22.02.2011

Litparada haker hücumları

Son zamanlar profliqa.blogspot.com-a haker hücumları yenə artıb.

Texniklərin bildirdiyinə görə, dünən haker hücumları tez-tez müşahidə olunub.

Bu səbəbə görə, həm saytın admininə, həm də ki, saytın özünə giriş məhdud olub.

Texniki problemlərlə bağlı verdiyimiz narahatçılığa görə üzr istəyirik.

Düşünürük ki, bu gün bu problemlər yaşanmayacaqdır.


                                                       Hörmətlə: Professional Oxucu Liqası

İsgəndər Həmidovun yalanları

 "İsgəndər Rövşənin qorxusundan yalvardı ki, cinayət işi qaldırılmasın"

Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun bir neçə gün öncə keçirilən tədbirlərin birində prezident İlham Əliyevin ünvanına sərt tənqidi fikirlər bildirməsi ona qarşı hücumların başlanmasına səbəb olub. Deputat Qalib Salahzadə (Hacı Qalib) bəyanat yayaraq hüquq-mühafizə orqanlarından İsgəndər Həmidovun cəzalandırılmasını tələb edib. Dünən isə “Hürriyyət” qəzetində İsgəndər Həmidovun əleyhinə geniş məqalə dərc olunub.

“İsgəndər Həmidovu kim danışdırır?” adlı məqalədə İlham Əliyevin göstərişi ilə başlanan antikorrupsiya tədbirlərini istəməyən oliqarxların olduğu bildirilir. Qeyd olunur ki, həmin oliqarxlar vurulmaq növbəsinin onlara çatacağını bilirlər və ona görə də prosesə hər cür mane olmağa çalışırlar. Bu sırada konkret olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adı çəkilir. İsgəndər Həmidovun da qəfil gündəmə gəlib məlum kəskin çıxışı etməsinin də arxasında “fövqəlnazir”in dayandığı iddia olunur.
Məsələ ilə bağlı dünən İsgəndər Həmidovla əlaqə saxladıq. Sabiq nazir bildirdi ki, bəzi şəxslər özünün və qohumlarının problemlərinin həll edilməsi üçün yaranmış vəziyyətdən istifadə etməyə çalışırlar: “Mənim fikirlərim bəzilərinə İlham Əliyevə yarınmaq üçün fürsət verib. Guya prezidentin müdafiəsinə qalxıblar, əslində isə məqsədləri başqadır”.
“Hürriyyət” qəzetinin onu K.Heydərovla əlaqələndirməsinə isə İ.Həmidov ana söyüşü ilə cavab verdi: “Öz payına Kəmaləddin Heydərovla əlaqəsi olanın da, heç bir faktı olmaya-olmaya yalan məlumat yayanın da anasını... Mən diqtə ilə danışan adamam?! Mənə dünyada bir dənə qüvvə diqtə edə bilər. O da Kəlbəcər-vətənim, dədəmin qəbri olan yer. Qalan bütün dünya tökülə üstümə ki, filan sözü de, ürəyim istəmədiyi sözü ölsəm də demərəm. Kəmaləddin Heydərovu və ya hansısa məmuru mənim cüzi də olsa müdafiə etdiyimi görən və eşidən olub?! Ölkədə korrupsiyanın başında Kəmaləddin Heydərov, Ziya Məmmədov, Fazil Məmmədov dayanır. Onlar birbaşa prezidentə tabedirlər. Yığıb yuxarı verirlər. Mən korrupsiyaya, korrupsionerlərə qarşı mübarizənin iki əlli tərəfdarıyam. Kəmaləddin Heydərovla mənim dostluğumdan danışırlar, mən də burdan deyirəm, Kəmaləddin kişisən gətir 1-2 milyon ver xərcləyək də. Vallah, o cür iddiaları irəli sürənlərə acıyıram. Axı reallıq hissini nə qədər unudasan ki, İsgəndər Həmidovu hansısa məmurun diqtəsi ilə danışmaqda ittiham edəsən”.
Qeyd edək ki, Hacı Qalib Salahzadə ilə sabiq daxili işlər nazirinin arasında yaranan münaqişədə 1992-ci ildə Bakı şəhər prokuroru işləyən Çingiz Qənizadənin adı da keçir. Hacı Qalib 1992-ci ildə İsgəndər Həmidovun göstərişi ilə günahsız olaraq həbs olunduğunu bildirir. İ.Həmidov isə Hacı Qalibi Bakı şəhər prokuroru vəzifəsində çalışan Çingiz Qənizadənin həbs etdirdiyini deyir: “Hacı Qalibi mən yox, Çingiz Qənizadə tutdurub. Mən daxili işlər naziri olaraq kimisə tutdurmaq üçün sanksiya verə bilməzdim. O zaman birbaşa sanksiyaları prokurorluq verirdi. Hacı Qalib unutmasın ki, hələ də üstündə ölüm işi var. İndiki kimi yadımdadır, onlar öz kəndlərində çayxanada kimisə öldürmüşdülər. Daha sonra cinayətin üstünü ört-basdır etmək üçün işi başqasının üstünə atmışdılar. Hacı Qalib buna görə həbs olunmuşdu. Sonra hakimiyyət dəyişildi və Hacı Qalib azadlığa buraxıldı. Çingiz Qənizadə heç vaxt deyə bilməz ki, bu həbsə bilavasitə mən göstəriş vermişəm. Çünki DİN Prokurorluğa göstəriş verə bilməzdi”.
Deputat Çingiz Qənizadə isə dünən “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Hacı Qalibi onun tutdurması barədə deyilənlər həqiqəti əks etdirmir: “İsgəndər Həmidovun mənimlə bağlı dedikləri həqiqətə uyğun deyil. Bakı şəhər prokuroru daxili işlər nazirinə və ya nazirin müavininə kiminsə həbs üçün göstəriş verib əməliyyat qrupu yarada bilməz. Mən Bakı şəhər prokuroru işləyən zaman - 1992-ci ildə daxili işlər naziri İsgəndər Həmidov mənə zəng edib dedi ki, Bilgəhli Ramiz adlı şəxsi çayxanada qətlə yetiriblər, qətlin təşkilatçısı Hacı Qalibdir və onu həbs edib gətirtmişik Bakı Şəhər Baş Polis İdarəsinə. Mən və istintaqa baxan müavinim Hüseyn Əlixanovla getdik Bakı Şəhər Baş Polis İdarəsinə. Çünki İsgəndərin bu cür şou xarakterli, hay-küylü həbsləri olmuşdu. Bakı kəndlərindən "Malış" ləqəbli Hacı Tofiqi, İsgəndər Cavadov adlı akademiki, Göyçayski soyadlı polis əməkdaşını, “Cayil Tofiq”i əsassız yerə saxlamışdılar. Mən onları buraxdım. Hesab etdim ki, Hacı Qalibin də tutulması bu tipli həbslərdəndir. Şəhər polisinin rəisinin kabinetində indi Hacı Qalibin adlarını çəkdiyi adamlarla birlikdə Hacı Qaliblə söhbət etdik. Polis əməkdaşlarından biri orada Hacı Qalibə qarşı hörmətsiz hərəkətə cəhd elədi, ancaq qarşısı alındı. Həmin polis sonradan polis orqanlarından xaric olundu. İsgəndər Həmidovun dövründə xaric edildi. Amma onun başqa qanunsuz hərəkətləri də var idi. Onu İsgəndər xaric eləməmişdi. Hacı Qalib deyir ki, məhkəmənin qərarı olmadan, istintaq aparılmadan qanunsuz saxlanılıb. Bu da həqiqətə uyğun deyil. Kifayət qədər qanuna söykənən, prosessual qaydalar səviyyəsində istintaq getdi. Hacı Qalibin həmin ölüm işində təşkilatçılığı sübut edilmədi. Hacı Qalib düz deyir. Mən Bayıl həbsxanasına gedib onu dindirmişəm, hətta ona bir qutu siqaret aparmışam. Belə qənaətə gəlmişəm ki, həmin qətldə Hacı Qaliblik nəsə yoxdur. İsgəndər Həmidov bir şeyi də düz demir ki, Hacı Qalib hakimiyyət dəyişikliyindən sonra buraxılıb. Hacı Qalib azad olunanda hakimiyyət dəyişikliyi olmamışdı. İstintaq mənə məruzə etdi ki, onun cinayətdə əlinin olması sübuta yetmir. Belə olan halda mən onun azad olunması ilə bağlı göstəriş verdim və azad olundu".
Ç.Qənizadə qeyd etdi ki, Hacı Qalibi həbs etdirmiş olsaydı, bu gün çəkinmədən bunu bəyan edərdi: “Hacı Qalibi İsgəndər Həmidovun göstərişi ilə 50-yə yaxın əməliyyatçı evində həbs etmişdi. İsgəndər Həmidov deyir ki, Hacı yalan danışmamalıdır. Amma İsgəndərin özünün bütün həyatı yalan üstündə qurulub. Onu ən yaxından tanıyan insanlardan biriyəm. Mən onun o vaxtlar çox qanunsuz hərəkətlərinin qarşısını almağa cəhd eləmişəm və almışam. Baş prokuroru əvəz edən Mətləb Mütəllimovun Sumqayıtdan maşının baqajına salınıb gətirilməsi göstərişini vermişdi. Bir dəstə göndərmişdi. dövlət katibi, mənim dostum Pənah Hüseynovun belə təkidli tələblərinə əhəmiyyət verməmişdi. Gecə saat 2-də biabırçılığın qarşısını mən aldım. İsgəndər Həmidov daxili işlər naziri olsa da milisoner səviyyəsindən yuxarı qalxa bilmədi. Mənim Bakı şəhər prokuroru olmağıma İsgəndər mane olmaq istəyirdi. Əbülfəz Elçibəy məni evinə dəvət elədi və dedi ki, İsgəndər Həmidov nazir olan günün səhəri Mahir Cavadovun Bakı şəhər prokuroru təyin olunmasını tələb edir, onun qarşısına sən çıxa bilərsən. Mən bundan sonra həmin vəzifəyə təyin olundum. İndi İsgəndər elə bilir ki, Misirdə baş verənlər burda da baş verəcək və o müxalifətin lideri olacaq. Ancaq unudur ki, sosial bazası olmayan şəxs belə iddiada olmamalıdır. İsgəndər çox qəhrəmanlıqdan danışır. Əgər belə qəhrəman idisə, nazir olanda rəhmətlik Rövşən Cavadov onun kabinetinin qarşısında köməkçisini güllə ilə vurmuşdu və İsgəndərin kabinetini dağıtmışdı. Rövşən Cavadovun İsgəndər Həmidova nə elədiyini görməmişdik, amma gəlib kabinetin nə hala salındığını görmüşdüm. Mən buna görə cinayət işi qaldırmaq istədim. İsgəndər Rövşənin qorxusundan yalvardı ki, cinayət işi qaldırılmasın”.

