29.11.2011

Döymə taxta qapımı, döyməyim dəmir qapını


Tural Türk

İndi hər şey qəribəlikləri ilə diqqəti çəkir. Hər kəs özünü haqlı bilir. Yeri gəldi-gəlmədi başqsını günahlandırır. Məsəl var, deyərlər:- öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır. İnsanların hissi ilə oynamaq, onlarda qüsur axtarmaq, tapmayanda isə şər atmaq, qara yaxmaq adətə çevrilib. Bu hal jurnalistikamızda xüsusi ilə özzünü ifrat dərəcədə göstərmədədir. “Söz azadlığı”, fikir ayrılığı heç də o demək deyil ki, “ağam mənə kor deyib, hər görəni vur deyib” deyiminə söykənib, gözlərinə pis görünəni tənqid atəşinə tutsunlar. Və bu işə elə aludə olsunlar ki, bəzən tənqid əvəzinə təhqirə, şantaja keçsinlər. Ürək ağrıdan bir məsələdir.

28.11.2011

Mirmehdi Ağaoğluna necə sifilis diaqnozu qoyuldu?


O avqust yay axşamlarını ağcaqanadların əlindən tər tökə-tökə evdə keçirməyə məcbur olmuşduq.

Ağcaqanadlar birdən hücum etmişdilər şəhərə.

Bəziləri deyirdilər ki, onları dəniz sahilindəki qamışlıqlardan külək gətirib.

Varlıların sərvətlərini təftiş etməyi xoşlayanlar və öz bədbəxtliklərini buna bağlayanlar isə imkanlı adamların balıq yetişdirmək üçün rayondakı hər dərədə düzəltdikləri süni gölməçələr üzündən ağcaqanadların kəskin artdığını deyirdilər.

Axşamlar şəhərə çıxmaq olmurdu. Ağcaqanadlar adamın paltarının içinə kimi girib sancırdılar.


“Калина красная”


Между очередными переделками “Печек-лавочек” Шукшин, уезжая в Ленинград на озвучивание фильма “Даурия”, позвал и меня: “Книжные лавки пошерстим, может, что и по “Разину” отыщется. К Николаю Симонову попадем, обещал показать свои картинки”. Артист Николай Симонов занимался рисованием и мало кому показывал свои работы.
Все предыдущие поездки по разинской натуре сопровождались книжными добычами. Последнее время Шукшин давал мне деньги на покупку случайно увиденных книг, а после в гостинице разбирался, непригодное обратно сдавали, если удавалось. В одном из периферийных магазинов, к его радости, “выкинули” собрание сочинений Сергея Максимова, высоко им ценимого; марксовское издание Гоголя 1905 года — за 12 томов 10 рублей.
Неделю в только что открытой гостинице “Ленинград” мы лишь ночевали, никуда нас не впускали — все для интуриста. Однажды мы попробовали пообедать в ресторане гостиницы. У прозрачной двери ресторана стояла ухоженная распорядительница.

Qoca necə öldü?


Vasili Şukşin

Qoca sübhün gözü açılar-açılmaz özünü pis hiss eləməyə başladı. Canında üzücü bir yorğunluq duyurdu. Zəif olmağına çoxdan zəifləmişdi, təxminən bir ay olardı, amma bu gün nəsə xüsusi bir halsızlıq bədənini haqlamışdı – ürəyi elə pis döyünürdü ki, az qalırdı ki, ağlasın. Qorxu öz yerində, ona məəttəl qalmışdı ki, ömründə özünü bu qədər zəif, halsız hiss eləməmişdi. Ona elə gəlirdi ki, ayaqları yerli-dibli yoxdur. Barmaqlarıyla yoxlayandan sonra onların həqiqətən mövcudluğuna inanırdı. Qəfildən sol əli keyiməyə başlayırdı, xeyli tərpədəndən sonra açılırdı. Bu nə cür halsızlıq idi, ilahi!..

İtalyan uşaqlarının ən çox sevdiyi kitablar hansılardır?


