25.04.2012

Qəşəm Nəcəfzadə: “Nə qədər “Xoruz” və “Buz” şeirini öyrənmək olar?”

AYB Uşaq şöbəsinin rəhbəri: “Bu gün də sovet dövründəki kimi uşaqların yalanla, pafosla danışdırılması dəbdədir”



Son zamanlar valideynlər uşaqlar üçün yazılan kitabların keyfiyyətindən şikayət edir və uşaqlarına hansı kitabları almaq mövzusunda  çətinlik çəkdiklərini dilə gətirirlər.  Bu mövzu ilə bağlı valideyinlərin fikirlərini öyrənmək üçün onlarla bir sorğu keçirdik. Sorğunun nəticəsi heç də ürəkaçan olmadı. Bir valideyn  də öz problemi ilə bağlı Modern.az saytına danışdı: “Bir neçə gün bundan öncə kitab dükanlarından birində oldum. Oğlum üçün yeni uşaq kitabları almaq istəyirdim, amma seçim edə bilmədim. Çünki tanıdığımız və uşaqlıqdan sevə-sevə oxuduğumuz nağılların çoxu bizə fəqrli biçimdə təqdim olunub. Həmçinin uşaq şeirlərindən ibarət kitablarda da maraqlı və uşaqları cəlb edə bilən bir yenilik görmədim. Eyni obrazlar və eyni sənətkarlıq xüsusiyyətləri daha çox qabarıq şəkildə diqqəti cəlb edir. Uşaq şeirlərində qafiyə və məna problemləri də var. Bəs bizim uşaqlar hansı uşaq kitablarını oxumalıdı?“.

24.04.2012

İSRAILDƏ ETİRAZLAR VƏ İŞÇİ SİNFİNİN İNTİBAHI

Жилье в ИзраилеAleks Lantye

Keçən şənbə Tel- Əvivdə keçən kütləvi etirazlar, beynəlxalq vəziyyətin özəl xüsusiyyətinə- fəhlə sinfinin intibahının dünya siyasətində ən vacib qüvvə olmasına təsvir idi. Həyatın bahalaşmasına və maaşların azlığına etiraz kimi çağırılan, zəhmətkeşlərin 250 minlik marş, İsrail tarixində ən iri sosial etiraz oldu.
2008 ci il sentyabr böhranının dalınca, öz növbəsində dünya iqtisadiyyatını iflic duruma salmağ təhlükəsi daşıyan bu hadisə, dünya birjalarının kəskin aşması anında baş verdi. 

Ad qoy Günəşin batışına

Aliya Əsədova

LİON MORUQLARI

 S
ənə çatmadı bu sabahkı sevgidən
payızda dadmağa , sevm
əyə öyrəşdiyim
yaz bir d
ə payız ətirli
Lion moruqları....
Qarda itirilmiş Gün
əş parçaları
erk
ən açılmış səhərə uzatdı əllərini,
işıldayan b
əyaz-bəyaz
örtüklərində
saf qoxuları udmağa
bir h
əvəs istəyirəm.

Öz geçmiş


"Я вот и я! " . Fərzad Leysi

Adım Fərzad (Fərzad)
Soy adım Leysi (Leysi)
Utanacaq bir şeyim yox
Şamlu deyiləm!
Əllərimlə evliyəm
Hə atam Hidayət (Hidayət) güllələnmiş
Doğru. Bir neçə taxma adım var
Doslar Başqan deyir    
qadınlar zapaz ər
Biri bayquş , biri götkan
Şairlər şair
Kişilər əyyaş
Qardaşım kasıb məhəllənin bərqi
(gedəndə gəlmax bilməz)

Şеir hаqqındа mənsur şеir

Cabir Albantürk

...Kədərin zirvəsi – sеvincin bаşlаnğıcı... bu аndаn dоğulur pоеziyа – görünən və görünməyən dünyаnın qоvuşduğu dərinlik, ölümlə həyаtın sevişdiyi ucаlıq.  Mənа yüklü, duyğu qаnаdlı sözlərin şаir nəfəsinin pоеtik ritmindən dоğаn vəzn üstə köklənməsi; bir аz yаşаntıdаn, bir аz düşüncədən, bir аz хəyаldаn.