 “Yeni Müsavat”

Berlin film festivalının qalibi yenə İran oldu

Berlin Film Festvalının mükafatları sahiblərini tapıb. Festivala son damğanı İran vurub.

İslam-Azeri.az İnternet Qəzetinin Türkiyə Mətbuatına istinadən verdiyi xəbərə görə, Aşkar Fərhadinin rejissoru olduğu “Nadir və Simin-bir ayrılıq” İran filmi Qızıl ayı mükafatının sahibi olub.

Berlin Film Festvalında Gümüş ayı mükafatını macar rejissoru Bela Tarrın çəkdiyi “Torino atı” filmi alarkən ən yaxşı rejissor mükafatı “Yatmış xəstəlik” filminin alman rejissoru Ulrix Kohlerə çatıb.

Festivala damğasını vuran, bütün müsabiqəçılər tərəfindən favorit olaraq göstərilən və gözlənildiyi kimi Qızıl ayı mükafatının sahibi olan İran filmi “Nadir və Simin-bir ayrılıq” filmində baş rolun ifaçıları – Leyla Hatəmi və Peyman Moadi də ən yaxşı kişi və qadın aktyorlar mükafatını əldə ediblər.

Ən yaxşı ssenari mükafatına “Qan bağışlayıcısı” adlı filmin ssenaristləri Coşa Marston və Andamion Murataj layiq görülüblər.

Misirin Baş Prokuroru Mübarəki şoka saldı

Devrilmiş diktator Hüsnü Mübarəkə zərbələr səngimək bilmir.

Mübarəkə ən böyük zərbə isə Misirin Baş Prokurorundan gəlib.

Bu barədə İslam-Azeri.az İnternet qəzeti "Yeni Akit"ə istinadən xəbərə verir.

Xəbərdə bildirilir ki, Baş Prokurorluq devrilmiş diktatorun özünün, övladları, arvadı və gəlinlərinin adına olan mal və pul hesablarının dondurulması üçün qərar verib.

Ölkənin malını talamaqda ittiham edilən Mübarəkin barəsində bu qərarın qüvvəyə minməsi üçün bütün ölkələrə sənəd göndərilib.

Şeyx Yusif Əl Qərdavi: "Qəddafini öldürün!"

"Əl Əzhər" şeyxi Qəddafiylə bağlı fətva kimi açıqlama verib.

Bu barədə İslam-Azeri.az İnternet qəzeti "Cihan"a istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Müsəlman Alimlər Birliyinin sədri "Əl Əzhər" şeyxi Yusif Əl Qərdavi "Əl Cəzirə" telekanalıyla canlı müsahibəsində Müəmmar Qəddafinin xalqın üstünə qırıcılardan bomba yağdırmasını sərt tənqid edib.

Qərdavi əsəbi halda Qəddafi barədə hətta telekanaldan fətva belə verib. O deyib: "Hətta İsrail belə öz xalqıyla belə davranmaz. Buradan Liviya ordusunun rəsmilərinə səslənirəm: "Siz o qansızın xalqa qarşı əmrlərinə tabe olmayın. Bu Allahın əmr etdiyi bir şey deyil. Əgər əlinizdən gəlirsə, onu qətlə yetirin. Edə bilirsinizsə, edin. Bu haqda fətva verirəm"

21.02.2011

ENERJİ İÇKİLƏRİ BARƏDƏ CİDDİ XƏBƏRDARLIQ EDİLDİ

Tərkibində yüksək səviyyədə kofenin və digər komponentləri ehtiva edən enerji içkiləri, uşaqlar və gənclərdə ciddi problemlər yaradır. Bu barədə artıq xəbərdarlıq edilib. 

FaktXeber.com-un "Pediatrics" jurnalına istinadən verdiyi məlumata görə, alimlərin xəbərdarlığı, enerji içkilərinin sağlamlığa ciddi təsiriylə əlaqədar elmi araşdırmalardan sonra edilib.

Mayami Universitetindən Steven Lipşultz və araşdırma qrupu, enerji içkiləriylə əlaqədar istehsalçıların internet saytlarında bu cür içkilərlə əlaqədar verdikləri məlumatları araşdırıblar.

Bu sistematik araşdırmanın nəticəsində, bu içkilərin xüsusilə uşaqların və gənclərin sağlamlığına ciddi ziyan vurduğu ortaya çıxıb. Enerji içkiləri sayıqlama, yuxusuzluğa, ürək problemlərinə, şəkər xəstəliyinə və ruhi xəstəliklərə yol açır.

Araşdırmada həmçinin qeyd edilib ki, bu növ içkilərin heç bir müalicəvi köməyi yoxdur. Enerji içkilərini istehsal edən şirkətlər isə bu içkilərin zehni və fiziki gücü artırdığını iddia edirlər.

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ

                 Rəsulzadə 127 il əvvəl Bakının Novxanı kəndində anadan olub

Faktxeber.com-un verdiyi məlumata görə, bu gün şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin banisi olmuş Məmməd Əmin Rəsulzadənin doğum günüdür. Görkəmli dövlət xadimi olan Məmməd Əmin Rəsulzadə 127 il əvvəl 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Qeyd edək ki, siyasətlə hələ gənc yaşlarından maraqlanan Məmməd Əmin Rəsulzadə ilk siyasi təşkilatı - “Müsəlman gənclik təşkilatını” 1902-ci ildə 18 yaşında qurub. 1917-ci ildə isə “Müsavat” partiyasının Bakıda keçirilən birinci qurultayında sədr seçilib. O Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biridir. Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində sovet qoşunlarının müdaxiləsi ilə süqut edir. Elə həmin il Rəsulzadə qırmızı ordunun əsgərləri tərəfindən Lahıc kəndində həbs olunur. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edib. 

İSTİQLALA APARAN MƏŞƏQƏTTLİ YOLLAR

1918-ci il, 28 may!

Çəkdiyin həqarətlərə bu gün son qoyulur, Vətən! Neçə illər həsrətində olduğun istiqlal işığı axıb çöllərinə yayılır.

Bu gün xalq və istibdad möhnətindən qurtarıb nurlu bir yola düşürsən. Elə bir yolun yolçusu olursan ki, istisini duymayan bəxtəvər günə çatmaz. İstiqlal məşəlini başın üzərində alovlandırmağa az qalır. Lap az qalır...

