31.05.2011

NATO-nun gizli qolu- “Stay-behind”

Anar Ramizoğlu              “Filfak” Müstəqil Araşdırmalar Mərkəzi 

 NATO-nun bu gizli qüvvələri ölkələrin daxili işlərinə qarışmış, onlara sərf etməyən siyasətçilərin aradan götürülməsində iştirak etmişlər

 Əks-partizan və ya “Stay-behind” (bu termin İngiliscə "geridə qalanlar" kimi tərcümə edilə bilər) NATO işğalı altındakı ölkələrdə sol təşkilatlara qarşı yaradılan qeyri-qanuni silahlı qüvvələrdir. Soyuq Müharibə əsnasında Sovetlər Birliyinin işğal ehtimalı bəhanə edilərək yaradılan gizli təşkilatlanmalardır və qurulduqları ölkələrdə siyasi həyatı şəkilləndirmək üçün istifadə edilmişlər. Türkiyədəki 12 sentyabr çevrilişi də məhz da bu əhatədə qiymətləndirilməlidir.
 NATO nəzarətində olan ölkə başqa bir ölkə tərəfindən işğal edilmə təhlükəsi ilə üzləşərsə, onda “Stay-behind” gizli təşkilatlanmalar və planlar reallaşdırmalıdır. Əgər işğal reallaşsa, edilən hazırlıqlar yerli müqavimətin başlanğıcı üçün istifadə ediləcək, düşmən cəbhəsi arxasında casuslar fəaliyyət göstərə biləcək. Kiçik diametrli əməliyyatlar olduğu kimi bütün ölkəni ehtiva edən əməliyyatlar da nəzərdə tutulmuşdur.
 Soyuq Müharibə dönəmində NATO və CIA bir çox Avropa ölkəsində stay-behind qüvvələri yaratmışlar. Bu bir növ kapitalist ölkələrinin Varşava Paktı idi; ölkəsinin işğalı vəziyyətində və ya ölkədəki kommunist partiyaların demokratik şəkildə seçilməsi vəziyyətində işə salınaraq təhlükəyə qarşı çarpışmalıydı. Bu gizli orduların istifadə etməsi üçün İtaliya, Avstriya, Almaniya, Hollandiya və digər ölkələrdə gizli silah anbarlarının yaradıldığı da məlum olmuşdur. Bu tip NATO əməliyyatlarından ən məşhuru Qladio əməliyyatıdır ki, 24 Oktyabr 1990-cı il tarixdə İtalya baş naziri Culio Andreotti tərəfindən ifşa olundu.
 Məlum olur ki, Stay-behind qüvvələri gerçək məqsədlərinin xaricinə çıxmış, işğalı önləmək yerinə daxili siyasətə qarışmış, ölkənin onlara sərfəli şəkildə nizamlanmasında aktiv iştirak etmişlər. Ölkəni yarıişğal altında qoyan bu güclər xüsusilə sol siyasətə qarşı aqressiv olmuş, solçu siyasətçilərə qarşı silahlı terror əməliyyatları aparmışlar. İtaliya nümunəsində olduğu kimi bəzi ölkələrdə terror mühiti yaradılmış, Yunanıstan nümunəsində olduğu kimi həddindən radikal sağ hərbi xunta rəhbərlikləri qurulmuş və ya Türkiyədəki 12 Sentyabr 1980-ci il nümunəsində olduğu kimi əsgəri zərbələr endirilmişdir.
 Fəaliyyət göstərdiyi ölkənin ictimai-siyasi həyatını iflic vəziyyətinə salan bu gizli qüvvələr Türkiyədə 1952-53-cü illərdə Səfərbərlik Tədqiq təşkilatı adıyla təşkilatlanmış, sonra isə Baş qərargah Başçılığına bağlı Xüsusi Hərb Dairəsi damı altında, bunun vətəndaş davamı olaraq fəaliyyət göstərmişlər. Bülənt Ecevit 1974-cü ildə dövrün Baş qərargah Başçısı Semih Sancardan Xüsusi Hərb Dairəsinin varlığını öyrənmiş, mətbuatda isə ilk dəfə 1980-cı ildə təşkilatın varlığı barədə məlumat getmişdir. O vaxt Baş qərargah Başçısı Kənan Kainat da Türk əks-partizan stay-behind silahlı qüvvələrinin üzvü idi.
 Beləliklə, NATO-nun gizli əli ilə Auxiliary Units (İngiltərə), Gladio (İtaliya və digər bir çox ölkə), GAL (İspaniya), I&O (Hollandiya), Lochos Oreinon Katadromon, LOK (Yunanıstan), OWSGV (Avstriya), Plan Bleu, La Rose des Vents, Arc-en-ciel (Fransa), ROC (Norveç), SDRA8, STC/Mob (Belçika), Bund Deutscher Jugend- Technischer Dienst, TD BJD (Almaniya), Nihtila-Haahti plan (Finlandiya), Projekt-26, P-26 (İsveçrə), Regional Force Surveillance Units (Australya), İsveçdə Informationsbyran adlı bir stay-behind təşkilatları qurulmuşdur. Təşkilatın 1950-60-cı illərdə 3 mindən 4 minə kimi personalı olmuş, bu personal ABŞ və İngiltərədə kontr-gerilla döyüş təhsili almışdır. 1951-ci ildə Stockholmda olan CIA masasının şefi Vilyam Kolbi NATO üzvü Norveç və Danimarka stay-behind qüvvətlərinin İsveç və Norveç kimi tərəfsiz ölkələrdə öyrədilməsini müdafiə etmişdir.