BƏYLƏR


Elçin HüseynBƏYli və Faiq BalaBƏYli

“Cavabını verməsəm ölləm”


Lalə Mehralı “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Lalə Mehralı.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Peşəmlə.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Jurnalist.

- Dost…
- Bəzən kürəkdən bıçaq saplayan, bəzən arxayınlıqla kürək çevirəcəyin adam
.


23.04.2012

OBAMA-ZƏMANƏMİZİN SƏYAVUŞU?


Həmid Herisçi

OBAMANIN MƏKTUBU. İran, Britaniya siyasi-dini pərdəarxasını yaxşı tanıdınsa, vəssəlam, day sənə ölüm yoxdu, fani dünyanın digər düyünlü sirləri, bəli, özü bir-bir növbəynən gəlib sənin ovcuna düşəcək. «Pərdəarxası» dedikdə söhbətimizi neyçün məhz İran, Britaniyadan başlayırıq?» sualını qulağıma pıçıldasanız, əsla çaşıb diksinmərəm, anında cavabınızı verərəm-İngiltərə, İranda çox qəliz pərdərxası qüvvələr, eeey neçə min ildir mövcuddu axı! 

22.04.2012

Mənim dənizim...

Əli Muradovun yeni nailiyyəti

Ruhunçun məhəbbətdə yan...


Aydın Xan Əbilov

Məni sevən real yadlar, virtual doğmalarım üçün üçün Ömər Xəyyamsayağı neo-elegiya-qəzəl...

Dünyanı özümçün saqiyə çevirdim bu yaşacan...
Eşq şərbətini süzdü ruhuma, yandım, min can!

Həyatda ən gözəl insanları hər zaman mənim oldu,
Sevdim, sevildim, seviş odunda yandım, nə çox...

Hər sevişdiyimdə sevgimdən bircə zərrə qoydum,
Ruhunu məhəbbət toxumuyla hamilə etdim yaman...


Təşəkkürlər, Xədicə!


Rasim Qaraca
Bu yaxınlarda Turkiyə səfərim zamanı yola oxumağa götürdüyüm iki kitabdan biri Xədicə İsmayılın tərcüməsində Xalid Hüseyninin “Çərpələng uçuran” romanı idi. Daha öncə Nərmin Kamal bu kitabı oxumağımı tövsiyə etmişdi, həm də yazarın dünyaca ünlü olması mənim bu kitabı oxumağıma öncəlik tanımışdı.
Bəri başdan deyim ki, qeyri-adi dinamikası olan bu kitabı böyük maraqla oxudum, bəlkə də son illərdə oxuduğum ən sürükləyici əsər idi deyə bilərəm.

“Qubalı qız”

Zerkalo Klara — Azərbaycanın taninmiw Ogrusu
Rövşən Yerfi

Son illərdə sevimli müğənnimiz Məmmədbağır Bağırzadənin ifasından sonra (bu mahnını xalq artisti Gülağa Məmmədov da oxuyub)  unudulmaqda olan mahnılardan biri də “Qubalı qız”dır. Sözləri xalq şairi Süleyman Rüstəmin, musiqisi İbrahim Topçubaşova məxsus bu mahnı ağlım kəsəndən daim həzinliyi ilə ürəyimi riqqətə gətirib, düşündürüb: İbrahim bəy görəsən mahnını daha çox kimə görə - anasına, yoxsa həyat yoldaşınamı bəstələmişdi? Əslində seçimdə fərq yox idi, nəticə baxımından bəstəsində bütün qəlbi ilə qubalı qızına məhəbbətini vəsf etmişdi. Şəxsən mən mahnını dinləyəndə özümdən asılı olmayaraq həyatımda ən əziz insan olan erkən itirdiyim anamı xatırlayıram. Anası, nənəsi, həyat yoldaşı qubalı qızı olan bütün insanlar, şübhə yox ki, buna bənzər xoş hisslər keçirirlər.

KAHROLSUN ABD!