Həmin gün dörd müsəlman partiyanın iştirakı ilə Tiflis şəhərində fövqəladə iclas keçirilir. İclas bir məqsədlə çağırılıb: mövcud, mürəkkəb vəziyyəti nəzərə alıb Azərbaycanı idarə etmək. Azərbaycan Respublikasının yaradıldığını bildirmək.

Gizli səsvermə yolu ilə 22 səsçoxluğu qazanıb Məmməd Əmin Rəsulzadə Azərbaycan Milli Şurasının başçısı seçilir.

Bu vaxt onun 34 yaşı vardı...

Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (1884-1955) müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) yaradıcılarından biri, görkəmli ictimai-siyasi və dövlət xadimi, istedadlı alim, jurnalist və publisist olmuşdur.

M.Ə.Rəsulzadənin çoxcəhətli fəaliyyətini, zəngin ədəbi-siyasi irsini, elmi-nəzəri görüşlərini dərindən, obyektiv və sistematik şəkildə öyrənmədən Azərbaycan tarixinin XX əsrin birinci yarısı, xüsusilə də Rusiyada üç inqilab (1905-1907, 1917 fevral və oktyabr) dövrü və milli, müstəqil Azərbaycan dövlət quruluşunun yaradılması və fəaliyyəti dövrü tarixini tədqiq etmək, işıqlandırmaq mümkün olmaz.

Günəşin şəfəqləri buludların arasından süzülüb torpağı cana gətirir, onun soyuqdan, şaxtadan qoruyub qoynunda gizlətdiyi gül-çiçəyə boy verib böyüdürdü. Bəli, Novxanı kəndində xoş qədəmli bahar gəlirdi. Kəndin hörmətli adamlarından olan axund Hacı Molla Ələkbərin evində iki övlad böyüyürdü: oğlu Məhəmməd Əmin və qızı Şəhrəbanu. Adlı-sanlı axund ömür-gün yoldaşı Zal qızı Zinyətlə sakit həyat yaşayır, övladlarını böyüdürdülər. Oğluna yaxşı təhsil verib, bilik adamı etmək axundun ən böyük arzusu idi. Quranı mükəmməl oxuya bilən Məhəmməd Əminin dərin zəkası onun diqqətindən yayınmırdı.

Təzə əsr girəndə onun on altı yaşı vardı. Müəyyən təhsil alıb bilik qazanmışdı. Məşhur pedaqoq S.M.Qənizadənin müdir olduğu ikinci rus-müsəlman məktəbinə, bir müddət də Bakı texniki məktəbdə oxumuşdu. Lakin ən çox maraqlandığı siyasi mübarizə, xalqı qəflət yuxusundan oyadıb, düçar olduğu xəstəliyi anlatmaq istəyi idi. Bu işdə ilk fəaliyyət addımını təşkilat yaradıb müəyyən adamları dövrəsinə yığmaqda görürdü.

1902-ci ildə on səkkiz yaşlı Məhəmməd Əmin Rəsulzadə "Müsəlman Gənclik Təşkilatını" yaratdı. Bu bir əsrə yaxın müstəmləkə rejimi altında inildəyən xalqın ağrılarını sağaltmağa çalışan ilk siyasi təşkilat idi.

1903-cü ildə Məhəmməd Əminin fəaliyyət dairəsi xeyli genişlənir. Dostları ilə çoxlu mütailələr edir, inqilabi ruhlu yazılar yazır, mübarizə yolunda qətiyyətli olurdu. Başçılıq etdiyi Hümmət Təşkilatına sonradan yolları başqalaşan N.Nərimanov, M.Əzizbəyov və qeyriləri daxil idi. Təşkilatın "Hümmət" adlı bir qəzeti də çıxırdı. Sonradan həmin qəzet "Təkamül" adı ilə nəşr olunmağa başladı. Bu da Bakıda o zaman fəaliyyət göstərən, amma prisnsip etibarilə bir-birlərinə düşmən olan bolşevik və menşeviklərin diqqətini cəlb edirdi.

Elə həmin illərdə o, sonradan milyonlarla insanın qanını töküb, türk xalqlarının qəti düşməninə çevriləcək Stalinlə tanış olur.

Onları ilk dəfə əmisi oğlu Məmmədəli tanış edir.

...Stalinlə ilk söhbətdən sonra Məhəmməd Əmin daxilən narazı qaldı. Sonradan əlaqə saxlayıb görüşsələr də, müəyyən işlərdə birgə çalışmaları olsa da, Stalinin bu xoşagəlməz hərəkətindən, xüsusilə də asanlıqla dediyi "aradan götürərik" sözlərindən Məmməd Əminin xoşu gəlmirdi.

1908-ci ildə Vətənində başlanan kütləvi təqiblər 24 yaşlı istiqlalçını qürbətə mühacirət etməyə məcbur edir.

Doğma yurdundan aralı düşmüş gənc Azəri türkü içərisində istiqlaliyyət alovu ağrılı fikirlər içərisində əzab çəkirdi. Adamları zülmün, sitəmin qara pəncəli əlindən qurtarmaq yollarını düşünürdü.

Yolçusu olduğu tozlu-torpaqlı yol, nəhayətsiz halda uzanır, sonu görünmürdü. Yolçu yol gedirdi...

Məmməd Əmin Rəsulzadə İrana gəlib çatanda burada məşrutiyyə hərəkatı alovlanırdı. O, məşrutə inqilabının belə alovlu vaxtında gənc yaşlarında ikən mübarizəyə qoşulmuşdu. Burada onun Avropa təhsili görmüş ziyalı dostları vardı. İnqilab işinə hədsiz sədaqəti olan Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza ilə fikircə, əqidəcə yaxın idilər. 1910-cu ildə İran ziyalıları ilə birgə İran demokratik Partiyasının əsasını qoydular.

Sonralar təzyiqin getdikcə artdığına görə M.Ə.Rəsulzadə İranı tərk etməyə məcbur oldu. Məşrutə hərəkatı yolçusu olduğu azadlıq mübarizəsinə yeni təkan verdi. İran inqilabı sonrakı fəaliyyətində mühüm örnək oldu.

İndi üz tutub getdiyi məkan Türkiyə idi. Doğma yurduna qayıtmaq həsrəti ilə çırpınanda 29 yaşı vardı. Birdən sanki möcüzə baş verdi. Vətənə qayıtmağına icazə verdilər.

Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı mühacirlər hökumət tərəfindən bağışlandı və M.Ə.Rəsulzadə beş ilin ayrılığından sonra Azərbaycana qayıtdı.

1913-cü il idi. Bundan iki il qabaq əmisi oğlu məktub vasitəsiylə böyük fərəh hissi ilə Müsavat adlı bir partiyanın qurulduğundan yazırdı. Vətənə qayıtdıqdan sonra M.Ə.Rəsulzadənin ən çox narahat edən Müsavatın iş xəttini dəyişən zamana uyğunlaşdırmaq idi. Beş yüz adamın iştirak etdiyi Müsavat Partiyasının V Qurultayında 33 yaşlı M.Ə.Rəsulzadə Mərkəzi Komitənin sədri seçilir.

İstiqlaliyyətə və hürriyyətə doğru daha inamlı addımlar atıldığı zamanda bolşeviklər hakimiyyətə gəldi. Rəsulzadə onların qorxulu oyuna başladıqlarını bilirdi. Bu oyunun ilk təhlükəsi erməni Şaumyanın noyabr ayında Bakı Xalq Komissarı seçilməsi idi. Belə alınırdı ki, Bakı Petroqrad bolşeviklərinin - Lenin hökumətinin sərəncamına keçir.

Azərbaycan Respublikası yaradılmış, hökumət qurulmuşdu. Amma Bakı şəhəri Şaumyanın hökmranlığı altında idi. Buna görə də başkənd müvəqqəti olaraq Gəncəyə köçürüldü.

...Türk qoşunları Bakıya yaxınlaşırdı. Azərbaycan və Türkiyə hökumətləri arasındakı Batumi müqaviləsinə əsasən türklər Azərbaycana kömək edir, onu işğalçılardan təmizləyirdilər. Sentyabrın 14-dən 15-nə keçən gecə onlar sürətli hücumla Bakıya girdilər. Düşmən təslim oldu. Qafqaz Müsəlman Ordusunun komandanı Nuru Paşa Gəncəyə - Azad Azərbaycan Hökumətinin başçılarına xoş xəbərli teleqraf göndərdi.

M.Ə.Rəsulzadə şad xəbəri İstambulda eşitdi. O günü sonralar belə xatırlayırdı: "Türkiyənin hərbi naziri və baş komandanın vəkili olan Ənvər Paşa telefon açdı: "Əmin bəy, Bakı alındı!" Bu qısa xəbərin məndə tövlid etdiyi təsiri təsvir etməyə qabil deyilərm. O təsiri unuda bilmirəm".