Nadin Qordimer


Nadine Gordimer und David Grossman.jpg
Nadin Qordimer (ing. Nadine Gordimer) — Cənubi Afrikalı yazıçı
20 noyabr 1923-cü ildə Yohannesburq yaxınlığındakı balaca şaxtaçılar qəsəbəsində zərgər ailəsində dünyaya göz açmışdır. Məktəbi bitirdikdən sonra bir il Yohannesburq universitetində oxumuş, yazmağa isə doqquz yaşından başlamışdır. 16 yaşı olanda Yohannesburqdə çıxan "Forum" dərgisi onun "Sabah yenə gəl" adlı novellasını çap etmişdi.
40-50-ci illərdə CAR-da aparteid bərqərar oldu, irqi diskriminasiya artdı, müxtəlif rəngli insanların bir-biriylə ailə qurmaları qadağan olundu. Ölkədəki vəziyyət yaradıcı ziyalı təbəqə üçün dözülməz olmuşdu. Mopassanın, Heminqueyin və Folknerin 12 min kitabı oxunması qadağan olunaraq yandırılmışdı, əksər yazıçılar, o cümlədən P. Abrahams və A.La Quma ölkəni tərk etməyə məcbur oldular.

Əsərlər

1949-cu ildə N.Qordimerin "Üz-üzə" adlı hekayələr kitabı işıq üzü gördü, 1953-cü ildə isə onun "Yalançı adamlar" adlı ilk romanı çapdan çıxdı. Romanda Qordimer gənc qadın Helenin məhz onun öznün keçdiyi həyat təcrübəsini qələmə alır. Qordimerin yaradıcılığı Afrikanın cənubu üçün xarakterik olan ictimai-siyasi şəraitin bütün ağırlığını əks etdirir.
Qordimerin "Yadellilərin torpağı" (1958) - gənc ingilis jurnalistin görüb müşahidə etdiyi Yohannesburq cəmiyyətinin 1950-ci illərdəki çoxşaxəli mənzərəsi idi. "Təsadüfi sevgi" (1960) romanının qəhrəmanı dünyanın qəddarlığından öz şəxsi, ətrafdan təcrid olunmuş həyatına qaçıb sığınır. Bu əsərin nəşri uzun illər boyu CAR-da qadağan edilmişdi. "İtirilmiş burjua aləmciyi" romanı (1966) Qordimerin tənhalıq və dünyadan təcrid vəziyyətini tam dolğunluğu ilə əks etdirirdi. Bir müddət ərzində bu romana da CAR hökuməti qadağa qoymuşdu. "Hörmətli qonaq" (1970 – Ceyms Teyt Blekin xatirəsi mükafatı almış) və "Mühafizəçi" (1974- Buker mükafatı almış) romanlarında Qordimer daha pessimistdir, onun tərki-dünyalığı daha artıq nəzərə çarpır. "Burgerin qızı" (1979) romanı da həmçinin senzuranın təqibinə məruz qalmışdı.
"Culay xalqı" (1981) romanında arxitektor Smayzlın ailəsindən danışılır. Yohansenburqdan kəndə qamağa məcbur olmuş ailə öz xidmətçisinin evində qalmalı olur. Qordimer kənd əhalisi ilə ağdərililərin arasındakı münasibətləri dərin psixoloji məqamlarla çatdırır, onların arasındakı sosial-mədəni fərq uçurumunu analiz edir. Sonra "Təbiətin oyuncağı"(1987), "Mənim oğlumun rəvayəti"(1990) romanları çıxır. Hekayə kitablarından isə "Altı fut torpaq"( 1956), "Cümənin Izi" ( 1960), "Məxvidir" ((1965), "Livinqstonun yoldaşları"( 1971), "Yəqin ki, bazar ertəsi"(1976), "Əsgərin ağuşları"(1980) və s. misal çəkmək olar. "İyul adamları" (1981), romanı, "Nəsə, hardasa orda" (1984) hekayələr toplusu və daha iki roman – "Təbiətin əyləncələri" (1971) və "Mənim oğlumun tarixçəsi" (1990) Qordimerin yenə də öz həmişəki mövzusuna – CAR-dakı həyatın problemləri mövzusuna sadiq qaldığını bildirir.
Bir dəfə Qordimer qeyd etmişdi ki, onun bütün əsərləri əslində elə yeganə bir kitabdan ibarətdir.
1991-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı "ədəbi yaradıcılığa görə" Nadin Qordimerə təqdim olundu. Qordimerə Nobel mükafatı təqdim olunandan həməs onra o, "Sıçrayış" adlı hekayələr toplusu yazdı(1991), bu hekayələrdə yazıçının sevimli mövzuları öz əksini tapmışdı.
"Yanımda kimsə yoxdur" romanında (1994) Qordimer özünü tanıyıb tapmaq istəyən Vera Stark adlı qadının siyasətə həsr olunmuş taleyini qələmə alır. "Ev tüfəngi" (1998) romanını bəzi tənqidçilər "hökumətin yüksək qoşun qatarları haqqında triller" adlandırdılar. 1999-cu ildə "Ümid içində və tarix içində olan həyat: Bizim əsr haqqında qeydlər" adlı kitabında isə Qordimerin ədəbiyyatmədəniyyət,insan haqları və təbii ki, özünün CAR-dakı işi və həyatı haqqında məqalələri, mühazirələri işıq üzü gördü.
Nadin Qordimerin hekayələri, məqalələri və romanları müxtəlif ədəbiyyat mükafatlarına layiq görülüb, dünyanın 25 dilinə tərcümə olunub.