İşsizlərə müjdə

Vasif Əlihüseyn

Bu gün doğrusunu etiraf etsək, bizim həyatımızın yəni, normal yaşaya bilməməyimizin başlıca səbəbi, işsizlikdi. Olan-qalan bir iki obyekt var ki, orda da 100-150 AZN əmək haqqıdı bu da çoxlarını qane etmir. Doğrudu, istər şəhər sakini ol, istər rayon sakini ol yenə bu normal yaşamaq üçün elə də orta maaş deyil. Elə bu indi ki, zaman da digər gənclərimiz kimi, mənim də yaxşı iş tapmaq arzum var. Bununla əlaqədar olaraq internetdə çoxları kimi, mən də iş elanı yerləşdirmişəm. Bu yaxınlar da mənə iki yerdən zəng gəldi və internetdə yerləşdirdiyim iş elanı ilə bağlı iş təklif olundu. Zənglərdən birinin iş təklifinə elə yerində “yox” dedim. Digər işlə bağlı isə, mən R. Behbudov 31-də yerləşən “Jalə plazaya” dəvət aldım. Oteldə çalışmaq istədiyimdən düşündüm ki, “Jalə plaza”-da çalışacam.

“Oteldə oturub kofe içə-içə müharibədən yazmaq absurd bir şeydir”

KƏNAN HACI: “İndi nazirlər qəzetlərə müsahibə vermir”

Müsahibimiz yazıçı-publisist Kənan Hacıdır

-Kənan bəy, ötən il “Ən yeni ədəbiyyat” seriyasından “Yağ kimi” romanınız nəşr olundu. Roman necə qarşılandı? Ümumiyyətlə, reaksiya necə oldu?
-Əvvəla, sualınıza kiçik bir düzəliş edim. Bu roman ötən il deyil, 2010-cu ilin dekabrında nəşr olundu. Dekabrın 30-da nəşriyyatdan mənə bildirdilər ki, kitabınız artıq çapdan çıxdı. 2011-ci ilin fevral ayında isə təqdimat oldu. O ki, qaldı reaksiya məsələsinə, kifayət qədər müsbət reaksiyalar oldu. Zövqünə inandığım qələm dostlarım roman haqda müsbət fikirdə olduqlarını dedilər.

“Albaniya Tarixi” və erməni redaktorunun barmağı”


“Qanun” nəşriyyatında tədqiqatçı Lazım Əsədlinin tarixi mövzuda elmi araşdırmalarının məhsulu olan “Albaniya tarixi və erməni redaktorunun barmağı” adlı kitabı nəşr edilmişdir. Kitab haqqında müəllifin öz fikirlərini sizə təqdim etməyi daha məqsədəuyğun bildik. 

Lazım Əsədli:
-Azərbaycan tarixinin alban dövrü, bu günkü Ermənistan-Azərbaycan münasibətləri fonunda, biz azərbaycanlıların, bəlkə də daha çox diqqət ayırmalı, tədqiq edilməli dövrüdür. Bu sahədə akademik Z.Bünyadov, F.Məmmədova, Y.Cəfərov və b. tarixçilərimiz nə qədər zəhmət sərf etsələr də, bu iş öz davamını tələb edir. Fakt isə budur ki, albanşünaslıq başlanğıcdan bu günə kimi, daha çox erməni tədqiqatçılarının inhisarında imiş kimi görünür.

21.04.2012

Anar: “Özlərini “cavan yazıçı” kimi sırımaq istəyənlər nə cavandır, nə yazıçı”


Xalq yazıçısı Anarla müsahibə


– Anar müəllim, “525-ci qəzet”də dərc olunan “Daşlama”nız həm mətbuatda, həm də virtual məkanda qalmaqala səbəb olub. Yazını dəstəkləyənlərin və əleyhinə olanların mübahisələri səngimək bilmir. Bu barədə nə düşünürsünüz?