Lakin çox təəssüf ki, bu sevinci ömrü uzun olmadı. Min bir əzabla yaradılmış ADR cəmi 23 ay yaşadı. İstiqlalçıların xalqın azadlığı yolunda qazandıqları hər şeyə bu qısa müddət ərzində nail olunmuşdu.

1920-ci il aprelin 26-sı gecəsində işğalçı XI Ordu artıq Azərbaycanın hüdudlarını keçdi.

Aprelin 27-dən saat 12-də Parlamentin son iclası oldu.

Hərbi nazir S.Mehmandarovun vəziyyət haqqındakı məlumatından və mövqeyindən də çox şey asılı idi. Amma bütün imkanlardan istifadə etmmiş təcrübəli general açıq elan etdi ki, "onun ordusu müqavimət göstərmək imkanına malik deyil". Bakıda qalan cüzi bir qüvvə ilə 60 minlik düşmən qoşununun qarşısını almaq olmazdı. M.Ə.Rəsulzadə çıxış edərək açıqca bildirdi ki, son nəfəsinə kimi bolşeviklərlə vuruşmağa hazırdır.

Amma dövran dəyişmişdi. Dəyişən şərait insanı çox şeyə məcbur edir. Bir də son ümid Vətəni bu bəladan qurtarmağın son çıxış yolu azərbaycanlı bolşeviklərin göndərdikləri ultimatuma qalırdı. Onlar göstərirdi ki, hakimiyyət ruslara deyil, azərbaycanlı kommunistlərin ixtiyarına keçir. Aprelin 28-də Bakının küçələri XI Ordunun əsgərləri ilə dolu idi. Mayın 3-də Parlament binasındakı Azərbaycan Demokratik Respublikasının 3 rəngli bayrağı endirildi.

Sonrakı illər bütün Azərbaycan xalqı, eləcə də M.Ə.Rəsulzadə üçün ağır olmuşdur. 1931-ci ildə Türkiyə ilə Sovet Birliyi arasında imzalanan dostluq müqaviləsinə görə (müqavilənin gizli bir bəndi də belə idi: mühacirlər ölkədən çıxarılsın, sovet hökuməti əleyhinə təbliğat işi aparılmasın) həmin ölkəni tərk etmək məcburiyyətində qaldı.

Müəyyən müddətlərdə Polşada, Almaniyada, Rusiyada yaşadı.

1947-ci ilin sonlarında yenidən Ankaraya qayıtmağa icazə verildi. O, tək deyildi. Polşada evlənib həyat qurduğu Leyla xanım (əsl adı Vandadır) da onunla birlikdə Ankaraya gəlmişdi.

1952-ci il aprelin birində burada başçılıq etdiyi Azərbaycan Kultur Dərnəyinin orqanı olan "Azərbaycan" dərgisinin ilk nüsxəsi çapdan çıxdı.

1955-ci il martın 6-sı. Ankara universitetinin tibb fakültəsinin xəstəxanası. 2-ci daxiliyyə klinikası. Otağa çoxlu adam toplaşıb. Xəstə ölümlə çarpışır, son gücünü, qüvvətini, toplayıb istəyini, arzusunu bir ünvana çatdırmaq istəyir.

...Qəflətən xəstə hərəkətsiz oldu. Bayaqdan asta-asta döyünən ürəyi həmişəlik dayandı. Otaqdakılar hönkürtü ilə ağlamağa baladılar. Saat 22.45 dəqiqə idi.

Martın 7-də gecə saat 22.45-də Ankara radiosu M.Ə.Rəsulzadənin vəfatı xəbərini bütün dünyaya yaydı.

Martın 8-də saat 12.30-da mərhumun cənazəsi Hacı Bayram Camesindən götürülərək Əsri məzarıstanlığında dəfn edildi.

Hörmətli oxucular! Bu, Azərbaycan Milli Qrutuluş hərəkatının ideoloqu və lideri Məmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti barədə inldiyədək yazılanlara istinadən kiçik bir məlumatdır. Siz isə onu xatırlayanda anası acından, bacısı qorxudan, həyat yoldaşı həsrətdən, qızı soyuqdan ölmüş, digər qızı 19 yaşında güllələnmiş, nəvəsi itkin düşmüş, oğlanlarından biri 19 yaşında qətlə yetirilmiş, digəri 54 il qürbətdə yaşamış bir adamın ən başlıcası da boyunduruqda olan xalqın qeyrətli bir nümayəndəsinin ağrılarını yaşayın.

Qoyun yaşadığınız o ağrılar donmuş qanınızı coşdurub, qaranlıq yaddaşınıza işıq saçsın. İstiqlaliyyətiniz mübarək!

NATO ƏSGƏRLƏRİ 64 SİVİL VƏTƏNDAŞI ÖLDÜRDÜ

Bu barədə ictimaiyyətə Kunar vilayətinin qubernatoru Fəzlullah Vahidi məlumat verib 

FaktXeber.com-un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Əfqanıstanda işğalçı NATO qoşunları yenidən sadə vətəndaşları qətlə yetirib. Bu dəfə öldürülən əfqanların sayı 64 olub. Ölkənin Kunar vilayətinə təşkil olunan əməliyyat zamanı NATO hərbçiləri və Əfqan ordusu, Taliban döyüşçülərinə öldürmək əvəzinə sadə vətəndaşları qətlə yetirib. Bu barədə ictimaiyyətə Kunar vilayətinin qubernatoru Fəzlullah Vahidi məlumat verib. Onun sözlərinə görə, dörd gündür vilayətdə havadan və qurudan keçirilən əməliyyatlar nəticəsində 64 sadə vətəndaş həyatını itirib.

 Qeyd edək ki, öldürülənlər əfqanlar arasında azyaşlı uşaqlar, qadınlar və yaşlılar üstünlük təşkil edir.

MÜSƏLMAN QARDAŞLAR: "MÜBARƏKİN NAZİRLƏRİNİ İSTƏMİRİK"

"Müsəlman Qardaşlar" Biriliyi Misirdə qurulacaq yeni hökumətdə keçmiş nazirlərin olmasını istəmir 

FaktXeber.com-un verdiyi məlumata görə, Misirdə diktator Hüsnü Mübarəkin devrilməsindən sonra, ölkədə qurulacaq yeni hökumətin tərkib hissələri mövzusundə narazılıqlar yaranıb. Hüsnü Mübarəkin devrilməsində əsas pay sahiblərindən olan "Müsəlman Qardaşar" Birliyi, yeni hökumətdə keçmiş nazirlərin olmayacağını açıqlayıb.

Qeyd edək ki, hələlik ölkəni müdafiə naziri Mahmud Hüseyn Təntavi idarə edir və Mübarək dövründən qalmış nazirlər birbaşa onun göstərişlərini yerinə yetirir. Misirdə növbəti prezident seçkiləri isə gələn ilin sentyabrında keçiriləcək.

Borcunu ödədimmi, Ustad!?

(Qasid Nağıoğluna ithaf)

Qasid Nağıoğlu… Azərbaycan jurnalistikasının Nəcəf Nəcəfovu, Məmməd Nazimoğlusu.
Qasid Nağıoğlu… Cəlilabad ədəbi mühitinin Zərdabisi.
Qasid Nağıoğlu… Qələm tutan barmaqlarım, böyük Söz deyən dilim, düşünən beynim, görən gözüm.
Qasid Nağıoğlu… Jurnalistikada ilk və həmişəlik müəllimim.
Qasid Nağıoğlu… Cəmi bir neçə aydan sonra yubiley yaşına hazırladığımız süprizi qəbul etməyə hövsələsi çatmayan, 65-ində bizim alacaqlarımızla yox, 64-də Tanrının geyindirdiyi ağ xalatla – kəfənlə yubileyə yox, məzara tələsən Ustad.
Hə, əziz Ustad, “kəfənin mübarək” desəm, yəqin inciməzsən məndən. Çünki mən zəmanəyə lənət oxuyanda sən “yay-qış əynimdəki əynimdə olduğundan nəvəm Şəhriyar qırxılan saçıma “başın mübarək, baba” deyir” demirdinmi!? Deyirdin. Və hətta onu da deyirdin ki, Faiq Balabəylini, Əvəz Zeynallını bilmirəm, səni mən əyin-başına yox, başına görə “məktəbimə” qəbul etmişəm.

Sənə “Sən” deyəcəyəm bundan sonra. Çünki Sən rəsmiyyəti sevən deyildin. Bəzən sənə “Siz” deyəndə oturduğunuz stolun sağına-soluna baxıb bu gündə yadımdan çıxmayan jestlə “burada məndən və səndən başqa kimsə yox… Və mən cəm deyiləm, təkəm” deyərdin.

