan məhəbbətinin böyüklüyünü nəzərə aldıqları üçün əcnəbi iş adamları tumun da sivil formasını kəşf etməyə başlayıblar. “Ciko”, “Lokomka”, “Beloçka”,.. Onların da gücü tum satan Məsmə xalaya çatdı. Xüsusi sarofan qablara yığılmış ağ və qara dənələrin adı dəyişib “sovremenni” və nədənsə həm də rusca olub. Bu isə ona meyilli olanların sayını daha da artırıb. “Ciko”ya aid hətta rəngbərəng reklam rolikləri də çəkilib. Birisi də belədir: kadrda görünən tipik “milisioner”, çörəkpulu qazanmaq üçün bulvara çıxır və kol dibindən güdərək oturmuş qız və oğlan ayaqlarını görür. Onların başının üstünü kəsdirəndə məlum olur ki, azərbaycanlı sevgililər bulvara çıxıb sevişmirmişlər, sadəcə, “Ciko” çırtlayırmışlar (?!). Bu “milisə” – yəni polisə çörək pulu əvəzinə “Ciko” verən “sevgililər” onu xoşbəxt edirlər.

TUM ÇIRTLAYAYANLARIMIZIN ZÖVQÜ

Tum çırtlamağa ifrat aludəçiliyin nəticəsidir ki, aşağı təbəqəyə layiq bilinən insanlarımız sayca daha çoxdur. Başqa xalqlarda da bu təbəqə var. Ancaq bizdə daha böyük faiz təşkil edər. Çünki bizim qədər öz asudə vaxtını daha səmərəli təşkil edə bilməyən bir ayrı milləti heç bədəvi ərəblərin sırsında da tapmaq olmaz. Bizim xalqın böyük əksəriyyətinin nəzərində əsil istirahət, asudə vaxtın ən yaxşı təşkili yalnız yemək-içməkdən, yatmaqdan, əyləncə və ya seksdən ibarətdir. Buna səbəb heç də maddi cəhətdən kasadçılıq deyil. Mən o qədər imkanlı adam tanıyıram ki, ömrü boyu heç üç ölkə, üç özgə şəhər görməyib, dünyanın ən məşhur turizm mərkəzlərini tanımır, ikinci bir dil bilmir, kino incəsənətini və futboldan savayı, hər hansı bir digər idman növü barədə üç kəlmə danışa bilməz. Deməli, söhbət heç də imkansızlardan ibarət deyil, orada imkanlılar da böyük faiz təşkil edirlər. Onların mədəni səviyyəsi “Biləcəridən o tərəfə” keçə bilməz. Keçsə də Rusiyanın və digər ölkələrin hökmən bazarlarında ilişib qalacaq. Elələrinin kitab oxuduğunu görmüsünüzmü? O, özünün asudə vaxtını hökmən balkonda durub tum çırtlamaqla və küt baxışlarla aşağıları seyr etməklə keçirir. Millətin qeyd etdiyim təbəqəsinin mənəvi cəhətdən aşağı səviyyədə olmasının nəticəsidir ki, Rəqsanə kimi oxuyançılar özlərini millətə populyar xanəndə kimi sırıya bilir. Gör bu təbəqənin səviyyəsi nə qədər aşağı düşüb ki, Rəqsanənin və ya Zülfiyyənin hamilə olması, bic doğması, atasının kimliyi və doğuş yeri onun əsas maraq obyektinə çevrilmişdi! Bundan oyanası yoxdu-ye! Asudə vaxtını tum çırtlamaqla mənalandıran toplumdan daha nə gözləyəsən? Əgər qədim zamanlara qayıtmaq mümkün olsa və hansısa padşahın qulağına pıçıldasan ki, onun qarşısında göbək atan, mahnı oxuyan, mütrüflük edən bu adamların vaxt gələcək əcdadları cəmiyyətin ən hörmətli, populyar, imkanlı və qüdrətli şəxsiyyətləri olacaq, yeni nəsil onları özünə kumir seçəcək, onlar kimi geyinəcək, duşunəcək, danışacaq, davranacaq, inanın ki, həmin padşah belə cəfəng fikrə ya inanmayıb bizim başımızı üzməsi üçün üç dəfə əlini əlinə çırpacaq və cəlladı çağıracaq, ya da buna inanarsa, o dəqiqə bağrı çatlayıb öləcək. Bizim camaat öz asudə vaxtını eyş-işrətdə, yeyib içməkdə və ya tiryək atmaqda, nəşə çəkməkdə, ən “kulturnu” formada desək, dənə (tum) çırtlamaqda keçirtməklə gəlib o zamana çatıb ki, orada Rəqsanə kimi birisi ictimai fikri bərk məşğul edə bilir. İşə bax ki, şou-biznes “q...”lərin və “p...”ların oylağına çevrilib! Bu məmləkətin alimləri, siyasiləri, yazıçıları, mütəfəkkir şəxsiyyətləri nə üçün damarlarına lezva çəkmir əvvəllər heç anlamırdım! İndi belə başa düşürəm ki, hamını kitabdan uzaq düşüb, məhz asudə vaxtında tum çırtlaması belə bivec və təpərsiz edib. Tum çırtlaya-çırtlaya qarabağlılar torpaq dərdini həzm etməyə alışdılar.
Əlbəttə, iddia edə bilmərik ki, ölkədə günəbaxan əkini dayandırılsın, xaricdən tum dəstlərinin gətirilməsinə və ya istehsalına qadağa qoyulsun. Günəbaxan tumundan eyni adlı yağ alınır ki, bu yağ olmasa millət “peraşkini” məcbur olub kərə yağında bişirər, bu isə onun maya dəyərini artırmış olar. Amma millətin ziyalılıq səviyyəsini də unutmaq yolverilməzdir. Ona görə də, sadəcə, millətə aşılamaq lazımdır ki, bu tum ki var, o, adamı kütbeyin, bivec və əbləh edir, vəssəlam! Mən belə düşünürəm! “Daloy” tum! ”Ancaq işə bax ki, indi tumu hətta cənab hesab edib “Mister tum” istehsal edirlər. Bu artıq filmin sonudur! İndi tuma “mister” deyilirsə, deməli, sabah-birisi gün bəy, xan, ağa, hətta müəllim də deyiləcək! İnanmırsınız?!
  * * *
P.S. Sovet dövründə bizim dağ kəndlərindən birindəki “Qarabala” əskərlikdən özü ilə bir rus qızı gətirir. “Sarı gəlin” nahar süfrəsində ağ bir şey görür. Hamı kimi o da bundan yeyir. Günorta süfrəsində də bu azbesə oxşayan şeydən qoyulur. Eləcə axşam süfrəsində ailə üzvləri əsasən bu “ağ şeydən” çörək arasına qoyub yeyirlər. Hər gün beləcə. Üç gündən sonra rus qızı aradan çıxır. Gedərkən bir balaca “zapiska” saxlayır: “Mamed, mən getdim. Sizdən narazılığım yoxdur, amma o azbesdir-nədir, sizin axırınıza çıxacaq!”
Tum da eləcə!