– Məni başa düşənlərə, dəstəkləyənlərə təşəkkürümü bildirirəm. Əleyhimə yazanlara da təşəkkür edirəm, çünki onlar da öz iradlarıyla məni xeyli güldürdülər, kefimi açdılar. Onlar da deyirlər ki, mənim yazım onları çox sevindirib. Doğrusu, onları bu qədər sevindirəcəyimi bilsəydim, bu yazını çoxdan yazardım.
Məni güldürən onların özlərini bu qədər gülünc vəziyyətə salmalarıdır. İzah edim: Mən ki, heç kəsin adını çəkmədən ədəbiyyatımızda çoxdan mövcud olan bir janrı – “Daşlama” adıyla yenidən canlandırmağa çalışmışam. Bunlar niyə özlərindən çıxıblar? Məsələn, Sirkə Badımcan deyəndə konkret olaraq heç kəsi nəzərdə tutmurdum. 

“Heyvərə Sirkə Badımcan” Mirzə Cəlilin “Zırraması” kimi ümumiləşdirilmiş bədii obrazdır. Kimsə bunu özünə aid edirsə, Rəşad Məcidin dediyi kimi, qanadlanıb “Anar məndən yazıb” deyə kef çəkirsə, bu onun sevincidir, mənim günahım deyil. 
 



20.04.2012

Kola zəhərdir


Könül Səid

Koladan uzun müddət istifadə etdikdən sonra kişilərdə impotensiya, qadınlarda isə sonsuzluq problemləri meydana çıxır

Kolanın tərkibindəki maddə şəkər yox, siklamat- neft əsaslı sintetik maddədir!
 
 Qərb ölkəsinin həkimlərin birləşdiyi bir qrup müəyyən müddət ərzində kola adı altında buraxılan bütün qazlı içkilərin tərkibi xüsusiyyətlərini öyrənməyə çalışmışlar. Nəticə heç də ürəkaçan olmamışdır. Məlum olmuşdur ki koladan uzun müddət istifadə etdikdən sonra kişilərdə impotensiya, qadınlarda isə sonsuzluq problemləri meydana çıxır. İstisnalar da ola bilər, amma onlar da qaydanı təsdiq edirlər

Qəribədir bu həyat...

Afaq Şıxlı


QÜRBƏT SULARI

Qürbətdə sulara pul atan qərib,
Nə olub, üstünü buludlar alıb?!
Yenə bahar gəlib, dərdin göyərib,
Tənhalıq ruhunu qəfəsə salıb?!

Eh, dostum… dəyişib o sən görənlər...
Dərdini qəriban anlayar ancaq.
Vətəndə yaşayıb - ömür sürənlər
Bir də uşaq kimi danlayar ancaq.

Arzularımın övladları



GÜNAY ƏLƏKBƏRZADƏ

MƏCBURİYYƏT…

Sən siqareti duman-duman
çəkdin içinə,
Mən Səni…
Sən özünü
siqaret qutularıyla tükədirsən,
Mən Səninlə…
Sən külqabı içində
siqaretləri öldürürsən,
Mən öz içimdə Səni…
Səni siqaret zəhərləyir,
Məni Sən…

İLAHİYYATÇININ YUXUSUNU QARIŞDIRMAĞI


Araz Gündüzün tərcümələri

BERTRAN RASSEL


            Günlərin bir günü, necə oldusa, ilahiyyat üzrə adlı-sanlı elmlər doktoru Taddeus özünün yuxuda öldüyünü gördü, ona görə də üz tutub, göyə sarı yollandı. İlahiyyat üzrə çalışmalarından göyü yaxşı tanıdığı üçün, azıb eləmədən, birbaşa gəlib uğrağına çatdı. Ancaq gəlib çıxandan sonra göyün qapısını döyəndə, qarşısına çıxan qapıçının davranışı ona çox  anlaşılmaz  göründü.
            –Buyurun, məni içəri buraxın,- o qapıçıya üz tutub dedi.- Mən buraya Yer planetindən, yamanlıqlardan arınıb gəlmişəm, özüm də bütün ömrümü yaradanın ad-sanını ucaltmaq yolunda qoymuş bir insanam.
            –İnsan? – qapıçı çaşqınlıq içində, gözlərini döyərək soruşdu.- O nədir elə? Bir də sözün düzü, mən anlaya bilmirəm, sizin təki cılız, lap deyərdim gülməli bir varlıq, necə olur, tanrının ad-sanını ucalda bilir?