İtalyan uşaqlarının ən çox sevdiyi kitablar “Pinokkionun macəraları” və “Qırmızı papaq”dır. 

“Böyümək üçün oxumaq” projesinin rəhbəri Massimo Sumberezi bu nəticəyə uşaqlar arasında keçirilən sorğuya əsasən gəlib.

10 il əvvəl olduğu kimi bu gün də Pinokkio və Qırmızı Papaq uğaqların sevimli personajlarıdır. 

Sorğu 9 yaşına kimi uşaqların arasında keçirilib və onlardan 75 faizi adı çəkilən qəhrəmanları seçib. 

Sonrakı yerləri “Balaca şahzadə”, “Harri Potter”, “Qulliverin səyahəti” əsərləri tutub. 

Zalim, yoxsa kafir?

Sayman ARUZ

- Alo! Salam Rafiq bəy!
- Ay salam Sayman bəy! Necəsiz? Haralardasız?
- Yaxşıyam Rafiq bəy. Bəlkə bir çaylaşaq?
- Həəə…nolar…saat neçədə?
- Saat 6 necədi?
- Yaxşı…əladı.
- Lap yaxşı Sayman bəy! harda görüşək?
- Siz əziyyət çəkməyin Rafiq bəy. mən gələrəm evinizin qabağına…
- Hə…hə yaxşı. Onda görüşərik.
- Oldu bəy hələlik…
- Hələlik Sayman bəy!



Однажды в Америке

Название: Однажды в Америке / Once Upon a Time in America 

Фотографии индейцев америки


Фотографии индейцев америки

Добротная подборка фотографий индейцев америки. Довольно редкие кадры мировой истории.

Фотографии индейцев америки

Once Upon a Time in America




История города Сайлент Хилл - Часть 1. Индейские племена.

Статья об истории городка Сайлент Хилл, в котором разворачиваются события одноименной серии видеоигр от компании Konami. В первой части статьи идет анализ истории городка, начиная с времен, когда самого города еще не было в помине, а территория была населена коренными жителями Северной Америки - индейцами
- - - - - - - - - - - - - - - - - - - -
Silent Hill - это небольшой курортный городок, находящийся на северо-востоке США - в штате Мэн. Основными направлениями развития города были туризм и агропромышленность, население же Сайлент Хилла на момент событий первой части составляло около 30 000 жителей. Но, в отличие от крупных туристических центров, в Сайлент Хилле отнюдь не бурлит жизнь - город окружен горной цепью ("gorgeous mountain landscape" - туристическая брошюра из Silent Hill 2/3) и лесом, что создает впечатление отрезанности города от остального мира. Безмолвный Холм будто отстранился от внешнего мира и продолжает жить в своем особом мире, где время остановилось, где время уже не властно над разумом и человек может, забыв обо всем на свете погрузиться в воспоминания и мечты (воистину, это краеугольные камни Безмолвного Холма, которые в городе могут существовать вечно, и их, вопреки известному высказыванию, никогда не сточит течение времени).


Film, film, film…


İbrahim Sel                                                  
Professional Oxucu Liqası

 İntiqam Hacılı (İntiş) və kinodan yazarlığı öyrənən digər dostlar üçün

“Siz televiziya tamaşaçıları heç vaxt dünyanı dərk edə bilməzsiniz”

II yazı

 Kinonu həyatın kinolent üzərində əksi kimi anlayanları bu ölçülərdən kənar meyarlarla yaradılmış filmlərlə nəinki heyrətləndirmək, heç ekran qarşısına cəlb etmək də mümkün deyil. Belə filmlər xalqımızın təsəvvürünə, təxəyyülünə hakim kəsilmiş ənənəvi kino modelinin tələblərinə uyğun gəlmədiyinə, adi gözlə görünən dünyanın məntiqindən kənara çıxdığına görə tamaşaçı onunla dil tap bilmir. Əslində hər hansı ekran əsərinin düzgün qavranılması onun dilinin düzgün başa düşülməsindən başlayır. Filmin dili isə onun bütün mahiyyəti, özü də fikrin, bədii məramın dərinliyinə doğru kodlaşdırılır. 