“Vartaşen” , “Kirovabad” , “Jdanovsk”, “Şaumyan”...

Samir Süleymanlı
Gəncə Media Mərkəzi

Yox,.. bu adlar hansısa erməni saytında deyil, bizim (?!) populyar internet portalında yer alıb.
Bu biabırçılığa Azərbaycanın tanınmış saytlarından sayılan (indi “tanınmaq” üçün o qədər də zəhmət və zövq tələb olunmur) “open.az”-ın “Qeydiyat” bölməsində rast gələ bilərsiniz. Qeydiyyatdan keçəndə Azərbaycanı seçərkən, onun şəhər və rayonlarını sadaladıqda adama elə gəlir ki, Sov.İKP-nin “yastığı” bir sıra xalqların başının aıtından çoxdan götürülsə də, biz azərbaycanlılar öz şirin yuxularımızı pozmaq istəmirik. Yaxşı, özümüz bir yana, necə deyərlər, biz öyrəşmişik, bəs görəsən dünyanın digər ölkələrində bu sayta baxanlar düşünməyəcəklərmi ki, bu erməni və rus adları ilə bəzədilmiş Azərbaycan ərasizi “nəmənə şeydir? ”. 
Bu məsələ adamda bir sıra məntiqi sual doğurur: 
Dünən-sırağagün peyda olan bu saytın yaradıcılarının Azərbaycan Respublikasının beynalxalq aləmdə də qəbul edilmiş müasir xəritəsini saymayaraq, onun şəhər və rayonlarının adlarını özləri “məsləhət bildikləri” kimi vermələri bu şəxslərin ölkənin qanunlarını da saymamaları deyilmi ?. “Artem-ostrov”, “Vartaşen” , “Qoradiz”, “Jdanovsk”, “Kirovsk”, “Kutkaşen”. “Mardakert”, “Puşkin”, “Şaumyan” “Mir-Bəşir”, “Kirovabad” kimi adları siyahiya salmaqla, tutalım, yaşlı nəslin nümayəndələrinin qeydiyyatını asanlaşdırmaq məqsədi güddüklərinə loyal yanaşsaq belə, köhnə adların rəsmi adlardan sonra, məsələn, mörtərizədə verilməsi yeganə düzgün variant deyilmi?
Özünü Azərbaycanlı adlandıraraq bu cür “məhsullarla” elektron məkanı dolduranların kafası ermənilərlə ideoloji mübarizədə kimin xeyrinə işləyir?

Baxımsız müstəqilliyimiz

Cavidan
ryabina06@list.ru

Vaxtilə M.S.Qorbaçov biz də daxil olmaqla böyük Sovet imperiyasının hər bir vətəndaşına dönə-dönə deyəndə ki, a bala, ay atam-anam sənə qurban, bu yenidənqurma var haa... onu hər kəs özündən başlamalıdır... biz gözlərimizi döyə-döyə qalıb baxır, sonra ümumi komanda altında əl çalıb alqışlayırdıq... And içə bilərəm ki, heç birimiz heç bir şey anlamadıq bu sözlərdən. Hər kəs özündən başlamalıydı... Amma Sovet ölkəsində hər kəsin özü mövcud idimi? “Bir nəfər hamı üçün idi, hamı da bir nəfər üçün”. Daha bir nəfər özü üçün yox...
Və indi, üstündən illər uzunu qarlar yağıb izlər itəndən sonra mən bir həqiqəti tam dəqiqliyi ilə anlamışam... SSRI-nin parçalanıb hər bir respublikanın “müstəqillik əldə etməsi”ndə əsas rolu nə milli oyanış, nə mütilik yuxusundan ayılma, nə də ümumi diktator-böyük qardaşa qəzəb hissi oynamadı... Bütün bunlara səbəb yalnız və yalnız Qorbaçovun o məşum və məsum cümləsi olmuşdu... “Hər kəs yenidənqurmanı özündən başlamalıdır”.
Sizə tarixi hadisələri nəql etmək fikrim yoxdur. Bu 3-4 min işarəlik köşəmi yazmağa səbəb isə sadəcə yaxın rəfiqəmin 41 yaşlı həyat yoldaşının Moskvadan gətirilib doğma və müstəqil, rusdan azad olan torpağa tapşırılması oldu... Və rəfiqəmin boynumu qucaqlayaraq hıçqırıqlar içində boğulmasına dözə-dözə ağlıma bircə bu gəldi ki, biz... hələ də Rus Imperiyasının əsarəti altındayıq əslində... əhalimizin çox böyük bir hissəsini yaşadan da Rusiyadır, öldürən də... yəni, bir növ taleyimiz bu böyük qardaşın əlindədir...
Yadımdadır, ötən əsrin 93-94-cü illərində Qarabağ uğrunda qızğın döyüşlər gedirdi. Azdan-çoxdan maddi imkanı olanlar oğlanlarını döyüşdən yayındıraraq Rusiya şəhərlərinə ötürdülər. Onlar heç də bu Vətəni hər hansı bir “Vətən, sənə canım qurban” deyənlərdən, möhtəşəm tədbirlərdə əlini sinəsinə qoyub dövlət himnini zümzümə edənlərdən az sevmirdilər. Sadəcə ölkədəki siyasi və iqtisadi durum o qədər qeyri-sabit idi ki, sadə insanlar artıq heç bir vədə, heç bir boğazdan yuxarı pafoslu çıxışa inanmır, ciyərparasını bu Vətəndən mümkün qədər uzağa yollamaq, erməninin, ya da o zaman dəb olan özümüzünkülərin arxadan atacağı gülləsindən qorumaq istəyirdilər. Indi o ciyərparaların heç birisi sağ deyil. Onların hamısı Rusiya şəhərlərində gülləyə, bıçağa, daha nələrəsə tuş gəlib çoxdan Vətənə qayıdıblar - mismarlanmış və möhürlənmiş tabutlarda... Əyalətlərimizdə elə kəndlər var ki, onun qəbristanlığında Qarabağ müharibəsində şəhid olmuşların qəbri yoxdur. Amma elə bir kənd tapılmaz ki, onun qəbristanlığında Rusiyada öldürülmüşlərin məzarları olmasın. Hələ ki onlarladır bu məzarlar, bir azdan yüzlərlə də ola bilər. Bu da bir müharibədir. Soyuqqanlı, sakit, davamlı...
Biz kişilərimizi itiririk - çörək qıtlığında... Biz qadınlarımızı itiririk - kişi qıtlığında...
Bu gün təkcə Moskva şəhərində 900 mindən artıq azərbaycanlı emiqrant var. Bu o deməkdir ki, bu gün Azərbaycanda 900 mindən artıq ailə gözlərini uzun-uzun yollara dikib rus pulu gözləyir ki, onunla qiyməti gündən-günə artan Vətən çörəyi ala bilsin.
Bu gün Moskvada hər dördüncü nikah azərbaycanlı kişisiylə qurulur. Bu isə o deməkdir ki, bu gün Azərbaycanda hər dördüncü qadının ləyaqətinə tüpürülür...
Biz bunumu istəyirdik? Dirçəldiyimiz, qurtulduğumuz, yüksəldiyimiz və s. yoğrulduğumuz günlər çox oldu. Bir günümüz də var - Müstəqillik günü. Türklər buna Bağımsızlıq günü deyirlər. Onlara həsəd aparıram. Çalıb-oynamaqlarında da, seçki və s. dövlət quruculuğu işlərində də, hərbi xidmətlərində də bizdən qat-qat səmimidirlər. Əgər sıradan bir türk gənci öz bayrağını öpüb gözlərinin üstünə qoyursa, inanın, baxışlarının aydınlığında, ürəyinin çırpıntılarında o, tam səmimi bir etirafını edir. Amma əgər orta statistik bir azərbaycanlı gənci öz bayrağını öpüb gözləri üstə qoyursa, inanın, onu AzTV-nin kameraları çəkir...
Bu məmləkətdə hər kəs müstəqilliyi özündən başlamalıydı əslində...
Bizsə... hələ ki, baxımsızıq, müstəqil yox...
Çünki hər birimizin 20%-i işğal altındadır. Hətta dünyaya gələn körpələrimizin də, dünyadan gedən qocalarımızın da 20%-i bizim deyil...