Firəngiz Ulutürk: “Xəlil Rza gecənin bir aləmi məni durğuzurdu ki...”

İstiqlal şairnin iş otağında olarkən...


Modern.az saytı bu dəfə yeni layihə- tanınmış və dünyadan köçmüş yaradıcı insanların iş otağından reportaj təqdim edir. Bu rubrikada siz onların iş otağı, yaradıcılıqla bağlı vərdişləri və digər maraqlı məqamlar barədə biləcəksiniz. Rubrikamızın ilk sayı isə tanınmış şair, ruhu və canı ilə milli duyğuları şeirlərə çevirən, öz alovlu çıxışları ilə könülləri fəth edən Xəlil Rza Ulutürkün iş otağından hazırlanıb.
Qapını döyəndən bir neçə dəqiqə sonra  içəridən açar səsi eşidildi. “Mənlə danışan müxbir sənsən?” – gülərüzlə soruşan Firəngiz Ulutürk  başımı tərpədib “bəli”  deyincə məni içəri dəvət etdi.


BDU-dan qovulan tələbə daş kitabənin sirrini açdı


BDU-dan siyasi baxışlarına görə qovulan, mühacirətdə yaşayan tələbə Güney Azərbaycanda tapılan daş kitabəni oxuyub

BDU-nun tarix fakültəsində təhsil almış keçmiş tələbə, KXCP üzvü Cavid Mehrəliyev keçən həftə güneydən tapılan bir daş kitabəni oxuyub. Bununla bağlı yazdığı məqaləni şəxsi bloqunda yayımlayan Cavid Mehrəliyevlə əlaqə saxlayıb, məsələ ilə bağlı fikrini öyrəndik.

“Qafqaz əsiri” Bakıya gəlir

Natalya Varleyin iştirakı ilə Dövlət Rus Dram teatrında “Yaddaş itirənədək məhəbbət” komediya tamaşası oynanılacaq

Bakıya tezliklə məşhur aktrisa, Rusiyanın xalq artisti Natalya Varleyin qastrol səfəri gözlənilir. Onun iştirakı ilə “Yaddaş itirənədək məhəbbət” komediya tamaşası 17 və 18 mayda Azərbaycan Dövlət Rus Dram teatrında göstəriləcək.
Tamaşanın sujeti: yaddaşını itirən kişi həkimə gedir. Həkim xəstəliyin simptom və səbəblərini aydınlaşdırmağa çalışır, lakin xəstənin cavabları o qədər ziddiyyətlidir ki, heç bir nəticə əldə etmək olmur. Xoşbəxtlikdən xəstənin arvadını çağırmaq mümkün olur.

QIFILBƏND, QƏZƏL, BİR DƏ SEVGİ ŞEİRİ

Bəxtiyar Hidayət

Bir hikmət görmüşəm, yıxdığı dinməz
Özü yıxdığının dinər yerinə
Üç ayağı üstə bir atı vardır
Ömründə minmədi yəhər yerinə

Şair deyil, sətir-sətir yolu var
Ayağının altda düşən dili var
Üzükdən keçəsi incə beli var
Di gəl xamud taxar kəmər yerinə

Bir zərbəyə neçə baş-bədən üzür
Səhrada dalğalar düzəldib üzür
Mələkdi, gəzəndə çiyində gəzir
Hayıfdı, düşməsin şəhər yerinə

BEŞ

Aftandil Adeişvili
(Gürcüstan)
           
            Müəllim sinfi nəzərdən keçirərək:
            -Bu gün yoxılama yazı işimiz var, - dedi. –“Bizim qonaq” mövzusunda inşa yazacağıq.
            Çox düşünmədən yazmağa başladım: “Qonaq – Allah adamıdır!” Bunu mənim babam deyir. Nən pionerəm. Allaha inanmıram. Qonağa isə inanıram. Evimizə qonaq gələndə bizdə toy-bayram olur. Qapısını qonaq açmayan evi qonaqsevməz adlandırırlar. Mənim valideynlərimə bu adı vermək olmaz. Ona görə ki, evimiz həmişə qonaqlı-qaralı olur. Özü də həmişə çoxlu pay gətirirlər: hinduşka, toyuq, çoşka, qoyun.