Amerikanın gizli tarix -3


Masonluq Yeni Dünyaya tamamilə yəhudilərin əliylə daşındı

 Püritenler özlərini yəhudilərlə qaynaşdırma mövzusunda çox israrlı idilər. Uşaqlarına Samuel, Amos, Sarah, Judith kimi yəhudi adları verir, bütün yəhudi dini qayda və ənənələrini tətbiq edir, İbranice danışmağa çalışırlar, qısacası Judaicanın da istifadə etdiyi deyimlə "yəhudiləşir"lər idi. İngilis yazar E. Dowden, bu səbəblə Puritan and Anglican adlı kitabında, "Püritenlik, İngiltərənin ürəyinə və ruhuna, Tövratın dahiliyini daşıdı" deyir. Universal Jewish Encyclopedianın yazdığına görə isə, "əxlaq quruluşu Tövratla tamamilə bərabər olan Püritenlik, 'İngilis Yəhudiliyi' olaraq adlandırılmışdır." Ancaq Püritenlerin dövlət və kilsə haqqındakı radikal düşüncələri, Kral tərəfindən təzyiq görmələriylə nəticələndi.

Elə beləsinə...

ŞəkilXosrov Barışan


Nə işsiz qalıb
 Pulsuz olduğuma görə,
Nə sevgilimin
 Məni pula satıb
  Tərk etdiyinə görə,
Və nə də;
  Ömür boyu
          Zindana
           Düşdüyümə görə,
Yo...ox
 Elə beləsinə
  İntihar etmək istədim,
Düz;
 Haqqları yeyilənlərin,
 Sevgi görməyənlərin,
 və isyanları boğulanların
     Həyata bağlandıqları tək!!!
  

TƏCNİSLƏR


Bəxtiyar Hidayət

1.
Doğulan qul kimi doğulur burda
Nə bəy ata qaldı, nə xanım ana
Evini başına uçurar zalım
Nə daxmaya baxar, nə xanimana

Ölkə qaldı beş-on tazıya, qurda
De kimə yem oldun- tazı ya qurda?
Molla, yüz məclis qur, taziyə qur da
Nə şah gələn deyil, nə xan imana

Burda  ağı qoyur qara mat daha
Atır dalınca da qaramat daha
Bir deyin o üzü qara məddaha
Öyməsin nə şahı, nə xanı mənə

Nur yağışı

Şəkil
Əfsanə Laçın                 

Aylar keçir, il dolanır,yeni nağıllar yaranır. Bu nağılların içındən ən gözəlin seçərəm,sizə nağıl biçərəm. Bir ölkə varimış,bu ölkədə yaşayan bütün insanlar gözəlliklərinə görə dünyanın başqa insanlarından fərqlənərmişlər. Bu ölkənin sakinlərindən biri də Şumal idi.Şumalı atası yanına çağırıb,ona dedi:-Oğlum artıq böyümüsən,evlənmək vaxtıdır.Ölkədəki qızlardan birini seç.
Şumal bütün ölkəni gəzib dolansa da,heç kim onun ürəyinə yatmır.Hamı bu qədər gözəlin içindən onun heç kimi seçə bilməməsinə təəccüb edirdi.
Şumalın atası çox qəzəblənmişdi.O,Şumala dedi:-ölkədən çıx get.Nə zaman öz yarını tapsan qayıdarsan.Şumal yola düzəlir.