Cənubun ilk romançı qızı

         O həm də jurnalistikada təsdiq olunmuş imzadır

Bəzən zamanın diqtə etdiyi şərtlərini ən üzdə olanlarla ən uzaqda olanlar eynilə qəbul etməli olur. Bəlkə də demokratik rejim olmasaydı, nəinki onda, elə indinin özündə də biz yalnız bir Cavidan, əslində isə təkcə Gülüş Xəlilova adında bir şairə tanıyardıq. Uzağı-uzağı, bir rus dili müəlliməsinin də əyalət məktəbində dərs deməyinə şagirdləri sevinəcəkdi. Fəqət... Gülüş Xəlilovanın – Cavidanın haçansa özünün yazdığı yazandan sonra başına gəlib. Həyat üçün planlarını tale dəftərində özü üçün sıralasa da, zamanın və taleyin hakimi İlahinin dəftərində bir ayrı cür yazılıbmış!
Əvvəl-əvvəl şairə kimi tanınıb, sevilib. Bir müddət belə davam edib. Və günlərin birində yazdıqlarını toplayıb ona da, oxuculara . “Bu şeir deyil” adlı.
Sonra... daha doğrusu, bir ara forumların ulduzu olub – bədahətən yazdığı misralar çoxları üçün poema, roman yazmağa bəs edib – day orasın demirik ki, bu bulaqdan su içən nə qədər misralar, cümlələr var ayrı-ayrı müəlliflərin şeirlərində, hekayələrində, hətta bədii-fəlsəfi esselərdə təcəlla edən fikirlərə də rast gəlmək olur.
Tükənməz enerji və istedadıyla qəvvas olan Cavidan həm də jurnalistikada zühur edəndə artıq illərlə külüng vuran “müxalifətçi” və ya da “iqtidaryönlü” imzaları heyrətləndirə bilib.
Bircə informasiyaya, xəbərə, oçerkə imza atmayan Cavidanın zamanın diqtəsindən talantı və istedadıyla yararlandığı hələ ki, ilk və son uğurudur publisistlik etirafı. Bugünkü mətbuatda Cavidan imzası ictmai-siyasi publisistikanın öncüllərindən sayılır, istər ölkə daxilində, istərsə də qürbətdə yaşayan soydaşların hüsn-rəğbəti yetərincədir. Diqqət cəkən məqam odur ki, Cavidanın yazılarında aqressiya yox, şəxsi fikirlərin təlqini yox, amma bəşəri və qlobal olan düşüncələr hakimdir.
Diqqəti yönəltmək istədiyimiz fikir isə ondan ibarətdir ki, Cavidan – Gülüş Xəlilova cənub bölgəsində roman yazan ilk qadın yazarımızdır. Sevindirici olan həm də odur ki, “ilk qələm təcrübəsi” statusunda yanaşmaq olmur – rəy bildirən ziyalıların, elm, sənət və ədəbiyyat adamlarının qənaətincə, Rafiq Tağının “El içində” verilişində dediyi kimi: “Cavidan Lənkərandan heç hara çıxmasa da, çox ünvanları fəth edə biləcək yaxşı bir roman yazıb – “Namə””
Adı Gülüş olsa da... yazdıqlarında həyatın göz yaşları süzülür, sıralanır. Arzulayaq ki, yazdıqları bundan sonra başına gəlməsin!