Mənim anlamımda doğrudan da sən təkdin. Ki, tək canınla bizləri – Salam Sarvanı, Əlizadə Nurini, Meyxoş Abdullahı, Əlirza Həsrəti…, Hüsaməddin Əhmədovu rəhbəri olduğun “Cəlilabad Töhfələri”nin ətrafında cəmləşdirib Bakı boyda ədəbi mühit yaratdın.

Bəzi “məhsulların” əli “çörəyə” çatandan sonra səni bəyənməyib “mən anadan şair kimi doğulmuşam” desələr də, mən Sənin haqqını unuda bilmərəm. Və demişəm, deyirəm, deyəcəyəm: “Məni jurnalist kimi “əkən”də, “doğan”da Sənsən, 1977-ci ildən ölümünə qədər öyrəndiyim, bilmədiyimi utanıb-çəkinmədən soruşduğum Ustadım Qasid Nağıoğlu!”
Hamımızın, elə mənim də uğurlarıma sevinərdin Sən. İlk dəfə respublika mətbuatında çıxış edərkən əllərimi sıxmış, sənin əməyin sayəsində bu gün Cənub Bürosunun rəhbəri olduğum “Xural”ın “Bizim Əyalət” layihələrini gerçəkləşdirəndə alnımdan öpüb zarafatla “südüm sənə halal olsun” demişdin.

Həmişə borcundan çıxmağa çalışar, qəzetlərdə, məclislərdə “jurnalistikada ilk müəllimim” yazar, deyərdim sənə. Sənsə mənimlə razılaşmaz, “mənə heç biriniz, elə sən də borclu deyilsən” deyərdin…

Amma bir ay bundan öncə sənə zəng edib hal-əhval tutanda, “Tanrının borcunu verdiyim gün, Sən də mənə olan borcunu ödə – Elçin Səlcuqa və Şahin Ağabəyliyə yazdığın yazıdan mənə də yaz” dedin!

Yazdım!

Borcunu ödədimmi, Ustad!?
                                                                                                Sakit Orduxanlı
                                                                                              “Xural”ın Cənub Bürosunun rəhbəri


Qasid Nağıoğlunu unutmayacağıq!

Biz onu xoş xatirələrlə xatırlayırıq. «Bizim Əyalət» layihəsində iddialı və cəsarətli çıxışı hələ də ölkə ədəbiyyatının və Yazıçılar Birliyinin qulağında səslənir: «Yazıçılar Birliyinə bomba qoyub partlatmaq lazımdır!» Dəfələrlə Cəlilabada – bu istedadlı insanlar yurduna gedəndə onu hər zamankı kimi öz sözünün ağası, dikduruşlu gördik. Biz onu tanıdığımız bu illər ərzində sözübütöv, özübütöv insan bildik. Dünyasını dəyişməsi xəbərini eşidəndə kədərləndik. Elə bil əziz dostumuzu itirmişdik. Qasid Nağıoğlu həm də bizim əziz dostumuz idi təbii ki…

Qasid Nağıoğlunun vəfatından kədərlənirik. Ailəsinə, Cəlilabad ədəbi mühitinə və Azərbaycan xalqına dəyərli bir övladını vaxtsız itirdiyi üçün başsağlığı veririk.

Allah rəhmət eləsin!
Tanrı o dünyasını versin!

                                                                                             Əvəz Zeynallı və «Xural»ın kollektivi

Wikileaks: симбиоз Баку и Иерусалима - общий враг и "наивные" турки

Когда же стало известно о запланированной антиизраильской демонстрации, на место были выслали автобусы с полицией и проведены задержания. Зато власти никак не препятствуют проведению акций протеста возле иранского посольства.


Среди документов Госдепартамента США, оказавшихся в распоряжении Wikileaks, впервые обнаружились материалы, касающиеся отношений Израиля с одним из главных его стратегических партнеров на постсоветском пространстве.

Согласно опубликованному сайтом Wikileaks конфиденциальному отчету о встрече заместителя Госсекретаря США по политическим вопросам Билла Бернса с президентом Ильхамом Алиевым, азербайджанский лидер считает Турцию виновной в ухудшении ее отношений с Израилем. Документ, датируемый 25 февраля этого года, содержит подробности беседы, которая состоялась в Баку за шесть дней до того. Алиев подчеркнул свое недовольство режимом Эрдогана, заявив, что его "наивная" внешняя политика привела к потере Турцией зарубежной поддержки. Помимо прочего, по мнению азербайджанского лидера, причиной этого стала враждебность Эрдогана по отношению к Израилю. Алиев отметил, что настойчивая поддержка, оказываемая турецким руководством ХАМАСу и педалирование проблемы сектора Газа на фоне молчания арабских стран, не принесли Анкаре никаких дивидендов.

Еще один документ Госдепа, повествующий об азербайджано-израильских отношениях, был опубликован не на самом сайте Wikileaks, а изданием "Русский репортер", совладельцем которого является Русско-Азиатская инвестиционная компания (РАИнКо) алюминиевого магната Олега Дерипаски. Редактор Виталий Лейбин утверждает, что заключил договор с основателем Wikileaks Джулианом Ассанджем о том, что тот будет эксклюзивно предоставлять ему некоторые документы для публикации.

Оказавшаяся в распоряжении "Русского репортера" секретная депеша (кодовое название 08BAKU1119 – не фигурирует в списке документов из посольства США в Баку на Wikileaks), озаглавлена "Тайный симбиоз Азербайджана и Израиля". Дата составления этого документа не указана, из грифа лишь можно понять, что он должен был быть рассекречен только в 2029 году, хотя обычно режим секретности депеш посольства из Баку ограничивается десятилетним сроком. Как следует из содержания этого отчета, он основан "на взаимодействии посольства с израильскими коллегами в Баку и с чиновниками азербайджанского министерства иностранных дел".

В тексте указывается, что, подобно Израилю, Азербайджан рассматривает Иран в качестве главной угрозы собственной безопасности. Из этого вытекает сотрудничество двух стран. "Азербайджанские власти прилежно защищают интересы Израиля в Баку", - отмечается в документе. Например, заместитель главы израильской дипмиссии рассказал сотруднику посольства США, что во время операции в секторе Газа азербайджанские власти существенно усилили охрану посольства Израиля. Когда же стало известно о запланированной на 2 января 2009 года антиизраильской демонстрации, на место были выслали автобусы с полицией и проведены задержания. Зато власти никак не препятствуют проведению акций протеста возле иранского посольства против дискриминации этнических азербайджанцев режимом аятолл.

В документе отмечается, что благодаря тесным связям с Израилем Азербайджан получает доступ к новейшим вооружениям. Он не может получить такую технику ни от США, ни от стран Евросоюза, Белоруссии и Украины. "Там, где остальные страны Запада опасаются продавать наземные боевые системы Азербайджану из страха вызвать новую вспышку войны за обладание оккупированными землями Нагорного Карабаха, Израиль свободен совершать сделки по существенным поставкам оружия и получать выгоду от богатого клиента". В сентябре 2008 года Азербайджан подписал с израильтянами соглашение о поставках минометов, систем реактивной артиллерии и оборудования связи. "Компания Soltam получила контракт на поставку минометов и боеприпасов, Tadiran Communications предоставит устройства связи, а Israeli Military Industries обеспечит ракеты. Она предлагает широкий спектр реактивной артиллерии, способы модернизации старых советских 122-миллиметровых систем "Град" (БМ-21), комплексы наведения для 122–300-миллиметровых ракет и средства запуска для 300-миллиметровых ракет". Отмечается, что Азербайджан заключил договор с израильтянами и о создании совместного предприятия по производству беспилотных летательных аппаратов (БПЛА).

"В мае 2008 года в Баку состоялся визит министра сельского хозяйства Шалома Симхона. Израильские визави рассказали нам, как точно описал их двусторонние отношения президент Алиев: "Айсберг, который на девять десятых скрыт от посторонних глаз". Очень верно, ведь Баку уравновешивает свои дружеские отношения с Израилем с принятыми обязательствами в Организации Исламской Конференции", - отмечается в депеше.

Хотя, по данным американцев, не всё обстоит так гладко в отношениях Баку и Иерусалима, особенно в сфере экономики. "Заместитель главы израильской миссии с юмором рассказал нам, как израильские бизнесмены говорили, что предпочитают казахстанскую коррупцию азербайджанской. Ведь в Казахстане нужно платить большие взятки для занятия бизнесом, но обычно они заключаются в одной, генеральной выплате, тогда как в Азербайджане требования взяток никогда не прекращаются", - отмечается в документе.