“Bizim söz” qəzeti fəaliyyətini bərpa elədi


Bir ildən artıqdır nəşrini dayandırmış “Bizim söz” qəzeti yenidən nəşrə başladı. Ələmdar Cabbarlının baş redaktorluğu, Nofəl Ədalətin redaktorluğu ilə nəş edilən qəzet BDU-nun  Kitabxanaçılıq-İnformasiya fakültəsinin nəzdindəki Tələbələrin Yaradıcılıq Klubunun təşkilati dəstəyi ilə nəşrə başlayıb. Əvvəlki xəttinə sadiq qalmaqla yanaşı qəzet, həmçinin BDU-da təhsil alan gənclərin yaradıcılığına da xususi yer ayracaq. Yeni nömrədə professor Elçin Əfəndiyevin tənqidçi, filologiya elmləri doktoru Şirindil Alişanlının elmi fəaliyətinə həsr edilmiş “Muasir humanitar təfəkkür”,  şair, fəlsəfə doktoru Knyaz Aslanın “Kitabxanaçılıq-İnformasiya fakültəsi yeni inkişaf yollarında” adlı məqaləsi və.s ədəbi mövzulara həsr edilmiş məqalələr, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalının, Azərbaycan radiosunun əməkdaşı, şairə Günay Novruzun (Dağlı), tarix elmləri doktoru, professor Abuzər Xələfovun, Türkel-TV nin Baş direktor muavini Hikmət Əsgərovun müsahibələrini, Fikrət Sadığın, Elnur Bayramın, Əvəz Qurbanlının, Elşən Əzmin şeirlərini, Sabir Alimin “Nazzı” hekayəsini və digər maraqlı yazıları oxuya bilərsiniz.
“Bizim söz” bütün qələm adamlarını əməkdaşlığa dəvət edir. İstənilən mövzuda olan yazılarınızı elektron ünvanımıza (bizimsozqezeti@mail.ru) göndərməyinizi xahiş edirik. 

18.04.2012

Eniqma

İranın qadın nidzaları

Ayrılıq yükü



Süleyman CƏFƏRLİ

Yenə axşamladı bu dəli şəhər,
Yenə də ayrılıq saatı çatdı.
Yenə də sevgimin sarı günəşi,
Qaralan qaşların altında batdı.
Yenə də ayrılıq, yenə də özləm,
Yenə önümüzdə dayandı axşam.
Yenə də saatlar ayırdı bizi,
İçimdən gəlmədi, mən sağollaşam.

Sonuncu zəng

İbrahim Sel

"Ural dəftəri" silsiləsindən

 Bazarın yanındakı köşklərin hamısı bağlanmışdı. Bir müddət yerə dağılmış əzik-üzük meyvələri futbol topu kimi qabağına qatıb ayağıyla qovdu. Sonra bundan bezib köşklərin arxasına keçdi, kiçik ehtiyacını ödədi. Köşklərin arxa divarlarının taxtalarına fikir verəndə, onların məhz sidikdən qaraldığının fərqinə vardı.
 Dünən onun tüpürdüyü üzüm qabıqları hələ də səkinin üstündə səpələnib qalmışdı.

Rəsul Quliyevdən pornoqrafik çay dəsgahı!

Rəsul Quliyevdən pornoqrafik çay dəsgahı!-ŞOK

ABŞ-da yaşayan siyasi mühacir Rəsul Quliyev Azərbaycanda fəaliyyət göstərən saytlardan birinə müsahibə verib.  “Vətəninfo.az” –ın məlumatına görə, müsahibənin ən maraqlı məqamı Rəsul Quliyevin söhbət zamanı çəkilən şəkili olub. Şəkildə R.Quliyev çay içir. Onun çay içdiyi fincanın üzərində isə “lüt qız” şəkili var. Daima əxlaqdan və cəmiyyətdən danışan bir insanın bu addımına qiymət verməyi oxucularımızın öhdəsinə buraxırıq. 
Oral MƏDƏNÇİ

"Doyunca kef çəkmədim oralarda..."