Çatdakı qız









Səsimizə səs verin!

Asif Həsənli 
"Region Səs" qəzetinin baş redaktoru
 
Haqqınızı tələb edən olun!

Möcüzə nazirliyi insanlardan möcüzənin möcudluğunu gizlətmək üçün yaradılıb. 
   Harri Poterin kitabından 


 Bir çox halda redaksiyamıza məmləkətimizin müxtəlif əyalətlərində yaşayan insanlar zəng edib bildirirlər ki, bəs onları bələdiyyə sədrləri, su idarələrinin rəisləri və icra strukturlarında işləyən müxtəlif vəzifə sahibləri adi bir arayışa görə get-gələ salır, həftələrlə, aylarla onları süründürürlər. Doğrusu, bu cür məlumatlarda qeyri-adi elə bir şey yoxdur. Sel demişkən, hara gedirsən, əlini uzadırsan qolundan yapışırlar. Əgər desəydilər ki, filan idarəyə getdim, işim o dəqiqə düzəldi, bax onda təəccüblü nəsə olardı. Çünki bizim məmləkətimizdə elə bir ab-hava yaranıb ki, hər hansı məmurun yanına gedəndə və adi arayış alanda sənə olmazın əzab verilməsi adi haldır. 
 Bu cür haqsızlıqlarla istənilən rayonda, kənddə və qəsəbədə üzləşmək mümkündür. Çünki hər hansı məmur yanına gələn adamın işini düzəltmək haqqında yox, ondan nəsə qopartmaq barədə düşünür. Düşünür ki, görəsən bu adam mənim dediyim pulu verəcək, ya yox? Günümüz-güzəranımız belə qurulub ki, bir yerə işin düşəndə səni təkcə incitməklə əldən salmırlar. Adamı məmur qapılarına elə günə qoyurlar ki, yarandığına da peşman olursan.
 Belə çıxır ki, bizim millət heç 19-20-ci əsrdə olduğu kimi, indi də dəyişməyib. Dəyişməyən təkcə isti kabinetlərdə oturub kef eləyən müdirlər deyil. Dəyişməyən həm də öz haqqını tələb edə bilməyən və bəzən çox şeyə tənbəllik edən insanlarımızdır. Çünki o insanlar 19-cu əsrdə də, 20-ci əsrdə də bürokrat müdirlər tərəfindən incidiliblər. Ona görə yox ki, vəzifə sahiblərinin əlində külli-ixtiyar var, həm də biz azərbaycanlılar bir çox hallarda hər şeylə barışıb, mübarizə aparmaqdan və haqqımızı tələb etməkdən utanırıq, daha doğrusu usanırıq. Amma başqa millətlər, rus, gürcü, alman və ya ingilis, bu sahədə bizdən daha fərasətlidir. Məsələn, heç vaxt Almaniyada müdir vətəndaşa deyə bilməz ki, sənə bu gün arayışı vermirəm, get on gündən sonra gəl. Həmin alman haqqını tələb edəcək və öz istəiyinə çatacaq. Bizi isə bir balaca incidən və süründürən kimi o dəqiqə fikirləşirik ki, gedib pul tapıb gətirək, işimiz düzəlsin. Yoxsa bu müdir müəllim belə getsə, başımızda turp əkəcək, bizə olmazın əziyyətini verəcək. Acizliyimizi görən bürokrat vəzifə sahibləri bizi daha da süründürür, lazım gələndə pulumuzu əlimizdən alır və haqqımızı tapdalayır. Biz isə sakitcə hər şeyə dözürük.
 Görəsən bizi niyə incidirlər? Üzüyumşaq olduğumuza görə, yoxsa hüquqlarımızı bilmədiyimizə görə? Bizə elə gəlir ki, elə hər ikisinə görə. Nə vaxta qədər ki, haqqımızı və hüququmuzu tələb eləyə bilməyəcəyik, o vaxta qədər də isti kabinetdə və rahat kresloda oturan bir çox vəzifə sahibləri başımıza olmazın müsibətlər gətirəcəklər. Bu müdirlərin bir çoxu heç tərcümeyi-halını yaza bilmədikləri halda, qapının o tərəfində adi fəhlədən tutmuş müəllimədək gözlətməkdən sanki zövq alırlar. Bizcə, bu süründürməçi məmurlardan dövlətin və millətin canı xilas olmalıdır. Çünki onların bu cür iyrənc işi əksər halda xalqı da dövlətdən narazı salır.  