"Израилю необходимо сохранить Азербайджан как союзника против Ирана, плацдарм для разведывательных действий и как рынок военной техники. Азербайджан – государство, как и Израиль, зажатое между крупными, влиятельными и недружелюбными соседями. Израиль воздерживается от давления на Азербайджан по вторичным проблемам, чтобы заполучить поддержку по основным вопросам. Для нас очевидно, что пока обе стороны полностью удовлетворены нынешними отношениями", - резюмировали составители отчета.

izrus.co.il

Qəşəm Nəcəfzadə şeirləri


Qəşəm Nəcəfzadə şeirlər


Çay təsnifi


Sular gedər heca- heca, ləpə-ləpə,dəvə-dəvə,
Sinə-sinə, yata-ata, qalxa-qalxa
Ağır-ağır, qorxa-qorxa.
Gülüşə-gülüşə, 
Qucaqlaşa-qucaqlaşa
Çiçəkləyə-çiçəkləyə
ləngərlənə-ləngərlənə
yanlarını basa-basa
o sahili, 
bu sahili 
pusa-pusa
Daşa dəyib çiliklənər əəəəə-lər
Daşa dəyib diyirlənər şşşş-lar

Əş
Laş,
Ləş
Mış
Miş
Muş
Müş
Şəkilçilər
Şa, şa şəlalələr
Aş, aş aşırımlar
Uç, uç uçurumlar
Qal, qal qaldırımlar
En-en endirimlər
Sıl,sıl sıldırımlar
Daş dibləri mır, mır
Sahilləri qur, qur
Daşın altı lıq-lik
Luk
Lük
Balıq
Xalıq
Daş arası fış-fış
Daşın yanı xış-xış
Daşın başı şa, şa
Daşın beli şı şı 
Ləpələr quş-quş
Ləpələr duş, duş
Ləpələr düş, düş
yağışlar diş-diş
sular dişlənər diş-diş
sular əyilər qıj-qıj
sular yıxılar daş-daş
Ə hərfidi üzə qalxan ləpələr
Quzu mələr əəə-yyə
Ləpə baxar məəə-yyə
Mə birləşər əəə-ilə
əəə öpüşər məə ilə




Payız təsnifi


sızım-sızım 
bozum- bozum bozdaram
payız, gör səni necə şad eylərəm.
Elə tərif söylərəm
Yolunu şümşad eylərəm.


-Ay qız, ay doğanda gözlərəm səni
Ağacın altda dur sözlərəm səni
-Ağacın altına durmuşam oğlan
əgər aşiqsənsə başıma dolan.
-Aşıqlərdən başına dolanmağa yer yoxdu, özzüm ölüm
Sənə dedim axı, tək gəl aşıqləri gətirmə
-Çiçək gəlirsə başında arı necə gəlməsin, ay oğlan, oğlan
-Ay, qız ,doğulanda aşıqlərə niyə xəbər verdin ay filan, filan.
-Mən xəbər vermədim ki, 
aşiqlərə anamızın qarnında vədələşmişdik, ay törə oğlan
kəkilli oğlan
kilkəli oğlan
tez ol başıma dolan


ayə indi mən neyniyim
bıçaq alım bu payızı teyliyim


Payız, saman çuvalı
Qarnını yırtaram sənin
yarpağını tökərəm çölə
fəsillər içində gör səni necə ad eylərəm
yarpağını yerdən götürüb bir qıza bağışlaram
könlünü şad eylərəm
payız dedi: məni bir gözəl qız süpürür
əllərində süpürgə 
oy payız, 
Lalsan,
Korsan
Şilsən 
Nəsən?
süpürkəçi ilə fərqimi hələ bilmirsən
Yarpağını əldə çiçək eylərəm
Urvata mindirib göyçək eylərəm
Süpürgə ağzına vermərəm səni
Belə, belə lap belə, belə
Yarpaq mənim başıma.


payız, ay köhnə kilim
ipləri didim, didim
naxışı dilim-dilim
hər düyünü ölüm itim
sökərəm didərəm səni,
tüklərini hər yana tökərəm sənin
sarı kilimin xatirəsi, ay payız, payız...


dünyanın sarı sarmaşığı
nənəmin su altında qaşığı
gədəbəyin dağlarına çıxan səlyan aşığı-payız


yağış yağar yarpaqları şamlar kimi söndürər
söndürsə də hər yarpaqda 
bir xatirə dindirər
tıp-tıp
tıq-tık


pəncərə şüşəsinin qırağı iə küləyin vızılızı
payız
teleqraf tellerinə minən küləyin dızıltısı
payız
zamanin iti bıçaqla təbiətin üzünə çəkdiyi cızığı
payız
ağrıdan oynayan ürəyimin dızzağı payız.
Küləyi bağdan qırılmış it kimi dalanlarda azdığı payız.
Arıların duzağı payız.
Təbiətin mazağı payız,
Nə var, nə yox.
Nətərsən, necəsən?


payızzzz,zzzzz
payız sssss
arılar getdilər çiçəklərin görüşünə
hər birinin ayağında z səsi.

Günün fotosu

Kişilik torpağı


AZAD YAZARLAR ŞİRVAN ŞƏHƏRİNDƏ
AZAD YAZARLAR ŞİRVAN ŞƏHƏRİNDƏ

AZAD YAZARLAR HƏM GÖZƏL ƏSƏRLƏR YARATMAĞI VƏ HƏM DƏ ASUDƏ VAXTLARINI MƏNALI KEÇİRMƏYİ BACARIRLAR. KEÇƏN BAZAR GÜNÜ ONLAR ŞİRVƏN ŞƏHƏRİNİN YARADICI İNSANLARI İLƏ GÖRÜŞÜBLƏR. GÖRÜŞÜN MƏQSƏDİ ƏDƏBİYYAT VƏ SƏNƏT MƏSƏLƏLƏRİ İLƏ BAĞLI OLUB. GƏLƏN BAZAR GÜNÜ AZAD YAZARLARIN SƏFƏRİ BUZOVNA QƏSƏBƏSİNƏ OLACAQ. ONLAR ƏN YENİ ƏDƏBİYYATI SEVƏN VƏ AZAD YAZARLARIN ƏSƏRLƏRİNƏ QİYMƏT VERƏN İNSANLARLA, YERLİ ZİYALILARLA GÖRÜŞƏCƏKLƏR.

Sultan, şah mat və şeir


Sultan , şah mat və şeir

Rəvayətə görə Osmanlı hökmdarı Yavuz Sultan Səlim taxta çıxmamışdan öncə Səfəvilər dövlətinə gəlir və saraya girməyin yollarını axtarır. O, şahın şahmat həvəskarı olduğunu eşidir və kəndlərdə , şəhərlərdə bu oyunu oynayaraq məşhurlaşır. Onun şöhrəti saraya qədər gəlib çatır və bir gün I İsmayıl onu hüzuruna çağırır. Gələcək sultan Səfəvi hökmdarı ilə şahmat oynayır və onu mat edir. Bundan qəzəblənən şah I Səlimə sillə vurur. O , isə üzr istəyir və birtəhər canını qurtarır. Bir neçə il keçdikdən sonra onlar Çaldıran döyüşündə qarşılaşırlar və sultan şaha aşağıdakı şeiri göndərir.

Sanma şahım / Herkesi sen / Sadıkhane / Yar olur
Herkesi sen / Dost mu sandın / Belki oL / Ağyar olur
Sadıkhane / Belki ol / Alemde / Serdar olur
Yar olur / Ağyar olur / Serdar olur / Dildar olur

Məsələnin maraqlı tərəfi odur ki , bir bəndlik şeirdə Osmanlı hökmdarı öz zəkasını və şairliyini yüksək səviyyədə nümayiş etdirə bilir. Belə ki , şeirə diqqətlə baxanda onun soldan sağa və yuxarıdan aşağıya eyni cür oxunduğunu görmək olar.

Güney ədəbiyyatı seriyasından növbəti kitabla


Güney ədəbiyyatı seriyasından növbəti kitablar



Güney ədəbiyyatı seriyasından növbəti kitablar işıq üzü görüb. Belə ki , İsmayıl Ülkərin “Sevda yoldaymış” və Rəsul Yunanın “"Mən, Çin məhəllələrində itmişəm" kitabları nəşr olunub.