Василий Максимов. Известные картины - Всё в прошлом, 1889

старухи

ONU AND ÖLDÜRDÜ

Möhtəmən Həkim. Hekayə



Fətəli kişi heç vədə yalandan and içməzdi. O, verilən və içilən andlara şübhə etməz, ona inanar və əməl edərdi. Onda bu xasiyyət lap uşaqlıqdan, ağlı kəsəndən yaranmışdı. O, uşaq ikən atası rəhmətlik Gülalı kişi yalandan and içən və verilən anda əməl etməyən bir nəfərin başına gələn müsibətləri ona danışmışdı. Həm də oğluna bərk-bərk tapşırmışdı ki, içdiyin andlara gərək əməl edəsən. Fətəli də atasının öyüd-nəsihətini qulaqlarında sırğa edərək, ona həmişə sadiq qalmışdı. Odur ki, qonum-qonşular Fətəlini düz, halal adam kimi tanıyırdı. Belə əqidə sahibi olduğu üçün Fətəli adamlar arasında xüsusi hörmət qazanmışdı.

Biz dəlicə sevmişdik…

Super Animasiya Kolleksiyası - 1Nilufər MuğanTürk

Zamansız ayrıldıq biz..
Vidalaşmadan belə...
Nə sən "əlvida" dedin,
Nə mən "yaxşı yol" sənə...
Əllərim əllərində soyudu, sən bilmədin...
Səndən ayrılmamaqçün bircə söz gözləyirdim, gözlərin danışsa da dilin susdu, demədin...
Susduq danışmadıq biz, gözlərimiz danışdı...
Ayrılmamamız üçün bu kifayət etmədi...
Qürurum mane oldu, sədd çəkildi önümdə...
Ürəyim parçalandı,alovlandım içimdə, səni saxlamaqçünsə, inan gücüm yetmədi...
Ayrıldıq, sevə sevə...
Sənə xatirə qaldi, gözlərində gözümün o utancaq izləri...
Ayrıldıq, bilə bilə...
Heç vaxt unutmayacaq hər payız dönə-dönə yağan leysan yağışı, əsən xəzri bizləri...
Ayrılıq zamanında soyuq küləklər əsdi..mənim qəlbim titrədi, sənin əlin əsmədi...

Kitab dərdi və "Dirol"


Cavidan

Çox oldu ki, yayın beyin əridən istisində, payızın palçıq yağışında, qışın şaxtasında, hətta yazın da hamının aşiq olduğu zamanlarında evdən başılovlu çıxdım yollandım Mərkəzi Poçt Şöbəsinə, burada qaz pulu, işıq pulu ödəyənlərin, əsgər payları, şikayət məktybları yollayan insanların qarışıqlığında dəqiqə bilmədən, saat hiss etmədən gözlədim...
Gözlədim ki, nəhayət, məni çağırıb deyəcəklər ki, budur, sizin bağlamanız gəlib, imzanızla təstiqləyin və götürün, gedin, çıxın, rədd olun burdan, bir də gözümüz də Sizi görməsin, zəhləmizi tökməyin həftə bilmədən, ay hiss etmədən gəlib bu içində nə olduğunu bilmədiyimiz dördkünc bağlamaları soruşmaqla, istəməklə, gözləməklə...

Sevgipatoloq stomatoloqda

Rüfət Əhmədzadə

Təsvir edin ki, stomatoloq lazımdır sizə. Çox təcili lazımdır. Və günün günorta çağı diş ağrısı sizi öldürür. Bu arada, dişinizi düzəldən başqa həkimin yarımçıq qoyduğu işin ağrısını çəkirsiniz. Amma bu ağrıları işdə çəkməlisiniz. Yəni, səhər 9-dan axşam 6-yadək. Artıq icazə yoxdur. Bütün “kredit”lər fərsiz müalicəyə sərf edilib. Xülasə… Bir çarə var. Nədir o çarə? Növbəti abzasda.
Sizin sevdiyiniz bir insan var – vaxtilə sevdiyiniz… Lap, tutalım, indi də. İxtisası isə, dərdinizə uyğun-  Stomatoloq. İşlədiyiniz yerə yaxınlıqdadır iş yeri. Həm də çox savadlıdır. Amma sizdə də onun savadından min qat artıq qürur var. Nə edərdiniz? Müraciət edərdinizmi ona? Mən etdim. Bilməm qürursuzluqdanmı, ya kinsizlikdənmi.. Etdim.