Məlahət

30.05.2011

HEYVALAR ALƏMİNDƏN GÖZƏL GÖRÜNTÜLƏR

                   Bu şəkilləri görən hər bir şəxs, onlara heyran qalır

FƏLAKƏTLİ İLLƏRİN ASTANASINDAYIQ

Atmosferə atılan istixana qazlarının miqdarı əvvəlki illərə nisbətən maksimum həddə çatıb



FaktXeber.com-un verdiyi məlumata görə, bu haqqda Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumat yayıb. Ekologiya elm adamları qlobal istiləşməsinin təhlükəli səviyyəyə çatmaması üçün ortalama temperaturun iki dərəcədən çox artmamasının zəruri olduğun bildiriblər.

İEA-nin baş mühəndisi Fateh Birol “atmosferdəki orta temperaturun 2 dərəcə artmasının qarşısını almaq artıq bir xəyala çevrilib.”-deyə bildirib.Beynəlxalq Enerji Agentliyinin verdiyi məlumata görə son 80 il ərzində atmosfer ən çox zəhərli qazların tullantılarına məruz qalıb.

İqtisadi böhranın ən çox hiss edildiyi 2008-2009-cu illər ərzində, illik karbonun miqdarı 0.3 qeqaton azalaraq, 29.3 qeqa tondan, 29 qeqa tona düşüb. Beynəlxalq Enerji Agentliyininverdiyi məlumata görə, 2010-cu ildə atmosferə 30,6 qeqa ton karbon 4 oksid tullantıları atılıb. Bu göstərici 2009-cu il ilə müqayisədə 1,6 qeqa ton artıqdır.
Fatih Birol “Bu rəqəmlər ən pis göstəricilərdir. İstilik artımını 2 dərəcə artmasının qarşısını almaq çox çətin olacaq. Bu göstəricilər gələcəyin qaranlıq olmasından xəbər verir.” - deyə əlavə edib.

İngiltərənin “London School of Economics Lord Stern” mərkəzindən verilən məlumata görə, mövcud vəziyyətin davam edəcəyi halda, atmosferin vəziyyəti daha da dəhşətli olacaq. Mərkəzin apardığı tədqiqartlar nəticəsində məlum olub ki, 2100-cü ilə qədər atmosferin ortalama temperauturu 4 dərəcəyə qədər artması ehtimalı 50%-dir.

"Bu cür bir inkişaf dünya səviyyəsində yüz milyonlarla insanın dolanışığını mənfi təsir edəcək, bu da böyük köçlərə və qarşıdurmalara gətirib çıxaracaq. Buna gördə hökümətlərin dərhal hərəkət keçməsi lazımdır.”-deyə araşdırma mərkəzi həyəcan təbili çalıb.

HƏR DƏRDİN DƏRMANI - ƏRİK

B vitamini sayəsində bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyəti olan ərik, qəbizliyə çox yaxşı təsir edir



B vitamini sayəsində bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyəti olan ərik, qəbizliyə çox yaxşı təsir edir. Yuxu problemi olanlar üçün əla təsir bağışlayan ərik, həmçinin tez əsəbiləşən və stressli olanlar üçün də faydalıdır.
http://apricotfacts.com/apricot.jpg

İştah açan və həzmi asanlaşdırıcı təsiri ilə həkimlər tərəfindən uşaqlara və xəstəlikdən sonrakı dövrdəki şəxslərə tövsiyə edilən əriyi mədəsi zəif olanların çox yeməsi məsləhətdir. Ərik, sızanaq və qara nöqtələr üçün də faydalıdır. Mütəxəssislər, təzə, təmiz və hamar bir dəri üçün ərik yeməyi məsləhət görür. Əriklə aparılan dəri baxımı, müalicələrini və gözəllik maskalarını tövsiyə edir.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4_bTSlFMLkXnph1pKrV7g8OHDHwKjvG1pXa_RfX2cfgw5LeQj4n6grg4Zyp1aFqXm9AQfcXflEy8rROvUYrQgGpDSqt_23QBE4OUADI3Y7sV3c4WmKlloyo5C8o1W19pE_u0H1LsoEx_k/s1600/apricot.jpg

Ərik, quru ərik, ərik suyu, ərik mürəbbəsi, ərik çəyirdəyi cana çox faydalıdır. Əriyin vətəni Orta Asiyadır. Ərik; 5000 ildir Orta Asiya bölgəsində yetişdirilir.