Rüfət Əhmədzadə “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Yazmaqla yaşayan.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Rüfət Əhmədzadə.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Özümə hələ cavab verə bilməmişəm, amma başqalarına “yazar” deyə cavab verirəm.

- Dost…
- İstədiyim oğlanlar…

- İlk sevginiz?
- İlk şeir...

Arıqlamağın asan yolu


Gülnarə RƏFİQ

Üzü yaya getdikcə, istilər canımızı aldıqca adam əyin-başını yüngülləşdirmək istəyir. Artıq kilo, üstəlik amansız sellülit bəzilərinin ikrahla «dar-düdük» adlandırdığı paltarları geyməyə imkan verməyəcək. Onlara həsrətlə baxmaqdansa arıqlamaq haqqında inqilabi fikirlərə qulaq asmaq yaxşı olar. Heç narahat olmayın, yeməklə vidalaşmalı olmayacaqsız. Təklif elədiyim bu pəhriz növündə hər şeyi yemək olar, hətta yağlı qazanın dibini siyirmək də yasaq deyil.
Adətən, insan bütün pəhriz növlərində kiloları çox çətin itirir, ləzzətlə birgə topladığın piy qatı qram-qram, əzab-əziyyətlə canından çıxır. Bizim pəhriz növündə ətini parça-parça tökürsən. Yəni başqasının əvəzinə utanmaqdan, qızarmaqdan, həyəcandan, həya-abrını basmaqdan tikə-tikə ət töküb qısa müddətdə arıqlayırsan. Bircə şərtlə – Azərbaycan televiziyasının yayımladığı verilişlərə fasiləsiz tamaşa eləməklə…

ABŞ qəzeti: "Nyu-Yorka xoş gəlmisən, kraliça Zeynəb!"

"Xalqlarımız arasında nifaq salan qüvvələrə lənət olsun"

Hələ bir ay bundan əvvəl Nyu-Yorkda yaşayan Qafqaz və Mərkəzi Asiya mənşəli mühacir icmalar arasında belə bir xəbər yayılmışdı: Bahar fəslinin ən gözəl hədiyyəsi martın sonunda baş verəcək: Keçmiş SSSR-nin və Azərbaycanın Xalq Artisti, dünya şöhrətli müğənni, milyonlarla insanın sevimlisi Zeynəb Xanlarova ABŞ-a qastrol səfərinə gələcək.
Martın 27-də Zeynəb Xanlarovanı qarşılamaq üçün onlarla pərəstişkarından ibarət beynəlmiləl nümayəndə heyəti Nyu-Yorkun Con Kennedi adına hava limanına gəlib. Əllərində Azərbaycanın və ABŞ-ın dövlət bayraqları, qucaq dolu gül-çiçək dəstələri ilə azərbaycanlı, tacik, özbək, rus, türkmən və qazax icmalarının üzvləri, yerli KİV nümayəndələri səbirsizliklə onu gözləyirdilər. 

KİR


GÜNEL ŞAMİLQIZI

Burda  bir  kir  yaşayır
Başdan-ayağa  sudur.
Axıb  öz  gözləridən
Lap  Xəzər  dolusudur.

O  təmizlər  şəhəri
Özü  yenə  kir  qalar.
Əlində  bir  süpürgə,
Ovcunda  səbir  qalar.

O  bilər  zibil  kimdir,
O  bilər  zibil  nədir?
Hamı  bir  yığın  kirdir,
Kimin  nə  vecinədir?

Üzü tənhalığa

Narıngül                      

Ağrı

Canımdakı ağrını ata bilsəydim
gedərdim azadlıqlar yurduna.
O gələn qatara çatsaydım
gedərdim uzaqlara.
Uzaqlar unutmaq üçündür!
uzaqlar ovutmaq üçündür!

Canımdakı ağrını ata bilsəydim
bir ovuc xoşbəxtlik səpərdim torpağa
quşlar sevinərdi...