Günün fotosu

HEYF SƏNDƏN, QƏDDAFİ


Əlisa Nicat


Heyf səndən, Qəddafi! Sən necə gözütox, necə ədalətli, necə millətini sevən diktator idin. Sənin qədrini bilmədilər. Sən xalqından nələr əsirgəmirdin?! Budur siyahı:
1.İşsizə ayda 730 dollar maaş verirdin.
2.Tibb bacısına 1000 dollar.
3.Hər yeni doğulmuş körpə üçün 7000 dollar.
4.Yeni evlənənlərə mənzil almaq üçün 64 000 dollar.
5. Şəxsi biznes açmaq istəyənlərə 20 000 dollar.
6. Təhsil və tibb pulsuz idi.
7. Xaricdə təhsil alanların pulunu sən verirdin.
8.Vaxtı keçmiş ərzaq satanlar həbs edilirdilər.
9. Saxta dərman satan adamlara ölüm hökmü kəsilirdi.
10. Mənzil haqqı demək olar ki, yox idi.
11. Elektrik üçün pul alınmırdı.



Qocalığın təsviri


Dilqəm Əhməd

Bir gün qocalsam əgər
9 may sevinci ilə yaşayan veteranlar kimi
Gözlərim müharibə atəşi ilə yanmayacaq.
Gəncliyin ehtirasında da,
qocalığın müdrikliyində də
Savaşlara qarşı olacağam.
Hərb tarixi ismimi anmayacaq
Bir gün qocalsam əgər
Uşaqların üzümə gülümsəməsini
Əllərimin qırışları ilə ömrümə səyahət etməsini

«Dünya şöhrətli» dılğır


Əlisa Nicat

Mən Lütfi Zadənin belə bir şəxsiyyət olduğunu çoxdan demişdim. Çoxlarına bu xoş gəlməmişdi, çünki onlar üçün bu «şöhrətli» «riyazi məntiq nəhəngi» bir növ, çörək ağacı idi. Çünki bu adamın kəllə quruluşu onun barəsində söylənilən tərifləri açıq-aşkar təkzib edir və bu qənaət dəqiq elmi əsaslara söykənir.
Budur, bu adam «Azadlıq» radiosuna verdiyi müsahibə ilə özünün mahiyyətini bir daha açıb-tökdü. Əvvələn, mən bu «dünya şöhrətli riyazi məntiq nəhəngi» ifadələrini ona görə dırnaq altında yazıram ki, əslində onun heç bir dünya şöhrəti yoxdur. Neçə ildir adına heç bir ensiklopediyada və ensiklopedik lüğətdə rast gəlmirəm. Görünür, bu da onun şəxsiyyətinin cılızlığı ilə əlaqədardır.



25.11.2011

Cavanşir Yusifli. Uzun namlu silahlar…

Müstəbidlər başa düşmür şairləri,
O zaman ki, başa düşür, fərman verir ölümünə.
Bu sözləri, səhv eləmirəmsə, Voznesenski yazıb.
Rafiq Tağı yaşamağa və gördüyü naqislikləri cəmiyyətin üzünə çırpmağa çalışırdı.
Ölüm ona aid deyildi. İndi onun üslubunda yaza bilsəydim, qəribə bir fantaziya alınardı. Mən onu nə vaxtdan tanımışdım.
İlk görüşüm rayonda, bir ədəbi dərnəkdə olmuşdu. Arıq, saçları çiyninə tökülən, danışmağı xoşlamayan, “gözləri görünməyən” (başını aşağı dikib dinləyirdi). O zaman şeirlər yazırdı, odlu-alovlu. Ancaq günlərin bir günü bu şeirlərə əlvida dedi. Davam eləsəydi, xalqın ədəbi “inanc yerlərindən” birinə çevrilmişdi. Çox görmüşük xalqın ürəyini ovlayan, sonda gedib müstəbidlərdən ənam və digər şeyləri alan, qucağı daşdanan şairləri. Yox, o bu cür ölmək istəmirdi.