Əriyin faydaları

- Ərik; A, B, C və P vitaminləri, dəmir, maqnezium, kalsium, fosfor, kükürd, mis, xrom və manqan mineralları baxımından da zəngindir.

fx

- Ərik; immunitet sistemini gücləndirir qanı artırır, qan dövranına köməkçi olur və sinirləri yatırır, yuxu nizamlanmasına kömək edir. Ərik, sümük əriməsinin qarşısını alır.
 Ərik, təbii lif baxımından zəngin olduğundan qəbizliyə faydalıdır.


- Ərik yaş və quru olaraq, funksional qidadır. Yəni önləyici, qoruyucu qidalardandır. Sağlam və yaxşı həyat üçün lazımlı qidalardandır. Natrium səviyyəsi aşağı, kalium səviyyəsi yüksək olan ərik, bədəndə qan təzyiqinin nizamlanmasında, yüksək təzyiqin yoxlanmasında əhəmiyyətli təsirə malikdir.

- Ərik suyu və ya ərik mürəbbəsi xüsusilə disertdə və axşam yeməklərində daha faydalı olur. Ərik, həzm problemlərinə yaxşı təsir edir, stressi və qansızlığın qarşısını alıq. İmmunitet sistemini qoruyur, ürək əzələləri və sinirlərin yaxşı işləməsini təmin edir.
http://www.driedfruits.com.cn/images/Dried-Turkish-Apricots.jpg

- Ərik çəyirdəyi yağı, xüsusilə yaşlılarda əmələ gələn qırışları azaldır. Gündə 7 ədəd ərik çəyirdəyi yemək məsləhətdir. Ərik çəyirdəyinin 100 qramında 113 mq maqnezium, 37 mq kalsium, 5 mq kalium, 3 mq sink, 2 mq dəmir, 2 mq natrium, 4 mq B3 (niasin), 2 mq C vitamini, 0.3 mq B1 (tiyamin) vitamini və 0.2 mq B2 (riboflavin) vitamini var.

http://www.gojiking.co.uk/shop/images/apricot_kernels.jpg

- Qaraciyər və mədə xəstəliyi olanlar ərik çox yeməlidir. Mütəxəssislər gündə 3 ədəd quru ərik yeməyi təklif edir.




fx

SON 50 İLİN ƏN SƏRT QURAQLIĞI!

Çinin Yanqazi çayı hövzəsində baş verən quraqlığa görə 34,83 milyon insan susuzluqdan əziyyət çəkir



FaktXeber.com-un CNN-ə istinadən verdiyi məlumata görə, Çianqsu, Ənhisni, Hubey və Hinan əyalətlərində baş vermiş quraqlığa görə 4,23 milyon insan susuz qalıb. 5,06 milyon insanın isə köməyə ehtiyacı olduğu bildirilir.

Bölgəyə yağıntıların az düşməsi ilə əlaqədar əməl gələn quraqlığın vurduğu iqtisadi ziyanın 14,94 milyard yuan olduğu bildirilir.
Çin rəsmilərindən verilən məlumata görə, quraqlıq təhlükəsi hələ ki, davam edəcək. Artıq Hubey və Hunan əyalətlərinə 55 milyon yuan miqdarında yardım ayrılıb.

DÜNYADA BAŞ VERƏN MARAQLI HADİSƏLƏR

                               Müxtəlif ölkələrdə qeydə alınan olaylar




Peruda xanımlar əllərində şamla yürüş keçirərək, Puno şəhərində baş verən
zorakılığa etiraz ediblər.

Fransada mülki aviasiya olan "A-380" təyyarəsinin gələcək pilotları,
hərbi-təlim maşını hazırlamaq qərarına gəliblər.

Amerikada Vyetnam müharibəsində həlak olmuş əsgələrin xatirəsi anılıb.

Meksikada yerli polisin narkobaronlara qarşı keçirdiyi əməliyyat zamanı
36 nəfər həbs olunub, xeyli sayda silah-sursat müsadirə olunub.

Kubanın əfsanəvi lider Fidel Kastronun qardaşı olan Raul Kastro, 80 illik
yubileyini keçirməyə hazırlaşır.