                                                      Şəkildə: "Region Səs" qəzetinin redaksiya heyəti 

Coca-colanın nə məna verdiyini bilirsinizmi?

 Kapitalizmin və Amerikan imperializminin simvolu olan Coca-Colanın nə mənanı verdiyini düşündünüzmü heç? Bəlkə çoxlarınız bilirsiz və görmüsüz bu şəkilləri, amma bilməyənlərdə oxusun və agah olsun!
Və budur bunun cavabı:


Rədd olsun Məhəmməd! Rədd olsun Məkkə!  
 
   
 Coca-Cola rəhbəri yəhudi əsilli, gəlirinin bəzən bir qisimini, bəzən də hamısını İsrailə verərək, Fələstindəki vəhşiliyin və insanlığa yad soyqırımın ortaqlarından biri olan şirkətidir. Təəssüf hissi ilə bildiririk ki, o şirkətin ayaqda dayanmasını təmin edən yenə biz müsəlmanlarıq. Yəni içdiyimiz hər şüşə cola ilə Fələstindəki körpələrə bir güllə də atmış oluruq.
 Coca Cola yazısını güzgüdə əks etdirməli olaraq tərs çevirdiyinizdə ərəbcə bir yazı əmələ gələcək. Və bu hərflərdə “La Məhəmməd La Mekka” yazısı ortaya çıxır. “La” ərəbcədə mənfilik əlavəsidir. Yəni bu cümlə o zaman: “Məhəmmədi və Məkkəni ortadan qaldırmaq” mənasını daşımaqdadır. İnanmaq çətindir, amma nə qədər cahil olduğumuzu öz gözlərimizlə görməyə nə deyərsiniz?
 Bu yazını tutuşdurub siz də seyr edin: “La Məhəmməd La Mekka”- yəni, rədd olsun Məhəmməd və rədd olsun Məkkə! 

 CNN-də etdiyi şərh ilə Amerikanın ən çox vergi ödəyən firması Coca-colanın sahibi iyul ayının bütün gəlirini və bundan sonrakı ayların qazanc paylarını İsrail donanmasına verdiyini açıqladı.
 Ağlına heç bir şey gətirməyərək Coca-Cola içən müsəlmanlar, diqqətli olun! Hər dəfə Mak-Donaldsa girərkən, CafeFour marketlərindən alver edərkən, hər Nestle şokoladı yeyərkən, Neskafe içərkən, Ariel yuyucusundan istifadə edərkən, Coca-cola kimi zəhərə pul verərkən Amerika və İsrailin İraqda, Əfqanıstanda, Fələstində girişdiyi bütün terror hərəkətlərini dəstəklədiyinizi, dünyanın hər yerində günahsızlara maliyyə yardımçısı olduğunuzu unutmayın! 

İrəli, türk oğlu!

Mir Bağır           «Filfak» Müstəqil Araşdırmalar Mərkəzi


 Son vaxtlar Türkiyədə baş verən hadisələr bütün dünya türklərini narahat etməkdədir. Cühudların qardaş ölkəyə təpkiləri narahatlıq doğurur. Heç də təsadüfi deyil ki, Sovet İttifaqı dağılandan sonra 5 türk dövləti məhz Türkiyəni özünə arxa-dayaq bildilər. «Bir millət iki dövlət» ifadəsi əbəsdən yaranmayıb.
 Türkiyə dövlət olaraq həmişə Azərbaycanın dərdlərinə şərik olmuş, onun acısına acımış, sevincinə sevinmişdir. Hələ 1918-ci ildə , Şərqdə ilk demokratik respublikanın Azərbaycanda yaranmasından sonra, bir çox xain qonşular bundan narahat idilər və torpaqlarımıza qarşı böyük təhlükələr mövcud idi. Qarabağ, eləcə də Bakı erməni daşnaklarının əlinə keçmişdi. Yalnız qardaş Türkiyənin müdaxiləsindən sonra onlar torpaqlarımızdan qovuldu və 23 ay öz müstəqilliyimizi qoruya bildik. Bu qardaşlıq münasibəti bu gün davam edir və elə bu səbəbdən Türkiyədə baş verən hadisələr bizi narahat etməyə bilməz.
 Bildiyimiz kimi, Türkiyənin son illər böyük sıçrayışla inkişafı kimlərisə narahat etməyə başlayıb. Bir tərəfdən silahlı PKK dəstələrini, bir tərəfdən də məkrli düşmən olan ermənləri Türkiyənin üstünə qaldırmaqla onun Avropa Birliyinə gedən yoluna əngəllər yaradılır. Bütün vastələrlə çalışırlar ki, Türkyənin başı özünə qarışsın. Və müəyyən dərəcədə də buna nal olurlar. Ona gör də Türkiyədə bir-birinin ardıncxa baş verən partlayışlar, terror hadisələri, İraqla sərhəddə PKK silahlı dəstələrinin fəallaşması düşünülmüş şəkildə, böyük güclər tərəfindən idarə olunan prosesdir.
 Böyük alman filosofu Nitsşe yazırdı: «Türk xalqı hər əsrdə dünyaya qeyri-adi övladlar verən, öz içindən yenilənməyi bacaran ən böyük fövqəlbəşər bir toplumdur». Tarixdə Osmanlı imperatorluğu elə bir iz qoyub ki, bu, hələ neçə əsrlərə örnək olacaq. Ona görə də fransıqz tarixçisi və filosofu Fernander yazırdı: « Təbii bir proses kimi Osmanlı iperatorluğu böyüdü, ağac tək qol-budaq atdı və yox olub getdi. Ancaq özündən sonra çox şeylər qoydu». Bəli, bu bir faktdır ki, Osmanlı imperiyası özündən sonra doğrudan da çox şeylər qoydu və gələcək nəsillərə göstərdi ki, türk ruhu və türkçülüklə silahlanan türk öz sözünü deyir.
 Ancaq türkün düşmənləri, görünür çox unutqandırlar. Osmanlı imperiyası süquta uğrayandan sonra Türkiyənin sinəsinə hər tərəfdən caynaqlar uzandı. Türkiyə özünün 20-ci əsrin əvvəllərində ağır dönəmini yaşamağa başladı. Aprtıq düşənlərin Türkiyənin gözü olan İstanbula sahb olaq sevdaları baş tutaq üzrə idi. İstanbulu həzm-rabedən keçirmək iştahası ingilisi, rusu, yunanı, fransızı, ermənini gecə-gündüz narahat edirdi. Belə bir ağır məqamda alman filosofu Nitsşenin dediyi kimi öz içindən yenilən türkdə Mustafa Kamala Atatürk meydana çıxdı. Məhz Atatürk türklərin ruhunu və türkçülüyü özlərinə xatırlatmaqla bütün düşmənlərn məkrli planlarını pozdu. Hamısı layiqli cavablarını aldı və bütün dünyaya sübut olundu ki, türk milləti heç vaxt yenilməz. Atatürk gələcək nəsillərə belə bir vəsyyət etdi: «Ey türk xalqı, ey türk gəncliyi, başınızın üstünə keçirəcəyin adamların damarlardakı qanının kimin və nədən ibarət odlduğunu əsla unutmayın».
 Hamıya məlumdur ki, 1915-ci ildə düşmənlərlə ağır döyüşlər getdiyi bir vaxtda ermənilər arxadan türklərə ağır zərbələr vurmuşlar. Hətta türk ordusunda qulluq edən ermənilər belə hərbi andı pozparaq ruslar tərəfə keçmiş və Türkiyə ordusu ilə vuruşmuşlar. Belə bir məqada Türkiyə nə etməli idi? Xəyanətkarı və satqını bağışlamalı idimi? Təbii ki, yox. Ancaq Türkiyənin və türklərin humanistliyi sayəsində ermənilər ölüm cəzasından qurtuldular. Təkcə Türkiyədən deportasiya olunmaqla cəzalandırıldılar. Ancaq Türkiyənin humanstliyi bundan sonra da davam etdi. Ermənilərə göndərildikləri yerdə ev-eşik qurub-yaratmaq üçün böyük kopensasiyalar verildi. Yollarda qaçaq-quldurların hücumu nəticəsində öldürülən ermənlərə görə Türkiyə dövləti onları müşayət edən və yaxşı qoruya bilmədikləri üçün neçə-neçə türk zabitlərini ölümə məhkum edib. Dünyanın heç bir yerində soyqırıma məruz qalmış xalqa görə soyqırım edən öz nsanlarını cəzalandırmır. Ancaq Türkiyə bunu edib. Ona görə ki, o heç bir xalqa qarşı soyqırım törətməyib və insan haqlarına hörmət əlaməti olaraq, işiniin öhdəsindən gələ bilməyənləri qanun qarşısına çıxarıb.
 