ALATORAN 16 TƏQDİMAT MƏRASİMİ




ALATORAN 16 TƏQDİM OLUNDU


























ALATORAN 16 TƏQDİM OLUNDU

































ALATORAN 16 TƏQDİM OLUNDU

































ALATORAN 16 TƏQDİM OLUNDU
































ALATORAN 16 TƏQDİM OLUNDU

































ALATORAN 16 TƏQDİM OLUNDU

































ALATORAN 16 TƏQDİM OLUNDU

































ALATORAN 16 TƏQDİM OLUNDU

































ALATORAN 16 TƏQDİM OLUNDU

  • 8



Oktay Hacımusalı-"Onu xanımı yaratdı"


Oktay Hacımusalı-"Onu xanımı yaratdı"

Demək olar ki, hamının həyatında bir qırılma nöqtəsi, o zamana kimi alışılan axışın tərsinə çevrildiyi ya da gurhagur axan dağ çayının birdən birə yön dəyişdirməsi kimi yön dəyişdirdiyi, zamanın onun üçün müəyyən etdiyi yoldan çıxaraq əvvəlcədən ağlına belə gəlməyəcək xatirələrə dalıb getdiyi bir an ya da anlar var. 

Hər zaman Stepan Kinqlə müqayisə olunan və ədəbiyyatın qorxu meşəliklərinə istəklə dalan oxucuları iki yerə olduqca ustalıqla parçalayan Dean Rey Kuntzun həyatında da belə bir mövcud olduğunu düşünsək bu heç şübhəsiz ki, onun bir neçə il sonra evlənəcəyi Gerda ilə tanış olduğu an olmalıdır...

Ancaq onu daha yaxşı tanımaq üçün ilk əvvəl gərək Gerda ilə tanış olmamışdan əvvəl nə ilə məşğul olduğuna diqqət etməliyik. Keçirdiyi çətin günlərin izlərinin üzünə yapışmasına mane olmağa çalışan balaca bir uşaq ikən Gerdanın şəfqətinə məhkum olduğu o ilk dövrlərdən...

Pensilvaniyanın dağlıq ərazilərində külək Deanin dünyaya 1945 – ci ildə dünyaya gəldiyi o balaca evlərinin üstündən də eyni sürətlə əsib keçməkdə idi... Anası həyatının böyük bir hissəsini yataqda keçirmiş yatalaq bir qadın, atası isə sonradan ruhi xəstəliyə düçar olacaq bir alkoqolik idi çünki... Kuntzgilin evlərindən həmişə içki və dərman iyi gələrdi... Dəhşətli ağrılardan sonra hər gün təkrarlanan uzun – uzun qışqırıq ya da hıçqırıqlardan sonra ev dərin bir səssizliyə bürünərdi...

Qaranlıqda addımlamağı o, hələ çox kiçik yaşlarından öyrənmişdi. Evin hər hansı bir küncdə yıxılıb qalma riski böyük olan atasına dəyməmək və bir az əvvəl sifətinə dəyən şillələrdən sonra duyduğu acıları yalnız yuxu vasitəsi ilə unudan anasını yuxudan oyandırmamaq üçün çox ehtiyatla hərəkət etməli idi... 

Dean ruhunda sonradan təmir edilməsi mümkün olmayan, daim həyatı boyu onu kölgə kimi izləyəcək bu şikəst, bu xəstə mühitdə normal bir insan kimi yetişməyi xəyal edirdi. Tənhalıqdan xilas olmaq üçün onun izləyə biləcəyi bir yol var idi sadəcə: yazmaq... Yazmaqla içində olduğu bu xəstə mühitdən azacıq da olsa uzaqlaşmaq... 

İçindən keçənləri, hiss etdiklərini, dünyaya qarşı duyduğu kini rahat bir şəkildə qusmaq üçün ancaq bir yol seçəbilərdi: yazmaq və yenə də yazmaq... 

Ata – anasının bəlkə də tək ortaq fikirdə olduqları məsələ Deanın yazmağa olan həvəsi ilə bağlı idi... Yazmaq onlar üçün heç şübhəsiz çox mənasız bir iş idi, amma yenə də uşağın oxuduğu kitablara verdiyi pulları hesablayanda istər – istəməz onun yazmağının daha doğru olacağını qərara almışdılar.

Onsuz da az olan cib xərcliyindən yığdığı pulları kitaba verən Dean da bu barədə nəsə demək istəyirdi, amma təəssüf ki, heç kim ona qulaq asmaq belə istəmirdi. Təkid etməyinə evdə yeni narazılıqlar başlaya bilərdi, atası içki içərək yenə xəstə anasına əl qaldıra bilərdi, ona görə də Dean susdu. Artıq gizli – gizli mütaliə etməyə, açıq – aşkar yazmağa girişdi.

Səkkiz yaşında olanda artıq özü üçün yeni bir qazanc qapısı açmağa müvəffəq olmuşdu. O, öz qəribə hekayələrini dərc olunan jurnallara satan, balaca olmağına baxmayaraq yazdıqları ilə hamıda özünə qarşı maraq oyadan yazıçı idi artıq! Əslində o, hekayələrinin ona maddi qazanc gətirəcəyini heç düşünmürdü də ilk başlarda, sonralar bir şeyin fərqinə vardı: əgər sən özünə hörmət etməsən heç kim sənə hörmət etməyəcək. Və bu düşüncəsinin sayəsində o, yzaraq bir gün bütün həyatını dəyişdirə biləcəyini, o gün içində yaşadığı dünyadan daha da uzaqlara gedib öz həyatını qura biləcəyini hiss etmişdi. 

O, on iki yaşında idi ilk uğurunu qazananda: yazdığı məqalələrdən biri iyirmi beş dollar ve qol saatına layiq görülmüşdü.

Məqalənin mövzusu amerikalı olmağın onun üçün ifadə etdiyi dəyər idi, Dean qol saatını və iyirmi beş dolları ovuclarının arasında sıxa – sıxa düşünürdü ki, görəsən amerikalı olmağın başqa hansı məqamları var və kimsə ona bu məqamları əksik yazdığı üçün irad tutmayacaqdı ki?

Hekayəsinin jurnal və qəzetlərdən nəşr olunmasından sonra əldə etdiyi ikinci ən böyük uğur iyirmi bir yaşında ikən “Atlantik Montli” jurnalının keçirdiyi roman müsabiqəsində birinci yerim tutması oldu. 

Həyatının mənası kimi qəbul etdiyi sevgilisi ilə də məhz həmin o illərdə tanış oldu. Dean yaralarla dolu ruhuna təsir etməyi qarşısına məqsəd qoyan və qısa müddətdə buna nail olan bu ilk qadını – Gerda ilə universiteti bitirməyi belə gözləmədən ailə qurdu...

Bütün bunlar real həyatla üz – üzə gəldiyi zamanlarda baş verməkdə idi, 1967 – ci ildə o, özü kimi ruhları zədələnmiş uşaqlara dəstək vermək məqsədi ilə ehtiyacı olan uşaqlara dəstək olan bir qurumun həyata keçirdiyi layihə çərçivəsində psixoloq – müəllim kimi fəaliyyət göstərməyə başladı.

Elə ilk günlərdə dərk etmişdi burda olmağın mənasız olduğunu...Hətta daha da çətini o, burdan getmək istəmirdi... ondan əvvəl burda müəllim kimi çalışanların yaşadığı sıxıntıları və onların tez – tez döyülməsini eşidəndə onsuz da ətrafında olan bu uşaqların etdiyi hərəkətlər nəticəsində gərginləşən ruhu dəfələrlə üsyanın ən son həddinə kimi gəlib çatmış olsa da, lakin Dean yenə də içini bürüyən o hissləri boğmağa nail olmuşdu.

Bu dözə biləcəyi bir sıxıntı deyildi əlbəttə, amma bütün həftə boyunca məktəbdə qeyri – adi şagirdlərlə keçirdiyi saatlardan sonra evə gəlib yazı yazmaq, həftə sonlarında isə tamamən içinə qapanıb sınıq – tökük yaşaya bildiyi o başqa dünyaya keçidlər etmək...

Dean məktəbdəki vəzifəsinə daha çox dözə bilməyəciyini anlayınca bir il sonra istefa ərizəsini yazıb məktəbdən uzaqlaşdı. Yazı yazmaq onsuz da onu çox yorurdu, üstəgəl bir də məktəbdə yaşadıqlarına daha çox dözə bilmirdi.

Bir ucqar yerdə ingilis dili müəllimi kimi işləməyə başladı və daha çox yazmağa vaxtı qalırdı. Amma ona bu zaman da kifayət etmirdi. Kifayət etmirdi beynindəkiləri kağıza köçürmək üçün...