"Şatl Endevor" sonuncu uçuşunu yerinə yetirərək artıq yer kürəsinə qayıdır.

Filippinin gömrük rəsmiləri nadir mərcan növünü və 100-dən çox nəsli
kəsilməkdə olan tısbağaları müsadirə edib.

Filadelfiya muzeyində əfqan döyüşçülərin əl işi olan xalçalar nümayiş olunub.

ABŞ-da futbol azarkeşlərini aparan avtobus qəzaya uğrayıb. Hadisə zamanı
2 nəfər həlak olub, 15 azarkeş isə yaralanıb.

Yunanıstanda hakimiyyətin maliyyə böhranından sonra durumu düzəldə
bilməməsinə etiraz olaraq nümayiş keçirilib.

Prezident Barak Obama tornadodan zərər çəkmiş regionlara səfər edib.

AVROPA ORTA ASİYANIN AQİBƏTİNƏ DOĞRU GEDİR

İspaniyanın Madrid və Barselona kimi əhəmiyyətli şəhərlərində meydanları düşərgə halına salan gənclərin etiraz aksiyaları davam edir



FaktXeber.com-un verdiyi məlumata görə, etiraz aksiyaları keçirən gənclər “biz meydanlardan getməyəcəyik. Nümayişlərimizi dava etdirəcəyik” - deyə şüarlar səsləndiriblər.

Tunis, Misir, Liviya, Yəməndə başlayan xalq nümayişlərindən sonra indi də növbə İspaniyaya çatıb. Nümayişçilər qadağaların qoyulmasına baxmayaraq küçələrə axışıblar. İspaniya siyasətinə və iqtisadiyyatına etiraz edən nümayişçilər, may ayının 15-dən başlayaraq sosial internet şəbəkələri vasitəsilə xalqı etiraz aksiyası üçün küçələrə çıxmağa çağırıblar.


Madrid və Barselona kimi böyük şəhərlərin ən əhəmiyyətli meydanlarına yığışan etirazçı gənclər, bazar günü keçirdikləri yığıncaqdan sonra meydanlarda yatacaqları haqqında qərar veriblər.

"Biz meydanlardan getmirik. Nümayişlərimizə davam edəcəyik. Burada olan düşərgə mühitini yenidən düzəldəcəyik. Çünki bizlər məsul şəxslərik.” - deyən nümayişçilər ara vermədən meydanlarda qalacaqlarını bildiriblər.

"15 May Hərakatı" olaraq adlandırılan nümayişlər, İspaniyanın ən böyük meydanlarından olan Sol meydanından başlayarq ölkənin bütün ərazilərinə yayılmaqda davam edir. Şənbə günü Madridin 121 məhəlləsində yığıncaqlar təşkil edən nümayişçilər, mövcud siyasi və iqtisadi sistemi qarşı çıxmalarının səbəblərini xalqa izah ediblər. Verilən məlumata görə, görüşlərdə 20 min insan iştirak edib. 

Digər tərəfdən İspaniyanın Barselona, Valensiya və Seviliya kimi iri şəhərlərində də etirazlar davam edir. Keçən həftə ərzində keçirilən etiraz aksiyaları zamanı, polis müdaxiləsi nəticəsində 100-dən çox adam yaralanıb. Barselona, Valensiya və Seviliya şəhərlərində aksiyalar təşkil edən gənclər, gecələri meydanlarda keçirmək haqqında hələ ki, heç bir qərara verməyiblər.

Qeyd edək ki, İspaniyada baş verən etiraz aksiyalarında sonra Avropanın digər iri şəhərləri olan Afinada, Lionda və Parisdə  gənclər “dərhal həqiqi demokratiyaya dəstək” adı altında kütləvi etiraz aksiyaları keçirməyə başlayıblar.


fx

FİLİPPİNDƏ 800 TON BALIQ TƏLƏF OLUB

     Artıq Filippin hökuməti ölmüş balıqların bazarlara çıxarılmasını qadağan edib



FaktXeber.com-un verdiyi məlumata görə, Taal vulkanının yanında yerləşən Filippin dənizində 800 ton balıq tələf olub. Balqıların tələf olmasına səbə kimi dənizdə suyun tempraturun birdən aşağı düşməsidir. Artıq Filippin hökuməti ölmüş balıqların bazarlara çıxarılmasını qadağan edib.