Dövlətçilik təcrübəsi olan Türkiyə kimi böyük bir dövlət üçün PKK-nın və erməni iddialarının qarşısını almaq elə bir problem deyil. Sadəcə yetər ki buna istək və ağıllı siyasət yerdən olsun. Çox təəssüf ki, biz bunu görə bilmirik. Görmək istəyirik ki, Türkiyə Avropada və dünyada söz sahibi olsun. Görmək istəyirik ki, vaxtilə bütün dünyanın az qala yarısını ayaqlayan türk əsgərlərinin çəkmələrinin səsi yenə də Avropada eşidilsin. Görmək istəyirik ki, türk ruhu və türkçülük bütün türk aləmini bürüsün və bizim kimi kiçik türk dövlətlərinin arxalandığı böyük bir dövlət olsun. Onda bizim ölkəmizə diş qıcayan kürd quldurlarına da dərs olar. Bəli, görmək istəyirik ki, böyük sərkərdə Atatürkün dediyi kimi, biz türklərin başında duranların damarları təmiz olsun. Vaxtilə dar bir mağaradan xilas edərək, işıqlı dünyaya türkləri yetirən bozqurdlar, inanırıq ki, yenə də bu dar məqamda türkün harayına yetəcəklər.
 Made in Turkey!

Mossadın tarixinə qısa baxış

Tural Əliyev                                                                                       
tural@islam-azeri.az 

