Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü cümə günü Fransanın Bakıdakı səfirliyi önündə aksiya keçirib.
Aksiya Fransa parlamentinin “erməni genosidi”ni inkar etməyə görə cəza qanunu qəbul etməsinə etiraz olaraq keçirilib. Aksiya iştirakçıları Fransa, Fransa-erməni birliyi əleyhinə şüarlar söyləyiblər. Bundan əlavə, Fransa səfirliyi üzərindəki dövlət bayrağının endirilməsi, Fransa səfirliyinin Azərbaycandan çıxarılması, Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi geri çağırılması da tələblər sırasında yer alıb.