HÜSNÜ MÜBARƏK XƏSTƏXANADAN QAÇIB

                                 Diktatoru helikopterlə xəstəxanadan qaçırıblar



FaktXeber.com-un verdiyi məlumata görə, Misirin keçmiş prezidenti Hüsnü Mübarək Şarm Əl-Şeyxdəki xəstəxənadan helikopterlə qaçıb. Bu barədə Misirin "Əl-Vəft" qəzeti məlumat yayıb. Məlumata görə, barəsində cinayıət işi açılan və edam olunmaq təhılükəsi ilə üzləşən diktator, bu səhər xəstəxanadan yoxa çıxıb. Mövzu ilə bağlı Misirin hazırki hakmiyyəti olan Ali Hərbi Şura, heç bir açıqlama verməyib. Bu isə Misirdə əhali arasında böyük narazılığın yaranmasına səbəb olub. 
Qeyd edək ki, Misirin keçmiş prezidenti dövlət əmlakını mənisəməkdə və ölkədə keçirilən etiraz aksiyaları zamanı nümayişçilərin ölüdürülməsi barədə əmr verməkdə ittiham olunur.

KRALDAN İSVEÇ XALQININ ADINA NÖVBƏTİ LƏKƏ

İsveçdə keçən il nəşr olunan bir kitabda adı kokainli seks partisində iştirak etməkdə hallanan Kral 16-cı Qustav, yenidən qalmaqalla üzləşib



Bundan əvvəlki qalmaqalın üstündən bir müddət keçməmiş, kralın çılpaq qadınlarla şəkilləri nümayiş olunacağı haqqında məlumatlar yayılıb.FaktXeber.com-un verdiyi məlumata görə, artıq bu barədə yayılan məlumatlar gündəmin əsas mövzularından birinə çevrilib. İsveç mətbuatında gedən məlumat görə, Kralın bu şəkilləri İsveçdə yerləşən striptiz klubunun sahibi olan Mille Markoviçi tərəfindən çəkilib. Şəkillərin satışa çıxarılması haqqında məlumatlar yayılıb. Mille Markoviçin Stoklomda yerləşən mafiya qrupları ilə əlaqəsi olduğu bildirilir.

Qeyd edək ki, kral Qustavın "əyləncə" anlarını göstərən iki fotoşəkili nümayiş etdirmək istəyən "TV4" kanalı, şəkillərdə olan şəxsin kral ola biləcəyini bildirərək, lakin bunun ictimaiyyətə açıqlanması ilə bağlı zəmanətə malik olmadıqları qeyd edib.

Qeyd edək ki, kral Qustav kraliça Silvia ilə evli olduğu dövrlərdə, Mille Makoviçin sahib olduğu kluba tez-tez gedərək orada olan qadınlarla əylənirmiş. Kral özü haqqında yayılan məlumatlarla bağlı heç bir açıqlama verməyib. Artıq ikinci dəfədir ki, belə bir hadisənin baş verməsi, kralın taxtının zəifləməsinə zərbə vurub.

İsveçin ən nüfuzlu qəzetlərindən olan “Daqens Nuhiter” tərəfindən aparılan sorğuda, krala dəstək verənlərin sayının 44%-ə düşdüyü məlum olub. Sorğu zamanı İsveçrədə monarxiyanın qorunmasına dəstək verənlərin saytının isə 74% olduğu açıqlanıb. 

ARTIQ 2500 ƏSGƏR HƏLAK OLUB

2001-ci ildən bu günə qədər Əfqanıstanda ölən xarici əsgərlərin sayı 2 min 500-ə yaxınlaşıb




FaktXeber.com-un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, 2001-ci ildə Əfqanıstanın ABŞ tərəfindən işğal edilməsində sonra, ölkədə Taliban döyüşçüləri ilə koalisiya qüvvələri arasında qarşıdurmalar baş verir. İşğalçı NATO əsgərləri ilə yerli döyüşçülər arasında baş verən qarşıdurmalarda bu günə qədər 2500-ə yaxın xarici əsgər öldürülüb.

Qeyd edək ki, xarici əsəgrlər təkcə qarşıdurmlar zamanı deyil, yol kənarına yerləşdirilən partlayıcıların işə düşməsi və heikopterlərin vurulması zamanı da həlak olub. 2001-ci ildən 2011-ci ilə qədər xarici ölkələrin Əfqanıstanda verdiyi əsgər itkisi belədir:



ABŞ: 1597
İngiltərə: 368
Kanada: 156
Fransa: 58
Almaniya: 48
Danimarka: 40
İtaliya: 36
İspaniya: 30
Polşa: 26
Hollandiya: 25
Avstraliya: 23
Digər ölkələr: 84
Cəmi: 2491