 Sionist İsrailin dünya üzrə cinayət şəbəkəsi Mossad

 Mossad: dünyanın ən gizli fəaliyyət göstərən kəşfiyyat idarələrindən biridir. Mossad ABŞ-ın kəşfiyyat idarəsi CİA (Amerika Mərkəzi Kəşfiyyat İdarəsi) ilə birlikdə gizli cinayətlərdə, sui-qəsdlərdə əli olan kəşfiyyat idarəsidir.
 Mossadın qurulmasından əvvəl İsrail rejiminin kəşfiyyat idarəsi SHAİ adlı orqan tərəfindən təmin olunurdu.
 Mossadın qurulması ilə sionist rejimin zülmkar və cinayətkar kəşfiyyat idarəsi quruldu. Bu cinayətkar qurum bir çox ölkədə mafiyanı, terror təşkilatlarını və əks-partizançıları təşkilatlandırıb və himayə edib.
 Mossaddan əvvəl onun işini görən SHAİ adlı təşkilatı haqda. SHAİ, Şerut Yediot sözünün baş hərflərindən təşkil olunan qısaldılmış sözdür. İbri dilində kəşfiyyat xidməti mənasını verir. SHAİ təşkilatının sonuncu prezidenti Isser Beeri olmuşdur.
 İsser Beeri SHAİ üzvləri ilə təşkil etdiyi son konfransında, Ben Gurionun (Ben Gurion birinci dünya müharibəsi zamanı sürgünə göndərilmişdi. İkinci dünya müharibəsindən əvvəl Fələstinə qayıdaraq sionist rejimin qurulmasında böyük yer tutmuşdu. Mossadın da qurulmasında böyük rolu var. 1886-cı ildə Polşada dünyaya gəlmiş, 1973-cü ildə sionist İsraildə ölmüşdür) istədiklərini açıqlayır. Açıqlamada, SHAİ-nin dağıdılması və onun üzvlərinin yeni qurulacaq kəşfiyyat orqanında yeni vəzifələrə təyin olunması bildirilmişdi.
 Bu sadəcə SHAİ-nin yenidən adlandırılması deyildi. Bununla birlikdə sionistlərin işğal etdikləri Fələstin ərazisində dörd ədəd yeraltı kəşfiyyat idarəsi mövcud oldu.
 Mossad 1 Aprel 1951-ci ildə qurulmuşdur. Yəhudi dilində “Ha-Mossad Le-modiin Ule-tafkidim meyuhadim” sözləri ilə birlikdə qeyd olunmuş, gizli mövzular və kəşfiyyat mənasını verir.
 Mossadın ilk rəhbəri bir xaxam oğlu olan Reuven Şiloah olmuşdur. Şiloahun rəhbərlik müddətinin az olmasına baxmayaraq Mossadın əsas qanunlarını quran şəxs olmuşdur.
  Şiloah, II Dünya Müharibəsindən sonra Sionist liderlərə yazdığı gizli hesabatda xarici kəşfiyyatlarla əlaqəyə keçəcəklərini, CIA ilə əməkdaşlıq edəcəyini bildirilmişdi.
 1951-ci ildə İsrailin gələcəyini zəmanət altına almaq üçün qurulan Mossad zülmdə,cinayətdə, cəsusluqda, terrorizmi maliyyələşdirməkdə, himayə etməkdə və sui-qəsd planları həyata keçirməkdə dünyada birinci yer tutmuşdur.
 30 İyun 1954-cü ildə Mossada daxil AMAN-ın gizli qolu olan “Unit 131” Misirdə bir əməliyyat təşkil edir. Təşkil olunan təxribatyönlü əməliyyatın şərti adı “Operation Susannah” olur. Bu iş üçün Almaniya yəhudisi Avraham Seidenverg seçilir və o, Kibbutzda Avri Al-Ad adını alır. Daha sonra Misirə Paul Frank adında zəngin bir alman iş adamı kimi gedir. Hədəfi Misir ordusu deyil, İngilis və Amerika institutları, teatrlar və məktəblərdir. Məqsəd isə Vaşinqton və Londonun Misir əleyhinə bir siyasət yürütməsidir.
 “Toplama” şöbəsinin işi, sərhəd bölgələrə cəsus göndərmək, radio kanallarını ələ keçirmək, ümumiyyətlə ölkələrdəki telefon danışıqlarını dinləməkdən ibarətdir.
 Yəhudiləri Fələstin torpaqlarına köç etdirmə vəzifəsini boynuna götürmüş olan “Aliyah Beth”, dünyanın bir çox yerində təşkil etdiyi təxribatlarla saxta şəkildə yəhudilərə qarşı təzyiq etmişdi.
 "Aliyah Beth”, “Sehrli Xalça Əməliyyatı” (“Operation Magic Carpet”) adı altında əməliyyat təşkil etmişdi. Bu əməliyyatda “Near East Air Transport Corporation” adlı, Sionist İsraillə gizli əlaqələri olan bir şirkətdən istifadə edilib. 1948 və 1949-cu illərdə bu şirkət Yəmənli (əsasən Ədənli) 50 min yəhudini gizli şəkildə işğal olunmuş Fələstin torpaqlarına göndərib."
 İraqda 1950-ci ilin Mart ayında, Milli Məclisdə çıxan qanunla, istəyən bütün İraqlı yəhudilərin İraqı tərk edib İsrailə gedə biləcəyi açıqlandı. Lakin köç etmək istəyənlər üçün bir şərt qoyuldu ki, bu da İraq vətəndaşlığından imtina etmək idi. Gözlənilməyən qərarın arxasında, İraqın Baş naziri Tofiq Əl-Savidi dururdu. Əl-Savidi Mossad agentləri tərəfindən verilən rüşvətlə bu qərarı qəbul etmişdi. Tofiq əl-Savidi eyni zamanda “İraq Tur” adlı turizm şirkətinin başçısı idi və bu şirkət “Near East Air Transport Corporation”-un bir hissəsi idi.
 Daha sonra İraqın Baş nazir olan Nuri Əs-Səid də İsrailli agentlər tərəfindən idarə olunmuşdu.
 Təşkil edilən əməliyyatlara Ben-Porat adlı “Aliyah Beth” işçisi nəzarət edir. 150 mindən çox Yəhudi İraqdan Fələstinə aparılır. Ben-Porat İraq kəşfiyyatı tərəfindən həbs olunur. Daha sonra Mossad agentləri tərəfindən Israilə qaçırılır.
Yehudah Tajar da, Ben-Poratla işləyən və həbs olunan agentlərdən biridir. Tajar, İraq kəşfiyyatı tərəfindən həbs olunur və ömürlük həbsə məhkum edilir. İraq kəşfiyyat xidmətinin başına Polkovnik Əbdül Kərim Qasim keçincə Mossadla rüşvət yolu ilə razılığa gəlir və həbs olunanları azadlığa buraxır.
 İsrailli agentlərin mühakimə olunması zamanı məlum olmuşdu ki, Bağdaddakı “Masouda Şemtou” sinaqoqunun yəhudilərin duada olduqları zaman bombalanmasında İsrail cəsuslarının bir-başa əli olub. Buna səbəb isə İraq yəhudilərinin Fələstinə köçməsini əsaslandırmaq idi.
 Dünyanın bir çox yerində sinaqoqları partladan Mossad, bu günə qədərdə bu cür işləri görür. İndi də müxtəlif məqsədlərlə məscidlərin sökülməsini sifariş verir.
 İsrail rejimi “Aliyah Beth”-ə etdiyi işlərdən dolayı təşəkkür etmişdi. “Aliyah Beth” yaranmasının ilk 4 ilində Fələstində yəhudilərin sayını 2 qat artırmışdı.
"Aliyah Beth” agentləri xarici dövlətlərin idarəçiləri ilə əlaqəyə keçirdi. Buna nümunə İraqın Baş naziri Tofiq Əl-Savidi, Nuri Əs-Səid, Kanada, Avstraliya, Niderland, Polşa və Macar hakimiyyətində yüksək rütbəli bir neçə şəxs, Misir prezidenti, İran Şahı, İordaniya kralı, son zamanlarda isə Nikola Sarkozi, Angela Merkel, Qorden Braun kimilərini misal gətirmək olar.
 Bundan başqa Sudan, Somali və Afrikanın bir çox ölkəsində qəbilələr arasında qurtarmayan davaların arxasında İsrail kəşfiyyatı – “Mossad” və Amerika Mərkəzi Kəşfiyyat İdarəsi- “CİA”-nın durduğu məlumdur.
 Sionistlərə boyun əyməyən Generallar, ziyalılar, araşdırmaçılar Mossad tərəfindən hazırlanmış sui-qəsdə qurban gedib.
 Lakin bu cür böyük miqyaslı kəşfiyyat idarəsi olan Mossad, Livan Hizbullahı ilə Sionist İsrail arasında yaranan müharibə zamanı heç bir iş görə bilməmişdi.
Hizbullahın baş komandirlərindən olan hərbi koordinatoru İmad Muğniyyə (Hacı Rizvan) 25 ildən çox Mossad tərəfindən axtarılmış, ancaq bir nəticə əldə olunmamışdı. 25 ildən sonra Mossad cəsusları tərəfindən terror nəticəsində Şəhid edilmişdi.
 Buna başqa bir misal: İranın 2-ci nüvə elektrik enerji stansiyasından İsrailin özündən böyük saydığı kəşfiyyat İdarəsi Mossad xəbər tutmamasıdır.
 Azərbaycanın mobil 3 operatorundan biri olan Baksell şirkətinin baş direktoru İneke Botter Mossad cəsusudur. İneke Botter Livanda Telekommunikasiya Nazirliyində işləyib. Həmin dövrdə də Mossada cəsusluq edib. O Livanın bütün telefon danışıqlarını Mossada ötürüb. Livan kəşfiyyatı bundan xəbər tutduqdan sonra onun axtarışına başlayır. Həmin zaman cəsus İneke Better gecə vaxtı qayıqla Livandan qaçır. Onun evindən telefon danışıqlarını izləmək üçün Mossad tərəfindən hazırlanmış xüsusi avadanlıq tapılır. Livan qəzetinin yazdığı xəbərə görə isə Hizbullah komandiri İmad Muğniyyənin yerinin tapılmasında və şəhid edilməsində İneke Betterin də əli var. Livandan sonra İneke Betterin Azərbaycana gələrək Baksell şirkətinin baş direktoru seçilməsi Azərbaycanda olan telefon danışıqlarının dinlənməsi deməkdir.
Sionistlərin işbirliyi içində olduqları digər cinayətkar şəbəkəsi olan “Mason”-unda Mossad tərəfindən qorunduğu türkiyə mətbuatında keçən il yer almışdı.
 Qeyd: Məqalənin yazılmasında Wikipedianın Rus və Türk dillərində olan bölməsindən, Azərbaycan, Türk, Rus mətbuatından və “Every Spy a Prince” kitabından istifadə edilib.