Xanımı Gerda da onun yaşadığı sıxıntıların fərqində idi və bir çıxış yolu fikirləşmişdi bu məsələnin həlli üçün. Dean artıq iki il idi ki, məktəbdə müəllim kimi fəaliyyət göstərirdi. Gerda bir gün onunla ciddi bir məsələ haqqında danışmaq istədiyini bildirmiş və günlərdir ona demək istədiyini bircə anda demişdi: “beş il boyunca sən heç bir iş görmədən ancaq yazacaqsan və mən işləyib evi dolandıracağam.” Və daha sonra əlavə etmişdi: “Əgər bu beş il içərisində uğur qazana bilməsən bir də heç bir zaman uğur qazana bilməyəcəksən.”

Dean xanımının etdiyi o inanılmaz təklifini heç düşünmədən qəbul etdi və qadını onun üçün hır insanın edə bilməyəcəyi bir fədakarlığı etmişdi. Onun “vazkeçilməz” olduğunu bir daha sübut etmişdi. Zatən illər sonra Dean bir əsərində sevginin fədakarlıqdan ayrı tutulmamalı olduğunu bir daha təkrar edəcəkdi...

O zamana kimi məktəbdəki işlərdən fürsət tapdıqca yazdığı ilk tamamlayıb nəşr etdirmişdi Dean, 1968 – ci ildə yazdığı “Ulduzlardan gələn qonaq” romanı idi bu və bu roman bir il sonra qələmə alacağı “Yuxu makinasının çöküşü” adlı romanın muştuluqçusu idi.

Beş il ərzində bir – birindən maraqlı və bəzilərində öz adından istifadə etsə də əsasən gizli imzalarla iyirmidən çox qorxu romanı qələmə aldı. 

Həftədə yetmiş saat yazmaq üçün vaxt ayırırdı. Beləcə beş aydan sonra bir romanını bitirir, bu daha çox Gerdanın təəccübünə səbəb olurdu. Gənc qadın yüz illərdir yuxuya getmiş böyük bir vulkanı tək bir hərəkətlə oyandırdığının fərqinə varırdı hər dəfə həyat yoldaşının dünyadan əlini - ətəyini çəkmiş vəziyyətdə yazdığını görəndə...
Beş il başa çatanda Gerdanın həyat yoldaşının işlərinə kömək etməsi üçün işdən çıxması artıq onların ədəbiyyat vasitəsi ilə maddi müüstəqillik əldə etdikləri mənasına gəlirdi. Amma bu daha çox kitab yazmalı olduğuna inandırmışdı onu və aradan illər keçib Dean məşhur bir yazıçı kimi tanınanda yazdığı romanlar barəsində yazılan tənqidi məqalələrə münasibət bildirərkən: “o zamanlar hələ çox gənc olduğuna görə özünütənqid hissindən özünü uzaq tutduğunu və durmadan yazmaq məcburiyyətində olduğunu” bildirəcəkdi.

Bir tərəfdən bəziləri yazdıqlarına güvənmədiyi üçün bu qədər çox gizli imzadan istifadə etdiyini iddia edir, Dean isə bu iddiaları sakit bir təbəssümlə “naşirlərin nəşr siyasəti” kimi dəyərləndirirdi. Onların fikrinə əsaslansaq yazar fərqli bir janrda yazanda istər – istəməz indiyə kimi özü haqqında formalaşmış olan imici zədələməməli idi. Düzdür, Dean Kuntz bu iddiaya çox da inanmadığını deyirdi əslində və bəlkə də elə buna görə də bir neçə fərqli janrda əsərlər qələmə alarkən bu düşüncəni ələ salmaq məqsədi ilə istifadə etdiyi gizli imzalara iti Triksinin də adını əlavə etməyi unutmamış və bir itin prizmasından yazdığı o iki kitabın arxa üz qabığına da itinin şəklini yerləşdirmişdi.
Yetmişinci illər amerikan kinosunun mərkəzi sayılan Kaliforniyaya köçməsi ilə yeni bir həyata öyrəşməyə çalışmaqla keçdi. İlk filmi uşaq istəyən bir kompüterdən bəhs edirdi və bu filmin başrolunda Culia Kristi oynamışdı. MGM tərəfindən çəkilən “İblisin toxumu” adlanan bu filmdə bir qadının kompüterdən hamilə qalması kimi qeyri – məntiqi bir fikir əsas mövzu kimi işlənirdi və bu qeyri - ənənəvi səhnələrlə dolu film televiziya ekranlarında maraqla izlənsə də, kinoteatrlarda özünə kifayət qədər tamaşaçı toplaya bilmədi. Bu da həmin filmin Hollivudun ən baxımsız filmləri siyahısına salınması ilə nəticələndi.

Maraqlı cəhət burasında idi ki, bu janrda çəkilən növbəti filmlərdən biri olan “Şənlik yuvası” filminin ssenariləşdirilməsi, ona uğuru bəxş etdi. Kuntz indiyə qədər əldə etmədiyi uğurlara imza atmağın ləzzətini yaşayırdı. Titrlərində Oven Vest adlı gizli imzadan istifadə olunan bu filmin ssenarisi hazırlananda romanın demək olar ki, sujet xətti tamami ilə dəyişdirilmişdi. Filmin ssenarisi ilə roman sətirləri arasında dünya qədər fərq var idi və bu fərqlər rejissorların inadkarlığı ucbatından baş vermişdi. 
Amma Dean öz inadından vaz keçmək istəmirdi və “Şənlik yuvası” adı ilə nəşr etdirdiyi növbəti kitab sözün əsl mənasında bomba kimi partladı. Bir anda bu kitab qəzet səhifələrində ən çox satılan kitablar siyahılarında ən üst sıralarda yerini almışdı. Rejissorlar bir milyondan artıq satılan bu kitabın qopardığı fırtınanın bir balaca sakitləşməyini gözləyib filmin premiyerasının aylar sonraya saxlamaq qərarına gəlsələr də film fərqliliyindən dolayı qətiyyən maraq oyandırmadı, hətta nəinki maraq oyandırmadı, bu adda Hollivudda qazılan yeni bir məzara dəfn olundu. 

“Müşahidəçilər” və “Pıçıltılar və sığınacaq” romanlarının ssenarisi əsasında çəkilən filmlərlə yeni – yeni sarsıntılara hazırlanırdı Hollivuddakı məzarlıqlar və çox yaxında onun arxasınca qaçacaq olan rejissorların və produserlərin qoxusunu hiss edən Dean həyat yoldaşı Gerdaya “hər şeyin yoluna girəcəyini” deyirdi inam dolu bir səslə...
Kuntz bu müddət ərzində sadəcə gözləməklə kifayətlənsə də 1980 – ci illərdə artıq o, şöhrətə qovuşmuşdu. Partlayış yaradan kitabın adı isə “Pıçıltılar” idi. Və yazar bu kitabla sözün əsl mənasında uğuru əldə etdi. 

Bundan sonra Dean yazdığı üçün satıldı kitabları və təkcə Dean R. Kuntz adı belə qorxu ədəbiyyatı pərəstişkarlarını qıcıqlandırmağa kifayət edirdi. Qorxu Yazarları Birliyinin sədri olduğu zamanlarda əsərləri Stepan Kinqin ya da Con Soulun əsərləri ilə müqayisə edilirdi. Bu müqayisənin şiddətindən başı fırlanırdı qorxu ədəbiyyatı oxucularının...

Haqqında edilən bu qarşılaşdırmalara fikir verməyən yazar “Növbə” romanından sonra yazdığı romanlarından bəhs edərkən həmin romanların otuz səkkiz dilə tərcümə olunduğunu qeyd edir və bununla da onun haqqında danışanlara lazımi cavabı verirdi...

Amma yenə də bu yola çıxdığı zamanlarda olduğu kimi əhvali – ruhiyyəsindən heç nə itirməmişdi, ən sevdiyi yazar olan J. D. Makdonaldın əsərlərini hər dəfə oxuyanda son səhifəyə çatar – çatmaz “Görürsən, Kuntz, səndən də yaxşı yazanlar var imiş...” - deyirdi öz – ğzünə...

Əslində isə o, 2006 – cı ildə hər birini öz adı ilə nəşr etdirdiyi yüzə yaxın roman qələmə almış, yaşadığı əsrin ən məşhur yazarlarından biri kimi qorxu ədəbiyyatına bəlkə də ilk dəfə bu qədər təbii bir şəkildə yerləşdirilmiş insani mövzular və təbiət təsvirləri baxımından özünəməxsus bir yazar idi o. 

Kökündən zədələnmiş bir həyat inancla formalaşmışdı Pensilvaniya ərazisində, bir qədər yazılmışdı inanan bir qadının fədakarlığı ilə və bir kişi insanları yaşadıqlarından daha fərqli dünyaların varlığına inandıran hərflərlə kök salmışdı onların şüurlarında. Kök salmışdı torpağın öz bədəninin bürüdüyündən artıq qalan hissələrinə....

adyazar.az