Hər şey və heç nə

XORXE LUİS BORXES



Xorxe Luis BorxesÖz-özlüyündə o, Heç Kim idi; başqalarıyla hətta tarixin ən pis surətində də uyğunluğu olmayan üzündə və saysız-hesabsız, xəyali, əlaqəsiz sözlərində yalnız kimsənin görmədiyi soyuqluq, röya gizlənirdi. Əvvəlcə ona elə gəlirdi ki, bütün insanlar da onun kimidir, amma sonradan dostuna özündəki boşluq haqda danışmağa çalışanda dostunun karıxıb qalması onu əmin etdi ki, səhvi var və həmişəlik başa saldı ki, başqalarından fərqlənmək olmaz.
O, kitablarda şəfa tapmağı düşünürdü, bundan ötrü latın dilini qismən və azacıq da yunan dilini öyrəndi; sonradan qərara gəldi ki, insan birgəyaşayışının ən sadə adətini icra etməklə məqsədinə çatacaq və uzaq iyun günündə Anna Hetueyin ağuşunda idi.
İyirmi neçə il Londonda qaldı. Heç Kim olduğunu faş etməmək üçün, iradəsinin ziddinə olsa da, o artıq özündən kimisə ifadə etməyi öyrənmişdi; Londonda qarşısına aktyorluq sənəti çıxdı, səhnədə, insanların qarşısında başqasının obrazını yaratmaq sənəti, o, məhz bu sənət üçün yaranmışdı. Əmək ona heç nə ilə müqayisə olunmayan, bəlkə də həyatında ilk dəfə olaraq sevinc gətirdi; lakin sonuncu misra səslənib, səhnədən sonuncu cəsəd çıxarılanda o, yenidən qeyri-reallığın iyrənc dadını duymalı olurdu. O, Ferreks, yaxud Tamerlan olmağı başa çatdırır və yenidən heç kim olurdu. Sıxıntıdan başqa qəhrəmanlar və qorxulu əhvalatlar düşünməyə başladı. Onun bədəni meyxanalarda, fahişəxanalarda məşğul olanda, bədəninə salınmış ruh kahinlərin xəbərdarlıqlarına qulaq asmayan Sezar, könlündəki torağayı lənətləyən Culyetta, səhrada küpəgirən qarılarla söhbət edən Maqbet olurdu. Yer üzündə heç kim onun qədər çoxsaylı adama çevrilməmişdi, o, sanki misir Proteyi kimi reallığın bütün obrazlarını işləməyi bacarmışdı. Bəzən tapılmayacaqlarına əmin olaraq, bu və ya digər süjetin künc-bucağında məşum etiraflar qoyurdu; Riçard deyirdi ki, o, çoxlu rollarda oynayan aktyordur, Yaqo “Mən-mən deyiləm” kimi köhnə sözləri söyləyirdi. Həyatla yuxunun eyniliyi və təsəvvürlər onu sonralar məşhurlaşan triadalara ilhamlandırdı.
İyirmi ilini yuxularını idarə edərək keçirdi, lakin bir gün səhər qılınclardan ölən krallar, məlahətli replikalarla görüşən, ayrılan, ölən bədbəxt sevgililər olmağa qarşı nifrət və dəhşət hiss etdi. Elə həmin gün teatrı satdı, bir həftədən sonra isə doğma şəhərində idi, burda yenidən uşaqlığının ağaclarını, çayını tapdı və artıq onları mifoloji işarələr və latın adlarıyla bəzədilmiş, muzanın şöhrətləndirdiyi başqalarıyla müqayisə etmirdi. Amma burda da kimsə olmaq tələb olundu və o da müəyyən miqdarda mal-dövlətə malik, indi yalnız ssudalar, mülki iddialar və dövriyyədən daxil olan faizlərlə məşğul olan İşlərdən Aralanmış Sahibkara çevrildi. Bu ampluada o, pafos və ədəbiliyin düşünülmüş şəkildə yol verilmədiyi, bizə məlum quru vəsiyyətnaməni diktə etdi. Londondan dostları bəzən onun guşəsinə baş çəkəndə dostlarının qarşısında keçmiş poet rolunu oynayırdı.
Hekayə əlavə edir ki, o, ölüm ayağında, ya da ölümündən sonra Allah qarşısında durur və ona müraciət edir:
- Mən, əbəs yerə bir elə insan olmuş mən ancaq bir nəfər olmaq istəyirəm- Özüm.
Tufanın içindən Yaradanın gözü cavab verir:
- Mən də mən deyiləm. Sən öz əsərlərini yaratdığın kimi, mən də bu dünyanı uydurmuşam, Şekspirim mənim və mənim yuxularımın əlamətlərindən biri- mənə bənzər sənsən ki, mahiyyəti Hər Şey və Heç Nədir.