Şair ki, ayda- ildə bir dəfə qoyun kimi qığladı, heç nə

Müsahibimiz “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadədir

- Ədəbiyyatla bağlı ilk uğurunuzun tarixi nə vaxta gedir?

- Bir az bunu demək çətindi. Nə bilim nə vaxt uğur qazanmışam? Onu blirəm ki, hər şeir yazanda məğlub oluram, bütün şeirlərimə məğlub olmuşam.
 
-Sizə ədəbiyyatda ən çox kim kömək eləyib?

-Atam, onun danışığı, hərəkəti mənə örnək olub. O Azərbaycan dilinin açılmamış qatlarını çox gözəl bilirdi. Anam da. Sonra da oğlum kömək eləyib: Kəramət Böyükçöl.

- 22 kitabınız var. Sizcə yaxşı şair kitablarını keyfiyyəti, yoxsa kəmiyyəti ilə öyünməlidir?

- Elə ikisi ilə də. Şair ki, ayda- ildə bir dəfə qoyun kimi qığladı, heç nə. Bəzən deyirlər ki, bir-iki kitabı çıxan yaxşı şairdi, çox kitabı çıxan yox. Səfeh fikirdi. Bu kimlər üçünsə bir vasitə ola bilər.

- Ən uğurlu hesab etdiyiniz kitabınız ?

-Bütün kitablarım uğursuzdu. Mən uğursuzluğu, ümidsizliyi sevirəm. Şair özünə yüz faiz ümidli olanda şeir ölür. Əsl sevgi də, şeir də ümidsizliyin, şübhənin varlığındadır.
 
- Qəşəm Nəcəfzadə doğurdandamı təhlükəli şairdir?

- Bunu tənqidçi Rüstəm Kamal deyib şeirlərimin müzakirəsində. Yəni Qəşəm özünə qarşı təhlükəlidir. Tarana gedir. Ürəyi necə istəyir, elə də yazır. Belə deyək, ağına-bozuna baxmadan. Yadında saxla, bu, həm də yaxşı bir şeydi. Hamı elə bilir mən son şeirlerimi yazıram, birdən ayrı xətt doğulur, ayrı nəfəs açılır, hamı yenə elə bilir ki, hə bu, daha sondu. Yenə ayrı bir xətt, ayri bir nəfəs. Mənim şeirim düz yol deyil, qarışıq, müxtəlif gedişli yoldu. Mən ən etibarsız adamam, su kimi dəyişkənəm, əbədiliyə nifrət edirəm. Etibarı, dostluğu subut etməkdən zəhləm gedir, zəhləm gedir yox e, lap canım çıxır. Kefim istəyən kimi yaşayıram. Lazım gəlir unuduram, lazım gəlir sevirəm.

- AYO-AYB qarşıdurması. Ədəbiyyatımızın aktual problemi. AYB idarə heyətinin üzvü olaraq, bu barədə siz nə düşünürsünüz?

- Bu qarşıdurma sözünü həmişə deyirlər, mənim gülməyim gəlir. Sanki, elə bil iki ölkə üz-üzə dayanıb, qoşunlar döyüş hazırlığına gətirilib. Burada heç bir qarşıdurma yoxdur. AYO-çular AYB-dən iş istəyirlər. İş də yoxdur. Onların çoxu gündüz AYB-ni tənqid etsələr də sonra dolayısı yolla üzr istəyirlər. Qəribədir ki, kim AYB-ni tənqid edirsə, AYO-çu hesab olunur. Belə deyil, bir az diqqətli olmaq gərəkdi. AYO –dan başqa AYB-ni tənqid edən qüvvələr var. Bu qüvvələr daha təhlükəlidir. onlar lazımı yerdən tapşırıq alırlar. AYO-nun işi gücü ondan ibarət olub ki, Rəsul Rza niyə Leninə poema yazıb. Və yaxud birinin ayağına daş deyəndə hesab eləyiblər ki, o daşı yola Anar qoyub. Mübarizə əsasən belə şeylərdən ibarət olub. AYO-da istedadlı adamlar var, Rasim yaxşı şair ola bilərdi, amma içindəki kin-kudurət qoymadi. İndi o şeir yazmır, qığlayır, plastindən müxtəlif füqurlar düzəldir. Bəziləri isə dilin bütün frazeoloji birləşmələrinə şeir yazdı və qurtardı. Amma Rafiq Tağının içində AYO təşkilatçılığı yoxdur. Yaradıcılıq təşkilatı var. Ona görə də o böyük yazıcıdır. Belə hesab edirəm ki, AYO-çuların çoxu onu sevmir, o xırda AYO-çu, və xırda AYB-çi kimi qalmadı, böyük qaldı. Onun ədəbi yaradıcılığını hər yerdə sevir və qiymətləndirirlər. İstəyir AYB-də olsun, istərsə də başqa tərəfdə. 
 
- Son vaxtlar Anarı daha çox tənqid edirlər.

- Bəli növbəti kampaniya başlayıb. Qarşıdan deputat seçkiləri gəlir. Bəziləri öz xislətini, həm də verilən tapşırığı yerinə yetirirlər. Bilirsən, Anar böyük yazıçıdır. Heç kəs Anarı kefi istəyən kimi görə bilməz. Məsələn, biri durub deyir ki, mən Anarı belə yox, belə görmək istəyirəm. Axı sən kimsən? Yazıçı əsəri ilə iş görür, mübarizə aparır, döyüşür, bəzi isə qolunu çırmalayıb düşür küçəyə. Nəzərə almaq lazımdır ki, Anar birincilərdəndi, əsəri, təfəkkürü ilə mübarizə aparanlardan. Qəbul etməlisən ki, Anar bu xüsusiyyətə malik yazıçıdır.. Yoxsa qışqır deynən ki, mən Anarı belə görmək istəyirəm, o niyə belə deyil, özü də bunu kimlər deyir, dünənki uşaqlar, Anarın nəvəsi yaşda olanlar. Anarın millət, xalq üçün gördüklərini unutmaq lazım deyil. Anar canlı tarixdi. Anarın “Dədə Qorqud”una qədər bu dastan unudulub sıradan çıxmışdı. Anar onu diriltdi, “Molla Nəsrəddin”i, Cəlil Məmmədqulizadəni, Ü. Hacıbəylini yenidən həyata, cəmiyyətə qaytardı. H. Cavidə yeni həyat verdi. “Qobustan” jurnalını yadiniza salın. Anar rus irticasına qarşı bu jurnalla mübarizə aparıb. Onun yeniliyi ilə yeni ədəbiyyat və incəsənət formalaşıb. Anar neçə-neçə insanları həbsxanadan çıxarılmasına zamin durub, kömək eləyib. ”Min beş yüz ilin oğuz şeiri” möhtəşəm antologiyasını tərtib eləyib. AYB kimi böyük bir yaradıcılıq təşkilatını ləğv etmək istəyənlərə qarşı mübarizə aparıb. Yadınıza salın, Əkrəm Əylisli “Yazıçı” nəşriyyatına diroktor olan kimi oranı bağlatdırdı, açarı da qoydu cibinə getdi AYB-ni bağlatdırmağa, bacara bilmədi. Indi fikir verin, Anar yaşadır, qurur, o biri bağlatdırır, uçurur. Götürsək, Anar 20-ci yüzillikdə bir ordunun, bir epoxanın işini görüb. Bunu niyə demirlər?

- Qadın yazarlardan kimləri oxuyusunuz?

- Niyə məhz qadınlar?

- Qadın olduğum üçün soruşuram

- Mahirə Abdulla, Firuzə Məmmədli, Nisəbəyim, Narıngül, Məlahət Yusifqızı, Sevinc Pərvanə, Sevinc Çılğın, Kəmalə Nəsrin, Reyhan Kənan, Şəfəq Sahibli, Nuranə Nur, Fərqanə, Mənsurə, Feyziyyə, Cavidan, Rəbiqə Nazimqızı və gənc yazarlardan bir neçə nəfərin şeirlərini həmişə oxuyuram. Mahira Abdulla böyük şairdir. Onun yaradıcılığı hələ öyrənilməyib. Yəni o, olduğu qədər oxucu kütləsinə tanış deyil.

-Tənqidə münasibətiniz? 

- Hansı tənqid? Mən tənqid görmürəm. Nə Vaqif Yusiflinin “Yaz gəlişi” təsvirindən, nə də Tehranın elədiyi təzə icadlarından xoşum gəlir. Maraqlı şair və tənqidçi Balayar Sadiqin son vaxtlar gözəl ədəbi təhlillərini oxumuşam.

-”Xocalı mövsümü Fevral” şeiriniz həqiqətən böyük reaksiya döğurmuşdu. Orada bir uşaq obrazı var idi…

-Xocalı faciəsi ilə bağl silsilə şeirlərim var, onlardan biri də “Xocalı mövsümü fevral” şeiridir. Adından göründüyü kimi bu Xocalı faciəsinə son 10 ildə tam fərqli baxış idi. Ümümiyyətlə, mən həmişə həyatın, hadisələrin görünməyən tərəflərini yazıram, bu şeirdə də belədi. Mənə elə gəlir ki, həmişə fevral ayı üşüyür. Fevral ayı daha lentlərdə qalıb, Xocalı faciəsinin faciəsi burasındadı ki, bu lentlər də adiləşib. Hər il Xocalı faciəsinin ad günündə ( məhz ad günündə) meyidlərin təpə döşündə mənzərəsi televiziya ilə göstəriləndə bir uşaq meyidi və ondan 1 addım kənara düşmüş potu (rezin ayaqqabı) ekranda çox geniş planda göstərilir və bu da həmişə məni həyacanlandırıb. Potu kənd uşaqları ücün həyatdı, suya, palcığa girmək ücün cöx əla imkandı. İndi o potu mənim ücün kənddi. Mən bilirəm o uşaq o potunu necə sevirdi. Qaldı ki, o uşaq obrazına və ümümi mənzərəyə, mənə elə gılir ki, uşaqlar həmişə böyükləri yamsılayırlar. Və o dəhşətli axşam, 26 fevral gecəsi uşaqlar xilas olmaq üçün böyükləri yamsılayıblar; böyüklər artıq güllələnib və uşaqlar elə bilirlər ki, boyüklər ölməyiblər, sadəcə mütəkkəyə dirsəklənən kimi təpələrə söykəniblər, ona görə də uşaqlar ata-analarına baxıb onlar da təpəyə dirsəkləniblər. Bir növ onları yamsılayıblar. Halbuki bu “Uşaq oyunu” ölümün ən dəhşətli mənzərəsidir. Söhbət əvvəldan- axıra Xocalı faciəsi ilə bağlı 26 fevral günü televiziya ilə gostərilən lentdən gedir və şeir aşağıdakı sonluqla bitir:

Fırlat qardaş
Onsuzda işin bu lenti fırlatmaqdı
Allah gələn iləcən sənə ömür versin
Çünki sən bilirsən bu lentin yerini…


- Sizcə müasir şeirimizdə nə çatmır?
 
-Müasir şeirimizdə hisslər çatmır, incəsənət çatmıt, fəlsəfə çatmır. Qurama şeylər çoxdur. İnsanın təbii hisləri azalıb. Unutmaq lazım deyil ki, poeziya hisslərin məhsuludur.

- Həyatda ən çox sevdiyin nədir? 
 
-Ən çox sevdiyim iş… Oğlanlarımla dənizdə çinmək, qəzet üstündə pendir-çörək yemek, pomidor olsa əladı, bir də uzun bir yolda maşın sürmək, məsələn 500 km, Tiflisə qədər.

Müsahibəni apardı: Fidan                                                             “Alma”